Azərbaycan-alman dili tərcüməsi

Əgər əlinizdə maraqlı materiallar, mp3, video fayllar, şəkillər, karikaturalar və digər məlumatlar, həmçinin təklif və tənqidləriniz varsa bizə göndərin: tinsohbeti@gmail.com



Mar 31
  • Ancaq Azərbaycanda prezidentin qəbrini müqəddəs ziyarətgah sayırlar.
  • Ancaq Azərbaycanda mollaların cəddi 220 voltdan yüksək olur.
  • Ancaq Azərbaycanda əmək haqqı qalxmamışdan qabaq benzinin qiyməti qalxır.
  • Ancaq Azərbaycanda prezident və parlament seçkilərinin nəticəsi əvvəlcədən bilinir.
  • Ancaq Azərbaycanda yerli fəhlələr 100 manat, əcnəbi fəhlələr isə 5000 manat maaş alır.
  • Ancaq Azərbaycanda Türk dizilərindən təsirlənərək intihar edirlər.
  • Ancaq Azərbaycanda Latın Amerikası seriallarındakı mənfi obrazlı qəhrəmanları “Mir Mövsüm Ağa”ya və digər pirlərə tapşırırlar.
  • Ancaq Azərbaycanda xəbərsizdirlər ki, İlham Əliyev hər bir Azərbaycanlının prezidentidir.
  • Ancaq Azərbaycanda Narkotikanı din xadimləri satırlar.
  • Ancaq Azərbaycanda Naftalandakı məsciddən 26 kiloqram narkotika tapırlar.
  • Ancaq Azərbaycanda gənclərin hobbisi namaz qılmaqdır.
  • Ancaq Azərbaycanda hərbi xidməti qurtarıb gələn insan özündən kiçiklərə məsləhət görür ki, “ Ağlın varsa əsgərliyə getmə”.
Yazar: Xaldan | Dosta göndər Dosta göndər | Çap et Çap et | 717 oxunma | 71 şərh var »
Fev 10
  • Ancaq Azərbaycanda evdə oğlan uşağı dünyaya gələrkən uşağın atası onu 20 il sonra hansı hərbi hissəyə saldıracağı barədə fikirləşir.
  • Ancaq Azərbaycanda dərsdə şagirdlər şah-vəzir oynayırlar.
  • Ancaq Azərbaycanda müəllimə dərs əvəzinə blutuzla uşaqlardan özünə “Türk dizilərinin” soundtreklərini tələb edir.
  • Ancaq Azərbaycanda qəbirstanlıqları pulla satırlar.
  • Ancaq Azərbaycanda qəbirstanlıqlar ödənişli olduğu üçün kasıblar özlərini müsəlman qaydasıyla yox, bütpərəstlər kimi dəfn olunmasını istəyirlər. (Bütpərəstlər meyidi yandırıb külünü suya atırlar. Belə olduqda torpaq almağa ehtiyac qalmır.)
  • Ancaq Azərbaycanda dövlət məmurlarının uşaqları məktəbə evdə gedirlər.
  • Ancaq Azərbaycanda erməni saytlarını sındıran adamlar DİN tərəfindən tutulur və dövlət düşməni elan edilərək həbsə atdırılır.
  • Ancaq Azərbaycanda Fövqəladə Hallar Nazirliyi özünü prezidentin gözünə soxmaq üçün ali və orta ixtisas məktəblərinə anonim zəng edərək deyir ki, məkətbinizdə bomba var.
  • Ancaq Azərbaycanda diplomları toz basır.
  • Ancaq Azərbaycanda ingilis dilini bilənlər dövlət işinə götürülür.
  • Ancaq Azərbaycanda “oğlanlar” xoşları gəldiyi qıza – Anam olsun, bacım olsun, amma kravatda olsun deyirlər.
  • Ancaq Azərbaycanda ümumxalq matəm günlərində ilk öncə prezidentin qəbrini, regiondakılar isə prezidentin abidəsini ziyarət edirlər.
Yazar: Xaldan | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1,096 oxunma | 52 şərh var »
Dek 09
  • Ancaq Azərbaycanda meydançalar sarı ot örtüyü ilə futbolçuların ixtiyarındadır.
  • Ancaq Azərbaycanda başından böyük danışmaq adət sayıla bilir.
  • Ancaq Azərbaycanda ağıl yaşda deyil başladır.
  • Ancaq Azərbaycanda tələbələr universitetlə yanaşı çayxanada da təhsil alırlar.
