Sübh çağının qırmızımtılı yeni görsənməyə başlamışdı ki, məscidin qədimi, pasından cin hürkən dəmir darvazasının dırıltısı eşidildi. Qapılar taybatay açılarkən, içəriyə təcili şəkildə təcili yardım maşını daxil oldu.
- Ala, bu nədi ala. Uydaa… boğuldum, ətağa cəddi
- Nədi, nolub?
- Ay qaqaş, bu nə iydi gəlir sənnən.
- Ay yoldaş, bir az mədəniyyətli ol! Cənab Mamedov.
- Bah, nə cənab alə, yox bir əlahəzrət. Sən də mənim kimi meyidsən də.
- Mən İcra hakimiyəm, ədəbli danışın.
- İdun… hehehe. Uje meyidsən, gətirib tullayıblar səni bura, yumağa. Mən də diyirəm bu iy hardan gəlir, havayı yeməkdən dombaqarın, peysərboyun olanda it iyi gələr də. Xeyr ola, hakim məllim, millət dərdi öldürdü səni?
- Yox a kişi. Məni də Hacı Məmmədovla əlaqələndirmək istəyirdilər. Elə saunada şellənən yerdə xəbər verdilər, ürəyim dayandı.
- Həə, burda deyiblər ee, “Sən saydığını say, gör fələk nə sayır”. Sənin fələyin güjdi riyaziyyatçı olub. Məni gətirən kimi yudular, səni niyə iylədirlər, bu neçə saatdır?
- Əşşi nə bilim, deyirlər ki, sular kəsilib, ona görə.
- Ay bədbəxt! Vaxtında fərli icra hakimliyi etsə idin, indi nə sən əzab çekərdin, nə də mən. Mənimkimilərə əzab vermək adətinizdir onsuzda. Xalqın suyunu tez-tez kəsdirəndə bəs bilmirdün ki, bir gün səninçün də var bu quraqlıqdan?
- Ay yoldaş, təhqir etməyin, nə də böhtan atmayın. Mən öz halal zəhmətimlə işləmişəm.
- Ala həri, halal zəhmətinlə boylu arvadlara oxşayırsan. Halal zəhmətinlə rüşvət almısan-vermisən. Halal zəhmətinlə yaltaqlanmısan. Kasıbın, məzlum xalqın çörəyini basıb yemisən. Halallıqla ev yıxmısan. Halal zəhmətinlə saatlarla milləti işıqsız, susuz, qazsız qoymusan. İndiki zəmanədə haramları da hallaşdırmısuz.
- Mürdəşir yusun üzüvü, nə qədər deyinirsən?!
- Ayə, mən qüslumu almışam ee, hazıram. Kasıb adamam, oğlum gedib maşın tapmağa ki, aparıb basdırsınlar. Sən öz qayğına qal, ay bədbəxt. Vaxtın da azdır. İcra hakimi olduğuna görə millət axışıb gəlib, meyidini gözləyirlər.Bəlkə elə cəhənnəmin dibinə də dünyadakı kimi murdar getdin.
- Sən özünnən danış. Qolun yox, qulağın yox. Rəxid ediblər səni.
- Ay maymaq, hələ üstəlik ürəyimi və ciyərimi də çıxardıblar. Xəstələrin sağaldılması üçün. Sənin isə dirindən kim xeyir gördü ki, leşindən də xeyir görsünlər. İçalatından istifadə eləsələr, fərli adam da harınlayıb, sənin kimi quduzlaşar.
- Nə axmaq oğlum var ee. Dinən burda su gəlmir, apar başqa məscidə də. Bu bezdirir axı məni. Bu 7 ildə heç deyinənim olmamışdı.
- Əşşi, sən qüsl alsan nə olacaq, almasan nə olacaq. Onsuzda saunada aşnalarınla şellənirdin, yuyunurdun da. Mənəvi təmizliyin isə sənə heç bir dəxli yoxdur. Mənəviyyat sözünün “m”sından qanmayan, nə bilir zəfəran nədir.
- Mumla! Gəlirlər deyəsən.
- Mum lazım deyil, suyun gəlməsi və şlanq lazımdır. Zatən axirətdə əntiqə mum alovu ilə yanacaqsan, ey Odlar diyarının oğlu. Hə, gəldilər. Cəhənnəmə qədər yolun var…
Təcili maşın məsciddən 4-cü skorostla fitillədi. Arada məscidin qapısını siyirdi. Şlanqın ucundan su görsənməyə başlarkən, mürdəşirxanadan qəhqəhə səsi gəlirdi.
Dosta göndər
|
Çap et
| 1,256 oxunmaMövzuda cəmi 22 şərh var


Avqust 29th, 2006 at 22:02
ne deyim vallah.halal olsun.gardashim belede davam ele !sene getdiyin yolda ugurlar! =D
Avqust 30th, 2006 at 10:21
savadli adamsan.amma bu savadini………bu ne mənasisiz bir şeydir bele yazmisan. çox heyiff
Avqust 30th, 2006 at 11:24
Atalar yaxshi deyib sozu de qanana…….
