Azərbaycan-alman dili tərcüməsi

Əgər əlinizdə maraqlı materiallar, mp3, video fayllar, şəkillər, karikaturalar və digər məlumatlar, həmçinin təklif və tənqidləriniz varsa bizə göndərin: tinsohbeti@gmail.com



İyn 17

Azad qadın

Xəbər ver Yazını "XəbərNamə"yə göndər!

azad.GIF

Azad qadın, azad kölə,
Səni kim buraxdı çölə
Kimi qala, kimi ölə,
Kimi qala gülə-gülə.

Məndə qürur, səndə də naz,
Geyin bala, belə olmaz,
Çöldə sevgi, evdə namaz,
Edim, qılım bilə bilə.

Ayə nə tez soyundu bu,
Yoxsa yenə oyundu bu,
Gözəlliklə doyundu bu,
Biz də vuraq gilə-gilə

Özü kimi var bir yarı,
Cırıq-cırıqdı şalvarı,
Yolda qısaldır paltarı,
Evdən dərsə gələ-gələ.

Heç geyinmə tumanını,
Sən itirmə zamanını,
Əldn verir imanını,
Yatağında ölə-ölə.

Sən Azəri balasısan,
Özün dərdə salasısan
Mersedessiz qalasısan,
Üst-başını silə-silə.

Yenə dilə gəlir şair,
Nələr yazsın buna dair,
Bu və digər, bir də sair,
Ürəkləri dələ-dələ.

Zakir Əhmədov

 

 

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1,117 oxunma | 23 şərh var »
Fev 10

16 ildir ki, sənin isti köksünə həsrət qalmışam. Neçə ildir ki, sənin məndən, mənim səndən xəbərim yoxdur. Oralarda hər kəs məni geri qaytarmaqdan, məni nə qədər sevdiklərindən danışırlar, amma heç kim mənim səndən ayrı qaldığım andan nələr çəkdiyimi,mənim sinəmə nə qədər dağ çəkildiyini bilə bilməz. Hətta, qondarma ermənistan respublikasını dəstəkləyən-vəhşiliyin, özbaşnalığın, mundarlığın, cəlladların tərəfdarı olan dövlətlər də. Bir zamanlar at oynadan Koroğlular, Cavanşirlərin yurdu bu gün ermənilər tərəfindən narkotik tranzit zonaya çevrilib. Burada, həmçinin, qanunsuz hərbi birləşmələr də var. Bu nə dərəcə də sülh sevər bir turk millətinə layiqdir bilmirəm?!

Ana, burada bilirsən nə qədər sənin əsir oğlun və qızın var? Amma bir sualım var: görəsən nəyə görə bizdə bir nəfər də olsun erməni əsiri olmaya-olmaya nə qədər və nə zamana qədər burada bu qədər əsir igid oğlun və qızın qalacaq? Onların burada hansı işkəncələrə məruz qaldığını sözlə ifadə etmək qeyri- mümkündür. Mənim səndən bir xahişim var. Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayevin inilti ilə, göz yaşı ilə lentə aldığı-əlsiz ayaqsız, diri-diri yandırılmış körpələri, başı bədənindən ayrılmış, qulağı kəsilmiş, dərisi soyulmuş yaşlıları bütün dünyaya göstər. Qoy hamı erməni vəhşiliyinin şahidi olsun. Yol polislərinə “Tofaş”, daha sonra “BMW” alana qədər, xarici ölkələrdən müğənnilər, aktyorlar gətirənə qədər bu vəsaiti ordumuzu gücləndirmək məqsədilə sərf etmək olunmazdımı? Ya da gənclərimizi-Azərbaycanın gələcəyini AİDS, narkomaniya və s. bu kimi xəstəlikərdən xilas etmək, ya da onların mükəmməl təhsil alması üçün lazımi dərsliklərin nəşrinə xərclənə bilməzdimi? O qədər belə xoşa gəlinməz hadisələr varki…Ana, bu arada Xocavənd, Xocalı, Şuşa, Laçın, Kələcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Xankəndindən sənə salamlar var. Hamımız sənə tezliklə qovuşmağı səbirsizliklə gözləyirik. Əziz anam, burada bu mundar millət hamısı sənin igid oğluna- Ramil Səfərova paxıllıq edir. Burada elə igid, qeyrətli, Vətən, ana, torpaq, millət, bayraq dərdi çəkən kişi yoxdur axı…Əslində kənardan Azərbaycan xalqına baxanda fəxr edirəm. Türk xalqlarının eposu olan “Kitabi-Dədə Qorqud” dakı kimi türk igidinə ermənilər kimi arxadan vurmaq yaraşmaz. Kişi o zaman əsl kişidir ki, öz düşməni ilə üz-üzə vuruşsun. Daha ermənilər kimi yox. Hamıya aydındır ki, ermənilərin gücü ancaq körpələrə, qocalara, qadınlara çatır. Baxmayaraq ki, bir Azərbaycan qadını həm qeyrət, həm namus, həm də güc baxımdan 10 erməni kişisindən daha qüvvətlidir. Nə isə, mənim məktubumlarımı gözlə. Amma İnşallah, son bir-iki məktub göndərərəm və bununla da sənə qovuşmağın bir addımında olaram. Ümidlərim artıb, əminəm ki, tezliklə gənclərə dəstək verən prezidentimiz məni sənə qaytaracaq. Qoy heç kim unutmasın ki, Qarabağsız Azərbaycan başsız bədənə bənzəyir. Anadollu Ozan Arifin dediyi “Ya Qarabağ, Ya ölüm, başqa yolu yox artıq!” şüarı ilə yaşamalı, bu yolda ya Şəhid və ya Qazi olmalıyıq!

