Karikatura - 42 Analoqu olmayan məmləkətdə yaşlı bomj
Fev 12
  • Ancaq Azərbaycanda Gürcüstana qaz verilməsi bayram kimi qeyd olunur amma Gürcüstanda yaşayan soydaşlarımız qazsız, işıqsız, susuz, bir sözlə iflic vəziyyətdə yaşayırlar.
  • Ancaq Azərbaycanda bazara gedəndə özünlə tərəzi aparırsan.
  • Ancaq Azərbaycanda heydər Əliyevin adının hansısa ölkədə harasa qoyulması xarici siyasətimizin ən böyük uğurudur.
  • Ancaq Azərbaycanda xalq dövlətinə, dövlət isə öz külfətinə xidmət edir.
  • Ancaq Azərbaycanda Milli Məclisin sədri balaca boy, yekəqarın və çox vaxt susmağı bacaran biri seçilir.
  • Ancaq Azərbaycanda DİN sədri qulağının dibindəki otaqda “killer”in olmasından xəbərsizdir.
  • Ancaq Azərbaycanda DİN qatili prezidentdin əmri ilə sərbəst buraxa bilər.
  • Ancaq Azərbaycanda 20 yanvar gəldiyinə görə sevinirlər, istirahət günü olduğuna görə.
  • Ancaq Azərbaycanda şadlıq evlərin sayı məktəblərdən, təhsil müəssələrindən, hərbi bölmələrdən qat-qat çoxdur.
Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 332 oxunma
AzeriBlog - milli blog sistemi

Şərh Yazın