  • Ancaq Azərbaycanda prezident aparatı telefon aparatından seçilmir.
  • Ancaq Azərbaycanda çayxanalar gənclərin tribunasıdır.
  • Ancaq Azərbaycanda hər tərəfində həyat var.
  • Ancaq Azərbaycanda yuyunmamaq xəstəliyi var.
  • Ancaq Azərbaycanda iştah diş altındadır.
  • Ancaq Azərbaycanda futbola azarkeşlər semiçka “yeməyə” gedirlər.
  • Ancaq Azərbaycanda jurnalistikadan nə cür gəldi istifadə edirlər.
  • Ancaq Azərbaycanda kitabxanalar internet kafelərlə əvəzlənib.
  • Ancaq Azərbaycanda qocalarla cavanların arasında fərq yoxdur.
  • Ancaq Azərbaycanda şou biznes şor biznesdir.
  • Ancaq Azərbaycanda röyalaşmışlardansınızmı, faiqləşmişlərdənsinizmi sualları mövcuddur.
  • Ancaq Azərbaycanda qəzetlərdən tualetlərdə də istifadə edirlər.
  • Ancaq Azərbaycanda televiziya gözəllik salonudur.
  • Ancaq Azərbaycanda müəllimin beş-on manat alması rüşvət sayılmır.
  • Ancaq Azərbaycanda çumo olsan günün qaradır.
  • Ancaq Azərbaycanda hər cür intihara rast gəlmək mümkündür.
  • Ancaq Azərbaycanda jurnalist 3 yazıdan sonra sifariş qəbul edə bilir.
  • Ancaq Azərbaycanda dove sabun deyil, kremdir.
  • Ancaq Azərbaycanda liftlər dörd divarı xatırlayır.
  • Ancaq Azərbaycanda tualetlərə ermənistan səfirliyi deyilir.
  • Ancaq Azərbaycanda mavilər üçün hər yan yaşıl işıqdır
  • Ancaq Azərbaycanda mollalar Allahın adı ilə alver edirlər.
  • P.S. Ancaq Azərbaycanda P.S-lər yazının əsasını təşkil edir.
Yazar: Ramin Deko | Dosta göndər Dosta göndər | Çap et Çap et | 664 oxunma | 50 şərh var »
Noy 09
  • Ancaq Azərbaycanda 400 dollarlıq telefonda kontur olmur.
  • Ancaq Azərbaycanda oturduğun yerdə zibilə düşürsən.
  • Ancaq Azərbaycanda kitabı arxadan oxuyurlar.
  • Ancaq Azərbaycanda “mənənə” viruslu xəstəlik mövcuddur.
  • Ancaq Azərbaycanda hacıməmmədovlar yetişir.
  • Ancaq Azərbaycanda zibili zibil qutusundan başqa hər yerə tullayırlar.
  • Ancaq Azərbaycanda atalar sözlərindən necə gəldi istifadə edirlər.
  • Ancaq Azərbaycanda şairlər xoşbəxtliyə qafiyə axtarırlar.
  • Ancaq Azərbaycanda televiziyalar nağıl danışır.
  • Ancaq Azərbaycanda “kurdlar vadisi” teleserialının prototipini məmurlar yaradır.
  • Ancaq Azərbaycanda smiçka satanlar tumları kitab vərəqlərinə büküb müştərilərə satırlar.
  • Ancaq Azərbaycanda jurnalistlər mənbəsiz yerdən mənbə çıxardırlar.
  • Ancaq Azərbaycanda dost-tanış ayaması meyvə-tərəvəzlə səslənir.
  • Ancaq Azərbaycanda “həyat davam” etdirilir.
  • Ancaq Azərbaycanda rüşvətlə “aşağıdakılar”,korrupsiyayla “yuxarıdakılar” məşğul olur.
  • Ancaq Azərbaycanda “Ancaq Azərbaycan” var.
  • Ancaq Azərbaycanda qaçqınlar vəzifədə,məcburi köçkünlər fəhləliklə məşğuldurlar.
  • Ancaq Azərbaycanda Azercell iki gəncin sevgi tribunasıdır.
  • Ancaq Azərbaycanda eşşəklər hürür, itlər anqırır.
  • Ancaq Azərbaycanda geyiminə görə qarşılayırlar,telefonuna görə isə yola salırlar.
  • Ancaq Azərbaycanda məsafədən asılı olmayaraq gediş haqqı eyni qiymətədir.
  • Ancaq Azərbaycanda jurnalistlər, həm də terroristdirlər.
