Dosta göndər
|
Çap et
| 421 oxunma | 17 şərh var »
Dosta göndər
|
Çap et
| 421 oxunma | 17 şərh var »Utanmazlara bax e, bu tərbiyəsiz, piroşkisatan “Freedom House” təşkilatı Azərbaycanı qeyri-azad, Ermənistan xarabanı isə qismən azad ölkələr sırasına daxil edib. Allahın Əfqanıstanı qismən-azad ölkə sayılır, dünyada analoqu olmayan, 80% torpaqla yaşayan Azərbaycan qeyri-azad olur! Bu şəxsiyyətsiz insanlar dünya şöhrətli ulu, müqəddəs öndər, Həzrəti Heydər Əliyevin qurduğu, yaratdığı, bərpa elədiyi, tikib-düzəltdiyi dövləti, onun ulu oğlu, dünya şöhrətli gənc və perspektivli lider, Azərbaycan xalqının gözünün ağı-qarası İlham Əliyev siyasəti bəyənmirlərmiş. Utanım yerinizə. Nə vermisiz İlhama ala bilmirsiniz? 2008 girər-girməz bu nə hədiyyədir?! Nankorlar, gözünüzdən gəlsin millətin boğazından kəsilən Azərbaycanın nefti, qazı, sərvətləri!!!

Dosta göndər
|
Çap et
| 705 oxunma | 20 şərh var »MTN dayının dediyinə görə 15 Azərbaycan gənci İranın rəsmi orqanının əli ilə Azərbaycanda dövlət çevrilişi etməyə cəhd göstərmişlər. Guya həmin bu 15 nəfərə 10 min 300 ABŞ dolları verərək bu mübarək hadisəni reallaşdıracaqlarmış. Deyirəm bu iranlılar nə simicdilər, ala?! Heç ermənilər qədər də olmadılar. Ermənilər Ruslan Bəşirliyə tək başına 2 min ABIŞ kişinin pulundan “qret” eləmişdilər. 10 min 300 dolları 15 nəfərin arasında böləndə heç 700 dollar da eləmir. Azərbaycanda heydərizmin əli ilə dünyada analoqu olmayan iqtisadı rifah halının işıq surəti ilə artımının sayəsində (Utanmazlar isə deyir ki, yaşayış minimumu ilə yarıac qalmaq da mümkün deyil, gözünüzdən gəlsin) Azərbaycan gəncliyi 700 dollara dövlət çevrilişi etmək üçün öz canını ortaya qoymaqdadır. İran da deyir ki, bu planı Amerika-İsrail düzüb-qoşub. Alə, siz Allah güldürməyin milləti. Bu məzəli-əndrəbadi qurama dünyaya meydan oxuyan Amerikadan çıxıbsa, o zaman bizim MTNçilər amerikalılara dərs keçər, heydər haqqı. Amma həqiqətən də bu manqurtlar qanmırlar ki, 15 nəfər gəncin o qədər məbləğ qarşılığında dövlət çevrilişinə cəhd göstərməsi elə bu heydərizm üçün ən böyük təhqirlərdən biridir. (Hərçənd bu şouları mən Ruslan Bəşirli və bənzəri hadisələrdə yaddan çıxartmamışam, milləti isə bilmirəm) Özləri özlərinin nə qədər gülünc, axmaq və səfeh olduqlarını sübut edirlər və ya bu milləti gic yerinə qoyublar…
Dosta göndər
|
Çap et
| 356 oxunma | 13 şərh var »Salam tindaşlarım. Necəsüz? Gözünüz aydınmı deyim, yoxsa kədərlimi heydərizmin gədaları saytımızı yenə Azərbaycan sərhədləri içində yasaqlayıblar. Artıq bir həftədən çoxdur saytımız Azərbaycanda açılmır. Bu barədə qəzetlər yazıb-pozsa da heç kimin vecinə deyil. Söhbət gedib “Sərhədsiz jurnalistlərə” də çatıbmış. Əşi jurnalist öldürülən, hər gün birini təpikləyib, tutduran məmləkətdə sayt bağlansa nə olar, bağlanmasa nə?! Amma sizə söz verirəm bu dəfə inşallah yeni texniki imkanın sayəsində bu məsələni də həll edib, saytımızn vətəndə rahat fəaliyyət göstərməsinə cəhd edəcəyəm. Düzdü bunun üçün müəyyən maddi imkana ehtiyac var, onu da həll edərik. Odur ki, tinimiz kinimizdir və bu heydərizm istəsə də, istəməsə də kinimizi dadacaq!
