Cəbhəçilərin bugünki aksiyası “Azadlığ”ın binasını bağladılar
Noy 24

Siyasət

Bu günlərdə prezident cənab İlham Əliyev Dubaya rəsmi səfər etmişdir. Dövlət adamları ilə görüşən gənc və perspektivli lider azərbaycanlı iş adamlarını da yaddan çıxartmayıb. Prezident iş adamlarının ancaq qadınlardan ibarət olduğunu görüb yaman təəccüblənmişdir.”Sonra deyirlər ki, Azərbaycanda qadın haqları qorunmur, qadınlarımız cəmiyyətdə layiqli təmsil olunmur. Buyurun baxın, onlar necə əziyyət çəkərək, vətənimizi layiqli təmsil edib, diasporamızın güclənməsində iştirak edirlər. Mən bu zəhmətkeş xanımlarla fəxr edirəm” deyə İlham Əliyev vurğulamışdır.

Noyabrın 16-17-də Bakıda keçirilmiş MDB-yə üzv dövlətlərin Daxili İşlər nazirliklərinin kadr məsələləri üzrə aparıcı rəhbərlərinin 4-cü Bakı görüşündə Ermənistandan da nümayəndə iştirak edib. Ermənistan Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisinin Bakı ziyarətindən xəbər tuta bilməyən QAT sədri Akif Nağı yamanca dilxor olub. “Çox əfsus ki, başımız Qənimət Zahidə qarışıb, bu erməni dılğırından xəbər tuta bilməmişik. Yoxsa onun qol -qıçını sındırıb Bakıya gəlməyinə peşman edərdik” deyə Akif Nağı öz mövqeyini bəyan etmişdir.

Hüquq

Rafiq Tağı ve Samir Sədaqətoğlunun məlum hadisə ilə əlaqədar həbsindən bir həftə keçməsinə baxmayaraq hələ də onları müdafiə edəcək vəkil tapılmamışdır. Ekspertlərin rəyinə əsasən ölkədə dinsiz vəkil olmadığına görə kimsə onları müdafiə etmək istəmir. İkinci versiya isə boyunlarının ardının Nardaran bıçağına tuş gəlməsindən qorxurlar. Belə olduqda xaricdən kafir vəkil gətirilməsi gözlənilir.

Tarix

Dünən erməni arxeoloqları Ermənistanın Sisyan rayonunda ən qədim tarixə aid qalıntılar aşkarlayıblar. Tapıntılar hamam qırıntıları, ləyən, ayaqdaşı və kisədən ibarətdir. Arxeoloqlar həmin qoruğun adını Heydər Əliyev adlandırıblar. Bu xəbəri eşidən Azərbaycan arxeoloq və tarixçiləri, hətta siyasətçilər təəccübləniblər. Dünya tarixinə düşən bu möhtəşəm və xoş tapıntıları ümummilli liderimizin adı ilə hallanmasını ermənilərdən gözləmədiklərini dilə gətiriblər.

İdman

Bu gün cənab prezident bir neçə idmançılarımızla görüşüb. Görüşdə onların qazandıqları uğurlar sayəsində vətənimizi tanıtdığlarını ve idmançılarımızla fəxr etdiyini vurğulayıb. İdmana edilən yüksək səviyyəli qayğıdan söz açan prezident idmançıların yüksək vəzifələr alması, polis, zabit, polis rəisi ve s. kimi səlahiyyətlərə sahib olmasının həmin qayğının nəticəsi olduğunu vurgulayıb.

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 811 oxunma

Mövzuda cəmi 2 şərh var

  1. tinazarkeshi. yazıb:

    Sisiandaki tarixi gazintilara geldikde men ancag onu deye bilerem ki, o badxah gonshularimiz oz gohum-egrebalarini yaxshi taniyirlar ve onlari yaxshi da giymetlendirirler!! Hamiya melum olan ailevi shekle diggetle baxsaniz bunu cox tez gore bilersiniz! :-)

  2. AP (AzeriPatriot) yazıb:

    Beli gardash Derdimiz boyukdur. gadinlari/gizlari bu kuceye salanlara ALLAH neylet elesin! DIN ve obirisiler de bu ishlernen elbirdiler. Uje gaynatma nogtesi yaxinlashir. :F

AzeriBlog - milli blog sistemi

Şərh Yazın