Mar 20
Xəbər ver
Salam çox darıxdığım tindaşlarım! Tin Söhbəti saytına qadağalar tükənmək bilmir. İndi də domainin yerləşdiyi Yahoo.com firması ona olunan şikayətlərə görə domainin hesabını qapadıb (suspended edib) Mənim host şirkətimdə olan problemlərə görə də saytı yeni hosta köçürə bilmədiyim üçün sayt bir neçə müddət fəaliyyət göstərə bilmədi. Bu texniki nasazlığa görə bütün tindaşlardan üzr istəyirəm. Və bütün Azərbaycan xalqını, o cümlədən tindaşlarımı Novruz bayramı münasibəti ilə təbrik edir, xoşbəxtlik, azad həyat tərzi arzulayıram. Ən əsası isə Allah bu millətin səbrini kəssin, deyirəm. Hər birinizə uğurlar! Ümidvaram ki, saytımız yaxın zamanda vətənimizdə də açılacaq, qadağa aradan qalxacaq və ordakı tindaşlarla da əlaqə saxlayacağıq! Şərhlərinizi əsirgəməyin!
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 358 oxunma |
İyn 18
Xəbər ver
Siyasət
Dünən cənab prezident bir sıra analoqu olmayan, nəinki Azərbaycan tarixində, dünya prezidentçilik tarixində ilk dəfə qeydə alınan səfərlər gerçəkləşdirmişdir. İlham Əliyev Flarmoniyanın təmiri ilə əlaqədar tikinti yerinə baş
çəkmiş, orada gedən işlərlə maraqlanmışdır. Ustaların sement, kərpic və s. tikinti materiallarını oğramasını dövlətçiliyimizə ən böyük xəyanət olduğunu qeyd edən dahi gənc lider, onlara “Kərpic kəsən qoca” əhvalatından bəhs etmişdir. Daha sonra Heydər Əliyev adına İdman-Konsert Kompleksində əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur. Dövlət başçısına məlumat verilib ki, bütün materiallar avropa standartlarına uyğundur. Əgər yenidən təmirə ehtiyac olsabir daha təmir etməyə hazırdırlar. “Tikintidə çarələr tükənməz” deyən İlham Əliyev bu sözün də qızıl hərflərlə yazılmasını göstəriş vermişdir. Sonda İlham Əliyev Şəhidlər xiyabanında olub və burada aparılan yenidənqurma işləri ilə əlaqədar tapşırıqlarını verib. O bir sıra iradlar, məsələn sementə, kraskaya çox suyun qatılması və s. bildirmişdir.
Davamı »
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 1,721 oxunma |
Noy 24
Xəbər ver
Siyasət
Bu günlərdə prezident cənab İlham Əliyev Dubaya rəsmi səfər etmişdir. Dövlət adamları ilə görüşən gənc və perspektivli lider azərbaycanlı iş adamlarını da yaddan çıxartmayıb. Prezident iş adamlarının ancaq qadınlardan ibarət olduğunu görüb yaman təəccüblənmişdir.”Sonra deyirlər ki, Azərbaycanda qadın haqları qorunmur, qadınlarımız cəmiyyətdə layiqli təmsil olunmur. Buyurun baxın, onlar necə əziyyət çəkərək, vətənimizi layiqli təmsil edib, diasporamızın güclənməsində iştirak edirlər. Mən bu zəhmətkeş xanımlarla fəxr edirəm” deyə İlham Əliyev vurğulamışdır.
Davamı »
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 736 oxunma |
Avq 10
Xəbər ver
Siyasət.
Məlum olduğu kimi, iyunun 23-də narkotik maddələrin istifadəsi və satışı kimi uydurma ittihamla həbs edilən “Azadlıq” qəzetinin jurnalisti Mirzə Sakit (Sakit Zahidov) iyulun 25-dən aclıq edir. O, qondarma ittihamlara etirazını bu yolla bildirir. Hakimiyyəti kəskin tənqid etdiyi üçün şərlənərək tutulan jurnalistin hüquqları məsələsi artıq beynəlxalq təşkilatlar səviyyəsində qoyulub.
Beynəlxalq təşkilatlar bildirib ki, Mirzə Sakit azad olunmalıdır. Bundan sonra o öz ləqəbinə sadiq qalaraq, sakit olacaq. Əgər Sakit bəy sakit olmasa yenidən cibinə nəşədən, anaşadan atıb tutarlar. Bir də ki, istəmirsiz ki, bu adam yaşamasın? Özü elə narkotiknən gorunu qazır da, ay rəhmətlik ölməz şəxsiyyətin nəvələri – deyə bəyanatda qeyd olunub.
