Həftə sonu özünü Liberal Partiyasının üzvü kimi qələmə verən 17 nəfər şəxs bu partiyadan istefa verib, Müasir Müsavat partiyasına keçdiklərini bəyan etdilər. Məsələyə münasibət bildirmək üçün partiyanın sədr əvəzi Əvəz Temirxanla əlaqə saxladıq. Əvəz bəyin cavabı belə oldu:
- Bütün bunlar hakimiyyətin Liberal Partiyasına qarşı təxribatıdır. Bizim heç vaxt 17 nəfər üzvümüz olmayıb.
41-45 müharibəsində sovet cəbhəsi tərəfdən döyüşən gənc Tahir Kərimli döyüşlərin birində görür ki, faşistlər sovet əsgərlərini bit kimi qırır. Canını ölümdən qurtarmaq üçün tezbazar əyninə ölmüş faşistlərin birinin paltarını geyinib, keçir onlar tərəfə və başlayır öz əsgər yoldaşlarını qırmağa. Bir azdan sovet əsgərləri əlavə qüvvələr hesabına almanları üstələyir. Bu dəfə də Tahir sovet paltarını geyinib, yenidən faşistlərə qarşı döyüşür. Döyüş uzun çəkir. Kərimli beş-altı dəfə gah bu, gah o tərəfə keçib, döyüşü və canını yola verir. Növbəti paltardəyişmə vaxtı, görür qəzəbli bir alman füreri düz onun üstünə gəlir. Fürer paltarı geyinmiş Hafiz Hacıyev yaxınlaşıb onun qulağının dibinə bir şapalaq vurur və deyir:
- Millətin adını batırma, yekə kişisən, birdəfəlik ya o tərəfə keç, ya bu tərəfə. Nə ortada dovğa çömçəsi kimi fırlanırsan?
Aqil Abbas Milli Məclisdə fasilə zamanı foyedə hamıdan aralıda tək-tənha dayanıb, bərkdən şaqqanaq çəkərək gülür. Bir belə, iki belə, üç belə… hamı təəccüblənir. Axır ki, Əhəd Abıyev dözməyib soruşur:
- Ay Aqil, bu nə pəstahdı çıxarırsan?
- Heç, həmişə bekar olanda, özüm-özümə anekdot danışıb, gülürəm. Bugünkünü heç eşitməmişdim.
Dosta göndər
|
Çap et
| 951 oxunmaMövzuda cəmi 16 şərh var

Dekabr 18th, 2006 at 05:58
=D =D =D =D =D =D =D =D =D =D =D
Dekabr 18th, 2006 at 12:58
Bir gün Azerbaycanda inqilab baş verir ve hakimiyyete İsa Qember gelir…..
….Mence bundan gülmeli anekdot yoxdur
Dekabr 18th, 2006 at 13:41
Axırıncını saymasaq o birileri eladır
:-) 
Dekabr 18th, 2006 at 16:03
Qaqa vallah sozun he qiqi menasinda qarin cirilir oxuyanda
=D
Dekabr 18th, 2006 at 16:24
bu ne edaletdir
menden sonra yazılan şerh siteye qoyulur, menimki ise gözleyir…
deyesen siz de heyderleşirsiniz…
allah saxlasın
Dekabr 18th, 2006 at 17:55
[Sitat alınan şərhin nömrəsi #5125]
Bu saytın texniki məsələsidir. Sayta yazılan şərhlərin əksəriyyəti eyni anda sayta yerləşdirilir. Mən çox vaxt internetdə olmuram. Bəzi yazıları saytda qoyulan filter öze göndərmir. Bu da yazdığınız yazılarda bəzi kəlmələr və durğu işarələriniz, məsələn vergüllərin çoxluğu filan, onunla əlaqəlidir. Sonra mən gələndə, filterin tutub saxladığı yazıları məsləhətdisə, söyüş filan yoxdusa sayta göndərirəm. Yəni texniki məsələdir, heydərləşmə ilə əlaqəsi yoxdur. O saat ittiham etməyək, sizi and verirəm Heydərin goruna…
Dekabr 18th, 2006 at 21:55
qardaş ele yere and verdin ki, heç keçe bilmedimne edek… sen deyen olsun
o ki, qaldı vergül meselesine, sen heyderin goru bu işden vaz keç, çünki yapçılar yaltaqlıqlarından qalmadığı kimi men de vergüllerimden keçe bilmerem
müqayise qüsurlu olsa da, bu beledir
yaşasın vergüller!
