Bu günlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdindəki Dövlət Əmək Müfəttişliyi ilə bağlı əlimizə maraqlı, maraqlı olduğu qədər gülməli, gülməli olduğu qədər də ağlamalı fakt keçib. Belə ki, 4 dekabr 2006-cı ildə bp-nin ölkəmizdə fəaliyyət göstərən subpodratçı şirkətlərindən biri “Saipem S.p.A”-nin baş direktoru adıçəkilən nazirliyə 9900058811 saylı məktub göndərib. Məktub Azərbaycan dilindədir, yalnız məktubun sonundakı “sizə hörmətlə” sözləri ingilis dilində yazılıb: “Trulu Yoursa…”.
20 dekabr 2006-cı ildə adıçəkilən şirkətin məktubuna cavab göndərən Dövlət Əmək Müfəttişliyinin “savadlı və səriştəli” məsul şəxsləri ingiliscə sözləri “Saipem S.p.A” şirkətinin baş direktorunun ad və soyadı zənn edərək, cavab məktubunu da elə bu sözlərlə başlayıb: “Saipem S.p.A şirkətinin baş direktoru cənab Trulu Yoursa”. Bu biabırçılığa şərh vermək istəmirik. Hər şey aydındır… Şəklin üzərinə vuraraq böyüdüb baxın…
Dosta göndər
|
Çap et
| 476 oxunmaMövzuda cəmi 7 şərh var



May 23rd, 2007 at 17:15
Hormetle ingilisce RESPECT dir
May 25th, 2007 at 16:24
Bela olarda nazirliklara ancag yeraz,naxcivanli isha goturanda bashga rezultat gozlamak lazim deyil.
İyul 6th, 2007 at 11:00
Eshi , besdirin , de yenede qondarma sheyler duzeldib , Redakte edib qoymusuz day bu boydada ag yalan olar o boyda nazirlikde hami tupoy oldu ele?
İyul 28th, 2007 at 15:21
İlk olaraq Azixa cavab vermək isterdim. İş orasındadir ki hər bölgədən savadlı kadrlar var sadəcə onları tapıb, savadını yoxlayıb vəzifəyə təyin etmək gərəkdir ki, bizim iqtidara da bu heç cürə sərf etmir.
İkincisi Naəmluma demək istərdim ki, nəinki o boyda nazirlikdə, hətta bütün hakimiyyətdə axtarsan bir savadlı kadr tapmazsan.
Hamısı pendirbaşdırlar!!!!
Noyabr 22nd, 2007 at 01:27
Men inanammaram.Bu boyda nazirlikde ingilis dilinden xeberi olan bir nefer tapilmadi?!
Dekabr 28th, 2007 at 18:46
azix,ayil yuxudan.
Yanvar 5th, 2008 at 10:56
Bu meqaleni oxuyandan sonra bu sözləri çox çətinliklə yazıram. Çünki gülməydən ağlayıram artıq..
İnanın bizim müəssisəmizdə də yuxarıda adı çəkilən pendirbaşlar doludu. Çoxları da Naxçıvanlıdır… Bir də ki, eşitdiyimə görə Naxçıvan pendiri marketlərdə yaman satılır…İndi anlayıram…Şor, qatıq, pendir istehsalına görə Azərbaycanda Naxçıvan 1-ci yerdədi..