(Səs qəzetinə nəzirə)“İlham Əliyev qeyri-alçaq boylu, yüksək intellektli, praqmatik düşüncəli, nevrlojik fikirli, mielit cüssəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar, kağız oyunlarını əla bacaran bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, sıxıb suyunu cıxardaraq Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı, daş qoyub, ağardanı, kərpic kəsəni və qurucusu Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi bu sözlərin artıq tarixin sınağından və qınağından keçərək real həqiqətə çevrilməsi Türkiyənin Samanlıqyolu televiziyasının (STV) çəkdiyi “İlham Əliyev - Azərbaycanın gənc lideri” sənədli filminin leytmotivini və lokomotivini təşkil edir.
Azərbaycan Prezidenti İlham Əliyevin genişmiqyaslı fəaliyyətindən, Las Veqas və İstanbulda keçirtdiyi bədxərc günlərdən, habelə şəxsi və ailə həyatından bəhs edən 41 dəqiqəlik filmdə Rusiyanın „Kazino“ və dünyaca məşhur „Playboy“ jurnalı arxiv materiallarından istifadə olunub.
Filmin çəkilişindən əsas məqsəd “Əsrin müqaviləsi” layihəsinin mühüm nəticələrindən olan dünya əhəmiyyətli Heydər Əliyev adına müqəddəs Bakı-Tbilisi-Ceyhan əsas vacib ixrac xaric neft boru turba kəmərinin çəkilişinin başa çatdığı bir dövrdə, Ceyhan terminalının açılış mərasimi ərəfəsində 70 milyonluq qardaş Türkiyənin, eləcə də Ermənistan başda olmaqla STV-nin yayımlandığı 130 ölkənin tamaşaçılarına Azərbaycan lideri haqqında ətraflı bilgi verməkdən ibarətdir.
Sənədli film “Bakıda çətin illər”, “Azərbaycan müstəqil olur”, “Azərbaycan müstəqil oldu”, „Qayıdış“, „Qurtuluş“, „Yüksəliş“, „Dirçəliş“, „Dürtülüş“, “Siyasətdə ilk addımlar”, „Siyasətdə ilk dil açmaq“, „İngilis dilində tər-təmiz danışmaq“, “İndi rüşvət vaxtıdır”, “İnkişaf edən Azərbaycan”, “Avropa parlamenti və xarici əlaqələr”, „Dünyaya turistik səfərlər“, “Türkiyə-Azərbaycan”, „Azərbaycan-Türkiyə“, “Diaspor futbol klubu”, “Gənclər və idman”, “Mədəniyyət və sənət”, „Leyli və Məcnun“, „Əsli və Kərəm“ və s. adlı bölümlərdən ibarətdir.
Film Prezident İlham Əliyevin qısa tərcümeyi-halının xatırlanması ilə başlanır, sonra gənclik illərindən bəhs edilir. Onun Moskva-Türkiyə arası ticarət əlaqələrindən söhbət açılır. Türkiyənin dəri təminatının ödənməsində əvəzsiz xidmətlərinin olduğu vurğulanır. Sənədli kadrlar İlham Əliyevin dahi rəhbər Heydər Əliyevin oğlu, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Baş nazir və ölkə Prezidenti vəzifələrində fəaliyyəti barədə geniş məlumat verir. SSRİ-nin son illərində Azərbaycanda milli hərəkat, 20 Yanvar qırğını, müstəqilliyin ilk illərində yaşanmış siyasi çaxnaşmalar, böhranlar, Xocalı soyqırımına dair kadrlar da filmdə öz əksini tapıb. İlham Əliyevin sadalanan hadisələrlə əlaqəsindən bəhs edilib.
Filmdə Prezident İlham Əliyevin siyasətə gəlişindən, dövlətçiliyimizin möhkəmlənməsi yolunda fəaliyyətindən bəhs olunarkən vurğulanır ki, hər siyasətçinin oğlu mütləq siyasətçi olmalı deyil, ancaq İlham Əliyev ailəsində aldığı tərbiyə və atası Heydər Əliyevdə gördüyü yüksək əxlaq, qabiliyyət, qanacaq, etika, estetika, kibernetika və ədalətlilik sayəsində siyasətçi olmağı qərara aldı. Dahi şəxsiyyət Heydər Əliyevin, ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik, professor Zərifə xanım Əliyeva haqqında söylənən fikirlər, göstərilən kadrlar dövlətimizin başçısının boya-başa çatdığı bu nəcib ailə haqqında da tamaşaçıda dolğun, heyranedici, qaş-qabağlı təəssürat yaradır.
Sənədli filmdə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Azərbaycanın ictimai-mədəni, iqtisadi və siyasi inkişafı, regional iqtisadi layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsinin uğurla başa çatdırılması, Elmar Hüseynovun qatillərinin tapılması, Rəsul Quliyevin həbs olunması, 30 min iş yerinin açılması, idmanın başına daş salınması sahəsində Prezident İlham Əliyevin gördüyü genişmiqyaslı işlər, xarici səfərləri, dünyanın nüfuzlu siyasi xadimləri, müğənniləri, artisləri ilə görüşləri də geniş işıqlandırılıb.
Dosta göndər
|
Çap et
| 909 oxunmaMövzuda cəmi 12 şərh var


Dekabr 9th, 2006 at 02:45
Ay canab Ilham emi Allah rushvet alan ellerine insaf versin! Hec olmasa milletin qacib getmesi(xarici olkelere) sene kar elemir?????
