Azad qadın Karikatura - 52
İyn 18

Siyasət

Dünən cənab prezident bir sıra analoqu olmayan, nəinki Azərbaycan tarixində, dünya prezidentçilik tarixində ilk dəfə qeydə alınan səfərlər gerçəkləşdirmişdir. İlham Əliyev Flarmoniyanın təmiri ilə əlaqədar tikinti yerinə baş çəkmiş, orada gedən işlərlə maraqlanmışdır. Ustaların sement, kərpic və s. tikinti materiallarını oğramasını dövlətçiliyimizə ən böyük xəyanət olduğunu qeyd edən dahi gənc lider, onlara “Kərpic kəsən qoca” əhvalatından bəhs etmişdir. Daha sonra Heydər Əliyev adına İdman-Konsert Kompleksində əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur. Dövlət başçısına məlumat verilib ki, bütün materiallar avropa standartlarına uyğundur. Əgər yenidən təmirə ehtiyac olsabir daha təmir etməyə hazırdırlar. “Tikintidə çarələr tükənməz” deyən İlham Əliyev bu sözün də qızıl hərflərlə yazılmasını göstəriş vermişdir. Sonda İlham Əliyev Şəhidlər xiyabanında olub və burada aparılan yenidənqurma işləri ilə əlaqədar tapşırıqlarını verib. O bir sıra iradlar, məsələn sementə, kraskaya çox suyun qatılması və s. bildirmişdir.


***

Siyasi politoloqların dediyinə görə 2007-ci ildə radikal müxalifətin cərgəsi deyişdirilmişdir. Belə ki, İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev öz yerlərini Fərhad Əliyev, Əli İnsanov və Eynulla Fətullayevə həvalə etmişlər. Əvvəlki üç eks müxalifət liderinin partiyaları oluğu təqdirdə sonrakı üç müasir müxalifət liderlərindən passiv olduğu qeydə alınmışdır. Politoloq ekspertlərin fikrində gələcək aylarda “Ən Yeni Azərbaycan Partiyası”nın (Ə YAP) yaranması və rezonans doğurması ehtimalı böyükdür.

Media

Azad mətbuata təzyiqlərin artması ilə əlaqədar 50-ə yaxın jurnalist Avropa dövlətlərindən sığınacaq tələb etmişdir. Gecə-gündüz Azərbaycan hakimiyyətinə “azad mətbuatatzəzyiqlərə son qoyun” hayqıran xarici təşkilatlar, səfirliklərsığınacaq məsələsində səslərinin batdığı müşahidə olunmaqdadır. Burada isə yenə bizim milli atalar sözümüz dada çatır: Yetimə gəl-gəl deyən çox olar, çörək verən az.

Din

Bakıda Azanın səsgücləndiricilərlə verilməsi qadağasından sonra, bildiyiniz kimi həmin qadağa İlham Əliyevin əməyi sayəsində ləğv edildi. Bununla əlaqədar olaraq mətbuat konfransı keçirən Şeyx Allahşükür Paşazadə, bu cür böyük qələt etdiyi etiraf edərək, İlham Əliyevin nə qədər imanlı, azan aşiqi olduğunu sübut etməsini təqdirəlayiq qarşıladığını bildirmişdir. “O hacı Heydər Əliyevin oğlu, Hacı İlham Əliyevdir. Hər gün yuxudan azanın səsinə oyanır, namaz qılır, Allahdan Azərbaycan xalqı üçün dua edir. Onun azanın qadağasını ləğv etməsi bir daha sübut etdi ki, Azərbaycanda islamı qoruyacaq yeganə şəxs varsa o da İlham Əliyev həzrətləridir.” - deyə Şeyx konfransı yekunlandırmışdır.

İdman

“YUNESKO” xoşməramlı səfiri Mehriban Əliyevaya “İSESKO”-nun xoşməramlı səfiri adı verildikdən sonra Rumuniyalı, bir vaxtlar Qalatasarayda oynayan və UEFA kubokuna nail olan Popesko da öz adının ölkəmizin birinci ledisinə hədiyyə etməsini açıqlamışdır. Bu hadisə dünyada analoqu olmayan idman və siyasətin sintezinin yaranması və bu sintezin Mehriban xanım Əliyevaya aid olması ölkəmizin dünya miqyasında nələrə qadir olduğunun bariz nümunəsi kimi dəyərləndirilmişdir.

