Hər birinizi xoş gördük.17-22 iyul tarixində Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələ rayonunda respublikamızın ən aparıcı tələbə gənclərinin təlim kursu idi.Həmin təlim kursunda çox hörmətli millət vəkilləri də iştirak etmişdilər.Həmin millət vəkilləri tələbələrin suallarını dinləmiş və imkan daxilində onları cavablandırmağa çalışmışlar.
Biz indi sizə ən maraqlı sualları və cavabları təqdim edirik:
Əvvəlcə Qəbələdən olan qocaman millət vəkili Mirfəttah Hüseynov başladı ki, ATƏT-in Kiyevdəki sonuncu toplantısında biz çalışdıq ki, Qarabağı geri alaq amma erməni rəsmiləri bizi bu dəfə də aldatdılar.Millət vəkili Qarabağ haqqında danışdıqdan sonra başladı ki, bəs biz deputatlar əlimizdən gələn köməyi edirik ki, tələbələr savadlı olsunlar.Buna görə də tələbələr Heydər Əliyevə və İlham Əliyevə daim dua etməlidirlər ki, onlar bizim savadlı olmağımız üçün əllərindən gələni etsinlər.Elə bu vaxtı yerdəki tələbələrdən biri belə bir sual verir:
Sual: Mirfəttah müəllim, bayaqdan deyirsiniz ki, biz deputatlar millətin savadlanması üçün əlimizdən gələni edirik.Amma nə edirsinizsə biz bunu bilmirik.Bu Azərbaycan millətinin vahid kitabxanası yoxdur.Biz tələbələr kitab almaq üçün xaricdən ya rusca, ya da ki, ingiliscə əldə edirik.Əgər Azərbaycanda kitabxana yoxdursa bu millət necə savadlana bilər!?
Cavab: Ay oğul bilirsən necədir?Ola bilsin ki, sənin xəbərin yoxdur. Biz Ukraynada Zərifə xanım Əliyevanın adını daşıyan kitabxana açmışıq.Məncə bizim millətin savadlı olması üçün bundan gözəl şərait ola bilməz.Biz İlham Əliyevə minnətdar olmalıyıq ki, Azərbaycan xalqı üçün belə gözəl şərait yaradır.
Elə bu cavabı sona qədər deməmişdi ki, zaldan bütün millət vəkilləri və tələbələr özlərindən asılı olmayaraq ucadan gülməyə başladılar.
Daha sonra Rəbiyyət Aslanova Qarabağla bağlı danışmağa başladı.O da bildirdi ki, Qarabağın açarı Rusiyadadır. Bu cür ürək açan söhbətlərlə tələbələr yerində qurcalanır və onların hamısında belə bir sual meydana gəlir ki, prezident Qarabağı geri ala bilməyəndən sonra Mirfəttah Hüseynov və Rəbiyyət Aslanova kimdir ki, Qarabağı geri alsın. Elə bu vaxt bir tələbə sual verir və onların Qarabağla bağlı olan mənasız söhbətlərini qapayır :
Sual: Mən bayaqdan fikir verirəm ki, bu millət vəkilləri Qarabağ belə getdi, Köçəryan burdan qaçdı kimi mənasız söhbətlər edirlər.Mən siz millət vəkillərinə bir söz demək istəyirəm:
Hamınızın ortaq fikri budur ki, Qarabağın açarı Rusiyadadır.Bəs əgər Qarabağın açarı Rusiyadadırsa bəs bu Qarabağın qapısı haradadır?
Cavab: Deputatlar bununla da məsələni qapadılar.
ardı olmalıdır…
Qəbələdən xəbər verdi: Qoşqar
Dosta göndər
|
Çap et
| 2,255 oxunmaMövzuda cəmi 15 şərh var


İyul 30th, 2007 at 01:19
amma telebelerin yalniz 5 % i bu seviyededi…millet vekillerininde bextinede onlar dushub…
İyul 30th, 2007 at 08:26
dogurdan da eger bele aciq aydin sozlerini deye bilir ve savadsiz deputatlari susdururlarsa halal olsun!
İyul 30th, 2007 at 13:42
Vekillerin agizlarini baglayan telebelin agilli suallari deyil, oz acizlikleridir. Ozleri dedikleri seylere inanirlar mi. Yaxsi deyirsiz esi day hergun yanib tokulurk de ay Azer burda onsuzda mecliste oturan goyunlara gore, sen de yene basladin. Yox gardash bu is bitmeyib hele, Meclise savadli aydin genc xalgin etimadini gazanacag yurtdaslar oturmadigca bu ovzu baglanmayacag.
Xulase : Telebelere tesekurler, bele de davam etsinler
Millet vekillerine ise vicdaninizi oyadindan basga hecne demirem.
İyul 30th, 2007 at 19:51
..KVN parni iz Bakunun Deputatliga Namized haqqinda bir dene kadri var..Namized cixir baslayir TIK TIK xanimdan danismaga, sonra deyir ne baxirsiz, pisdir ki_? bura cixan ele hami nagil danisirda.!.Ele ondan, deputatlar nagil danisa danisa ozleri de nagillarin qehremanlarina cevrilibler.Bir de cox gulmelidir ki, Deputat(qanunverici orqanin temsilcisi), Icraedici orqanin bascisini terifleyir.!..Hakimiyyetin bolunmesi prinsipine tam olaraq ziddir.!.deputat yox, hamisi MAMBODURLAR.Ellerine banan verib, ayaqlarinin altina nerdivan qoyub Palmalara cixartmaq lazimdir.
