Yan 01
Xəbər ver
“İlin turisti” - Novruz Məmmədov. Dövlət başçısını müşayiət edərək 47 ölkə gəzdiyinə görə;
“İlin vulkanı” - Əli İnsanov. Məhkəmədə hakimiyyətin üstünə od-alov püskürdüyünə görə;
“İlin yarıqbaşı” - Çingiz Məmmədov. Yasamaldakı ət bazarı dağıdılarkən laçınlı köçkün tərəfindən qafasının yarılmasına görə;
“İlin ölməz Kaşşeyi” - Üzeyir Cəfərov. Aprelin 20-də başından 3 armatur zərbəsi alsa da ölmədiyinə görə;
“İlin tikici-sökücüsü” - Ziya Məmmədov. Körpü tikə-tikə dövlət büdcəsini, bir də camaatın evini, obyektini sökdüyünə görə;
“İlin fövqəlnaziri” - Kəmaləddin Heydərov. Hamı bilir nəyə görə;
“İlin baş naziri” - bu nominasiya boşdur. Vəzifə faktiki olaraq vakant olduğuna görə;
“İlin Zahid Orucu” - Zahid Oruc. Öz ampluasına sadiq qaldığına və bizim də belə vərdiş elədiyimizə görə;
Davamı »
Yazar: Samir Sarı |
Dosta göndər
|
Çap et
| 354 oxunma |
Avq 01
Xəbər ver
“Gələcəkdən qısa xəbərlər” bülleteni
1. Yazıçılar Birliyi seçkiyə hazırlaşır. Anarın postuna optimal namizəd QanTuralıdır.
2. Müxalifət 2005-ci ildəki komanda ilə demokratik seçkilərə gedir. Qərb okeanın o, tayından bəyanat verir: “Demokratiya Xəzərətrafı bütün ərazilərdə olmalıdır.”
3. Müxalifətin divar qəzetləri yenə tayfa-klan siyasətindən palaz-palaz yazılar yazır.
4. AzTV-15 efirə hazırlaşır. 2012- ci ildə açılmış KLAN TV isə peykə qoşulur.
5. Azərbaycanda 30 min general, 50 min əməkdar artist, 70 min isə əməkdar müəllim var.
Davamı »
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 3,224 oxunma |
İyl 29
Xəbər ver
Hər birinizi xoş gördük.17-22 iyul tarixində Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələ rayonunda respublikamızın ən aparıcı tələbə gənclərinin təlim kursu idi.Həmin təlim kursunda çox hörmətli millət vəkilləri də iştirak etmişdilər.Həmin millət vəkilləri tələbələrin suallarını dinləmiş və imkan daxilində onları cavablandırmağa çalışmışlar.
Biz indi sizə ən maraqlı sualları və cavabları təqdim edirik:
Davamı »
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 2,161 oxunma |
Dek 30
Xəbər ver
«İlin prezidenti» - İlham Əliyev. Devrilmədiyinə görə.
«İlin məmuru» - yarmarka naziri İsmət Abbasov. Yayda xiyar-pomidor yarmakası təşkil edərək xalqa ucuz salat bəxş etdiyinə görə.
«İlin diplomatı» - İbrahim Nəbioğlu. İstanbulda vəkil qadınla sevişərək, sonra döyüşərək ölkəmizi layiqincə təmsil etdiyinə görə.
«İlin şahsevəni» - Fəzail Ağamalı. İlham Əliyevin ömürlük hökmdar olmasına çalışdığına görə.
«İlin Hadı Rəcəblisi» - Hadı Rəcəbli. İlboyu həmişəki Hadı Rəcəbli olaraq qaldığına görə.
«İlin Zahid Orucu» - Zahid Oruc. Alternativsiz olduğuna görə.
«İlin vurulmuşu» - Abbas Abbasov. Vəzifəsindən «könüllü» istefa verməyə məcbur olduğuna görə.
«İlin xəstəsi» - Əli İnsanov. Türmədə 27 növ xəstəliyin aşkarlanmasına görə.
«İlin AXCP-si» - Müsavat Partiyası. Daxili qalmaqalları şiddətləndiyinə görə.
«İlin Müsavatı» - AXCP. Qərargahından çıxarılıb şəhərin kənarına göndərildiyinə görə.
Davamı »
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 780 oxunma |
Dek 26
Xəbər ver
Elmar Hüseynov - “Monitor” Jurnalı - 2005-ci il Martın 2-si öldürülüb.
Alim Kazımlı - Yeni Musavat qəzetinin fotomüxbiri 22 iyun 2005-ci il polis bölməsində döyüləndən sonra öldürülüb.
İdrak Abbasov - “Ayna-Zerkalo” qəzetinin jurnalisti 9 oktyabr 2005-ci ildə döyülüb.
Fikrət Hüseynli - “Azadlıq” qəzetinin müxbiri 5 mart 2006-cı ildə döyülüb.