Vallah cox dushundurucu yazilib unvanina catasi olsa.Heqiqeten de xalqa bu qeder zulm edenler bu dunyada da olmasa Axiretde oz cezalarina catacqlar.O piphapiq qaynayan qir qazani var ha eceb dolacaq o cur harinlamishlarla.Amin!
Avqust 30th, 2006 at 11:28
Qaqa haladir sene bu temple de davam et sene ugurlar =D =D
Avqust 30th, 2006 at 11:47
Dushundurucu idi.Xoshuma geldi.Sizin saytinizi tanitdirmaq lazimdir.
Avqust 30th, 2006 at 18:58
[Sitat alınan şərhin nömrəsi #2680]
Tindaşım, hər bir sayta girən və bizi dəstəkləyən dostlar öz yaxınlarına, dost tanışlarına e-mail və ya digər vasitələrlə xəbər versə, məlumatlandırsa saytımız tanınar və çoxları ziyarət edər. Bütün tindaşlardan xahiş edirəm, hərə bu xidmətdə öz əməyini əsirgəməsə çox minnətdar olarıq. Qəflət yuxusunda yatan millətimizi oyatmaq zamanıdır. Bu saytımız vasitəsiylə az da olsa buna nail ola bilərik. Dəstəyinizi və köməyinizi əsirgəməyin. Tinimiz kinimizdir!
Avqust 31st, 2006 at 00:05
halal! =D
Avqust 31st, 2006 at 00:19
Salam olsun Azerbaycanima…Salam olsun Tindaşlara…ve Salam olsun megalesi ile Tinçi ve Tinçi olmayanlari bura toplayan Azeri oglu Hebibe….
Cox isterdim bu megaleni Azerbaycanimin her bir servetine haram gatan HARAMZADE [ogullari] da oxusun…. X(
Avqust 31st, 2006 at 20:07
Ugurlar!!!
Sentyabr 2nd, 2006 at 15:35
Bu hissesi chox xosuma geldi.
Ay bedbext! Vaxtinda ferli icra hakimliyi etse idin indi ne sen ezab cekerdin ne de men. =D
Muasir yumordur. Ela… Amma chox uzun-uzadidir.
Sentyabr 3rd, 2006 at 21:34
tinbala bir azda bu muxaliffetdende yazda. Meger muxalifetdekiler meleklerdi qanadsiz?! Day bu iqtardan icimiz bulanir her uzlerini gormusuk amma muxalifetin etdikleri ort bastir olunur belece. Sozumun cani mene maraqli olan budur ki bizim millet bu nesilden evvelkilerdende (indiki muxalifetden) az cekmeyib hami bilir. belke Qarabagin itirilmeyinde kime borcluyuq onuda aciqlayasan.sexsen mene cox maraqlidi kim verdi Qarabagi kim almaq istemir. Men Heyderci deyilem bunu burda cox adam bilir amma bu yaxinlarda aldigim melumatlara gore Qarabag muharibesi zamani Yelcin (Allahin sevmediyin heyvan cildindeki insan) Kocaryana deyib ki isteyirsen butun turkleri mehv edim senin ucun. turk deyildikde ise biz nezerde tutulmusuq.neceki rus ordusu xocalidaki insanlari mehv etdiyi kimi butun azerileri mehv etmek isteyib.Bunun qarsisini almaq ucun ise Heyder onlarla danisiga gedib.bunu xaricde yasayan muxalifetin en feal uzvlerinden esitmisem.yalan olmadiginada 100de 100 inaniram. senden xahisim bvudur ki bir azda muxalifetin ic uzlerini ac xalqimiz ucun ve kime inanmagimiz gerekir deye yol gostermeye calis.bilirem ki sende bilirsen ki bu deqiqe gorduyumuz muxalifetin feal uzvleri arasinda Azerbaycana liderlik ede bilecek bir sexsiyyet yoxdur.bir azda bele seylere aciqliq getir. menim 50% inana bileceyim prezident var idi oda Resul idi o day getdi isine.
Sentyabr 4th, 2006 at 01:40
Eeyyyyyyyyy casdimeeeeeee insan cildindeki heyvan. onsuzda ferqi yoxdu donuza oxsayir
Sentyabr 4th, 2006 at 14:17
[Sitat alınan şərhin nömrəsi #2751]
Qerdeshiim Bizim tenqid etdiyimiz HEyder her neyin bahasina da olsa Azeristana geldi amma senin dediyin o Resul qagha ise Qorxddu!
Sentyabr 5th, 2006 at 16:25
[Sitat alınan şərhin nömrəsi #2757] a bala menim sozumun cani Resul deyil Qarabagdan danisiram xeberin varsa. Resulda Heyder kimi qorxaq olmayaydi gelerdi.guya Heyderi isteyen var idi o vaxti camaat tokulusmusdu aeropota o gelende.Ellerine kecseydi Heyderden bir tikede qalmazdi. Ilham indi kresloda oturmagini Allahverdiyeve borcludu.cunki ele Allahverdiyev Heyderi aeroportdan qacirtdi. Resulu ise camaat boyuk umudlerle qarsilayirdi amma qorxaq cixdi. Qorxaq bir adamdan ise bize lider olmaz. ne ise mene Qarabag lazimdi onsuz.kim Qarabagi alsa ele onada canim qurban.amma gorunur hec kime can borcum olmayacaq.
