Tinimiz dünya mətbuatında Tinimiz məşhurlaşır.
Avq 01

Siyasi xəbərlər

Bu yaxında Hacı Məmmədov Fərhad Əliyevin əli ilə mərhum jurnalist Elmar Hüseynovun öldürülməsini etiraf etmişdir. O daha sonra “Bizim Yol” qəzetinin baş redaktoru Bəhəddin Həziyevi də o döydürtdürtdüyünü bəyan etmişdir. Hələ üstəlik “Mirzə Sakitin cibinə narkotiki də mənim adamlarım atıb” deyərək qürrələnib. Hakimin “Digər hadisələr, sizin həbsdə olduğunuz müddət ərzində baş verib, bu necə ola bilər axı” sualına, Hacı Məmmədov – Hər şeyi də mən sizə deyəsi deyiləm ki, bəs sizin daxili İşlər Nazirliyiniz, Milli Təhlükəsizlik Nazirliyiniz və digər qurumlarınız hara baxır? Bir az da onlar işləsinlər də. Axtarıb tapsınlar necə etdiyimi. Məni tutmağınız azmış kimi, işinizi də asanlaşdırıb, müftə hörmət qazandırım sizə?

Bildiyiniz kimi Milli Məclis hal-hazırda istirahət etməklə məşğuldur. Bütün millət vəkilləri, nazirlərimiz məzuniyyətə çıxıb. Deputatların harda istirahət etdiklərini öyrənmək üçün onlarla əlaqə saxladıq. İlk olaraq Zahid Oruca müraciət etdik. Zahid müəllim bildirdi ki, nə qədər ki, Azərbaycanın problemləri həll olunmayıb o nəinki məzuniyyətə, istirahətə vaxt ayırır, hətta toylara, el şənliklərinə də getmir. “Mən heç Novruz bayramını qeyd eləmirəm, siz isə istirahətdən danışırsız. Bir milyon qaçqını olan millətin vəkili də istirahət edər, ayə?” deyə Zahid müəllim buyurdu.
Daha sonra Ramil Usubovla əlaqə saxladıq. Nazir bildirdi ki, Elmar Hüseynovu qətlə yetirəndən bu yana bir tikə çörək belə hulqumundan keçmir və yaman dilxor olub. Heç istirahətin qoxusunu belə duymaq istəmir. “Rəhmətlik yaxşı jurnalist idi. Azərbaycan xalqı üçün çox böyük itkidir. Mən söz vermişəm ki, onun qatilləri sözün həqiqi mənasında tapılıb, öz cəzalarına çatmayana qədər heç təbəssüm də etməyəcəyəm.” - deyə nazir qətiyyətlə bəyan etdi.
Növbəti nazir isə Fövqəladə və Təbii sərvətlər naziri Kəmaləddin Heydərovdur. Kəmaləddin müəllim bəyan etdi ki, hal-hazırda başı yaman qrışıb. Ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarını od-alova tutmaları ilə əlaqədar çox kədərlidir. İstirahətə vaxt ayıra bilmir.
Prezident aparatından onu da öyrəndik ki, 10 günlük istirahətə 250 min dollara yaxın pul xərcləyən gənc və perspektivli liderimiz, dünya şöhrətli siyasətçi İlham Əliyev Türkiyənin Antalya şəhərində əslində istirahətlə yox, gərgin iş rejimi ilə məşğul imiş. Belə ki, Azərbaycanın problemləri başından daşan prezident Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı, Qarabağ probleminin “lazımsız” həll edilməsi, Elmar Hüseynovun atası ilə görüş, Heydər Əliyevin heykəlinin növbəti dəfə hara qoyulması, hər hansı idman yarışının Azərbaycanda təşkil edilməsi, 30 min iş yerinin açılması, hansısa mərifətsiz jurnalistin qol-qıçının sındırılması və digər vacib məsələlər haqqında baş sındırır.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının Musavat partiyasından istefa verməsi xəbəri Azərbaycan siyasi arenasında şok bir xəbər kimi qarşılanıb. Belə ki, bu xəbərə eşidən Milli Məclisin sədri Oktay Əsədovun sevincdən gözləri bərəlib, Siyavuş Novruzovun peysəri əyilib, Fəzail Ağamalının dodağı uçuqlayıb. Hakimiyyət bu xəbərə o qərtənə sevinib ki, Bakının müxtəlif güşələrində bayram tədbirləri təşkil olunub. Bütün iqtidaryönlü qəzetlər bunu İlham Əliyevin möhtəşəm siyasi uğuru kimi dəyərləndirib.