İyul 31st, 2007 at 07:00
Deyesen “bunlara” Prezident Aparatinda Qarabagla bagli ne danismali olduqlari barede xususi telim kecirler.. Hamisi- “BASH”dan axira kimi hami eyni sheyi deyir..Gor bunlara telim kecenler ne gundedi??
İyul 31st, 2007 at 14:38
Salam savadsiz Depyutatli,zavalli Azeriler!!!
Vallah o MM da men bir dana agilli baschli MM-chi tanimiram,belke da taniyiram ama onlar da yadimdan chixib…
Son sechkilerde onu bilirem hamisi goyun surusu ve axmaglar sechildi…
birde bela MM-la biz neca Avropada ses chixara bilerik???
Kitabxanani bilmirem ama men Azerbaycan dilinde hech olmasa bir tercume de tapa bilmirem:(((
Ne zaman adam olacaylar goresen????
Avqust 1st, 2007 at 14:21
Salamlar herkese.Evvela demeliyemki bu deptatlari xalqimiz secir ama secdiyimize de pesman oluruq.Rebiyyet xanimin secildiyi rayon Balaken rayonudu ama rayon camaatinin onu deptatliga namizet gostermesiyle ozunun Balakenli oldugunu rayona her cur komeyi gostereceyini ved etmiş oldu,secildikden sonra onun yalanlarla dolu bir iki üzlu oldugu ortaya çixdi.
İndiyse Qebeleye gedib görürem ne işin var senin orada deyen isteyir.
Qarabagin adini bele cekmeye haqqi olmayan insanlarin acarin kimde oldugunu hardan bilirler çünki ele haminin dua etmesi gereken insan oldugunu dedikleri prezidentimiz acari öz elleriyle Rusiyaya teslim edib.
Bu heç vaxt bele olmayib olmayacaq! Qarabagin acari bizlerik indi oyunda bizlerin üzerinde oynanir.Busebepdende bizim gözümüzü baglamaga calişirlar.
Herkes sebirli olmalidir…uzagi görmeyi bacarmalidir…Hörmetlerimle
Avqust 3rd, 2007 at 12:25
ay qardashlar ve bacilar, onlar agillidilar, amma vicdansizdilar. Nazim Imanov demish bize agilli vicdanlilar lazimdi. bu hokumet ise harda agilsizi var onlarla ish qurur. amma onlar vallah ozleri uhun chox agillidilar. agilli olmasalar bu qeder hakimiyyetde qalma bilmezler. amma vicdansizdilar.
Avqust 3rd, 2007 at 20:16
Salam her bir kes.TinBalaya demek isteyirem ki, bunu ishiqlandirdiniz.Allah razi olsun.Size ise onu demek isteyirem ki, men ozum hemin telim kursund aoldum.Hemin telim kursu narkomaniya ve AIDS-le bagli idi.Amma nedense bezi “savadli” MM(Məhdud Məsuliyyətli )
cəmiyyətin üzvləri də ora gəldilər və tələblərin qabağında biabır olub cəhənnəm oldular.
Mən onu deyim ki, bizim çox savadlı tələblərimiz var ki, onların nağıllarının qarşısını aldılar.Allah vicdansız məmurlara insaf versin.
Avqust 7th, 2007 at 11:43
Qebeleliyem bunlarin hamisndanda xeberim var.
Avqust 7th, 2007 at 19:44
Nadir, Qebeleli olmagin lap yaxshi.Yeqin ki, eshitdin de bu biabirchiliqlari…
Avqust 9th, 2007 at 10:50
SALAM AZERBAYCAN EHLI BUNLAR DOGRUDURSA GELIN BIZLERDE FEAL OLAQ VE AZERBAYCAN MILLI MECLISININ ADIN AZERBAYCAN YALTAQLAR MECLISI QOYAQKI SONRA DIGER DOVLETLER BIZIM DUZU SEFI QIYMETLENDIRE BILMEDIYIMIZI DUSUNMESIN…
Noyabr 14th, 2007 at 09:39
sabah gedim bu ukraynadaki kitabxanadan bir dene kitab alim oxuyum gerek dahi prezdentimizede bir tesekkurname yollayim
Dekabr 6th, 2007 at 15:33
halal olsun bele telebeler hegigeten varsa mence geleceye umid var..
insallah umid var geleceye:) sozunnden nifret elemirsiz..
Aprel 23rd, 2008 at 15:14
Eger walla bu sozleri Deputat’lara demeye cur’etleri chatibsa halal olsun o telebelere.hammisina basarilar dileyirem.ama bunu bilin ki men bir ıgtisadci olara deyirem ki eger Azerbaycan neftinin sadece ,%10 u Azerbaycan Xalqina xerclense Azerbaycan’da nefer basina dusen gelir 4000 dollar olardi…Malesef ki biz bunlari göre bilmirik…Çox teessüfler olsun…