Sentyabr 5th, 2006 at 16:44
[Sitat alınan şərhin nömrəsi #2806]
Duz sozun qarshisinda ancaq bash eye bilerem.
:’(
Sentyabr 5th, 2006 at 17:42
1.Sen bu saytda ne ise yaxshi bir shey gorursen?
2.Sen Butun heqiqi tindashlarin yazdiqlarinda xoshhal ne ise gorursen?
3.Tinbala Qerdesh terefinden yazilan ve qeyde alinan shekiller,video kliplerin mezmununda yaxshi ne ise gorursen?
4.Sen bu saytin meghzini anlayirsan?
5.Sen bu saytin meghzini anlayirsansa bu saytda yaxshi ne gozlemek isteyirsen.
6.Axi sen ozun de dedin ki narazisan ve ele buna gore de bu saytdasan.Amma mene ele gelir ki hele de bu saytin megzi sene ve senin kimilere chatmir.
7.Bizim bura yighishmagimizin sebebini bilirsen?
8.Biz bura gorduyumuz ishleri tehlil etmek uchun,yoxsa butun bu saytda gorduklerimizi ve hokumetin haqsizlighini tenqid etmek uchun yighishmishiq.
9. 10% yaxshi ne ise olsaydi Tinbala qerdesh Bu saytin achilmasi uchun bele cehd gostermezdi.
2% bu saytda yaxshi ne ise olsaydi defelerle Iqtidar bu sayti baghlamaghin maraghinda olmazdi.
Mene ele gelir ki, bundan sonra sen ve senin kimileri bu saytin meghzini anlayarsiniz
:>P
Sentyabr 9th, 2006 at 01:56
yazi heqiqeten de menalidir. bele desek Sabirsayagi yazilib ve konul cox isterdi ki, bu yazinin unvanlandigi shexsler de onu oxuyub bir azaciq da olsa dushunerdiler!
ama mene birce shey chatmir. ay tindashlar siz bu yazini qiymetlendermek, haqqinda fikir yurutmek uchun sherh yazirsiz, yoxsa bir-birinizle soz guleshdirmek uchun????
Sentyabr 11th, 2006 at 18:41
Ay NAMELUM. Ne bomba şeyler danışırsan. Alttan alttan heyderin reklamını eliyirsen. Bu heyder adlanan qaniçen xalqını düşünseydi biraz ona şerait yaradardı de. O ise öz klanına şerait yarattı. Balaca balanı da preziden qoydu.
Sentyabr 12th, 2006 at 17:03
[Sitat alınan şərhin nömrəsi #2894]
yel sen narahat olma onuda yaxsi bilirem ki Heyder oz xalqina gore ele addim atmayib, o addimi atib ki o olenden sonra nesline yem yeri olsun.indi mene bir adam lazimdir ki cixsin ortaya mene xirdalasin gorum Qarabagi kim verib kim almir? mehkeme qurmaq lazimdir mehkeme!!!!!
Sentyabr 29th, 2006 at 00:43
Bu text cox derin mentiqe varib. Shexsen menim aglamagim geldi, ve bir de fikre getdim. Rehmetlik Necef Bey Vezirovun millet uchun yazdiqlari ve ozunun eziyyetli gunleri gelib durdu gozumun qabaginda. Hayiflar olsun ki, bu cur tarixi, qedimliyi rengarengliyi olan bele bir milleti aglini, menliyini itirmish ve ushaqliqdan guclu terbiye, telim gormemish adamlar idare edir ve sonra da meyitxanada bir azerbaycanli kimi iylenir. Bele iy verenleri, bashindan baglamaq lazimdir. Yeni millete yox, artiq milletin ushagina dovlet ve milletchilik dersi kechmek lazimdir.
NEISE, cox teessuf edirem bu hadiseye.
Chox ay satirik, leqebini ve bilmirem.
Dekabr 25th, 2006 at 19:53
Pis deyil.dahada ela ede bilersen gelecekde….Her kes ibret gotursun…Bu yazi tek indiki liderlerimiz ucun tenqid olmamali, yaxshi olardiki bunu oxuyan her bir genc gelecekde ibretli olsun,,cunki o liderlerimizin yanina gedende onlar kimi olmaq isteyir,,,bosh yere demeyibler ki ati atin yanina baglasan neyini goturmese de xasiyyetini goturer….. =D :F :8
Yanvar 23rd, 2008 at 10:11
Chox gozel. Heqiqeten here bir sherh bildirir. Inanin ki, anlayan anlayir, anlamayan da sherhde ne qeder dushunceye malik oldugunu xeber verir. bunu az da olsa anlamaq uchun gerek qelbinde Allaha imanin olsun. Yazara aferin. Hech bir yazi sebebsiz yazilmir. Heresi oz unvanina chatir, nece ki, bu yazi.