“Almaniyada polis tərəfindən saxlanmağım barədə məlumatların yayılmasını özüm təşkil etmişəm”. Bunu hazırda Avstriyanın Zalsburq şəhərində mühacirətdə yaşayan Xətai rayonunun sabiq prokuroru Mahir Cavadov deyib. M.Cavadov bildirib ki, bu addımı siyasi və hüquqi maraqları üçün atıb: “Məqsədim Azərbaycan iqtidarının nüfuzuna xələl gətirmək olub”. “A kişilər, bu iqtidar neçə ildir millətlə məzələnir, heç kim durub bir söz deyə bilmir. İndi mən də iqtidarla məzələnirəm də. Kişi döyüliy?
M.Cavadov 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak etmək istədiyi barədə yayılan məlumatların doğru olmadığını deyib: “Nəinki mən, xaricdə yaşayan heç bir siyasi mühacir Azərbaycanda hansısa siyasi seçkidə iştirak edə bilməz. Bunun üçün Azərbaycan bizi rəsmən dəvət etməlidir. Mümkün olmayan məsələni nə mən, nə də tərəfdarlarım müzakirə etmək fikrindəyik”. Bəlkə elə bunları da məzələnmək xatirinə dediniz sualına Mahir bəy: Əşi nə bilim, məndən nə desəniz çıxar” - deyə vurğulayıb.

Mədəniyyət xəbərləri.

Bildiyiniz kimi bir çox mətbuatda eləcə də Tinsohbəti saytında da məşhur cinayətkar Hacı Məmmədovla məşhur müğənni, varımız-yoxumuz primadonnamız İlhamə Quliyevanın çiyin-çiyinə rəsmi yerləşdirilib. İ.Quliyeva bildirib ki, sözügedən şəkil bir məclisdə çəkilib: “İlhamə xanımla şəkil çəkdirmək Hacı Məmmədovun öz arzusu olub. Məşhurlarla hamı şəkil çəkdirmək istəyir. Gəlib yalvar-yaxar elədi ki, bəs səninlə bir şəkil çəkdirib, sən Madonnanın canı. Axı mən hardan biləydim ki, mənə mehribanlıq göstərən adam sonda böyük və əvəzsiz bir cinayətkara çevriləcək?”.

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1,023 oxunma

Mövzuda cəmi 12 şərh var

  1. Bala Tinbala yazıb:

    Xiyar xeberleri hardan almısınız?

  2. Aida yazıb:

    Butun gunahlari Naxchivanlilarin ustune atmayin da…. Isik gelse guya her shey Kuveytdeki kimi olacaq???? ay oldu haaa.I vopshe muxalifetdekiler de ele iqtidara ishleyirler de, tak shto azerbaycanda muxalifet yoxdur. ;)

  3. yo yazıb:

    [Sitat alınan şərhin nömrəsi #2277] veten-das söhbet diplom cibinde issiz,vezifesiz,elsiz obasiz naxcivanlidan getmir.söhbet tarixmizi tehrif eden,medeniyyetimize leke getiren,demokratiyamiza pozgunluq oyreden Naxcivanskilerden gedir.Bizim müxalifet ise Heyder Eliyevin ustalaridir.o gün Qezelxanimiz Eli Aga Vahidi narkoman etdi,dünen Xan sairimiz Semed Vurguna eyyas dedi.Niye? niyesini bilmirsiz.Neriman Nerimanovun dostu M.E.R-zadenin dostuna tat dedi.Niye? Niyesini bilmirsiz.R.Behbudov kimi Pavarottimizin basini yedi.Niyesini bilmirsiz.Özünü sirin salmaq ücün H.Cavidi elinde esas tutub xainlik etdiyi KP gözden saldirir.Guya KP dirilib gelecekdir.Niyesi var.Azerbaycanda 3 pozgun kisi varsa 1-i Edalet Nesibov o biri Niyameddin Musayevdir. ayliq 500€ ,Pensiya verir.Niyyesi var.Her bozbas yeyen alkasa dövletin kisesinden bu qedr selem verseler..Bes Qedir Rüstemova,onun sirasi pozulmus Qarabag bülbüllerine kim qiymet verecek? Laykalar,caykalara se`r yazanlarin ogullarina vezife,mülk verdi. Bes Elmar Hüseynovun basini niye yedi? Niyesini bilmirsiz.Niyesi var.

  4. tempo yazıb:

    Men olmayanda deyesen, bu Yo emelli-bashli qatiqlayib

    Ay allah bu sayti silib-temizleyen olacaqmi?

  5. tempo yazıb:

    qarpız sensen badımcan

    sene dedim ki, kişinsense eslini - hardan olduğunu söyle

    o zaman sene anladacam ki, dünyada neler var

    Oldumu?

  6. Donna yazıb:

    Tempo, artıq silindi.
    Naxçıvanlıların daşı ağır olub, düşüb Yo-nun başına, yazdığı bütün təhqirlər də silindi.

  7. tempo yazıb:

    Teşekkür Donna!

  8. Conemi yazıb:

    tindashlar uzr isteyirem, menim yazi bu xeberlerle belke de elaqeli deyil. ama ancaq burda oz fikirlerimi bildire bildim. xahish edirem bilen varsa mene cavab versin Day.az sayti neye xidmet edir???? bu adamlar kimdirler, niye yazilarini oz adlariyla yazmirlar, meqsedleri nedir?

  9. tempo yazıb:

    Day.az saytı Anar Memmedxanlınındır. Yeqin ki, Eliyevlerin klounu - telxeyi olan Anar Memmedxanlının kime xidmet etdiyini söylemeye ehtiyac yoxdur.

    Elece de Anarın sahibi olduğu day.az-ın kime xidmet etdiyini söylemeye ehtiyac yoxdur

  10. Conemi yazıb:

    Israilk sefirliyinin Azerbaydandaki unvani http://www.day.az-dir?

  11. tempo yazıb:

    CONEMİ mellim mezelenme bizle

  12. Atilla yazıb:

    Aqibetiniz xeyir .. Chox shadam ki bele bir sayt movcuddur , amma hech shad deyilem ki bele bir saytin baghlanmasina chalishilir. Duzdur , yeqin Ilham menden yaxshi biler , amma mence bu saytin baghlatdirilmasi cehdi ona anti-reklam olardi. Qoy Ilham sevinsin ki onu yad edenler , gunde onun haqqinda bu qeder danishanlar var. Eminem ki hamimiz isteyerdik prezidentimiz haqqinda aghzi-dolu , gozel sozler danishaq , amma sevindiricidir ki choxumuz “yasda oturub , halvadan yeyib , o… basanlardan deyilik”.Herden mene meslehet gorulur ki hakimiyyeti chox tenqid etmeyim. Ay qagha, bes men neyleyim?? Hakimiyyetin ishi mene pislik elemek , ayaghimin altini qazmaqdan ibaretdirse men niye onun toyughuna dash atmayim? Menim de elimden bu gelir . “Cinayetlerimizi” yanaki qoysaq men toya gedesiyem.Toyu bilmirem , amma Allah qismet etse Azerbaycan xalqinin shad gunu olacaq torpaqlarimizi azad gormek isteyirem , bir de imkan olsa memnuniyyetle Azerbaycan hakimiyyetinin yasinda tabutu ozum dashiyardim. Qismet nece yazilibsa ele de olar inshallah ..
    Allah amaninda

AzeriBlog - milli blog sistemi

Şərh Yazın