Yazar: Ramin Deko | Dosta göndər Dosta göndər | Çap et Çap et | 456 oxunma | 16 şərh var »
Sen 27
  • Ancaq Azərbaycanda əsasənQarabağlı olmayanlanlar “Qarabağlilar getsin döyüşsun, torpaqlarını alsın” deyirlər.
  • Ancaq Azərbaycanda kişiler küçədə burunlarını eşir və yerə tüpürürlər.
  • Ancaq Azərbaycanda metrolarin içərisi “Ticarət Mərkəzi”dir.
  • Ancaq Azərbaycanda sənaye zavodunun işçilərinə məvacib yerinə, həmin zavodun məhsullarından verilir ki, şəhərin küçələrində “Xlor var, pasta var..” deyə reklam edib, satsınlar.
  • Ancaq Azərbaycanda xəstaxanalar müalicə mərkəzi yox, infeksiya ocağıdır.
  • Ancaq Azərbaycanda “bəxtim olsaydı Azərbaycanda doğulmazdım” ifadəsi işlədilir.
  • Ancaq Azərbaycanda heç kəs, heç bir təşəbbüs etmədiyi halda hər bayramda ” İnşallah gələn il bu bayramı Cıdır düzündə qeyd edək” söyləyir
  • Ancaq Azərbaycanda ali tehsil diplomu iş sahibi olmaq üçün heç bir işə yaramır.


Yazar: Aysel Xanım | Dosta göndər Dosta göndər | Çap et Çap et | 5,200 oxunma | 114 şərh var »
Sen 04
  • Ancaq Azərbaycanda göydələnənlər Azərbaycan armaturuyla tikildiyi halda, jurnalistlər Rusiya armaturuyla döyülür.
  • Ancaq Azərbaycanda çayı konfetə görə içirlər.
  • Ancaq Azərbaycanda qalstuklu adama alim kimi baxırlar.
  • Ancaq Azərbaycanda kitabxanalardan görüş yeri kimi istifadə edirlər.
  • Ancaq Azərbaycanda ata oğlunu söyəndə “köpək oğlu” deyir.
  • Ancaq Azərbaycanda itən əşyalara oğru cavabdeh deyil.
  • Ancaq Azərbaycanda milli məclis söyüş tribunasıdır.
  • Ancaq Azərbaycanda kişi cibindən üşüyür.
  • Ancaq Azərbaycanda kişi fikrini siqaretlə öldürür.
  • Ancaq Azərbaycanda televiziyadan öncə ictimaiyyətə məlumatları arvadlar çatdırır.
  • Ancaq Azərbaycanda futbolçular belindəki nömrə qədər “dırka” buraxır.
  • Ancaq Azərbaycanda bir nazirin büdcəsi, dövlət büdcəsindən çoxdur.
  • Ancaq Azərbaycanda müğənnilər sponsoru borclu çıxardır.
  • Ancaq Azərbaycanda futbola dərdlərini unutmaq üçün gedirlər.
  • Ancaq Azərbaycanda hər kəsin deputatdan zəhləsi gedir, amma millət vəkilini sevir.
  • Ancaq Azərbaycanda valideynlər övladlarını məktəb əvəzinə internet kluba göndərirlər.
  • Ancaq Azərbaycanda kompüter və ingilis dilini bilənə ölüm yoxdur.


Yazar: Ramin Deko | Dosta göndər Dosta göndər | Çap et Çap et | 669 oxunma | 9 şərh var »
Avq 04
  • Ancaq Azərbaycanda dana ətinin kilosu 5 manat olduğu halda, kolbasanın kilosu 2 manat 40 qəpikdir.
  • Ancaq Azərbaycanda arvad öz ərindən boşananda gedib müğənni olur.
  • Ancaq Azərbaycanda qəzetdən salfetka kimi istifadə edirlər.
  • Ancaq Azərbaycanda sürücü təhlükəsizlik kəmərini əliylə tutur.
  • Ancaq Azərbaycanda telekanallar “vurma kompaniyası” ilə məşğul olurlar.
  • Ancaq Azərbaycanda aftoşlar maşını “muzukalnıy çentr”ə görə sürürlər.
  • Ancaq Azərbaycanda “acından ölənənlər” ulduzlara sms göndərir.
  • Ancaq Azərbaycanda valideynlər uşaqlarının oxumaması üçün rüşvət verir.
  • Ancaq Azərbaycanda mobil telefondan maqintofon kimi istifadə edirlər.
