Azərbaycan-alman dili tərcüməsi

Əgər əlinizdə maraqlı materiallar, mp3, video fayllar, şəkillər, karikaturalar və digər məlumatlar, həmçinin təklif və tənqidləriniz varsa bizə göndərin: tinsohbeti@gmail.com



Yan 09

Abbasın maşını

Bir dəfə Heydər Əliyev avtomobil sərgisindəymiş. O bir xeyli yeni, yaraşıqlı avtomobillərə göz gəzdirərək birinin qarşısında ayaq saxladı. Abbas Abbasova üzünü çevirərək, deyir:
- Abbas, bax gör nə maşınlar var, sən amma hələ də “Zaparojets”də gəzirsən…

Davamı »

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 930 oxunma | 7 şərh var »
Avq 10

Murtuz Ələsgərovun spikerlik etdiyi parlament son günlərini yaşayırdı. Milli Məclisdəki kreslolarına birdəfəlik əlvida deyəcəyini hiss edən hakimiyyət deputatları son fürsətdən istifadə edib bir daha sadiqliklərini nümayiş etdirmək istəyirdilər. M.Ələsgərov da vaxt azlığından onların bəzilərinə söz verə bilmirdi. Məşhur “91”lərdən olan Həsən Mirzəyev bir neçə dəfə cəhd etsə də, spiker ona söz vermədi. Vəziyyəti belə görən H.Mirzəyev üzünü M.Ələsgərova tutdu: “Murtuz müəllim, mənə söz verməsən, deyərəm haa hamısını!” Spiker bu sözləri eşidən kimi H.Mirzəyevin mikrofonunun yandırılmasını xahiş edərək ona söz verdi.

Davamı »

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 4,532 oxunma | 8 şərh var »
İyl 20

Murtuz Ələsgərov Milli Məclisdə Almaniyadan gələn yüksək nümayəndə heyətini qəbul edir. Görüş zamanı spiker ənənəvi olaraq Ermənistanın Azərbaycana təcavüzündən, ermənilərin qaniçənliyindən danışır və belə bir müqayisə aparır:
- Bu ermənilər alman faşistlərindən də betərdirlər.
Davamı »

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 3,402 oxunma | 17 şərh var »
Yan 07

2003-cü ilin əvvələridir. Heydər Əlilyevin səhhəti daha da kəskinləşib. Bir gün yatanda yuxuda mələk peyda olur və deyir: “Əgər cavanlığa qayıtmaq istəyirsənsə, bunun cəmi bir yolu var o da Kremlin əqrəbləridir. Sən gərək təcili gedəsən Moskvaya, orada Kremlin saatının düz altında dayanasan və bu vaxt kimsə Kremlin əqrəbini geri firlada. Əqrəbin hər 24 saat geri firlanması sənin həyatını düz bir il cavanlaşdıracaq.
Heydər Əliyev çox götür-qoy edir bu yuxuya inansın ya yox amma başqa çarəsi olmadığı üçün üz tutur xəlvətcə Kremlə. Bir təhər dayanır saatın altında. Görur ki, bir azərbaycanlı cavan oğlan yoldan keçir. Yoldan keçənin Eynulla Fətullayev olması ağlına da gəlmədən deyir:
- Ay bala, ay bala, gəl sənə 50 dollar verim, çıx o əqrəbi geri firlat da baban üçün, nə olar?
- Baş üstə əmi, bəs məni tutmazlar? (Eynulla özünü bilməməzliyə vurur)
- Yox bala narahat olma, baban burdadır.

Davamı »

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1,261 oxunma | 20 şərh var »
Dek 18

Həftə sonu özünü Liberal Partiyasının üzvü kimi qələmə verən 17 nəfər şəxs bu partiyadan istefa verib, Müasir Müsavat partiyasına keçdiklərini bəyan etdilər. Məsələyə münasibət bildirmək üçün partiyanın sədr əvəzi Əvəz Temirxanla əlaqə saxladıq. Əvəz bəyin cavabı belə oldu:
- Bütün bunlar hakimiyyətin Liberal Partiyasına qarşı təxribatıdır. Bizim heç vaxt 17 nəfər üzvümüz olmayıb.

Davamı »

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 831 oxunma | 16 şərh var »
Noy 08

Bir gün Hacı Əbdülü polis saxlayır. Hacı əsəbi şəkildə maşından düşərək:
- Nə var ala, möş saxlamısan məni?
- Hacı, dünən sən bu yoldan sürətlə keçmisən.
- Sənin başun xarabdı ala? Surət oturub Moskvada. Mən dünən burdan Şeyxlə keçmişəm.

Davamı »

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1,069 oxunma | 5 şərh var »
Okt 09

Siyavuş Novruzov bir gün Opera və Balet teatrına gedir. Əyilərək bilet satıcısına:
- Xanım, mənə iki ədəd bilet verin, zəhmət olmasa.
- “Romeo və Culyetta” üçünmü?
- Xeyr, arvadımla, mənim üçün…

Davamı »

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1,298 oxunma | 5 şərh var »
Sen 26

İlham Əliyev Ramiz Mehdiyevlə ezop dilində danışmağı xoşlayır.
Məsələn, bir də gördün İlham bala “boz kardinalı ” çağırıb soruşur:
- Bu gün obedə bir şey var?
Ramiz müəllim cavab verir:
- Doktorski kolbasa olacaq.
Bunun açması belədir:
- Bu gün müxalifətdən qopan varmı?
- Var. Asim Mollazadə.

Davamı »

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1,235 oxunma | 6 şərh var »
Sen 16

Qəzetlərin birində elan çap olunur: «Müsavata alman, ingilis, fransız dillərini bilən adam tələb olunur». Səhəri gün Elman Türkoğlu Müsavatın qərargahına gəlib İsa Qəmbəri axtarır. Ondan soruşurlar:
- Elman bəy, xeyirdimi?
- Hə, qəzetdəki elana görə gəlmişəm.
- Elman bəy, siz ingilis dilini bilirsiniz?
- Yox!
- Bəs alman, fransız dillərini?
- Yox!
- Onda niyə gəlmisiniz?
Elman Türkoğlu özündən razı halda deyir:
- Gəldim deyim ki, İsa bəy mənə arxayın olmasın.
Davamı »

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1,114 oxunma | 6 şərh var »
Sen 02

İlham Əliyev, Ramiz Mehdiyev və Hacıbala Abutalıbov Moskvada məşhur “Pole Çudes” verilişində iştirak edirlər. Birinci İlham Əliyev “barabanı” fırladır (sual 5 hərfdən ibarət hind filmi) və deyir:
- B hərfi.
Aparıcı:
- Yox, düz deyil, cənab Mehdiyev, buyurun “xod” sizindir.
Ramiz müəllim diski fırladır və deyir:
- “B” hərfi.
Aparıcı ona tərs-tərs baxıb deyir:
- Yox, sən də düz tapmadın, bu sözdə “B” hərfi yoxdur!
Hacıbala müəllim məğrur görkəm alıb deyir:
- Mən sözü bütöv deyirəm.
Aparıcı:
- Hamı sakit qalsın, yerdən danışmayın, buyurun Hacıbala müəllim.
Hacıbala müəllim özünü toplayıb ucadan deyir:
- “BOBBİ”.
Davamı »

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1,697 oxunma | 22 şərh var »