İlham Əliyev, Ramiz Mehdiyev və Hacıbala Abutalıbov Moskvada məşhur “Pole Çudes” verilişində iştirak edirlər. Birinci İlham Əliyev “barabanı” fırladır (sual 5 hərfdən ibarət hind filmi) və deyir:
- B hərfi.
Aparıcı:
- Yox, düz deyil, cənab Mehdiyev, buyurun “xod” sizindir.
Ramiz müəllim diski fırladır və deyir:
- “B” hərfi.
Aparıcı ona tərs-tərs baxıb deyir:
- Yox, sən də düz tapmadın, bu sözdə “B” hərfi yoxdur!
Hacıbala müəllim məğrur görkəm alıb deyir:
- Mən sözü bütöv deyirəm.
Aparıcı:
- Hamı sakit qalsın, yerdən danışmayın, buyurun Hacıbala müəllim.
Hacıbala müəllim özünü toplayıb ucadan deyir:
- “BOBBİ”.
Günlərin birində Siyavuş Novruzovun xaricdə oxuyan oğlu Bakıya qayıdır və gözüyaşlı girir atasının hüzuruna ki, bəs, dədə məni kollecdən qovaladılar. Atası soruşanda ki, bəs nə üstündə, balaca Novruzov hönkür-hönkür göz yaşlarını axıdıb cavab verir:
- Professor məndən soruşdu ki, 5 üstəgəl 5 heçə edir? Dedim 55.
Əsəbləşən Siyavuş müəllim oğluna bir qapaz ilişdirib deyir:
- Ay fərsiz, 5 üstəgəl 5 eləyir 10, uzağı 15, çox uzaöı qoy olsun 20, bəs 55 nədir, deyirsən?!
Səfər Əbiyev Rusiya zavodlarında məxsusən Azərbaycan üçün istehsal edilən tanklara baxış keçirir. Ona izah edirlər:
- Bax görürsünüz, tankın üç dənə geri, bir də irəli surəti var.
Səfər müəllim təəccüblə:
- İrəli sürət nəyə lazımdır?
- Necə yəni, birdən ermənilər arxadan hücum etdilər!
Dosta göndər
|
Çap et
| 1,813 oxunmaMövzuda cəmi 22 şərh var


Sentyabr 3rd, 2006 at 21:34
axirincinin yeri var..
Sentyabr 4th, 2006 at 08:38
MAraglidi.;-)
Sentyabr 4th, 2006 at 11:08
köhne anekdotdu
Sadece improvize edilib
Sentyabr 4th, 2006 at 15:16
[Sitat alınan şərhin nömrəsi #2755]
yaxshi ki dedin =D
Sentyabr 4th, 2006 at 15:42
kisi zähmät cäkib yazib, oxusonda saq ol, oxumasonda………… =D
Sentyabr 4th, 2006 at 17:57
[Sitat alınan şərhin nömrəsi #2758]
yaxşı ki mövqeyini bildirdin… =D
Sentyabr 4th, 2006 at 18:34
Ay sayt yiyäsi,sene can qurban,de göräk basliq altida här-hansi bir serhi nece yazim,yaziram, alinmir axi……………
Sentyabr 7th, 2006 at 23:28
yeri var birinci ikinci cox da maraqli deyil he ne olsun =D
Sentyabr 13th, 2006 at 17:45
Axirinci anekdotu oxuyanda, dogurdanda cox agkamali anekdotdur..Esgerimizin bele olmasi bedbextcilikdir.
Sentyabr 15th, 2006 at 16:41
saitinizin omru uzun olsun 1 =D
Sentyabr 21st, 2006 at 18:11
Axirinci anekdotun yeri var. Qardashlar anekdot da olsa amma realdir.
Sentyabr 25th, 2006 at 01:17
hamisi olan seylerdi
Sentyabr 25th, 2006 at 12:24
=D
Sentyabr 26th, 2006 at 02:16
(ize bir aniktot danishim)……. Bir gun butun prizdentlere qonagliq verirler Heyder Eliyevde orda olur ve basda oturur. stoldada her sey qizildan olur kulqabidan tutmush vilkayacan birden Heyder gorur ki Yelcsin elini stola atib vilkani qoyur cibine bunu Heyderden bashqa hec kim gorumur ve sohbetin qizgin yerinde Heyder deyir ki gelin size bir foks gosterim hami maty metel qalir deyir goster durub ayag deyir ey millet bu vilkani gorrursuz hami deyir he deyir men bu vilkani qoyuram cibime cixardiram Yelcsinin cibinden elede eleyir
:-)
Sentyabr 29th, 2006 at 00:42
Классно-Супер…..Мне очень понравилось.Побольше бы таких сайтов.Я в Баку и захожу на ваш сайт через anonymsurfen.com
Спасибо .Сайт и анекдоты классные.Обьячните да нашим как заходить на такие закрытые сайты с Азербайджана.Народ мелешир гире билмир
Oktyabr 9th, 2006 at 00:17
halaldi. dogurdan da bu okede siyavush, hacibala, zahid oruc kimilerin yeri yoxdur. Allah pis insanlara lenet elesin. helelik
Noyabr 27th, 2006 at 23:31
[Sitat alınan şərhin nömrəsi #3139]ALe öz dilinde yaz….
Dekabr 13th, 2006 at 04:01
[Sitat alınan şərhin nömrəsi #3320]

hacibalani tesevvur edib xeyli guldum
Dekabr 18th, 2006 at 22:37
elaaaaaaaaaaaaa
İyun 24th, 2007 at 10:09
Kimin aqlina bele bir sayt yaratmaq gelibse, halal olsun. AFERIN!
Mart 13th, 2008 at 15:19
Kim deyer biz niye bu gundeyik?;-)
Mart 13th, 2008 at 18:40
alnımıza bu gündə olmaq yazılıb.ya da ki məcbur yazırlar