Dekabr 9th, 2006 at 04:46
130 ölkenin kosmopolitik tamasacilari biz neler cekdiyimizi ne bilsinler. Bexteferler..Potensialimiza baxdiqca agizlari aciq qalib. Teeccüb edirler ki bele bir prezident secmeye nece nail olmusuq. Ölkemizin birinci xanimi hal hazirda Amerikada dünyanin birinci xanimi ile görüsür.Isgüzar isler aparir.Atalar deyib:”gelin ocaga düser”Bu ocaq heyatlarini xalqa serf etmeye vadar olublar.Bu günkü ve gelecek Prezidentlik Postunun daimi nümayendelerini Baki-Ceyhan durbasinin zirvesine qaldiran filme men baxarken qeherlenmisem,yeqin o vaxt ermeniler qezeblenibler.Qoy onlar gedib qanqallarini otlasinlar.Guya Xocali soyqirimindan sonra bizim nesil kor qalacaqdi.Baxin nece Inkisaf etmisik.Baxmayaraq hetda dahi Liderimiz de bivaxt bizi terk edib getdi.Amma yene de sudan quru cixdiq deyir “cöreyi ver cörekciye hele birini de artiq” Siyaseti verdik siyasetciye.Siyasi irsimizi göz bebeyi kimi qoruyur.Diasporamizi genislendirir,dünya azerbaycanlilarini qenedinin altina alib,Resul Quliyevi ise gözünün altina.Ogul atasinin koshenni eker.Heydersiz bu kicik ölke tesevürüme sigmir.
Dekabr 9th, 2006 at 15:48
Ilanin atasina da lenet , balasina ….yeni ot koku ustunde biter .Mustafa
Men Hebib Muntezirin bu yazisi ile raziyam
Dekabr 9th, 2006 at 18:11
tin sohbeti ale bunu oxuyanda gülmekten öldüm.ela fikir teze düşünceler herzaman superdi..halaldı sene
Dekabr 9th, 2006 at 19:51
Deyirem ala bu sozleri hardan tapirsiz alaaa mirtsuz ealaa Allah guldursun sizi
Yazan Elleriniz var olsun
Dekabr 10th, 2006 at 00:21
DOĞURDAN DA AZERBAYCAN GENCLERİNİN SIXIB SUYUN ÇIXARDIR.ONLARI PİS GÜNE QOYURR.CENAB PREZİDENTTEN ALLAH RAZI OLSUN ALLAH ONU ÖLDÜRSÜN AXIRIMIZA ÇIXTI
Dekabr 10th, 2006 at 00:22
ABİZİM AXIRIMIZA ÇIXTI İLHAM VE HETDER ALİYEV ALLAH DA ONLARIN AXIRINA ÇIXSIN İNŞALLAH
Dekabr 10th, 2006 at 14:16
Hebib Muntezir genc olmasina baxmayaraq böyuk intellekte malik esl Azerbaycanli-turk oqludur.Onun satirik sherleri,meyxana deyimleri,behri tehvil ve qezelleri Azerbaycanin dunyaya yeni Sabirinin,Vahidinin,Baba Punhaninnin bexsh etmesinden xeber verir.Hebib beyin ailesi esl Turk ruhlu bir ailedir.Atasi Fuzuli Abdullayev her zaman Azerbaycanin demokratikleshmesinde mucadilede olan bir insan esl vetenperver ziyalidir.Fuzuli bey gules uzre beynelxalq dereceli hakim Azerbaycanin emekdar idman ustasi olmasina reqmen hech zaman murtece rejime eyilmemishdir.Mehz ona göre de o ailesi ile beraber qurbette yashayir.Men fexr edirem ki,Azerbaycanimizin bele övladlari var ve o aileni yaxindan taniyiram.
Ezizim Hebib sene yaradiciliq uqurlari arzulayiram.Qoy Allah tealla özu sene kömek olsun.
Dekabr 10th, 2006 at 14:34
Yeri var halal olsun sana………
Dekabr 19th, 2006 at 14:14
A kişi meni maraklandıran ayrıntı STV’dir. Kendisini “light” veya “soft” islmacı gibi gösteren bu kanalın yazılı basındaki kolu “Zaman” gazetesider Azerbaycan’da sağ olsunlar halkın dini inancının berkimesine neden olur. Din bezirganları ile Heyder bezirganları eynidir mene göre.
İyun 17th, 2007 at 14:35
SAYGIDEYER GARDAŞIM HEBİB MÜNTEZİR VE SAYTIMIZIN BÜTÜN ÜZVLERİ!hamınızı ürekden salamlayıram.Babek Seyidoglunun düşündükleri dogrudur.MEN onların Nurcu olduglarını bilmediyim illerde heyat yoldaşımla birge İSTANBULDAKI STV de işledik.Onların megsedi Nurculugu yaymag…Bizim 25-30illik tecrübelerimizden faydalandıgdan sonra,bizi işden atdılar.Dinimizde bele nankorlara yer varmıdır?gonşun ac ise sen rahat yata bilmezsen deyib din perdesine bürünüb başkalarının hakkını yemekle meşguldurlar.indilik bu geder..sagolun.
Avqust 24th, 2007 at 18:47
Салам!
Мы, только мы друг друга должны поддерживать. Тогда у нас с большими усилиями что- то получится. Но, поддерживаемый нами человек тоже должен быть благодарным. Он должен считаться с людьми. Ещё об одном: давайте не хвастаться. Враг не дремлет.
С уважением: Хани. Минск.
hani-62@mail.ru