Artur Rəsizadə: “Qarabağı qaytarmaq üçün kişi kimi döyüşmək lazımdır!”
Azərbaycan və Ermənistan prezidentləri Rambuye qəsrində görüşürdülər. Bütün ölkə səbrsizliklə danışıqların nəticəsini gözləyirdi. Həmin gün «Park İnn» otelində nəsə böyük bir konfrans keçirilirdi. Baş nazir Artur Rəsizadə də tədbirdə iştirak edənlər arasında idi.
Baş nazirdən müsahibə alan zaman jurnalistlərdən kimsə qayıtdı ki, bəs, Artur müəllim, Rambuyedə prezidentlər arasında gedən danışıqlar haqda nə deyə bilərsiz? Cavab dəqiq şəkildə belə oldu: “Kameraları söndürün, mən öz sözümü deyim. Azərbaycan müharibə etməsə, öz torpağını azad edə bilməyəcək. Biz kişi kimi döyüşməliyik”.
Artur Rəsizadə bu kəlmələri söyləyərək artıq qapısı açılmış və onu gözləyən avtomobilinə əyləşərək gözdən itdi.
Yaqub Eyyubov: “Eyyub Yaqubov çıxandan mənim adımı unudublar”
«Park-İnn» otelində iqtisadi tədbir keçirilir. Jurnalistlər otelin foyesinə toplaşıb baş nazirin müavini Yaqub Eyyubovu gözləyirlər. Y.Eyyubov tədbirdən çıxır və jurnalistlər yığışırlar onun başına.
Sualı sual ardınca yağdıran APA-nın müxbiri hər dəfə Y.Eyyubova “Eyyub müəllim, Eyyub müəllim” deyib müğənni Eyyub Yaqubovla adını səhv salır. Y.Eyyubov dözməyib jurnalistin üstünə çığırır: “Eyyub Yaqubovun atasına söydürəcəksən. O müğənni çıxandan mənim adımı unudublar”.
Novruz Məmmədov: “Dünən televizorda kimi göstəribsiniz, ondan da müsahibə alın”
2006-cı ilin payızında Bakıda islam ölkələri turizm nazirlərinin konfransı keçirilirdi. Bir dəstə jurnalist yığışıb durmuşduq «Gülüstan» sarayının qarşısında, müsahibə almağa məmurdan, nazirdən axtarırdıq. Bir də gördük ki, Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov gəlir.
Hamımız yaxınlaşıb elə birinci sualı vermək istəyirdik ki, Novruz müəllim bir sifət aldı ki, gəl görəsən. Dedi, ölsəniz də, müsahibə verməyəcəyəm. Səbəbini soruşanda qayıtdı ki, bəs dünən televiziyada Antalyada beynəlxalq konfransdan yayımlanan reportaja baxıb. Televizorda ondan başqa hamını göstəriblər. Novruz müəllim bunu deyib əlavə elədi ki: “İndi gedin dünən televizorda kimi göstəribsiniz, ondan da müsahibə alın”.
Oruc Zalov: “Görmürsünüz, ağlayıram?”
2003-cü ilin dekabrı. Ölkənin bütün üzdə olan adamları hava limanında Heydər Əliyevin cənazəsini gətirən təyyarəni gözləyir. Jurnalistlər də məmurların arasında gəzib onlardan Heydər Əliyev haqqında xatirələrini almaq istəyirlər. Elə bu zaman gözləri daxili işlər nazirinin müavini Oruc Zalovu alır.
Yaxınlaşıb müsahibə götürmək istədiklərini bildirirlər. Nazir müavini də elə fikirləşir ki, indi bu məqamda ondan ölkədəki kriminogen durum haqqında nəsə soruşmaq istəyirlər. Qayıdıb ondan müsahibə almaq üçün icazə istəyən jurnalistlərə elə bu sözləri deyir: “Görmürsünüz, ağlayıram?”
Dosta göndər
|
Çap et
| 404 oxunmaMövzuda cəmi 5 şərh var


Aprel 8th, 2008 at 21:04
A.Rasizade:Deliden Dogru Xeber:)
O Zalov:Dosent ona zamaninda desmal versaydinde göz yaschlarini silerdi,Melik de mollalig edirdi Allah schukurle chiyin-chiyine,Tinbalada …..
Agsaggal da bunlara dözmedi gachdi getdi chayin o tayina
Aprel 9th, 2008 at 03:17
Butun tinbazlara salam;
Bir deyin qurak bu A.Rasulzadanin dedeklari (doqrudur yoxsa yalan)?
Aprel 9th, 2008 at 15:56
Gördüm danishirdi, Garabag mäsäläsindän.Lazim gälärsä dedi.
Bu lazim kimiymish, hardan gäläcäkmishki, tapin buna gätirin.
650 min, ish yerindän danishirdi.Ancaq belä ish yeri,hech yoxtur ortada.
Bir qäzetächiyi bucaqlamishdilar, bu yenä danishirdi.Kim elämishdi xäbäri yoxtur, bu ishdän.
Bir gün yenä gördün danishirdi , büdcäsi genishlämishdi.Elä balandira, balandira danishirdiki.Sanki sanayi devläti elämishdi vätäni.
Yenä danishirdi , äynindä branijilet, dedim yäqin ermänistandadir, sän demä Bakidaymish.
Bir gün gördüm hirstänib,düshündüm göräsän nä olub.
Qarabagi ala bilmirmish, öncädän ermänistana verilmish, torpaqlari istiyirmish.
Danishdi danishdi getti.
Nato toplantisindaydi.
Dedim sän hä.
Dedi män,danishmaga gälmishäm.Öz özünä danisha danisha getti bu.
Tilvzerä chixib, yenä danishmaqdadir.Bosh , bosh danishmaqlarnan, sechgiyi qazanacaqmish.
Aprel 18th, 2008 at 11:15
Artur .Evella bu adam ozu ermenidir. Artur adi Azerbaycan dilinde yoxdur. Bu adam mi desem ne desem … onda o geyret yoxdur kisi kimi vurussun .He eger bize soz atirsa biz gedek vurusub alag men razi . Ama bu Artur basimizda olmasin can,m feda yurduma. Bir zaman lar Artur komunist partiyasinin uzviydi.Indi nece oldu kapitalis amerika usagioldu. Bunu bir dusunmek lazimdir. ..
May 1st, 2008 at 17:02
Umumiyyetle bu gun Azerbaycanin idare edenler kimlerdi ? Bir fikirleshmisinizmi? Soyu koku belli olmayan gedalar. Artur, Kemaleddin, Ramil bir baxin da hamisi gedadir uzlerinden gedaliq yaghir. Ha indi deyin gorum gedadan da bey olar?