FotoTin Ancaq Azərbaycanda - 11
Avq 10

Siyasət.

Məlum olduğu kimi, iyunun 23-də narkotik maddələrin istifadəsi və satışı kimi uydurma ittihamla həbs edilən “Azadlıq” qəzetinin jurnalisti Mirzə Sakit (Sakit Zahidov) iyulun 25-dən aclıq edir. O, qondarma ittihamlara etirazını bu yolla bildirir. Hakimiyyəti kəskin tənqid etdiyi üçün şərlənərək tutulan jurnalistin hüquqları məsələsi artıq beynəlxalq təşkilatlar səviyyəsində qoyulub.
Beynəlxalq təşkilatlar bildirib ki, Mirzə Sakit azad olunmalıdır. Bundan sonra o öz ləqəbinə sadiq qalaraq, sakit olacaq. Əgər Sakit bəy sakit olmasa yenidən cibinə nəşədən, anaşadan atıb tutarlar. Bir də ki, istəmirsiz ki, bu adam yaşamasın? Özü elə narkotiknən gorunu qazır da, ay rəhmətlik ölməz şəxsiyyətin nəvələri – deyə bəyanatda qeyd olunub.

Dünən Heydər Əliyevin oğlu Heydəristan məmləkətinin, Heydərabad şəhərini Heydər Əliyev prospektinin Heydər Əliyev küçəsində Heydər Əliyev adına körpünün açılış mərasimində iştirak etmişdir. Giriş sözünü Heydər Əliyevin adı ilə açan gənc və perspektivli lider Heydər Əliyevin körpülərlə əlaqədar tarixi əlaqəsindən söhbət açmışdır. Bildirmişdir ki, hələ ümummilli lider yeni hakimiyyətə gələndə o kəskin gözləri ilə körpülərin altından bombaları görərək, ona olunan sui-qəsdlərin qarşısını almışdır. Sitat: “Körpülər atamın düşməni olsa da, mən onlara nəvazişlə yanaşaraq, Avropa standartlarına uyğun tikildiyinə görə sevinirəm. Atama sui-qəsda şərik olacaq körpülər isə manqurt komunizm rejimində tikilmişdi”.

Ordu

Bu gün daha iki əsgərimiz erməni gülləsinə tuş gəldi. Bununla əlaqədar igid-qəhrəman Müdafiə naziri Səfər Əbiyev hər iki əsgərin ailəsinə başsağlığı verərək bu halın bir daha təkrar olmayacağını qətiyyətlə vurğuladı. “Lazım gəlsə ermənilərin atasını yandırarıq. Amma hələ gəlmir” deyə çıxış edən nazir, Ermənistana güzəştə getdiklərini və yazıqlarının gəldiyini bildirdi.

Mədəniyyət

Azərbaycan şou-biznesində yeni bir star parlamağa başlamışdır. Bu Hacı Məmmədovdur. İlhamə Quliyeva, Manana, Nisə Qasımova, Eyyub Yaqubov və on minlərlə mğənnimizlə şəkil çəkdirən və onları “Qarabulaq” qoruğunda bəsləyən Hacı Məmmədovun daha hansı sənətlərlə məşğul olduğu ekspertlərdə marağa səbəb olmuşdur. Beləliklə Hacının foto xəstəsi olduğu da meydana çıxmışdır. İndi onun Şövkət Ələkbərova ilə, Rəşid Behbudovla, Rubaba Muradova ilə şəkillərinin olub-olmaması araşdırılır.

Versiya:

İlham Əliyev tez-tez çıxışlarında „Azərbaycan sürətlə inkişaf edir“ kəlməsini səsləndirir. Ekspertlər hə başlarını girləsələr də, özlərini oda-közə vursalar da bu surəti tapa bilmirlər ki, bilmirlər. Sonda məşhur ekspertimiz TinBala buna çarə tapdı. Sən demə məşhur „Surət“ eks Baş nazir Surət Hüseynovun özü imiş. TinBala deyir: Hələ yadımdadır rehmətlik ölməz şəxsiyyət “Kaşşey bessmertnıy” Heydər Əliyev Surətin dalına vedrə bağlayıb yola salanda ona bu müdrük kəlamı demişdir ki, - “Sən hələ bizə lazım olacaqsan”. İndi ki, İlham Əliyev həzrətləri atasının yolunu gedir, deməli onun sözlərini də icra edir. Bəs nə üçün Surət Hüseynov özü görsənmir sualına, Tinbala müəllim belə cavab verdi ki, - “İlham Əliyev Azərbaycanın çiçəklənməsini və tərəqqisini gizli şəkildə aparır, eləcə də Surətli inkişafı”.

Son günlərdə bəlli olub ki, Azərbaycan müxalifəti molekul funksiyasını daşıyıbmış. Buna sübut müxalifət düşərgəsindəki parçalanmalardır. İlk olaraq böyük partiyalardan biri olan AMİPdə, daha sonra AXCP, ADP və son olaraq Musavat partiyasında bunu sezmək olar. O ki, qaldı YAP-a, onlar isə atomdur. Parçalanmırlar. Ekspretlər deyir ki, bəs bu Amerika hara baxır, kordur məgər? YAP boyda atomu görmür ora-bura gücənir.

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 858 oxunma

Mövzuda 1 şərh var

  1. tempo yazıb:

    Xeberiniz var yeqin, bu it sürüsü indi de “Milli Yol”çu Şahin Ağabeylini hebs edibler.

    Bele…

    Evvel “Bizim Yol”çu Mehemmed Ersoyu vetenden didergin saldılar

    Sonra “Bizim Yol”un yolunu davam etdiren Baheddin Heziyevi ölümüne döydüler

    İndi de sıra “Bizim Yol” mektebinin yetirmesi olan Şahin Ağabeyliye çatdı

    Bunların hamısının neslini….

AzeriBlog - milli blog sistemi

Şərh Yazın