Karikatura - 56 Ancaq Azərbaycanda - 28
Avq 10

Murtuz Ələsgərovun spikerlik etdiyi parlament son günlərini yaşayırdı. Milli Məclisdəki kreslolarına birdəfəlik əlvida deyəcəyini hiss edən hakimiyyət deputatları son fürsətdən istifadə edib bir daha sadiqliklərini nümayiş etdirmək istəyirdilər. M.Ələsgərov da vaxt azlığından onların bəzilərinə söz verə bilmirdi. Məşhur “91”lərdən olan Həsən Mirzəyev bir neçə dəfə cəhd etsə də, spiker ona söz vermədi. Vəziyyəti belə görən H.Mirzəyev üzünü M.Ələsgərova tutdu: “Murtuz müəllim, mənə söz verməsən, deyərəm haa hamısını!” Spiker bu sözləri eşidən kimi H.Mirzəyevin mikrofonunun yandırılmasını xahiş edərək ona söz verdi.

***

Deyilənə görə, bir gün Mir Şahin ANS-ə işləməyə gələn gənc jurnalistlərdən birinin intellektual səviyyəsini yoxlamaq üçün ona sual vermək istəyir. Mir Şahin əvvəlcə elementar suallardan başlamaq qərarına gəlir və jurnalistdən Xuruşşovun kim olduğunu soruşur. Jurnalist bir qədər fikrə gedəndən sonra cavab verir ki, bəs “prorab” olub. Mir Şahin təəccüblə jurnalistdən nəyə görə belə cavab verdiyini soruşur. Gənc jurnalist də “xuruşşovka” binalarına işarə edib “bəs bu binaları Xuruşşov tikməyib?” söyləyir.

***

Parlamentdə Hüseyn Abdullayevlə Fəzail Ağamalı əlbəyaxa olan gündür. Jurnalistlər davadan sonra Milli Məclisin foyesində F.Ağamalını sual atəşinə tutublar. “Gündəlik Azərbaycan” qəzetinin müxbiri Natiq Cavadlı olduqca sərt şəkildə bir neçə sual verir. F.Ağamalı sualların ağırlığını görüb cavab vermək əvəzinə əlini N.Cavadlının kürəyinə qoyub yumşaq səslə “Natiq, belə olmaz axı, biz səninlə gör neçə illər birgə mübarizə aparmışıq” deyir. N.Cavadlı bu sözlərdən sonra yumşalaraq humanist, eyni zamanda da əzəmətli bir görkəm alıb “Düzdür, Fəzail müəllim biz hər ikimiz xalq hərəkatından çıxmışıq” deyə dillənir.

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 4,648 oxunma

Mövzuda cəmi 8 şərh var

  1. Tin uşağı yazıb:

    Maraqldir.Amma gerek bashin olsun ki, bunlarin menasini analiz edesen. :)

  2. Fuatto yazıb:

    maraqlıdı, həqiqətə bənzəyir. heyif ki gülməli deyil

  3. tinazarkeshi. yazıb:

    Eslinde xalg arasinda ona “muzdur” eleskerov deyilirdi, o da bu adi cox boyuk meharetle dogruldurdu!! Bele “muzdurlarin” sayesinde Azerbaycan indi “banditler” olkesi”. Absurdistan” kimi legebleri “serefle” dasimagdadir!! Hetta ABSin yuksek vezifeli sexsleri bizi artig adam yerine goymur, nece goryrlerse ele de giymet verirler!! Eyer dovlet bascilari oz xalgina, milletine, dovletine hormet etmirlerse onlar ne ycyn etmelidirler? Eyer aile bascisi oz ailesini bir gepiklik edirse, basgasina ne gelib? Geyretli aile bascisi ise hec hormete layig olmayan aileni de hormetli edir- heyatin ganunu budur!! Esg olsun oz “muzdurlarimiza”!!

  4. hasan jand yazıb:

    Haqiqet olabiler. Adam bimir aglasin ya gulsun. Poladin Xankendine getmesi, Mirza ibramoving Gurcustanda Azerbaycan dilin de mekteblerin baglanmasin teklif etmesi ….men ucun ta’ccub elemelideyil.

  5. Azer yazıb:

    Murtuzun Bakida ki transvestitlere himaye etdiyini esitmistim. Bu adam geder pozgun birisinden hersey gozlemek olar. Burda hemise icimizi yandirirg ki bu millet nece oldu ki bu geder pozuldu, aha sene sebebi: Milletin Vekillerinin oturdgu meclise bascilig eden birisinin(lerinin) emeyi var bunda. Ne diyesen en yaxsisi oxumagdir hec yorum etmeden, ancag baraglar soz dinlerim, agzimizin baglandigi yerde. Gozler ki herseyi gorur, gulaglar ki herseyi esidir. Bir milleti uzun muddet aldatmag olmaz, birgun baslarina das yagacag etdikleri emeller ucun.
    Bele getse halimiz yamandir gardaslar, belkem ele dediyim kimi atisag bir dene ada alag adinida goyag Azerbaycan-2(indi moddur). Ne axmag gonsularimiz olsun ne onlardan axmag “hokmdarlar”imiz. Men umidimi kesmisem, mubarizenin de bir anlami olmalidir, ancag nu efsuslar gormurem.

  6. Ibish yazıb:

    menasizdi

  7. Liliya yazıb:

    Teessuf ki heqiqetdir.Niyese hec gulmeli deyil.

  8. Doktor_MMM yazıb:

    Salam! Bunlar həqiqət olsa da, təəssüflənməli bir şeydir! Gerek belə olmayaydı! Azərbaycan hökumətini heç zaman xalq gücünə dəyişmək olmaz! Çünki, xalqı elə bir vəziyyətə salıblar ki, xalq öz haqqını belə tələb etməkdən çəkinir! Azeri xalqını dədə-baba dini olan İslam dinin şiə məzhəbi uzun illərdir ki, yaşadılır! Amma indi bir sıra vəhhabi qruplaşmaları Cavanlarımızı pulla özlərinə tərəf çəkirlər! Ne isə bunlar hamısı dövlət xadimlərinin əlindədir! Nə vaxtsa düzələr inşaalah! Ama ne vaxt hele də bilmirik! Saq olun, sağlıqla qalın!

AzeriBlog - milli blog sistemi

Şərh Yazın