Tindaşlarım, sözləri gənc şaircik Həbib Müntəzir və gənc bəstəkar Firudin Allahverdiyə məxsus olan ən yeni “Yaltaq” musiqisi ekskluziv olaraq tinimizdə dinləyin!
Mahnının sözləri davamında…
“Yaltaq”
Musiqi: Firudin Allahverdi
Söz: Həbib Müntəzir
Bilirsənmi, vicdansız insan kimdir?
Yaltaq insanın özüdür ki, var!
O insan ki, mənliyini, kişiliyini
Şərq bazarında “axşambazarı”
adı ilə ucuz qiymətə satar.
Özünü, hər bir sözünü alçaqlaşdıran,
Yaltaqlıq etdiyi insanı şıltaqlaşdıran,
Yalaya-yalaya dilini parlaqlaşdıran,
Yaltaq insanın özüdür ki, var!
Gecə-gündüz gönünü qalınlaşdıran,
Yaltaq insanın özüdür ki, var!
Milləti dili ilə azğınlaşdıran, pozğunlaşdıran
Yalamaqdan həzz alar
Murdar oğlu murdar!
Özünü, hər bir sözünü alçaqlaşdıran,
Yaltaqlıq etdiyi insanı şıltaqlaşdıran,
Yalaya-yalaya dilini parlaqlaşdıran,
Yaltaq insanın özüdür ki, var!
Şərəfini yalayıb çox xəbisləşən,
Yaltaq insanın özüdür ki, var!
Ruhuna zülm edib mazoxistləşən,
İyrənclik püskürərək sadistləşən,
Nuş olsun, yaltaqlar!
Özünü, hər bir sözünü alçaqlaşdıran,
Yaltaqlıq etdiyi insanı şıltaqlaşdıran,
Yalaya-yalaya dilini parlaqlaşdıran,
Yaltaq insanın özüdür ki, var!
Dosta göndər
|
Çap et
| 735 oxunmaMövzuda cəmi 3 şərh var


May 28th, 2007 at 13:46
demak olar mamurlari himni sechila bilar:)
May 31st, 2007 at 23:15
Cox gozel ser ve aktual mahnidir!!Bu gynlerde milli ‘legitim” bascimiz xanimi ile birlikde Gazax-Tovuz rayonlarina seyahet etmisdi, Az TV-de gosterilen kadrlardan goryndy ki, xanimin dizden yuxari geyindiyi paltari goryb 1-2 nefer yerli xanimlari da hemin formada onun yanina goymusdular ki, tek olsa pis gorsener!! Yaltaglig ucbatindan milli “kisilerimiz” namuslarini bele gurban vermeye hazirdilar! Bu da “axir zamanin” yaxinlasmasina delalet edir!! Amma bir coxlarinin yadinda olar ki vaxtile Margaret Tetcer Pakistana gedende yerli adet-enenelere hormet elameti olarag basini uzun serfle ortmys, uzungol paltar geyinmisdi! Bizim yeniyetme “ledimiz” ise xarici gonaglarla sohbet etdikde gollarini carpazlasdirir, sanki gullugcusuna gosteris verir! bunlara gorynyr etika-esteyika dersi kecen yoxdur!.
Noyabr 24th, 2007 at 16:41
HaHaHaHa :)) Gülmek oğundum eeey :)) Halaldı. Yaltakları yada salak: “Eşk olsun Heydar Aliyev’e, Umimilli Heydar Aliyev” :))