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1,812 oxunma

Mövzuda cəmi 15 şərh var

  1. Qarabagnamine yazıb:

    ilhamcik seytansukur mehri 3 musketyor

  2. Martin yazıb:

    Salam Mani ginamayin bu Imansizi göranda.Butun Islam dunyasina nifrat ediram.Islam o demak deyilki namaz gilasan Guran oxuyasan.Bu kainati yaradan Allah Har seyi Insanligin uzarinda yaradib.Allah rahmat elasin Butun olanlarin hamisin Amin Rahmatlik Asig Älaskär mollalara yaxsi seyirlar yazib.Bu sifatda Din adami olar havaxdan görunub ki, KGB-CI DiN adami olub.Galdiki Mehriban xanima o azeri gadinidir Anadir va biz hamimiz butun analara mahabbat va hormatla yanasmaliyig.Tinsohbatindan xahis edardim ki burda dövlatin harinlamis mämurlarinin saklin yerlasdirsin.Gözunuzda aydin olsun Ramiz Mehdiyevin oglunun SEVAN gölunun yaninda Ermanisdanda 3 Istirahat markazi Fäaliyyat gösdarir.Hala biza buda azdir

  3. azix yazıb:

    Ala Ilham biyam namaz qilir bismis toyugun gulmayi qalir bu sozlardan:)
    Bu ucluk Azerbaycanda bos bogazligdan basqa hecna elamiyib(yaxsiliqa dogru hecna elamiyib)

  4. tinazarkeshi. yazıb:

    Bun yazig FILARMONIYANI nece defe temir ederler? Indi goryn onun hesabina nece bag evleri tikilib, necesi temir olunub. Axi indi bag sezonudur. Hemiseden, lap ele Sovet dovrynden hansi idarede tikinti-temir isleri aparilirdisa hemin idarenin reisinin de evinde baginda temir-tikinti isleri gedirdi birinci obyektin hesabina. Indi bunlar kimleri aldatmag isteyirler goresen, kimi dolayiblar? axi bytyn millet cox ela bilir “halva ne dadir”.R.Mehdiyevin oglunun obyektlerine gelince- bunlarin hec bir islerine teeceb etmek lazim deyil, bes danisiglar ne ycyn 15 ildir uzanir-camaatin gozynden perde asmag ycyn, ‘deyirman oz cax-caxindadir”.

  5. rovshen yazıb:

    ilhamnan mehriban bu ölkəyə hələ çox bəlalar verəcəklər.Bir azdan görəcəyik ki,ilhamnan mehriban öz aralarında dalaşmağa başlıyacaqlar.hakimiyyət elə gözəl şeydi ki,ilham onu arvadına güzəştə getsin .Görəsiz,ilham hakimiyyetinin 10 illiyinin sonu yaxınlaşdıqca mehriban silahlarını hazır veziyyətə gətirməyə başlayacaq.Ona görə indidən mehriban popesku olması ilham üçün mesaj sayılmalıdır.Təcili tədbir görmesə olan- qalan varlığınıda itirəcək .Sonra nə qədər istiyir haykırsın -”bir Azərbaycan qurdum yalnız ikimiz üçün”.mehriban artıq onun deyil ,o artıq azərbaycanın .

  6. Elgun yazıb:

    Ala namaz qilanlar guya Ilham Alievden yaxsidirlar..Sexsen men birinci namaz qilanlardan qorxuram, adamlar din altinda min hoqqadan cixirlar,sonrada adini dinimiz emr etdi de biz yapdik deyirler.Ona gore Namaz qilmaq, bilmem oruc tutmaq Allahin onunde temiz ve saf olmaq deyildir…!…kisacasi din meselesi dovletcilik meselesinden ayri olmalidir.!. Ayri olmadigi halda ise Ereblerin yada Turkiyede movcud olan cemiyyetin gunune dusecik…!…

  7. Dresdenli yazıb:

    Salam Elgun!
    Islanmischin yagischdan ne gorxusu
    bunun menasini anlamaga cehd et!