Bahəddin Həziyev - “Bizim yol” qəzeti - 2006-cı il mayın 19-u vəhşicəsinə döyülüb.
Şahin Ağabəyli - “Milli yol” qəzetinin baş redaktoru 2006 avqustun 9-da həbs olunub.
Mirzə Sakit - jurnalist, satirik şair 2006-cı il iyunun 23-də həbs olunub.
Samir Adıgözəlli - “Böyük Millət” qəzetinin baş redaktoru 23 fevral 2006-cı il həbs olunub.
“24 Saat” və “Realnıy Azərbaydjan” qəzetlərinin redaktorları şərti cəza alıblar.
“Azadlıq” qəzeti, “Turan” agentliyi və “Bizim Yol” qəzetinin redaksiyaları 2006-cı il noyabrın 24-ü binalarından çıxarılıb.
Nicat Dağlar - “Azadlıq” qəzetinin yazarı 2006-cı il dekabrın 25-i döyülüb.
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 395 oxunma |
Noy 11
Xəbər ver
Qəhrəmanlar unudulmur (Nəsimi rayonu ərazisində Koroğlu Rəhimov parkı).
Su həyat mənbəyi olaraq qalır (Ceyranbatan su anbarı).
El gücü, sel gücü (Cəlilabad rayonu).
Müasir Şamaxı Heydər Əliyevin yetirməsidir (Şamaxı rayonu).
Körpü yolun bir hissəsidir (Salyan).
AZAL-ın vəzifəsi uçuşların təhlükəsizliyini təmin etməkdir (Bakı şəhəri, Əzizbəyov rayonu).
Uşaqlar bizim gələcəyimizdir (Bakı şəhəri, Nəsimi rayonu).
Novruz Azərbaycan xalqının milli bayramıdır (Qazax rayonunda Novruz bayramı günlərində küçəyə vurulur).
Hər bir azərbaycanlı öz tarixini bilməlidir (Bakı şəhəri).
İdmanı və bədən tərbiyəsini ümumxalq hərəkatına çevirək (”Sahil” metrosu yaxınlığında).
Bizim Dövlət statistika komitəsi var, çox düzgün statistika aparır (Bərdə).
İdman hər bir siviliyasiyalı xalqda olduğu kimi Azərbaycan xalqının da həyat tərzinin mühüm hissəsidir (Bərdə).
Mən çox istəyirəm ki, xalqımız ancaq çay içsin (Lənkəran).
Mən indi bilirəm ki, Azərbaycanda dəmir yolu inkişaf edir.
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 458 oxunma |
Okt 23
Xəbər ver
Ey Allahım, Sən bu milləti özünə tanıtdır, ona “qırılmalı” millət olmadığını anlamaqda yardım et.
Ey Allahım, elmin diplomdan, kitabın mobil telefondan daha əhəmiyyətli olduğunu anlamaqda Azərbaycan gəncinə yardımçı ol.
Ey Allahım, sabitliyin və durğunluğun inkişaf olmadığını anlamaqda Azərbaycan xalqına yardım et.
Ey Allahım, İlham Əliyev və Səfər Əbiyevə “lazım”ın Azərbaycana gəlməyəcəyini qanmaq üçün kömək et.
Ey Allahım, idmançılarla, manıslarla, artistlərlə Qarabağın azad olmayacağını bunlara dərk elətdir.
Ey Allahım, öz dilində danışmağın geri düşüncə və çüşkalıq olmadığını anlamaqda Azərbaycan qızlarına yardım et.
Ey Allahım, 28 may Respublika gününün, Novruz bayramının, Müstəqillik gününün Heydər Əliyevlə heç bir bağlılığı olmadığını anlamaqda hər bu bayramlarda telekanalizasiyasının ekranına babalarının şəklini dürtənlərə yardımçı ol.
Ey Allahım, “rul”a “sükan”, “tormoz”a “əyləc” deməyi Azərbaycan sürücüsünə öyrət.
Ey Allahım, dünyanın 5 günlük olmadığını, yeyib-içib, şellənməyin yersiz oluğunu anlamaqda bizlərə yardımçı ol.
Ey Allahım, Azərbaycanımızı Heydər Əliyevin heykəllərindən, muzeylərindən, küçə, dalan, meşə, park, körpü, turbalarından, dünyada misli görünməmiş dahiyanə aforizmlərindən və s. zir-zibilindən amanda və hifz elə.
Ey Allahım, müxalifətsiz heç bir sivil-normal dövlətin olmadığını qanmaqda iqtidara ağıl və dərrakə ver.
Ey Allahım, iqtidarı qoyub bir-birini qıran müxalifətə heydərizm düşmənçiliyi nəsib elə.
Ey Allahım, Siyavuş Novruzovu, Zahid Orucu, ümumilikdə bu heydərizm manqurtlarını bu millətə çox gör.
