Bakını abadlaşdırma siyasəti Karikatura - 44
Mar 04

Nədənsə biz həmişə kefkom millət olmuşuq. Ömür boyu “aclıq olsun, kef olsun” prinsipi ilə yaşamışıq və min şükür, indiyə kimi bir anlıq belə, dədə-babadan bizə miras qalan kefimizi özümüzdən narazı salmamışıq. Hər nə olsa, yadigar qalan mirasın layiqli varisləriyik. Dediklərimə inanmırsınıza, bunu test edək. Əksər kişilərimizə nəzər salaq. Gün uzunu özünü nala vurur, mıxa vurur, daşdan su çıxardır, boçkalarla qan-tər axıdır və nəhayət beş-on manat çörək pulu qazanır və bu dəmdə sevincinin ritmi kökəlir, yollanır stalovaya , yeyi r-içir, kefi kökəlir və sonda laxlana-laxlana dönür acından qarınları gor-gor goruldayan (Əkrəm Əlisli Azərbaycan ədəbiyyatını heç vaxt guruldada bilməz) arvad-uşağının yanına. Xocalı soyqırımının 15-ci il dönümündə söhbəti kef-damağdan salmağım heç də bu faciədə atasız-anasız qalan, ailələri dağılan,
yandırılan, başlarına itin əzabı gətirilən şəhidlərimizin ruhunu narahat etmək deyil.
Lakin, nədənsə işğal edilmiş torpaqlarımız yada düşdükdə hamının yadına tarixi abidələrimiz, dəyərlərimiz, müzeylərdə itib-batan ətiqlərimiz, vətən yolunda canlarından keçən igidlərimiz yox, təmiz havası, dumduru bulaqları, yamyaşıl meşələrimiz düşür və o dəmdə zehnimizə gəlir ki, kaş orda olaydıq, quzu kəsib, şişə keçirəydik, kakab edib yeyəydik, İsa bulağından doyunca içəydik və beləliklə kefimizi kök edəydik. Həmişə kefdə, damağda olan sənətçilərimiz də Qarabağı buna görə arzulayır, yeri düşdü, düşmədi, Şuşada, Xocalıda və işğal edilmiş digər rayonlarda göbəy atmağı, bir doyunca oxumağı, klip çəkməyi ürəklərindən keçirir. Mən iki dəstədən misal çəkdim. Biri gün uzunu işələyən, axşamlar stalovalarda kef çəkmək xoşbəxtliyinə nail olan və bir də uca qamətli, gözəl ətirli, özünə və hamısına kef verməyi bacaran, par-par parıldıyan ulduzlardan- müğənnilərdən. Çünki, ölkəmizi bu iki qrupdan başqa təmsil edən üçüncü qüvvə yoxdur. İşğal edilmiş torpaqların azad edilməsi ümidi ilə.

Yazar: Kefkom

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 210 oxunma
AzeriBlog - milli blog sistemi

Şərh Yazın