  • Ancaq Azərbaycanda ər öz arvadına “komandir” deyə müraciət edir.
  • Ancaq Azərbaycanda ÜDM belə sürətlə inkişaf etdiyi halda, camaat dilənçi kökündə yaşayır.
  • Ancaq Azərbaycanda korrupsiyaya qarşı mübarizə komitəsinə korrupsionerlər başçılıq edir.


Yazar: Ramin Deko | Dosta göndər Dosta göndər | Çap et Çap et | 4,949 oxunma | 28 şərh var »
İyl 12
  • Ancaq Azərbaycanda hər hansı bir jurnalist Qarabağa səfər edəndə xain, hər hansı bir ziyalı səfər edəndə isə qəhrəman adlandırılır.
  • Ancaq Azərbaycanda düşmənin qurduğu yeni dövlətin bayrağı və gerbi altında oturub, sonradan onu görmədiyini iddia edən kor ziyalılar mövcuddur.
  • Ancaq Azərbaycanda prezidentin xanımı YUNESKO və İSESKO-nun xoşməramlı səfəri adını alaraq, səhər-axşam televizorda millətin gözünə soxula bilər.
  • Ancaq Azərbaycanda prezident polislərin vicdansızlığına, şərəfsizliyinə, alçaqlığına fəxrlə bəraət qazandıra bilər.
  • Ancaq Azərbaycanda analoqu olmayan körpülər, keçidlər, parklar tikilir. Bütün digər dövlətlər isə səhralıqdır.
  • Ancaq Azərbaycanda jurnalistlər türmələrdə çürüyür, jurnalist döyənlər, öldürənlər isə azadlıqda əllərini-qollarını sallayaraq veyillənirlər.
Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 3,974 oxunma | 13 şərh var »
Fev 12
  • Ancaq Azərbaycanda Gürcüstana qaz verilməsi bayram kimi qeyd olunur amma Gürcüstanda yaşayan soydaşlarımız qazsız, işıqsız, susuz, bir sözlə iflic vəziyyətdə yaşayırlar.
  • Ancaq Azərbaycanda bazara gedəndə özünlə tərəzi aparırsan.
  • Ancaq Azərbaycanda heydər Əliyevin adının hansısa ölkədə harasa qoyulması xarici siyasətimizin ən böyük uğurudur.
  • Ancaq Azərbaycanda xalq dövlətinə, dövlət isə öz külfətinə xidmət edir.
  • Ancaq Azərbaycanda Milli Məclisin sədri balaca boy, yekəqarın və çox vaxt susmağı bacaran biri seçilir.
  • Ancaq Azərbaycanda DİN sədri qulağının dibindəki otaqda “killer”in olmasından xəbərsizdir.
  • Ancaq Azərbaycanda DİN qatili prezidentdin əmri ilə sərbəst buraxa bilər.
  • Ancaq Azərbaycanda 20 yanvar gəldiyinə görə sevinirlər, istirahət günü olduğuna görə.
  • Ancaq Azərbaycanda şadlıq evlərin sayı məktəblərdən, təhsil müəssələrindən, hərbi bölmələrdən qat-qat çoxdur.
Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 246 oxunma | Şərh yazın »
Yan 31
  • Ancaq Azərbaycanda qiymətlərin qaldırılmasından sonra millət prezidentin gəlməsini gözləyir ki, gəlib qiymətləri aşağı salacaq. Halbuki elə qiymətlərin qalxmasını prezident özü sərəncamlayıb.
  • Ancaq Azərbaycanda həcilərin 90% namazın necə qılındığını bilmir.
  • Ancaq Azərbaycanda xaricilər özlərini evlərində, vətəndaşlar isə yad hesab edirlər.
  • Ancaq Azərbaycanda jurnalistlərin döyülməsini müxalifətin növbəti şousu adlandırırlar.
  • Ancaq Azərbaycanda prezidentin müxalifətə yazığı gəlir.
  • Ancaq Azərbaycanda “analoqu olmayan” hər şey mövcuddur, hətta prezident də.
  • Ancaq Azərbaycanda “İlham Əliyev və Gədəbeylilər” adlı gözəl şekillərlə bəzədilmiş kitabı almaq olar və bu xəbəri ancaq Azərbaycanda “Lider” televiziyasında izləmək olar.
  • Ancaq Azərbaycanda yarmakalar çeşitli məhsulları ilə seçilir və bu TVlərdə ağızdolusu xəbər verilir.
Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 214 oxunma | Şərh yazın »