Yazarlıq

Deməli belə… Tinimizdə hər kim yazar olmaq istəyirsə bizə müraciət edə bilər. Amma bu, tinimizdən fərqli olaraq çox ciddi və məsuliyyətli bir işdir. Yazılar və ya hansısa rubrika ancaq və ancaq tinimizin tərzinə münasib olmalıdır, bir növ tinimizin düsturuna uyğun: siyasi-satirik, ədəbi-bədii, həlləm-qülləm, qara-qura, şou-biznes, ala-bula, məcazi-mədəni, qədeşsayağı elektron qaralaması. Bəli, buyurun fərasətinizi göstərin və bu qaralamaya bir qara da siz bəxş edin. Tinimizdə nahaqqa qarşı rahat bir şəkildə kininizi qusmaq dilə ilə…
Bunun üçün sizə ayrıca bir istifadəçi hesabı açılacaq. Siz bu hesabın sayəsində tinimizin yazı əlavə etmə bölməsinə daxil olaraq öz maraqlı məqalə, yazı, şəkil və s. əlavə edə biləcəksiniz. Qeyd edim ki, bu məsuliyyət mütəmadi olaraq həyata keçirilməlidir. Yəni sırf bir dəfə və ya iki-üç dəfə yazı əlavə etməklə yox. Hə bir də onu deyim ki, saytımızı mütəmadi izləyən və bu məsuliyyətin öhdəsindən gələcəyini düşünən hər bir kəs bizimlə əlaqə saxlaya bilər. Gözləyirik… Tinimizin inkişafı və tərəqqisi naminə!

Aşağıdakı forumu doldurub, saytda yazar olmaq istədiyiniz və özünüz barədə, həmçinin yazmaq istədikləriniz barədə məlumat verin.

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 961 oxunma