İyl 14
Xəbər ver
Siyasi xəbərlər
Azərbaycan tarixinin parlaq simalarından biri, hamımızın yaxşı tanıdığı, zəhmətkeşlərin nəvazişlə “saqqallı kişi” adlandırdıqları Andreas Qross küsüb getdi. Deyirlər o, gedən kimi onu tanıyanlar hamısı arxasınca mahnı oxumağa başlayıblar:
Prezident İ.Əliyev:
Asta yeri, kəmər düşər belindən,
YAP-çıların xoru (çırtma çalaraq):
Aman Qross, zalım Qross, can Qross!
Davamı »
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 1,550 oxunma |
İyl 06
Xəbər ver
Siyasi xəbərlər
Ayın 26-da Ali Hərbi Məktəbin məzunlarının buraxılış mərasimi keçirilib. Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyev də mərasimdə iştirak edibmiş. Əməlli-başlı bir çıxış edən prezidentimiz çıxışının axırlarına yaxın coşaraq “lazım gələrsə…” sözünü yenə işlədib. Arxasını isə deməyib. Sadəcə sakitləşib və “uşaqlar, qalanını da özünüz bilirsiniz də, niyə təkrar edim?” sözləri ilə çıxışını bitirib.
Bu hadisədən bir neçə gün qabaq isə yuxarıda adını çəkdiyimiz cənab prezidentimiz Dəniz Vağzalını açıb. Orda da möhkəmcə bir çıxış edib və bir neçə dəfə yuxarıda qeyd etdiyimiz ifadəni işlədib. Sonra isə minib lodkaya və başlayıb xəzərdə üzməyə.
Hadisəyə şahid olanların söylədikləri:
Davamı »
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 1,084 oxunma |
İyn 25
Xəbər ver
Siyasi xəbərlər
Andreas Qross deyib ki, Azərbaycan hakimiyyəti qudurub. Sonra Azərbaycan hakimiyyəti cavab verib ki, qudurmamışam və Səməd Seyidovu (xalq artisti və toylar kralı Səməd yox, o birisi Səməd) göndərib onun dalınca Strasburqa. Tapşırıb ki, Qrossun yiyəsini tapsın və desin ki, Qrossuna yiyə dur. Səməd Seyidov da gedib Qrossun yiyəsini tapıb və hakimiyyət tapşıran sözləri ona deyib. Yiyə də öz növbəsində Qrossu tapıb və soruşub ki, niyə dilini dinc qoymursan? Qross da and içib ki, “iki balam ölsün, sabaha sağ çıxmayım, Həzrət Abbas mənə qənim olsun, əgər elə söz demişəmsə. Bu olsa-olsa tərcüməçinin səhvi olar.” Səməd Seyidov da bir daha şəhadət barmağını silkələyib ki, “bax aaa…”
Davamı »
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 1 oxunma |
İyn 22
Xəbər ver
Siyasi səhnəcik
İştirakçılar:
İlham Əliyev – Azərbaycan Respublikasının prezidenti
Robert Koçaryan – Ermənistan Respublikasının prezidenti
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının Xarici işlər naziri
Vardan Oskanyan – Ermənistan Respublikasının Xarici işlər naziri
Həmsədrlər:
Stiven Mənn – ABŞ
Bernard Fasye – Fransa
Yuri Merzlyakov - Rusiya
Davamı »
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 1 oxunma |
İyn 18
Xəbər ver
Siyasi xəbərlər
“Manıspress”in Buxarest bürosundan verilən xəbərə görə prezidentlər – İlham Əliyev və Robert Koçaryanın görüşündə Rambuyedəki “tualet əhvalatı” təkrarlanmayıb. Belə ki, görüşdən əvvəl prezident İlham Əliyevin xahişi ilə görüş keçirilən binadakı bütün tualetlər “təmirə” bağlanılıb. Ermənistan prezidentinin köməkçisinin dediyinə görə bu dəfə həqiqətən R.Köçaryan təbii ehtiyacını ödəmək istəyirmiş. Amma…
Davamı »
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 1 oxunma |
İyn 07
Xəbər ver
Siyasi xəbərlər
Azərbaycan prezidenti İlham Əliyev hər il iyunun 23-nün Azərbaycan Respublikasında dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb. Prezident qeyd edib ki, sərəncamın imzalanmasının əsas məqsədi heç olmasa ildə bir gün məmurların rüşvət almasının qarşısının alınmasıdır.
