Karikatura - 29 Ancaq Azərbaycanda - 18
Noy 08

Bir gün Hacı Əbdülü polis saxlayır. Hacı əsəbi şəkildə maşından düşərək:
- Nə var ala, möş saxlamısan məni?
- Hacı, dünən sən bu yoldan sürətlə keçmisən.
- Sənin başun xarabdı ala? Surət oturub Moskvada. Mən dünən burdan Şeyxlə keçmişəm.

***

Bakılı oturub evində, əlində təsbeh, televizora baxır. Birdən oğlunu səsləyir:
- Ala Samir, koppoyoğlu! Bura gəl. O nə idi dünən deyirdün bakılılara iş vermirlər. Bəs bu nədü beş il, yeddi il, on üç il…

***

Milli Məclisdə ictimai televiziya ilə əlaqədar məsələ müzakirə olunur. Deputatlardan biri Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri Nizami Xudiyevdən soruşur:
- İctimai televiziya sizin rəhbərlik etdiyiniz Az TV-dən nə ilə fərqlənəcək?
- Mənim ölənlərimə rəhmət oxutdurmaqla, - deyə N.Xudiyev cavab verir.

***

“İlham Əliyev MSK tərəfindən prezident elan olunandan sonra bu şad xəbəri ilk öncə həyat yoldaşı ilə bolüşmək istəyir və evə zəng vurur:

- Salam Mehriban, mən prezident seçildim.
- Doğrudan? Həqiqətən?
- Heç olmasa sən dillənmə…”

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1,148 oxunma

Mövzuda cəmi 5 şərh var

  1. Ruslan yazıb:

    Heyder Eliyev olenden sonra, haqq dunyasinda Zerife Eliyeva ile gorushur, el verib salamlashanda, Zerife xanim sorushur:

    - Niye ellerin bele soyuqdur?
    - Kopek oglu meni alti ay morqda saxlayib, ona gore.

  2. fuhrer_134 yazıb:

    Halaldi qaqashcani :-)

  3. of yazıb:

    ade yeke kisisiz ora bir az da letife qoyun ancaq maraqli olsun bunlar da pis doyul bebatdir =D :-? :>P

  4. AyDemir yazıb:

    ans=lider+space+atv+aztv+……=zeher tulugu veya kanalizasiya qovshagi =D

  5. ARTYOM yazıb:

    QAQAS SIZ LAP AGINI CIXARTMISIZ BELE OLMAZ AXI SIZ QORXMURSUZ SIZI HEYATDAN YOX ELEYERLER?

AzeriBlog - milli blog sistemi

Şərh Yazın