Azərbaycan-alman dili tərcüməsi

Əgər əlinizdə maraqlı materiallar, mp3, video fayllar, şəkillər, karikaturalar və digər məlumatlar, həmçinin təklif və tənqidləriniz varsa bizə göndərin: tinsohbeti@gmail.com



Dek 09
  • Ancaq Azərbaycanda meydançalar sarı ot örtüyü ilə futbolçuların ixtiyarındadır.
  • Ancaq Azərbaycanda başından böyük danışmaq adət sayıla bilir.
  • Ancaq Azərbaycanda ağıl yaşda deyil başladır.
  • Ancaq Azərbaycanda tələbələr universitetlə yanaşı çayxanada da təhsil alırlar.
  • Ancaq Azərbaycanda prezident aparatı telefon aparatından seçilmir.
  • Ancaq Azərbaycanda çayxanalar gənclərin tribunasıdır.
  • Ancaq Azərbaycanda hər tərəfində həyat var.
  • Ancaq Azərbaycanda yuyunmamaq xəstəliyi var.
  • Ancaq Azərbaycanda iştah diş altındadır.
  • Ancaq Azərbaycanda futbola azarkeşlər semiçka “yeməyə” gedirlər.
  • Ancaq Azərbaycanda jurnalistikadan nə cür gəldi istifadə edirlər.
  • Ancaq Azərbaycanda kitabxanalar internet kafelərlə əvəzlənib.
  • Ancaq Azərbaycanda qocalarla cavanların arasında fərq yoxdur.
  • Ancaq Azərbaycanda şou biznes şor biznesdir.
  • Ancaq Azərbaycanda röyalaşmışlardansınızmı, faiqləşmişlərdənsinizmi sualları mövcuddur.
  • Ancaq Azərbaycanda qəzetlərdən tualetlərdə də istifadə edirlər.
  • Ancaq Azərbaycanda televiziya gözəllik salonudur.
  • Ancaq Azərbaycanda müəllimin beş-on manat alması rüşvət sayılmır.
  • Ancaq Azərbaycanda çumo olsan günün qaradır.
  • Ancaq Azərbaycanda hər cür intihara rast gəlmək mümkündür.
  • Ancaq Azərbaycanda jurnalist 3 yazıdan sonra sifariş qəbul edə bilir.
  • Ancaq Azərbaycanda dove sabun deyil, kremdir.
  • Ancaq Azərbaycanda liftlər dörd divarı xatırlayır.
  • Ancaq Azərbaycanda tualetlərə ermənistan səfirliyi deyilir.
  • Ancaq Azərbaycanda mavilər üçün hər yan yaşıl işıqdır
  • Ancaq Azərbaycanda mollalar Allahın adı ilə alver edirlər.
  • P.S. Ancaq Azərbaycanda P.S-lər yazının əsasını təşkil edir.
Yazar: Ramin Deko | Dosta göndər Dosta göndər | Çap et Çap et | 754 oxunma | 50 şərh var »
Noy 09
  • Ancaq Azərbaycanda 400 dollarlıq telefonda kontur olmur.
  • Ancaq Azərbaycanda oturduğun yerdə zibilə düşürsən.
  • Ancaq Azərbaycanda kitabı arxadan oxuyurlar.
  • Ancaq Azərbaycanda “mənənə” viruslu xəstəlik mövcuddur.
  • Ancaq Azərbaycanda hacıməmmədovlar yetişir.
  • Ancaq Azərbaycanda zibili zibil qutusundan başqa hər yerə tullayırlar.
  • Ancaq Azərbaycanda atalar sözlərindən necə gəldi istifadə edirlər.
  • Ancaq Azərbaycanda şairlər xoşbəxtliyə qafiyə axtarırlar.
  • Ancaq Azərbaycanda televiziyalar nağıl danışır.
  • Ancaq Azərbaycanda “kurdlar vadisi” teleserialının prototipini məmurlar yaradır.
  • Ancaq Azərbaycanda smiçka satanlar tumları kitab vərəqlərinə büküb müştərilərə satırlar.
  • Ancaq Azərbaycanda jurnalistlər mənbəsiz yerdən mənbə çıxardırlar.
  • Ancaq Azərbaycanda dost-tanış ayaması meyvə-tərəvəzlə səslənir.
  • Ancaq Azərbaycanda “həyat davam” etdirilir.
  • Ancaq Azərbaycanda rüşvətlə “aşağıdakılar”,korrupsiyayla “yuxarıdakılar” məşğul olur.
  • Ancaq Azərbaycanda “Ancaq Azərbaycan” var.
  • Ancaq Azərbaycanda qaçqınlar vəzifədə,məcburi köçkünlər fəhləliklə məşğuldurlar.
  • Ancaq Azərbaycanda Azercell iki gəncin sevgi tribunasıdır.
  • Ancaq Azərbaycanda eşşəklər hürür, itlər anqırır.
  • Ancaq Azərbaycanda geyiminə görə qarşılayırlar,telefonuna görə isə yola salırlar.
  • Ancaq Azərbaycanda məsafədən asılı olmayaraq gediş haqqı eyni qiymətədir.
  • Ancaq Azərbaycanda jurnalistlər, həm də terroristdirlər.
Yazar: Ramin Deko | Dosta göndər Dosta göndər | Çap et Çap et | 537 oxunma | 16 şərh var »
Sen 04
  • Ancaq Azərbaycanda göydələnənlər Azərbaycan armaturuyla tikildiyi halda, jurnalistlər Rusiya armaturuyla döyülür.
  • Ancaq Azərbaycanda çayı konfetə görə içirlər.
  • Ancaq Azərbaycanda qalstuklu adama alim kimi baxırlar.
  • Ancaq Azərbaycanda kitabxanalardan görüş yeri kimi istifadə edirlər.
  • Ancaq Azərbaycanda ata oğlunu söyəndə “köpək oğlu” deyir.
  • Ancaq Azərbaycanda itən əşyalara oğru cavabdeh deyil.
  • Ancaq Azərbaycanda milli məclis söyüş tribunasıdır.
  • Ancaq Azərbaycanda kişi cibindən üşüyür.
  • Ancaq Azərbaycanda kişi fikrini siqaretlə öldürür.
  • Ancaq Azərbaycanda televiziyadan öncə ictimaiyyətə məlumatları arvadlar çatdırır.
  • Ancaq Azərbaycanda futbolçular belindəki nömrə qədər “dırka” buraxır.
  • Ancaq Azərbaycanda bir nazirin büdcəsi, dövlət büdcəsindən çoxdur.
  • Ancaq Azərbaycanda müğənnilər sponsoru borclu çıxardır.
  • Ancaq Azərbaycanda futbola dərdlərini unutmaq üçün gedirlər.
  • Ancaq Azərbaycanda hər kəsin deputatdan zəhləsi gedir, amma millət vəkilini sevir.
  • Ancaq Azərbaycanda valideynlər övladlarını məktəb əvəzinə internet kluba göndərirlər.
  • Ancaq Azərbaycanda kompüter və ingilis dilini bilənə ölüm yoxdur.


