16 ildir ki, sənin isti köksünə həsrət qalmışam. Neçə ildir ki, sənin məndən, mənim səndən xəbərim yoxdur. Oralarda hər kəs məni geri qaytarmaqdan, məni nə qədər sevdiklərindən danışırlar, amma heç kim mənim səndən ayrı qaldığım andan nələr çəkdiyimi,mənim sinəmə nə qədər dağ çəkildiyini bilə bilməz. Hətta, qondarma ermənistan respublikasını dəstəkləyən-vəhşiliyin, özbaşnalığın, mundarlığın, cəlladların tərəfdarı olan dövlətlər də. Bir zamanlar at oynadan Koroğlular, Cavanşirlərin yurdu bu gün ermənilər tərəfindən narkotik tranzit zonaya çevrilib. Burada, həmçinin, qanunsuz hərbi birləşmələr də var. Bu nə dərəcə də sülh sevər bir turk millətinə layiqdir bilmirəm?!
Ana, burada bilirsən nə qədər sənin əsir oğlun və qızın var? Amma bir sualım var: görəsən nəyə görə bizdə bir nəfər də olsun erməni əsiri olmaya-olmaya nə qədər və nə zamana qədər burada bu qədər əsir igid oğlun və qızın qalacaq? Onların burada hansı işkəncələrə məruz qaldığını sözlə ifadə etmək qeyri- mümkündür. Mənim səndən bir xahişim var. Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayevin inilti ilə, göz yaşı ilə lentə aldığı-əlsiz ayaqsız, diri-diri yandırılmış körpələri, başı bədənindən ayrılmış, qulağı kəsilmiş, dərisi soyulmuş yaşlıları bütün dünyaya göstər. Qoy hamı erməni vəhşiliyinin şahidi olsun. Yol polislərinə “Tofaş”, daha sonra “BMW” alana qədər, xarici ölkələrdən müğənnilər, aktyorlar gətirənə qədər bu vəsaiti ordumuzu gücləndirmək məqsədilə sərf etmək olunmazdımı? Ya da gənclərimizi-Azərbaycanın gələcəyini AİDS, narkomaniya və s. bu kimi xəstəlikərdən xilas etmək, ya da onların mükəmməl təhsil alması üçün lazımi dərsliklərin nəşrinə xərclənə bilməzdimi? O qədər belə xoşa gəlinməz hadisələr varki…Ana, bu arada Xocavənd, Xocalı, Şuşa, Laçın, Kələcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Xankəndindən sənə salamlar var. Hamımız sənə tezliklə qovuşmağı səbirsizliklə gözləyirik. Əziz anam, burada bu mundar millət hamısı sənin igid oğluna- Ramil Səfərova paxıllıq edir. Burada elə igid, qeyrətli, Vətən, ana, torpaq, millət, bayraq dərdi çəkən kişi yoxdur axı…Əslində kənardan Azərbaycan xalqına baxanda fəxr edirəm. Türk xalqlarının eposu olan “Kitabi-Dədə Qorqud” dakı kimi türk igidinə ermənilər kimi arxadan vurmaq yaraşmaz. Kişi o zaman əsl kişidir ki, öz düşməni ilə üz-üzə vuruşsun. Daha ermənilər kimi yox. Hamıya aydındır ki, ermənilərin gücü ancaq körpələrə, qocalara, qadınlara çatır. Baxmayaraq ki, bir Azərbaycan qadını həm qeyrət, həm namus, həm də güc baxımdan 10 erməni kişisindən daha qüvvətlidir. Nə isə, mənim məktubumlarımı gözlə. Amma İnşallah, son bir-iki məktub göndərərəm və bununla da sənə qovuşmağın bir addımında olaram. Ümidlərim artıb, əminəm ki, tezliklə gənclərə dəstək verən prezidentimiz məni sənə qaytaracaq. Qoy heç kim unutmasın ki, Qarabağsız Azərbaycan başsız bədənə bənzəyir. Anadollu Ozan Arifin dediyi “Ya Qarabağ, Ya ölüm, başqa yolu yox artıq!” şüarı ilə yaşamalı, bu yolda ya Şəhid və ya Qazi olmalıyıq!
İmza : sənin və güneyli-quzeyli xalqının, bütün Türk dünyasının ürəyində qara izlər buraxan oğlun QARABAĞ!!!!
Nərmin HACIYEVA
Bakı Dövlət Universiteti
I kurs tələbəsi
Dosta göndər
|
Çap et
| 391 oxunmaMövzuda cəmi 5 şərh var


May 31st, 2007 at 12:32
Can adamin lap urayi sizliyir.
İyun 19th, 2007 at 03:43
Nermin xanim men sizin qarsinmizda bas eyib oz minnetdarligimi bildirirem bu yaziya gore bezi uzden iraq oglanlarimizin 10 nun evezine 1 dene senin kimi qiz olsa daha yaxsidi bu veten ucun elimizden geleni edek
yatmislari agah edek qandiraq
bayragimizi Qarabagda dalgalandiraq
Mart 6th, 2008 at 12:36
kül o insanın başına kı qoya qanının östönnən bir gün geçə əzizm nə qarabağ qarabağ onaltı il bondan qabağ əldən geti yer saxlamaqa qan gərək tüküsön.saz tiringeynən qarabağı almaq olmaz .man iranan AZtv proğramların izleyrəm hansi gün suhbət qarabağı almadan söhbət gedir?orda hərə öz hayınadı .siz qayıdon bir olaq birlik sahəsində eyliəbilik erməni qoşonon məhv edəg.
Mart 6th, 2008 at 16:12
Biz goresen nece bir olaciq ki? Siz terefde coxlarina fars dilinde yazib oxumaq da lezzet edir, fars bayragi altda yasamaq da.
Mart 6th, 2008 at 20:27
salam.vallah men baxıramki,bizlerin cekdiyi bu zülüm butun MDB-den cixan dovletlerin hamisi cekir.ama bizim basimiza gelen qederi heckimin basina gelmeyib.ermeniler,heyderler hamisi dehsetdi eyyy.bizleri somruduler.Allah yardımcımız olsun