İmza : sənin və güneyli-quzeyli xalqının, bütün Türk dünyasının ürəyində qara izlər buraxan oğlun QARABAĞ!!!!

Nərmin HACIYEVA

Bakı Dövlət Universiteti

I kurs tələbəsi

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 305 oxunma | 5 şərh var »
Yan 28

Ay dədə

Xəbər ver Yazını "XəbərNamə"yə göndər!

Məzarında incə-incə düzülmüş
Güllərinə qurban olub, ay dədə
Sən gedəli əlim yerdən üzülmüş
Illərinə qurban olum, ay dədə

Doxsan üçdə vəzifəyə qaxıldın
Özgəyə mərd, millət üçün paxıldın
Danışanda tribunadan yıxıldın
Dillərinə qurban olum, ay dədə


Klivlenddə həkim yaman usandı
Dedi, xəstə haram yeyib qusandı
Marşrutun Gülhanəyə uzandı
Yollarına qurban olum, ay dədə

Bir az səbr elə sən, deyim dalını
Məndən soruş xeybərlərin halını
Yaxşı qucaqladın xalqın malını
Qollarına qurban olum, ay dədə

Şükür olsun, biz də vurduq toy-düyün
Qonaqlar da… iclaslarda söydüyün
Uzun illər bu milləti döydüyün,
Əllərinə qurban olum, ay dədə

Bir qardaşın parlamanda söyüşkən
Ala-bula, qoşabuynuz, döyüşkən
Sən sevdiyin ziyalılar sürüşkən
Qullarına qurban olum, ay dədə

Müftəxorlar yaxşı-yaxşı qudurub
Boz kardinal pul-paradan doldurub
Heykəlində ağ saçların vız durub
Tellərinə qurban olum, ay dədə

Dünən axşam toplamışdım rəyasət
Hamsı dedi, səndə də var fərasət
Yeritdiyin fitnə, murdar siyasət
Fellərinə qurban olum, ay dədə

Sən bilirsən kimlər bizə qatılmış
Körpə vaxtı zibilliyə atılmış
Şərurdakı çamadandan tapılmış,
Killerinə qurban olum, ay dədə

Səhv dedimsə, vur ağzıma, bula baş
Sərvət yığır eşşəkqarın, tulabaş
Gestapoda dubinkalı, xınabaş
Müllerinə qurban olum, ay dədə

Seçkilərdə bülleteni gupladım
Sənin kimi axşam-sabah gopladım
Tapşırdığın milyardları topladım
Dollarına qurban olum, ay dədə

Qadan alım, gəl, gözlərim nəmlənib
Sənin üçün pürrəngi çay dəmlənib
Kasetdəki səsin yaman bəmlənib
Zillərinə qurban olum, ay dədə

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 262 oxunma | Şərh yazın »
Dek 08
Həbib Müntəzir(Səs qəzetinə nəzirə)

“İlham Əliyev qeyri-alçaq boylu, yüksək intellektli, praqmatik düşüncəli, nevrlojik fikirli, mielit cüssəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar, kağız oyunlarını əla bacaran bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, sıxıb suyunu cıxardaraq Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək.

Davamı »

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 827 oxunma | 12 şərh var »
Noy 21

Utanmaz

Xəbər ver Yazını "XəbərNamə"yə göndər!

Hər gün bir az qabağa gedir utanmaz,
Gödək dayaz qabağa gedir utanmaz.

Şəhərli əyib deyib söz tutarsa,
Qıraz yeraz qabağa gedir utanmaz

Biz yazmarıq heç yuxarı, nazirə,
Yazar kağaz qabağa gedir utanmaz

Qabağa getmək yalaqlıq istər əzəl,
Bir utanmaz qabağa gedir utanmaz

Mane olan kimdi öldurər həmən,
Edər zakaz qabağa gedir utanmaz

Vezifəni, pulunu sevir bilməyir,
Qilsa namaz, qabağa gedir utanmaz.

Demokratiyadır məmləkətimdə,
Vurub qapaz qabağa gedir utanmaz.

İlham gəlir, inanmağım gəlməyir.
Bu hoqqabaz qabağa gedir utanmaz.