Dekabr 19th, 2006 at 01:29
salam. men 1 ci defedir bura daxil oluram. hansisa siyasi partiyanin ve ya neytral olub olmamaginizdan asili olmayaraq olulerin gorunu oyuncaq etmeyek. Her kim olur olsun pis adam da yaxshi adamda goru tehqir etmek olmaz. Yegane and yerimiz Allahdir. and verirsiz Allaha and verin kiminse goruna and verib ozunuze gunah qazanmayin. oxudugunuz uchun tewekkur
Dekabr 19th, 2006 at 08:01
Cenab “kecmis ingilabciya” demek isterdim ki, sen dediyin adam indikinden eskik deyil, her halda agli her zaman basinda olan, gah nala gah mixa vuran deyil! Bir de ki eyer insan kecmis egidesinden vaz kecibse demelei o ele evvelden de saxta ingilabci olub ve onun ele vaxtinda getmeyi yaxsidir! Su axdigca durulan, seffaflasandir bi varligdir, duru bulagin agzi hemise dar olur! Gora and icmek meselesine geldikde onda men bir gynah gormyrem, atalar sozy de var ki “atami oldyrmysem goruna and icmeye”., gora yalannan and icmek olar, allaha yox! Bu dynyada yasamag ozy ele bir imtahandir ki gerek ele yasayasan ki olende goruna soymesinler, rehmet oxusunlar!Tahir Kerimlinin de hereketinde bir agir gebahet yoxdur, neylesin goryr ki myxalifetci olmag ac galmagla neticelenir, bir coxlari ise bunun derdinden mecbur olub yaltaglig edirler. Allah tezlikle bu belalardan bizleri hifz etsin!!
Dekabr 19th, 2006 at 20:38
[Sitat alınan şərhin nömrəsi #5160]
vallah menim tarix-nadiri yarıya qeder oxumuşam senin dediklerinden bir şey anlamadım
gor nedi, keçmiş inqilabçılıq nedir?
sen ne danışırsan?
1 kelmelik anekdot sene ne yaman yer eleyib?
Dekabr 20th, 2006 at 01:24
[Sitat alınan şərhin nömrəsi #5160]
aminnn Allah tezlikle bize senin yazilari oxuyub basa dusecey qeder aqil versin…qulaqdan girib burundan cixirsan bir movzudan danisadaaa…
Dekabr 20th, 2006 at 01:34
[Sitat alınan şərhin nömrəsi #5160]
:-? 
Vallah men de başa düşmedim ne yazıbsan….Bütün bunların meseleye ne dexli?keçmiş ingilabçı bu yazıları harda yazıb ki biz görmemişik…Eqide zad hardan çıxdı?
Dekabr 20th, 2006 at 20:58
TİNBALA
qardaş sen de plagiatlıq edirsen, deyesen
bu anekdotları ALMA qazetinden almısan
neden altından imzalarını qoymursan
adam başqasının haqqını tapdalamaz
biz axı Heyder rejimi ile ele haqqımız uğrunda mübarize aparırıq…
odur ki onlara nümune olmalıyıq
Dekabr 20th, 2006 at 20:59
:8 ->
teze smayliklerin de mübarek
belke de köhnedir, amma men indi gördüm
Dekabr 20th, 2006 at 21:25
A kişi, heç bilirsən nə qədər qəzet, jurnal tində olan materiallardan istifadə ediblər, heç ad filan da yazmayıblar? Adlarını yazsam siyahı çıxar eee. Heç gör səsimi çıxardıram. Söhbət bunda deyil, qoy yazsunlar təki, bizim də məqsədimiz bu heydərizmlə mübarizədir və materialların millətə çatdırılmasıdır!
O ki, qaldı plagiat məsələsinə, sənin deyəsən tindən və onun qanunlarından xəbərün yoxdu. Buyur aşağıdakı cümləni oxu:
Müəllif hüquqları vəhşicəsinə pozulur və müəlliflərin, şərhçilərin həmçinin qonaqların yazılarına müdaxilə edilir.
Tinimiz barəsində isə ətraflı burdan oxuya bilərsən. ->
Dekabr 21st, 2006 at 11:41
[Sitat alınan şərhin nömrəsi #5231]
vallah eşq olsun sene!
