TİNSÖHBƏTİ SAYTI YENİDƏN FƏALİYYƏTİNI DAYANDIRMAĞA MƏCBUR OLDU
Mayın 21-dən informatik-satirik www.tinsohbeti.com saytı yerləşən server naməlum xakerlərin hücumuna məruz qalıb. Bu haqda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna saytın Almaniyada yaşayan sahibi və redaktoru xəbər verib. Onun sözərinə görə Azərbaycan hakimiyyətinin göstərişiylə saytın yerləşdiyi İP server və domen vaxtaşırı bloklaşdırılır, nəticədə Azərbaycandakı İnternet istifadəçiləri sayta daxil ola bilmirlər. Lakin bu dəfə də amerika şirkətinin site5 serveri daimi hücumlara məruz qalırdı. Saytın və serverin təhlükəsiz işləməsini təmin etməkdə yaranan çətinliklərə görə saytın admin istrasiyası müvəqqəti olaraq www.tinsohbeti.com saytına girişi dayandırıb. Saytın redaktoru hesab edir ki, sayta Azərbaycan hakimiyyətinin tapşırığı ilə hücum edilir, çünki saytda hakimiyyət kəskin tənqidlərə məruz qalırdı. Sayta əvvəlki blok və hücum faktları bu şübhələrə əsas verir.
Reportyorların Azadlıq və Təhlükəsizlik İstitutu
Dosta göndər
|
Çap et
| 297 oxunma | 5 şərh var »


Ən son şərhlər