Dosta göndər
|
Çap et
| 463 oxunma | 24 şərh var »Həə tindaşlarım, əsgəri özünə qəsd edən, vətəndaşı əsir düşən, o biri minaya düşən, Bakının mərkəzində işıq, qaz, su problemi yaşayan məmləkətin sakinləri 2016-cı il Yay Olimpiya oyunlarına hazır imiş. Özüm ölüm məni gic gülmək tutur, bu millət necə də arsız imiş. Millətin puluna bir-iki körpü tikib, keçid qazıblar elə bilirlər ki, Amerikanı bunlar icad edib. Bunlar hətta seçkilər filanı da veclərinə almayıb, 2016-cı ilə qədər Azərbaycanın anasını ağladacaqlarını qarantiya altına alıblar. Öz içlərində monopoliyanın qarşısını ala bilməyən, qiymət artımlarına çarə tapa bilməyən, gəlməyən işıq və qaz pullarını yığa bilməyənlər başlarından böyük qələtlərə əl atmaq əzmindədirlər. Siz nə düşünürsünüz, tindaşlarım?

Dosta göndər
|
Çap et
| 773 oxunma | 21 şərh var »Gözünüz aydın, ey analoqu olmayan məmləkətin, analoqu olmayan sakinləri. Bakıda üzdəniraqların klubu fəaliyyətə başladı. Bu da heydərizmin Avropaya inteqrasiyasının əyani sübutudur. (Siz heydərin goru azyaşlılar baxmasın) Kim nə deyir desin, kişilər nəttər lazımdır işləyirlər də, dırnaq içində olan kişilərin sayəsində. Avropalı Şura xalanın duxusu varsa bir söz desin. O saat həmin klubu gözlərinə soxarıq. Hələ indiki kişilərimizdən biri də utana-utana müsabiqəyə qatılıb. Dövlət də necə lazımdı dəstək verir. Prezidentin göstərişi və analoqu olmayan qayğısı sayəsində, hətta regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində hər rayonda, kənddə üzdəniraqlar üçün yeni klublar, məkanlar açılacaqdır. Ehh, nə deyim tindaşarım. Məmləkətinin ulduzları bu cür cındır olan səmada ay qorxusundan çıxmaz, günəş də tutulsa təəccüb etməyin!

Dosta göndər
|
Çap et
| 2,541 oxunma | 12 şərh var »Həə tindaşlar. Əvvəla bayramı bu gün və ya sabah edənlərin bayramı mübarək, ibadətləri qəbul olsun. Bayramda edilən dualar daha tez qəbul olar, dua edin Azərbaycanımız bu heydərizmdən qurtulsun.
Həə, keçək siyasətə. Amerikoslar erməni gədalarının soyqırımını qəbul etməkdə olsun, sizə kimdən deyim, bizimkilərdən! Bizimkilər də bu mübarək ayda məscid partlatmağa cəhd göstəriblər. Halal olsun. Yəqin ermənilərin Şuşadakı məscidin intiqamını alır. Bunu da qoyum bir qırağa sizə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Milli Məclisin deputatı, ümummilli heykəl Heydər Əliyevin gəlini, ümummilli killer İlham Əliyevin həyat yoldaşı,ümummilli varis Heydər Əliyevin anası Mehriban Əliyevadan danışım. Mehriban Əliyeva yeni disk buraxdırıb. Yəqin kürəkəni ilə duet oxuyub. Özünü Fəzayıl Ağlamalıdan güclə xilas edən Hüseyn Abdullayev də camaat üçün “Dünyanı xilas edin” adlı himn yazıb. Özümüzə xeyri dəymədi, özgəsi üçün sino gedir. Ümumiyyətlə bizim millət vəkillərinin adəti belədir. İsa Qəmbər də köhnə manılarından əl çəkmədi: seçkilərdə qalib gələcəyinə tam inandığını deyir. Güya əvvəlki seçkilərdə inanmırdı.