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 1,630 oxunma |
İyl 04
Xəbər ver
Aşağıdakı cədvələ nəzər salın. Ayaz Mütəlibov May ayının 14-ü gəlib hakimiyyətə və 18-i hakimiyyət dövrünü bitirib, cəmi 4 gün. Heydər Əliyev isə 24 İyundan prezidentlik səlahiyyətlərini icra edə-edə, Əbülfəz Elçibəy də Sentyabr ayının 1-nə qədər prezident olubmuş. Bu o deməkdir ki, hardasa 3 ay ərzində bu məmləkətin iki prezidenti olub, rəsmi məlumata görə. Ancaq Azərbaycanda bu cür şeylər baş verə bilər, başqa heç bir yerdə!
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 1,340 oxunma |
May 11
Xəbər ver
7.00 Qəhər (musiqi-informasiya proqramı).
10.05 Xəbərlər.
10.15 Gözəlləşən Bakımız. (Uzun binalar haqqında)
11.05 “Qayğı” – qaçqınlar üçün əyləncəli proqram.
11.35 Həyatın tələbi, İlhamla irəli
12.10 İlham Əliyevin xalqa müraciəti.
12.50 Azərbaycan kinosu ekranı. Bədii Film “Heydər Əliyev kursu”
13.20 Zəhmətkeşlər və məmurlar tərəfindən hazırlanan “Prezident şərəfinə ən yaxşı mədhiyyə” yarışı
14.00 Xəbərlər.
14.10 Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq dombalaqaşma turniri.
16.00 Sənədli televiziya filmi: “Müstəqillik yollarında – Avropa standartlarına uyğun”
17.00 Xəbərlər.
17.10 İdman proqramı: Qələbə meydanı.
17.35 Sağlamlıq. (Verilişin qonağı akademik Cəlal Əliyev)
18.00 İman nuru. “Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəisi Hacı Allahşükür Paşazadənin “Heydər Əliyev – İmanın ali mərtəbəsi” mövzusunda moizəsi.
18.10 Zəfər yolu. (Şanlı ordumuzun geri qaytardığı torpaqlardan canlı reportajlar)
18.40 Prezident İlham Əliyevin Sabunqayırma fabrikinin açışından xüsusi reportaj.
18.55 Tikdim ki, izim qala (Ulu öndərin AZKPMK-nın I katibi işlədiyi dövürdə qoydurduğu Şamuyan, Bağramyan, Əzizbəyov, Nərimanov heykəlləri haqqında)
19.00 Möhtərəm İlham Əliyevin Heydər Əliyev adına Fəxri Xiyabana ziyarəti.
19.55 Reklam. (Heydər Əliyev adına fonda yardımlarınızı əsirgəməyin)
20.00 Xəbərlər.
20.45 Sənədli televiziya filmi: “Heydər Əliyev - Xilaskar”.
21.40 25 il təhlükəsizlik orqanlarında. (Əli İnsanovla həbsxanadan reportaj)
22.20 Əbədiyyət (ümummilli liderimiz Heydər Əliyevə həsr olunur).
23.00 Teleoyun: AİLƏ SEVİNCİ. (Emin Ağalarov bəxtinə düşən şansdan söhbət açacaq)
23.40 Konsert. Qaçqınların acığına.
01.25 Bədii film: “Xilaskar – Heydər Əliyev”.
02.00 Zəhmətkeşlərin xahişi ilə İlham Əliyevin xalqa müraciəti. (təkrar)
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 1 oxunma |
Apr 19
Xəbər ver
Mətbuat icmalı:
•2095-ci il ABŞ prezidenti Corc Buş (kötükcə) Azərbaycanın ərazi bütövlüyünün tanıdığını bəyan etdi.
•2095-ci il Müdafiə Nazirliyi tez bir zamanda Elmar Hüseynovun qatillərinin tapılması barədə ictimaiyyətə şok açıqlamalar vermişdir. Hətta onlar bu cinayəti törədənlərin izlərinin aşkarladığını və qatillərin Gürcüstanda olduqlarını bildirmişlər.
•2095-ci il prezidentin fərmanına əsasən Milli Bayramlara nəzarət və qorunması nazirliyi yaranmış və təkidlə “Qayıdış”, “Qurtuluş” bayramlarının Avropa standartlarına uyğun keçirilməsi tələb olunmuşdur.
•2095-ci il Azərbaycan prezidenti İlham Əliyev Siyavuş Novruzovun “Heydər Əliyev” ordeni, Nəcməddin Sadıxovun “Şah İsmayıl” ali hərbi oredeni, çoban Xanış Şahıyevin “Vətənə xidmətə görə” ordeni, Namiq Qaraçuxurlunun “Şöhrət” ordeni, Sahib Kərimlinin “İstiqlal” ordeni ilə təltif olunması haqqında sərəncam imzalamışdır.
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 1 oxunma |
Ən son şərhlər