Dahi rəhbərin yadigarı Əli İnsanovun malikanəsi
İyl 26

Həə tindaşlarım. Azərbaycanda ölüm səssizliyi hakimdir sanki, ona görə də adam bilmir kimdən yazsın, nədən yazsın. Məhz buna görə də fürsətdən istifadə edib, çoxdandır deyinmədiyim məsələ barədə, Azərbaycan internet məkanından bir-iki nə əcəbsə, xoş söz yazmaq istəyirəm. Bir neçə gün öncə süftəsini edən “AzeriBlog” - Azərbaycan internet məkanında ilk milli blog sistemi məncə internetimizin və ana dilimizin inkişafı naminə atılan gözəl addımlardan biridir. Buna görə layihə tərtibatçılarına minnətdarlığımı bildirib, ən əsası saytı canlı tutan azərbaycanlı istifadəçilərə təşəkkür edirəm. Digər bir xoş layihələr isə “Qaraqutu”“Boxca” saytlarıdır ki, birincisi Azərbaycanın ən geniş video portalıdır, ikincisi isə milli fayl yükləmə saytıdır. Video portalda onlarla Azərbaycankultaz.jpg milli kinolarını, hətta izləmədiyiniz yeni kinoları izləmək imkanı əldə edə bilərsiniz. Həmçinin bir-birindən gözəl və logoicon.jpgmaraqlı milli viodeoları izləmək şansınız da var. Digər bir sayt isə, bəlkə də bildiyiniz “Bizimki” gənc ədəbi e-jurnalıdır ki, burada müasir gənc ədiblərin əsərləri sərgilənir və çağdaş ədəbiyyatın diskussiyası, müzakirəsi müşahidə olunur. Daha bir yeni layihə isə mədəniyyətimizlə əlaqəli olan “KultAz” saytıdır ki, müasir mədəni xəbər və məlumat portalıdır.

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 2,149 oxunma

Mövzuda cəmi 3 şərh var

  1. Qarabagnamine yazıb:

    Azeriblog saytini yaradannara minnetdaram http://www.bayraqdar.azeriblog.com/

  2. Admin yazıb:

    Bizim web ve komputer sahesinde ele ogulllarimiz var ki, Qarabagi kiber yolla geri ala bilerler.Sadece olaraq hamisina “xaker” damgasi vurub KPZ-lerde churudurler.

  3. mogikan yazıb:

    AzeriBlog saytini yaradanlara mene saysiz hesabsiz spam gonderdiklerine gore “Ayib Olsun !” deyirem. Goresen onlar spam listi hardan yigiblar )) Hazirda ele de yaxshi shey olmayan spamin Azeri varianti inkishaf etmekdedir.

    Diger saytlara ise ugurlar.
    Perviz haladir ;)

AzeriBlog - milli blog sistemi

Şərh Yazın