Yazar: Emin Dal | Dosta göndər Dosta göndər | Çap et Çap et | 609 oxunma | 22 şərh var »
Noy 06

2043 cu il xaricdə təhsil alan azərbaycanlı gənc atasına məktub yazır:

“Salam ata, nəcəsən? İşlərin necədir? ATƏT-in Minsk qrupu bu gün Bakıya gəlməli idi, nə isə bir yenilik var onlardan? Dünən bizim universitetdə təhsil alan erməni tələbələr Qarabağı bizdən almalarının 50 illiyini qeyd edirdilər. Burda bizi nə türklər, nə çeçenlər, heç fələstinlilər də danışdırmır, hamı deyir ki, biz torpağı işğal altında olarkən neft puluna şadlıq evi tikib, yeyib-içən müsəlman və türk tanımırıq, bizden uzaq gəz. Mən onlara başa sala bilmirəm ki, mən doğulanda torpaqlarımız artıq 20 il idi ki, işğal altında idi və mənim burada heç bir günahım yoxdur. Amma xeyri yoxdur, mənim üzümə hamısı gülür amma həqiqətdə hörmət etmirlər.
Davamı »

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1,113 oxunma | 30 şərh var »
Okt 05

3 il həbs hökmü alan siyasi-satirik şair Mirzə Sakitin türmədən gələn heç də sakit olmayan şeirlərindən birini tindaşlarıma çatdırıram…

Sаlmışаm türməyə lövbər, dеməyim - Bəs nə dеyim?!
Tuti-bülbül kimi əzbər dеməyim - Bəs nə dеyim?!

Filfilо еylədi iblis nə şəhər qаldı, nə kənd,
Qоvzаyıb əhli-müsəlmаnlаr üçün аtdı kəmənd,
Bеşi аc, оn bеşi üryаndısа gər, bаşçı həpənd,
Düzülüb qеyri bərаbər, dеməyim - Bəs nə dеyim?!
Tuti-bülbül kimi əzbər dеməyim - Bəs nə dеyim?!

Davamı »

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 962 oxunma | 18 şərh var »
Avq 29

Qüsl

Xəbər ver Yazını "XəbərNamə"yə göndər!

Sübh çağının qırmızımtılı yeni görsənməyə başlamışdı ki, məscidin qədimi, pasından cin hürkən dəmir darvazasının dırıltısı eşidildi. Qapılar taybatay açılarkən, içəriyə təcili şəkildə təcili yardım maşını daxil oldu.

- Ala, bu nədi ala. Uydaa… boğuldum, ətağa cəddiHəbib Müntəzir
- Nədi, nolub?
- Ay qaqaş, bu nə iydi gəlir sənnən.
- Ay yoldaş, bir az mədəniyyətli ol! Cənab Mamedov.
- Bah, nə cənab alə, yox bir əlahəzrət. Sən də mənim kimi meyidsən də.
- Mən İcra hakimiyəm, ədəbli danışın.
- İdun… hehehe. Uje meyidsən, gətirib tullayıblar səni bura, yumağa. Mən də diyirəm bu iy hardan gəlir, havayı yeməkdən dombaqarın, peysərboyun olanda it iyi gələr də. Xeyr ola, hakim məllim, millət dərdi öldürdü səni?

Davamı »

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1,175 oxunma | 22 şərh var »
İyl 18

Həbib MüntəzirƏzizinəm YAP yaxşı,
Mitinq keçirt lap yaxşı,
Əgər şuluq eyləsən,
Polis qağa qap yaxşı.

Əzizinəm Qələbə,
Düşdüm sinir əsəbə,
14 il meydandayıq,
Çalmamışıq qələbə.

Əzizim vətəndaşı,
İncitməz vətən daşı,
Nazir, məmur olanda,
Xamdır bu vətən, daşı!
Davamı »

Yazar: Tin Ua | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1,178 oxunma | 25 şərh var »
İyn 30

“Yanıq Kərəmiyə” “ağa-bəy” havasıdır
dedik, oynadıq.
“Qara keşişləri” qırmaqdansa əllərini öpüb,
qızlarını tumarladıq.
“Çal, aşıq, çal!” – deyərək
öz əlimizlə özümüzü odladıq
kərəm tonqalına çırpı atdıq.
İndi yanan Kərəm deyil, bütöv eldir.
Damla hesab etdiyimiz nəhəng seldir.
Bu çöllər, bu biyabanlar
hər biri bir Kərəm olub yanır-yanır,
Erməninin elləriylə alovlanır.
“Yanıq Kərəmiylə” rəqs edirik toylarda, məclislərdə.
“Şuşanın dağlarını” oxutdurub şənləndiyimiz kimi.
Çünki bu bizik, biz!
Və heç zaman heç bir şeyə
Yetməyəcək əlimiz.
O vaxtadək ki, milləti unudub,
Verdiyi sözünü, vəzifəsini unudub,
Məclislərdə “rok-n-rol” oynayacaq prezidentimiz
və birinci ledimiz.
Və təlxəklik edəcək Qarabağlı balası
Bülbül oğlu səfirimiz.
Çal, aşıq, çal! “Yanıq Kərəmi” yox
rok-n-rol çal.
Rəqs edir millətimiz.

Yazar: smr | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1 oxunma | 3 şərh var »