Karikatura - 62 Azadlığa həsrət Azadlıq meydanı - Yeni İl 2007
Yan 01

“İlin turisti” - Novruz Məmmədov. Dövlət başçısını müşayiət edərək 47 ölkə gəzdiyinə görə;
“İlin vulkanı” - Əli İnsanov. Məhkəmədə hakimiyyətin üstünə od-alov püskürdüyünə görə;
“İlin yarıqbaşı” - Çingiz Məmmədov. Yasamaldakı ət bazarı dağıdılarkən laçınlı köçkün tərəfindən qafasının yarılmasına görə;
“İlin ölməz Kaşşeyi” - Üzeyir Cəfərov. Aprelin 20-də başından 3 armatur zərbəsi alsa da ölmədiyinə görə;
“İlin tikici-sökücüsü” - Ziya Məmmədov. Körpü tikə-tikə dövlət büdcəsini, bir də camaatın evini, obyektini sökdüyünə görə;
“İlin fövqəlnaziri” - Kəmaləddin Heydərov. Hamı bilir nəyə görə;
“İlin baş naziri” - bu nominasiya boşdur. Vəzifə faktiki olaraq vakant olduğuna görə;
“İlin Zahid Orucu” - Zahid Oruc. Öz ampluasına sadiq qaldığına və bizim də belə vərdiş elədiyimizə görə;


“İlin tribunu” - Baba Tağıyev. Parlamentdə dava düşəndə beqəfil tribunaya qalxıb xalqa müraciət etmək istədiyinə görə;
“İlin Levitanı” - Səfər Əbiyev. Öz zəhmli səsi və hədələri ilə düşməni qarabağır elədiyinə görə;
“İlin Georgi Hacısı” - milli futbolçularımız. İlk 11-i Həccə gedərək Hacı olduqlarına görə;
“İlin qonağı” - Elton Con. Gəlişi və gedişi, eləcə də qonorarı ilə ümumxalq müzakirəsinə çevrildiyinə görə;
“İlin aşığı” - Kamran Həsənli. Özü bilir nəyə görə;
“İlin şairi” - (Rüstəm Behrudi incisə də) Hadı Rəcəbli. Nəvəsi üçün
“Mən Rəcəbli Hadıyam,
Öz babamın adıyam.
Babam məni çox sevir,
Ləzzətiyəm, dadıyam” - şeiri yazdığına görə;
“İlin yazarı” - Ramiz Mehdiyev. “Azərbaycan” qəzetində oxunaqlı silsilə məqalələr yazdığına görə;
“İlin katoliki” - Bəxtiyar Sadıqov. Rəhbərlik etdiyi qəzetdə İlham Əliyevin “məqalə”sini dərc edərək Roma papasından artıq katoliklik etmək istədiyinə görə;
“İlin qayğıkeşi” - İlhami Fətəliyev. Yayda ziyalılarla birgə Şuşada olarkən erməni qonşusuna “Bacıların yaxşıdırmı” sualı ilə müraciət etdiyinə görə;
“İlin kişi adamı” - Tolik. “Mavi” olduğunu kişi kimi boynuna aldığına görə;
“İlin siyasətçisi” - Abış kişi (qonşum). İşi əlindən çıxmasın deyə müğənni Xatirə kimi gedib YAP-a üzv olduğuna görə.

Yazar: Samir Sarı | Dosta göndər Dosta göndər | Çap et Çap et | 435 oxunma

Mövzuda cəmi 8 şərh var

  1. emin yazıb:

    yeri var!!!!guldum yaxshica, cox saolun!

  2. metin yazıb:

    aci ve gercek!
    traje komik!!
    ilin heykeli ?????

  3. tinazarkeshi yazıb:

    Mence “ILIN OGRUSU” nominanti yaddan cixib, onu tecili tapib mykafatlandirmag gerekdir, cynki namelum olan bu “gehreman” Bakinin merkezinde uzun iller boyu rehmetlikler terefinden indiki kukla teatrinin gabaginda goyulmus gozellik ilahelerini nece ustaligla ogurlayibsa bu ogurlugu hetta hemin teatrin novbeti temirinden sonra acilisa gelen Prezident ve onun xaniminin da xeberi olmayib! Gehremanlig bele olar!!

  4. Martin yazıb:

    Ilin Turisti Ilham Aliyevi yaddan cixarmisan gädes.
    ilin ogrusu vä Gulduru Ramil Usubov Haci Mämmädova 10 il kirisalig etdiyina görä.
    Ilin Sabini Aryeli haci sakiri va nähayat Dave sabini naminatsiyasi Siyavus Novruzov.
    Ilin kaman usdasi Habil äliyev Jurnalis Musahiba aldigi yerda aglayib Atam ölub (Heydari nazarda tutur) danisa bilmadiyina görä.

  5. azerinka101 yazıb:

    HER WEYI DUZGUN EKS ETDIRDYINIZE GORE COX SAG OLUN.HALALDI

  6. to be honest yazıb:

    Eshq olsun Samir Sari-ya. Heqiqeten dehshet sheyler yazir. Sadece bu qeder sheyleri derk ederek nece yashaya bilir axi? adice komputere bir az cox proqram yazanda donub qalir. Men bu jurnalistlere meetelem…
    Mashallah

  7. Orion yazıb:

    yeqin onda Intel Core 2Duo-dur :)

  8. Muselman yazıb:

    Ela. Ela. Aferin.

AzeriBlog - milli blog sistemi

Şərh Yazın