Davamı »
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 773 oxunma |
Avq 01
Xəbər ver
Siyasi xəbərlər
Bu yaxında Hacı Məmmədov Fərhad Əliyevin əli ilə mərhum jurnalist Elmar Hüseynovun öldürülməsini etiraf etmişdir. O daha sonra “Bizim Yol” qəzetinin baş redaktoru Bəhəddin Həziyevi də o döydürtdürtdüyünü bəyan etmişdir. Hələ üstəlik “Mirzə Sakitin cibinə narkotiki də mənim adamlarım atıb” deyərək qürrələnib. Hakimin “Digər hadisələr, sizin həbsdə olduğunuz müddət ərzində baş verib, bu necə ola bilər axı” sualına, Hacı Məmmədov – Hər şeyi də mən sizə deyəsi deyiləm ki, bəs sizin daxili İşlər Nazirliyiniz, Milli Təhlükəsizlik Nazirliyiniz və digər qurumlarınız hara baxır? Bir az da onlar işləsinlər də. Axtarıb tapsınlar necə etdiyimi. Məni tutmağınız azmış kimi, işinizi də asanlaşdırıb, müftə hörmət qazandırım sizə?
Davamı »
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 940 oxunma |
İyn 14
Xəbər ver
Siyasət
Azərbaycanla İran arasında soyuq savaş başlamışdır. İlk olaraq İran qəzetinin azəri tüklərini təhqirlə başlayan bu karikatur savaşı Azərbaycanda çıxan bir sıra qəzetlərdə İran dini liderlərinin təhqir olunması ilə susdurulmuşdur. Dinc durmayan İran karikaturistləri cavab atəşi, İlham Əliyevin karikaturu ilə hücüma keçmişdir. Hələlik Azərbaycan tərəfindən qurbanlar var. Səfər Əbiyev son karikaturanın cavabını vermək üçün səfərbər olub. Hal-hazırda isə cəbhə xətdində atəşkəs hökm sürür.
Davamı »
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 1 oxunma |
May 27
Xəbər ver
Siyasət.
TinXəbər-in xəbər verdiyi kimi, mayın 23-də Kiyevdə, Prezident sarayında GUAM dövlətləri başçılarının zirvə görüşü keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev “Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat-GUAM-ın baş katibi seçilmişdir. İnqilabçı rəhbərlər İlham Əliyevə GUAM-ın xilaskarı kimi yanaşmışlar. Bakıda isə mitinqlər səngimək bilmir. Xalq etiraz aksiyası keçirərək İlham Əliyevin təcili surətdə vətənə qayıtmasını və xalqın ona bir-iki kəlmə sözü olduğunu bəyan edirlər. Mitinqçilər – “Ə biz səni prezident seçmişik ki, kakoyta GUAM-ı xilas edəsən? – kimi şüarlar səsləndiriblər.
Mənbə
Davamı »
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 1 oxunma |
May 18
Xəbər ver
Dahi və ümummilli tindaşlar. Bu gündən etibarən tinimizdə mütəmadi olaraq “Tin Xəbərlər Agentliyi”nin müxtəlif sahələrə uyğun xəbərlərini oxuya bilərsiniz.
Siyasət.
Bu gün “Heydər Əliyev və hamamçılıq irsinin davamlı inkişaf strategiyası” mövzusunda konfrans keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən YAP sədrinin müavini Əli Əhmədov Azərbaycanın müstəqilliyinin əbədi olmasında, bölgədə və dünyada nüfuzunun artmasında H. Əliyevin xidmətlərindən danışıb. Ə. Əhmədov bildirib ki, hamamçılıq prinsiplərinin davamlı inkişaf konsepsiyası H. Əliyevin adı ilə bağlıdır. Məhz Əlirza Əliyevin oğlu olması baxımından səciyyəvidir. Onun sözlərinə görə, H. Əliyev irsinin dərindən öyrənilməsi üçün bu tipli tədbirlər ənənə halını almalıdır. Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyevin sabunqayırma fabrik, sexlərinin açılması bu yöndə atılmış ən uğurlu addım kimi qiymətləndirilib. Həm yeni iş yerlərinin açılması, həmçinin bu irsin qorunması baxımından. Konfransda dövlət rəsmiləri, millət vəkilləri və ziyalılar iştirak ediblər.
Davamı »
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 1 oxunma |
Ən son şərhlər