Yazar: Ramin Deko | Dosta göndər Dosta göndər | Çap et Çap et | 737 oxunma | 9 şərh var »
Avq 04
  • Ancaq Azərbaycanda dana ətinin kilosu 5 manat olduğu halda, kolbasanın kilosu 2 manat 40 qəpikdir.
  • Ancaq Azərbaycanda arvad öz ərindən boşananda gedib müğənni olur.
  • Ancaq Azərbaycanda qəzetdən salfetka kimi istifadə edirlər.
  • Ancaq Azərbaycanda sürücü təhlükəsizlik kəmərini əliylə tutur.
  • Ancaq Azərbaycanda telekanallar “vurma kompaniyası” ilə məşğul olurlar.
  • Ancaq Azərbaycanda aftoşlar maşını “muzukalnıy çentr”ə görə sürürlər.
  • Ancaq Azərbaycanda “acından ölənənlər” ulduzlara sms göndərir.
  • Ancaq Azərbaycanda valideynlər uşaqlarının oxumaması üçün rüşvət verir.
  • Ancaq Azərbaycanda mobil telefondan maqintofon kimi istifadə edirlər.
  • Ancaq Azərbaycanda ər öz arvadına “komandir” deyə müraciət edir.
  • Ancaq Azərbaycanda ÜDM belə sürətlə inkişaf etdiyi halda, camaat dilənçi kökündə yaşayır.
  • Ancaq Azərbaycanda korrupsiyaya qarşı mübarizə komitəsinə korrupsionerlər başçılıq edir.


Yazar: Ramin Deko | Dosta göndər Dosta göndər | Çap et Çap et | 5,086 oxunma | 28 şərh var »