Bakının qarı və körpüsü AntiRəsulzadə siyasəti
Yan 09

Abbasın maşını

Bir dəfə Heydər Əliyev avtomobil sərgisindəymiş. O bir xeyli yeni, yaraşıqlı avtomobillərə göz gəzdirərək birinin qarşısında ayaq saxladı. Abbas Abbasova üzünü çevirərək, deyir:
- Abbas, bax gör nə maşınlar var, sən amma hələ də “Zaparojets”də gəzirsən…

***

Həsənin yeri?

Bir dəfə Heydər Əliyev Neft-qaz sərgisində ekspozisiyaları bir-bir gəzirmiş, birdən ayaq saxlayır. Bir xeyli qarşısındakına baxaraq deyir: “Bax, bura Həsənin (Həsənov – red.) yeridir!”. Heydər Əliyevin baxdığı şey dəmirdən bir qəfəs idi…

***

Kəmaləddinin qızıl saatı

Heydər Əliyev bir dəfə öz iqamətgahında növbəti “Necə korrupsiyaya qarşı mübarizə aparmalı?” mövzusunda hökumət müşavirəsi keçirirdi. Qəfildən o, müşavirə iştirakçılarından soruşdu:
- Kimin qolunda qızıl saat var, əlini qaldırsın?
Heç kimdən səs çıxmadı. Bu dəfə Heydər Əliyev üzünü konkret Kəmaləddin Heydərova tutaraq soruşdu:
Bax, sənin saatın qızıldandırmı?
Kəmaləddin Heydərov qətiyyən özünü itirməyərək ayağa qaldı:
- Yox Heydər Əliyeviç, qızıldan deyil.
Heydər Əliyev bu cavabdan məmnun qalmayaraq dedi:
- Yaxşı otur!

***

Aeroport arabaçılarının dolyası

2001-ci il idi. Heydər Əliyev ətrafını yığaraq Bakı Aeroportu problemlərinə həsr olunmuş müşavirə keçirirdi. Söhbət əsnasında o AZAL-ın prezidentindən soruşdu:
- Cahangir, de görüm aeroportdakı tackalardan (o, sərnişinlərin baqajını daşıyan arabaçıları nəzərdə tuturdu – red.) yığılan pullar kimə gedir?
- Bir söz tapıb deyə bilməyən Cahangir Əsgərov:
- Heydər Əliyeviç, bilmirəm, deyə çaşqınlıq içərisində dilləndi.
- Yaxşı, otur aşağı, deyə dövlət başçısı cavab verdi.

Müşavirədən bir neçə gün keçməmiş aeroportda arabaçıların göstərdiyi pullu xidmət ləğv olundu.

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1,089 oxunma

Mövzuda cəmi 7 şərh var

  1. sentimental yazıb:

    Eshq olsun menim “babama” !!

  2. USTUN yazıb:

    Gardas biyabircilikdir !
    Inanin aglamaya goz yasi bele yoxdur!
    Niye de galiyax ki , biz Azerbaycanliyik , kisi aglamaz,insallah cixacak o memleketin yiyesi !!!Sonrasida ki biz ozumuzde olmemisik ki , hep beraber kim nece apara bilirse hele de mubarize aparacayik!
    Biz baslayak gerisini Allah ‘a biraxak.”O” ne ederse her seyin yaxshisini eder.Teklifim :her kes fikrini yazsin ! Ne ede bilerik? Nece ede bilerik ?! Neden baslamaliyik?!
    Azerbaycan genci hele olmeyib ve bitmeyib!!
    Yasasin Azerbaycan ve onu gercekden seven milleti!!
    Biz Azerbaycan’a ,layik olmaliyik!!
    Dasiva senin gurban olum Azerbaycan’im!!

  3. ergenekon yazıb:

    Ustun qardash,hevesin xoshuma geldi.insallah bu heves omrunun son gunuunedek en yaxin dostlarindan olar…
    qardash hardan baslayaq deyende mence he bir shex evvela ozunden baslamalidir.meselen dil oyrenmek,chox kitab oxumaq,ozunu yaxshi ifade ede bilmek.men her defe Azerbaycana qayidanda derdimi danishdigim insanlarin sayi her defe bir az daha artiq.yeni demek isteyirem ki insanlar eger siz oz hisslerinize sadiq oldugunuzu gordukleri zaman sizi dinleyirler.birde ki gerek danishdigimiz adamlar bize baxanda fikirlessinler ki <>men bunu bir az derk ettim.
    qalanin sonra danisharam qonaq geldi:))))

  4. Seymur312 yazıb:

    Ustun, bura forum zaddi here bashlasin oz fikrini demeye? Yaxshi nida cumleleri yazirsan :) Molodec.
    Men uje bashladim, gerisi Allaha… :))

  5. Xaldan yazıb:

    Teshekkurler.Men ne qeder vaxt idi ki,tinsohbetine gire bilmirdim.Amma indi sizin adresinizi elde etdim ve indi girdim.Sizin adresi butun AZERBAYCANDA yayacam.Inanin ki,Azerbaycanda hele indiye qeder sohbetler gezir ki,tinsohbeti baglanibdir.Onun admini de MTN-de dir.Allaha shukurler olsun ki,burdasiniz.

  6. sabishka yazıb:

    axrincini eshitmishdim

  7. Veteran yazıb:

    Urek,goz aglajir.Gejret ise mubarizeje cagirir.Amma neca?Ja Rebbim,bu bedbaht Azerbajcanda ne vaht duzgun edaletli bit cemijjet jaranacag?!Ne vahta geder igidler mehv olacag,ograshlar ise at capacag?Bu ne dehshet,bu ne felaket,sherefsizlije mi irellejir bu bedbaht millet?!

AzeriBlog - milli blog sistemi

Şərh Yazın