Dosta göndər
|
Çap et
| 6,123 oxunma | 25 şərh var »Əziz tindaşlar, 2 gün sonra Mübarək Ramazan ayının gəlməyi münasibəti ilə hamınızı təbrik edir, Allahdan bu aya xatir Azərbaycanımızı heydərizm bəlasından qurtarmasını diləyirəm. Davamında Azərbaycana aid namaz vaxtları və əsasən də iftar saatları qeyd olunan cədvəldən istifadə edərək idadətlərinizi yerinə yetirə bilərsiniz. Oruclarınız, ibadətləriniz qəbul olsun.
Dosta göndər
|
Çap et
| 5,356 oxunma | 10 şərh var »
Həə tindaşlarım. Azərbaycanda ölüm səssizliyi hakimdir sanki, ona görə də adam bilmir kimdən yazsın, nədən yazsın. Məhz buna görə də fürsətdən istifadə edib, çoxdandır deyinmədiyim məsələ barədə, Azərbaycan internet məkanından bir-iki nə əcəbsə, xoş söz yazmaq istəyirəm. Bir neçə gün öncə süftəsini edən “AzeriBlog” - Azərbaycan internet məkanında ilk milli blog sistemi məncə internetimizin və
ana dilimizin inkişafı naminə atılan gözəl addımlardan biridir. Buna görə layihə tərtibatçılarına minnətdarlığımı bildirib, ən əsası
saytı canlı tutan azərbaycanlı istifadəçilərə təşəkkür edirəm. Digər bir xoş layihələr isə “Qaraqutu” və “Boxca” saytlarıdır ki, birincisi Azərbaycanın ən geniş video portalıdır, ikincisi isə milli fayl yükləmə saytıdır. Video portalda onlarla Azərbaycan
milli kinolarını, hətta izləmədiyiniz yeni kinoları izləmək imkanı əldə edə bilərsiniz. Həmçinin bir-birindən gözəl və
maraqlı milli viodeoları izləmək şansınız da var. Digər bir sayt isə, bəlkə də bildiyiniz “Bizimki” gənc ədəbi e-jurnalıdır ki, burada müasir gənc ədiblərin əsərləri sərgilənir və çağdaş ədəbiyyatın diskussiyası, müzakirəsi müşahidə olunur. Daha bir yeni layihə isə mədəniyyətimizlə əlaqəli olan “KultAz” saytıdır ki, müasir mədəni xəbər və məlumat portalıdır.
Dosta göndər
|
Çap et
| 2,078 oxunma | 3 şərh var »Tindaşlar aşağıda bir fayl qoyuram ki, onu açmaq üçün Adobe Acropat proqramına ehtiyacınız olacaq. Aça bilməyənlər Word formatda olan faylı da yükləyə bilərlər. Bu faylda Ramazan Ər adlı türk jurnalistinin böyük bir məqaləsi dərc olunub. Məqalə “Azərbaycanda PKK Fışkırıyor” adlanır və bu heydərizmin gizli çirkinliklərini aşkara çıxarır. Hacı Məmmədovun törətdikləri, Elmar Hüseynovun qətli, Fərhad Əliyev və Əli İnsanov əməliyyatları, bir sözlə çox maraqlı və oxunmalı məqalədir. Hamınıza məsləhət görürəm. Məqalədən ilk sətirləri yerləşdirirəm. Uğurlar!
PDF formatda yüklə - Word formatda yüklə
Dosta göndər
|
Çap et
| 3,527 oxunma | 29 şərh var »
Ən son şərhlər