Davamı »
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 1 oxunma |
May 29
Xəbər ver
Siyasi xəbərlər
Azərbaycandakı təkrar parlament seçkilərindən sonra dünyada Darvinin “Təkamül nəzəriyyəsi” təliminə qarşı çıxanların əlinə daha bir fakt keçib. İndi onlar darvinçilərə deyirlər: “Gördünüz? Bəs deyirdiniz meymun inkişaf edib adam olur?” Darvinçilər də qalıblar mat-məəttəl və bilmirlər nə cavab versinlər.
Davamı »
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 1 oxunma |
May 21
Xəbər ver
Siyasi xəbərlər
Azərbaycan Respublikası “Ən Yaxşı Rüşvət Alınan Müsəlman Dövləti” mükafatına layiq görülüb. Bunun əsas səbəbkarları olan təhsil və polis sisteminin generalları R.Usubov və M.Mərdanov mükafatın təqdimetmə mərasiminin Təhsil, yoxsa Polis nazirliyində keçirilməsi ilə bağlı dava ediblər. Harda keçirilməyindən asılı olmayaraq prezidentimizi təbrik edir, işində müvəffəqiyyət arzu edirik.
Davamı »
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 1 oxunma |
May 15
Xəbər ver
Siyasi xəbərlər
Dünya azərbaycanlıların prezidenti İlham Əliyev və dünya amerikalılarının prezidenti Corc Buş görüşüblər. Söhbətə körpünü C.Buş salıb:
Buş:
Məşədi İlham, sən bizə xoş gəlib məni şad elədin,
Əliyev:
Bir de görüm, nə oldu ki, nə oldu məni yad elədin?
Buş:
A kişi, sən öl, mən səni hamıdan artıq yad edərəm,
Əliyev:
Seçkilərdə kömək elə, gör necə səni şad edərəm!
Buş:
Söylə görüm, bir mənə, kəmər dolub neft ilə?
Gəl sənə mən stol verim, nə işin vardır pul ilə?
Əliyev:
A kişi, sən öl, mən sənə nə qədər desən neft verərəm,
Tayfama kömək etginən, İrana da yol verərəm.
Davamı »
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 1 oxunma |
May 10
Xəbər ver
Altı noyabr seçkilərində Seçki Monitorinq Mərkəzinin müşahidəçisi MSK-ya zəng vuraraq xahiş edir ki, onu Məzahir Pənahovla birləşdirsinlər. Operator sifarişi yerinə yetirir və xəttin o biri başında M.Pənahovun səsi eşidilir:
- Bəli, eşidirəm!
- Sizi 32 saylı dairənin 12 saylı məntəqəsindən narahat edirlər. Burada komissiya üzvləri qutuya bülleteni iki-iki atırlar.
- Ola bilməz, siz nə danışırsınız?
- Məzahir müəllim, and olsun ulu Tanrıya ki, düz deyirəm. Mən onların hətta şəkillərini də çəkmişəm.
Məzahir Pənahov bir az fikirləşəndən sonra deyir:
- Bilirsiz, mən belə xırda işlərlə məşğul olmuram. Onlar bülletenleri beş-beş, on-on salanda mənə zəng vurarsınız….
Davamı »
Yazar: TinBala |
Dosta göndər
|
Çap et
| 1 oxunma |
Ən son şərhlər