Azərbaycan-alman dili tərcüməsi

Əgər əlinizdə maraqlı materiallar, mp3, video fayllar, şəkillər, karikaturalar və digər məlumatlar, həmçinin təklif və tənqidləriniz varsa bizə göndərin: tinsohbeti@gmail.com



Fev 29

Deməli Bakının Xətai rayonunda Xocalı soyqırımı ilə əlaqədar “Ana Fəryadı” adlı abidə ucaldılıb. Abidənin üzərinə İlham Əliyevdən ingilis dilini öyrənən “məllim”lər ingilis dilində “genocide” sözünü, “GENOSİDE” olaraq həkk edibmiş. “Mediaforum” saytı bu barədə xəbər verəndən sonra həmin səhv guya sonradan düzəldilib. Amma diqqətlə baxdığımız zaman səhvin tam düzəlmədiyi ortaya çıxır. Belə ki, ingilis dilində böyük “i” hərfinin üzərində nöqtə qoyulmamalıdır. Yəqin İlham Əliyev ingilis dili dərsini yaxşı keçməyib. (türk abilərimiz demişkən, qusura baxmayın AZTV hər dəfə İlhamın ingilis dili bilməyini gözümüzə soxduğu üçün mən də adət etmişəm) Çox heyif ki, ikinci səhvi bizim saytdan oxuyub düzəldə bilməyəcəklər. Çünki saytımız Azərbaycanda açılmır. Özünüzdən küsün…

Davamı »

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 613 oxunma | 17 şərh var »
Yan 13

Bu heydərizm az qala hər tikdiyi, yenilədiyi şeyi gözümüzə soxsun. Özüdə hər nə edirlərsə “Prezidentin göstərişi” ilə həyata keçirirlər. Düşünün ki, özləri-özlərini rüsvay edirlər. XXI əsrdə hansı analoqu olmayan məmləkətdə körpü tikmək, asfalt çəkmək prezident göstərişi ilə olur? Düz tapmadınız! Heydəristanda! Yəqin aşağıdakı tikilini küçüy Heydər Əliyev üçün tikiblər…

pandus3.jpg

Davamı »

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1,055 oxunma | 17 şərh var »
Yan 10

Heydərizmin antiRəsulzadə siyasəti uğurla, analoqu olmayan şəkildə inkişaf etməkdədir. Hələ 10-12 il bundan əvvəl Rəsulzadənin heykəlinin qoyulacağı məkanda bir lövhə vardı ki, burada o barədə söhbət açmışdıq. O lövhəni götürüb yerinə zırıltı bir Hacıbəla fontanı quraşdırıblar. Davamında fotolara baxa bilərsiniz. Rəsulzadənin heykəli isə emalatxanada çürüməkdədir. Bu millət dəyərsizlərə dəyər verib, dəyərliləri ayaq altında çürütdüyü kimi… Yəqin bəzi ağzıgöyçəklər buna da, “hə nə olsun? sənə nə var!?” deyəcəklər!

Davamı »

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 832 oxunma | 39 şərh var »
Yan 08

Deməli görün nə ediblər: Bakının memarlıq abidəsi, gözoxşayan tikililərdən sayılan kukla teatrını təmir etdikdən sonra kənarındakı iki yarıçılpaq heykəllər yoxa çıxıb. Yoxa çıxıb deyəndə ki, Bakını tikib-çevirən Hacıbəla keçib həmin heykəllərin dalına. Adını da qoyublar ki, prezidentimizdən ayıbdır, yarıçılpaq heykəlli binanın açılışını edəcək, yaxçı döyül. Amma daha demirlər ki, həmin yarıçılpaq heykəllər gülməşəkər prezidentlərinin arvadı və qızında abırlı vəziyyətdədir. Ana-balanın geyindiyi dekolitə pal-paltarın, çılpaqlığı necə maskirovka edəcəklər. Bu yazdıqlarım barədə fotoları gələn seriyada nümayiş etdirərəm, hələlik isə davamında mövzuya aid olan fotolara tamaşa edin.

Davamı »

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 926 oxunma | 36 şərh var »
Dek 20

İlham Əliyevin e-mail qutusu

Yükləyin

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 676 oxunma | 9 şərh var »
Yan 26

Bu günlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdindəki Dövlət Əmək Müfəttişliyi ilə bağlı əlimizə maraqlı, maraqlı olduğu qədər gülməli, gülməli olduğu qədər də ağlamalı fakt keçib. Belə ki, 4 dekabr 2006-cı ildə bp-nin ölkəmizdə fəaliyyət göstərən subpodratçı şirkətlərindən biri “Saipem S.p.A”-nin baş direktoru adıçəkilən nazirliyə 9900058811 saylı məktub göndərib. Məktub Azərbaycan dilindədir, yalnız məktubun sonundakı “sizə hörmətlə” sözləri ingilis dilində yazılıb: “Trulu Yoursa…”.
20 dekabr 2006-cı ildə adıçəkilən şirkətin məktubuna cavab göndərən Dövlət Əmək Müfəttişliyinin “savadlı və səriştəli” məsul şəxsləri ingiliscə sözləri “Saipem S.p.A” şirkətinin baş direktorunun ad və soyadı zənn edərək, cavab məktubunu da elə bu sözlərlə başlayıb: “Saipem S.p.A şirkətinin baş direktoru cənab Trulu Yoursa”. Bu biabırçılığa şərh vermək istəmirik. Hər şey aydındır… Şəklin üzərinə vuraraq böyüdüb baxın…

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 372 oxunma | 7 şərh var »