Qəzetlərin birində elan çap olunur: «Müsavata alman, ingilis, fransız dillərini bilən adam tələb olunur». Səhəri gün Elman Türkoğlu Müsavatın qərargahına gəlib İsa Qəmbəri axtarır. Ondan soruşurlar:
- Elman bəy, xeyirdimi?
- Hə, qəzetdəki elana görə gəlmişəm.
- Elman bəy, siz ingilis dilini bilirsiniz?
- Yox!
- Bəs alman, fransız dillərini?
- Yox!
- Onda niyə gəlmisiniz?
Elman Türkoğlu özündən razı halda deyir:
- Gəldim deyim ki, İsa bəy mənə arxayın olmasın.
Kimsə Elman Türkoğlunu öyrədir ki, AXCP-ni birləşməyə qoymayan İsa Qəmbərdir.
Türkoğlu bərk qəzəblənir. Gəlib durur başqanın qapısının ağzında. İsa bəy qapının ağzına çatan kimi Elman Türkoğlu bayaq ha, bir kəllə… Başqan zərbədən özünü itirmir. Yumruqla əks-zərbə vurur. Nəticələr çox maraqlı olur: İsa bəyin 22, Elman bəyin 4 dişi düşür.
Jurnalistlər maraqlanırlar: İsa bəy çox cüssəlidi, yumruğu da futbol topu boydadı. Bəs nədən, onun 22, Elman Türkoğlunun isə 4 dişi düşüb?
Suala başqan özü cavab verir:
- Elman bəyin ağzında cəmi-cümlətani 4 diş varsa, mən bundan yüksək nəticəyə necə nail ola bilərdim?
AXCP mətbuat xidmətinin rəhbəri İshaq Əvəzoğlu Əli Kərimova müraciət edir:
- Əli bəy, bağışlayın sizi narahat edirəm, diqqətinizə çatdırmaq istəyirəm ki, mənim əmək haqqım bacarığımla uyğun gəlmir.
Əli bəy gülə-gülə cavab verir:
- Bilirəm, İshaq bəy, bilirəm Amma başa düşün ki, mən sizin ac qalmağınıza da razı ola bilmərəm.
Dosta göndər
|
Çap et
| 1,213 oxunmaMövzuda cəmi 6 şərh var


Sentyabr 16th, 2006 at 23:38
xosuma geldi, yazan ve bura qoyan sag olsun.
Sentyabr 17th, 2006 at 18:24
hahahahhahahahahaha
Sentyabr 18th, 2006 at 13:19
ela
Sentyabr 19th, 2006 at 01:55
Mirtdi ha
Sentyabr 25th, 2006 at 01:12
eladi qaqacani bunlardan coxlu yazin =D
Yanvar 12th, 2007 at 08:54
eti anekdoti ne dlya visokix umov