Murtuz Ələsgərov Milli Məclisdə Almaniyadan gələn yüksək nümayəndə heyətini qəbul edir. Görüş zamanı spiker ənənəvi olaraq Ermənistanın Azərbaycana təcavüzündən, ermənilərin qaniçənliyindən danışır və belə bir müqayisə aparır:
- Bu ermənilər alman faşistlərindən də betərdirlər.
***
Bir gün jurnalistlər müdafiə naziri Səfər Əbiyevdən müsahibə alır. Jurnalist Rəşad Süleymanov bir neçə sərt sual verib naziri qıcıqlandırır. Növbəti sual ordunun müharibəyə nə vaxt başlayacağı ilə bağlı olur. S.Əbiyev də ənənəvi cavab verir: “Ordumuz müharibəyə hazırdır. Lazım gələrsə, torpaqlarımızı müharibə yolu ilə azad edəcəyik!”
Jurnalist bu dəfə qayıdır ki, bəs lazım nə vaxt gələcək?
Nazir özünü saxlaya bilmir : “Lazım gələndə görəcəyik ki, gəldi. Səni də ona qoşub göndərəcəyəm müharibəyə”.
***
Bakı Metropolitenində kart sisteminə keçidin yenicə tətbiq olunduğu vaxtlar idi. Jurnalistlər Tağı Əhmədovu harada görürdülərsə, kart sisteminin yaratdığı çətinlikdən söz salırdılar. Həmişə T.Əhmədovu öz sualları ilə əsəbiləşdirən jurnalist Rəşad Süleymanov bu dəfə də kart sisteminin metroda bahalıq yaradıb-yaratmayacağını soruşur.
Metropolitenin rəisi də bu sualdan xoşlanmadığı üçün üzünü jurnalistə tutub bu sözləri deyir: “Sənin nə müxbirliyin, nə savadın, nə də adamlığın var. Sual verə bilmirsən, mənə de, özüm özümə maraqlı sual verim, özüm də cavab verim”.
Dosta göndər
|
Çap et
| 3,500 oxunmaMövzuda cəmi 17 şərh var


İyul 20th, 2007 at 19:49
BUNLARIN COXU SAVADSIZDI…..HELE O CAVABLARI VERE BILIRLERSE BOYUK ISDI………..
İyul 20th, 2007 at 20:04
bunlar olmush ehvalatlardi, yoxsa dogrudan da, letifedi?
İyul 20th, 2007 at 22:11
yeri var…….:)
İyul 20th, 2007 at 23:11
harda gorulubku nazirler illerle eyni vezifede qalsinlar…
niye bir adam balasi hormetli prezidentimize sual vermirki bunlari niye deyishmirsiz?
prezidentin nazirleri deyishmeyindense belke biz prezidenti deyishek?!
İyul 23rd, 2007 at 17:20
Sefer Ebiyevin dedikleri lezzet eladi haa:)
Murtuzu Uni den taniyirdim,inanmiram ki,o bela sehv buraxa bu gurmadir,axi o Azerbaycan adli memleketin yegane beynalxalg hugug professoru idi:) belke indi Akademik oluf bilmeeram:)
Reschad da baschga sual tapa bilmeerse bize desin biz yazag ona neca ve ne cure sormag lazimdir:)
Bir deki yerinden duran bir gelem alib eline baschlayib yazmaga yaza bilseler bari derd yari:((((((((((
İyul 24th, 2007 at 18:00
Yeri var!!!!!
İyul 25th, 2007 at 23:47
murtuz elesgerov da jirinovski kimi bir seydide
İyul 26th, 2007 at 01:36
O Murtuzun adina yazilan lətifə doğurdan da olub, amma Murtuzla bir əlaqəsi yoxdu, bu sözləri bizim “şanli şöhrətli” perezidentimiz İluşa Geşa oğlu Aliyev almaniyaya səfəri zamanı Bundestag´da alman millət vəkilləri önündə demişdi, bir neçə il bundan qabağ.
İyul 26th, 2007 at 06:38
millet men bunlarin dediyi cox seye gulurem ve mence indiki iqtidarin her sozu qatiq, menasizdi. Amma eslinde o “alman fasist” sohbeti o qeder de pis deyil. Cunki indiki Almaniya onlarin eleyhinedi (ya da ozlerin hele gosterirler). Odur ki, mence almanlar o sozu pis qarsilamayiblar.
İyul 26th, 2007 at 07:25
Bir lətifə də məndən!
Eşitdiyimə görə Gəncə icra hakimiyyətindəki boynuyoğun birisi qəbul otağında katibə qızı komputer qarşısında əyləşən görüb qışqırıb: “ay qız söndür o televizoru, bura televizora baxmaq yeri deyil” Qiz da cavabında bunun kompüter olduğunu deyəndə bizim bu “ağıllı” hirslənib əməlli başlı: “Mən boyda admla söz güləşdirəcəksən? Söndür deyirəm sənə!!!”
Bu da savadlı kürd kadrlar!!!
İyul 27th, 2007 at 18:52
he Sefer Ebiyev bomba deyib..amma bizde her gun siyasilerin dilinden o geder gulmeli sohbetler olur ki..hokumet ele gule gule milletin anasini agladir…
İyul 28th, 2007 at 06:02
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vaqif Abbasov
Heydər Əliyev dahi şəxsiyyət olmaqla bərabər, həm də onun üzərində Allahın böyük sevgisi vardı.Hətta mən o kitabı yazarkən müəyyənləşdirdim ki, Allahla Heydər Əliyev arasında sinxron bir ünsiyyət olub.Məhz həmin ünsiyyətin hesabına o çox bəlalardan xilas olub. Mən Heydər Əliyev şəxsiyyətinə böyük hörmət bəsləyən, onun ideyalarına sədaqətlə xidmət edən insanam.
Avqust 1st, 2007 at 16:29
BELE SOZLER YAZIB CAMAHATI GULDURURSUZ SAGOLUN BU SAYTIN DOGURDAN YERI VAR, BELE SAYTLAR DOGURDAN DA VACIBDIR..
Avqust 6th, 2007 at 03:38
Nusret gardashim Vaqif Abbasov kimi “simali” insanlara bilirsen ne deyirler?
“gorum ele senin ruhun o dunyada Heydernen bir yerde olsun!!!”
Avqust 13th, 2007 at 13:29
Salam. Tutaq ki siz agillisiniz iqtidar deli. Bes siz nece agillisiz ki, sizi deliler idare edir?
Sentyabr 10th, 2007 at 11:27
Hər bir xalqın özünə layiq başçısı olur. Bizim milliyətdən hakimiyyətə kim gəlsədə bundan yaxşı olmayacaq. Çünki xamırımız yalanla yoğrulubş Azərbaycanın indiki vəziyyətdən çıxmaq üçün bir yolu var. Hakimiyyət başında Avropa dövlətlərinin birinin vətəndaşı olsun. (Əlbəttə bu real deyil)
O ki qaldı yazdığınız lətifələrə-Siz elə bilirsizniz hakimiyyətə gəlsəniz indikilərdən yaxşı olacaqsınız? İnanmıram. Sağ olun.
Sentyabr 28th, 2007 at 13:33
bomba letifelerdi hamsina yaxshi olur…..