Haqqımızda

Tinimiz 2005-ci ilin bir yaz axşamında dünyaya öz kərpiclərini dürtmüşdür. Bir çox problemlərlə üzləşmiş, uçaskovu və polis rəisləri mordası görmüş amma fəaliyyətini durmadan, əzmkarcasına davam etdirmişdir. Məqsədi Azərbaycanın bir çox sahələrdə olduğu kimi internet sahəsində də bərbad vəziyyətdə olan məkanına yeni ab-hava gətirməkdir. Həmçinin siyasi-satirik, eybəcərlikləri, çirkinlikləri təbəssümlə dilə gətirən, “ciddiyyətimiz qulağa girmirsə, təbəssümlə qəlbə doğru” şüarını bayraq edərək ayaqda duran bir saytdır. Azərbaycandakı vəziyyəti və həqiqətləri əks etdirən, zəmanənin „Molla Nəsrəddin“i, „Mozalan“ı və „Çeşmə“si rolunu oynamaqdadır. Bu sayt Tin Söhbəti’dir. Bir sözlə siyasi-satirik, ədəbi-bədii, həlləm-qülləm, qara-qura, şou-biznes, ala-bula, məcazi-mədəni, qədeşsayağı elektron qaralaması.

Tin Söhbəti saytı heç bir siyasi təşkilata bağlı deyildir!

Bu saytın hazırlanmasında bizə maddi yardım göstərən: “Heydər Əliyev” fonduna, Maliyyə nazirliyinə, adının çəkilməsini istəməyən Siyavuş Novruzova dərin minnətdarlığımızı bildiririk. Ünvanımız: Tinistan, Heyder Əliyev Prospekti 666. Redaksiya həyəti artıq dərəcədə xahiş edir ki, saytda istifadə edilmiş yazılarla oxucunun fikri üst-üstə düşmədikdə əsəbləşib cin atına minməsin və bununla ölkədəki sabitliyi pozmasın! Müəllif hüquqları vəhşicəsinə pozulur və müəlliflərin, şərhçilərin həmçinin qonaqların yazılarına müdaxilə edilir.

Qeyd: Onu da deyim ki, saytımızın ilk versiyasına burdan baxa bilərsiniz. Saytın kataloqu hazırlıq mərhələsindədir. Yaxın vaxtlarda sizinlə bölüşəcəyik.

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1,051 oxunma