  8. Elgun yazıb:

    Dresdenli, lutfen daha konkret ve aciq olaraq yaz..!…

  9. Dresdenli yazıb:

    Elgun bunu senin fikirlerinin garschiliginda yazdim,anlamirsansa saa day menim sözüm yoxdur!!!
    Hardasan Ay Dosent,birce sen menim Atalar sözümü anlayirdin:)))
    Dosent oxusan Elgüne anlat ne demak istediyimi:)))
    menim anladasi sözüm galmadi bu tindaschimiza???
    Elgun öz aramizdi necha yaschin?

  10. Elgun yazıb:

    Salam Dresdenli,
    Her insanin ozune xas felsefesi var, ve men senin deqiq olaraq ne demek istediyini beynime darta bilmedim, kobud olaraq desek.!. Bir de anlamamaq ve sonra sorusmaq gunahdir? yoxsa her hansi bir negativ gosterici?. Mence anlamamaq ve sonra sorusmaq, bir cox azerilerin ozunu agilli ne bilim her seyden xeberdar oldugu kimi gostermesinden, daha ustundur..Fikir vermisem Azerbaycanda bilende deyir bilirem, bilmeyende.!.
    Dresdenli, qardasim deqiq olaraq ne demek istediyini beynimde hezz ede bilmedim..Anlayib anlamamagimin yasa ne elaqesi..!.. Lap nagillardaki kimi sorusdun..!..Senin 3 dene sozun menim IQ-min gostericisidir ki???

  11. Elgun yazıb:

    Dresdenli, kisa olaraq desek basa dusmedim, paraphrase et, eger mumkunse.!

  12. Dresdenli yazıb:

    Tindasch
    deyirsenki biz turkiyedeki veziyyte duscheceyik men de deyirem ki ,islanmischin yagischdan ne gorxusu varki son cumlene aid idi bu ve umumiyyetle fikirlerine aid idi:)

  13. Elgun yazıb:

    Bilmirem, amma bizdeki cemiyyetin durumu Turkiyedeki cemiyyetin durumundan ustundur..!..Ona emin ola bilerem.!.Azerbaycanda hami Turkiyeni ideoloji numune kimi gorur, amma hech kim anlamir Turkler bizden dunyaya baxis menasindan bir 10 il arxadadirlar..!..Ona gore Sovetlere minnetdarligimizi bildirmeliyik ki, bizde camaat SAGCILAR SOLCULAR deye bir-birini dogramirlar..!..Serefsiz hokumetimiz olmasina baxmayaraq, cemiyyetin durumu, tolerantligi bir cox ve hetta 99% musulman olkelerine ornek ve numunedir..!..ve “ISLANMISIN yagisdan ne qorxusu var ” demek hele tezdir..!

  14. Bozgurd yazıb:

    ELGUNä:Turkiyäni tanqid edirsan,amma özumuzdan xäbärin yoxdur!!!Turkiyäda sagcilar-solcular ,dincilar -nurcular olmasina baxmayaraq här bir käs oz dövläti,mämläkati icun canindan bela kecmaya hazirdir!!!
    Sovetlär biza na verib axi??Milläti manqurt edib:millatimin adini deyisdirdi,soyadlarimizi deyisdirdi,älifbamizi deyisdirdi,dinimizi elimizdan aldi,artiq nä etmalidir ki??Naticä bu gundur…Yaziq bir xalq…Xalq ki,hätta QARDAS sözuna BRAT deyir..Budur bizim tolerantliq…Hec dusmanimizi bela tanimiriq!!!Dusmana hörmatlä yanasib otuzdurmusuq basimiza…

    Ne isa:Allah yardimcimiz olsun!!!! Amin!!!
    Hörmatla BOZQURD.

  15. Anonim yazıb:

    Baliq bashdan iylenerrrrr
    Da bundan artiq ne deyeseeen ki”!?!?!?!?!

AzeriBlog - milli blog sistemi

Şərh Yazın