Məzarında incə-incə düzülmüş
Güllərinə qurban olub, ay dədə
Sən gedəli əlim yerdən üzülmüş
Illərinə qurban olum, ay dədə
Doxsan üçdə vəzifəyə qaxıldın
Özgəyə mərd, millət üçün paxıldın
Danışanda tribunadan yıxıldın
Dillərinə qurban olum, ay dədə
Klivlenddə həkim yaman usandı
Dedi, xəstə haram yeyib qusandı
Marşrutun Gülhanəyə uzandı
Yollarına qurban olum, ay dədə
Bir az səbr elə sən, deyim dalını
Məndən soruş xeybərlərin halını
Yaxşı qucaqladın xalqın malını
Qollarına qurban olum, ay dədə
Şükür olsun, biz də vurduq toy-düyün
Qonaqlar da… iclaslarda söydüyün
Uzun illər bu milləti döydüyün,
Əllərinə qurban olum, ay dədə
Bir qardaşın parlamanda söyüşkən
Ala-bula, qoşabuynuz, döyüşkən
Sən sevdiyin ziyalılar sürüşkən
Qullarına qurban olum, ay dədə
Müftəxorlar yaxşı-yaxşı qudurub
Boz kardinal pul-paradan doldurub
Heykəlində ağ saçların vız durub
Tellərinə qurban olum, ay dədə
Dünən axşam toplamışdım rəyasət
Hamsı dedi, səndə də var fərasət
Yeritdiyin fitnə, murdar siyasət
Fellərinə qurban olum, ay dədə
Sən bilirsən kimlər bizə qatılmış
Körpə vaxtı zibilliyə atılmış
Şərurdakı çamadandan tapılmış,
Killerinə qurban olum, ay dədə
Səhv dedimsə, vur ağzıma, bula baş
Sərvət yığır eşşəkqarın, tulabaş
Gestapoda dubinkalı, xınabaş
Müllerinə qurban olum, ay dədə
Seçkilərdə bülleteni gupladım
Sənin kimi axşam-sabah gopladım
Tapşırdığın milyardları topladım
Dollarına qurban olum, ay dədə
Qadan alım, gəl, gözlərim nəmlənib
Sənin üçün pürrəngi çay dəmlənib
Kasetdəki səsin yaman bəmlənib
Zillərinə qurban olum, ay dədə
Dosta göndər
|
Çap et
| 367 oxunma

Ən son şərhlər