Ancaq Azərbaycanda - 11 Siyasi incilər - 9
İyl 14

Siyasi xəbərlər

Azərbaycan tarixinin parlaq simalarından biri, hamımızın yaxşı tanıdığı, zəhmətkeşlərin nəvazişlə “saqqallı kişi” adlandırdıqları Andreas Qross küsüb getdi. Deyirlər o, gedən kimi onu tanıyanlar hamısı arxasınca mahnı oxumağa başlayıblar:

Prezident İ.Əliyev:

Asta yeri, kəmər düşər belindən,

YAP-çıların xoru (çırtma çalaraq):

Aman Qross, zalım Qross, can Qross!

Prezident İ.Əliyev:

Ayrı düşdün gül kimi iş-gücündən,

YAP-çıların xoru (çırtma çalaraq):

Aman Qross, zalım Qross, can Qross!

Prezident İ.Əliyev:

Nə qədər dedim ki, sözə bax, ay sözə bax, ay sözə bax, ay sözə bax!

YAP-çıların xoru (çırtma çalaraq):

Aman Qross, zalım Qross, can Qross, ay can Qross, ay can Qross!

Prezident İ.Əliyev:

Sənsə çıxdın mənim nazlı sözümdən,

YAP-çıların xoru (çırtma çalaraq):

Aman Qross, zalım Qross, can Qross!

(Mahnının bitən kimi Fəzail Ağamalı qaçaraq cərgədən çıxıb və Qrossun arxasınca tenor səslə oxuyub: “Geeeettt, dönmə geri, dönmə geriiii…”)

Sonra söz müxalifətçilərdən ibarət xor kapellasına verilib. Kapellanın baş dirijoru İsa Qəmbər, konsertmeysteri isə Əli Kərimli imiş:

Ölkəmizdə Qross vardı,
Üzündə saqqalı vardı.
İqtidardan gizli bizə,
Söz verib, aldatdı bizi,
Bizi, bizi balam!

Avropa aldatdı, bizi,
Bizi, bizi balam.
Söz verib, aldatdı bizi,
Bizi, bizi balam!

Prezident İlham Əliyev Ucar rayonuna gedib və orda çıxış edib: “Lazım gələrsə bütün rayonlarda atamın heykəllərinin və anamın adına Göz xəstəxanalarının açılışını edəcəm. Kimsə məni bu müqəddəs yoldan çəkindirə bilməz.”

İyulun 3-də ədliyyə naziri Fikrət Məmmədov və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Marko Borsotti arasında “Azərbaycan Respublikası Əhalisinin Adam Kimi Siyahıya alınması” layihəsi imzalanacaq. Lahiyədə 2008-ci ilə qədər əgər ölkədə əhali qalarsa, onların sayının dəqiq müəyyənləşdirilməsi nəzərdə tutulub.

İqtisadi və Fövqəladə hallar xəbərləri

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov deyib ki, bundan sonra kim ev tikmək istəyərsə gəlib ekspertizadan keçməlidir. Nazir onu da qeyd edib ki, “bunun üçün yalnız nazirliyə gəlib məni görmək və 1-2 dənə də kağız-kuğuza qol çəkmək tələb olunur.”

Respublikada “quş qripi” xəstəliyinin yayılmasının qarşısını almaq üçün digər qurumlarla birgə mübarizəni və profilaktik tədbirləri davam etdirən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti dövlət vəsaiti hesabına lazımi miqdarda nəqliyyat vasitələri alıb. Alınmış nəqliyyat vasitələrinə 3 uzunqulaq, 2 qatır, 1 at və yarım dəvə daxildir. Məlumatda o da qeyd olunur ki, baytarlarımız bu minik vasitələrindən istifadə etməklə xəstə quşları qovaraq sərhədlərimiz dışına buraxacaqlar.

Dünya xəbərləri

Azərbaycan Qarabağdakı qızıl yataqlarında iş aparan Kanada və Hindistan şirkətlərini beynəlxalq məhkəməyə vermək istəyir. Kanada və Hindistan şirkətləri isə bəyanat veriblər ki, “torpağınızı işğal edəni məhkəməyə verə bilmirsiniz, bizə gücünüz çatır?” Xatırladaq ki, bəyanatda Azərbaycan barədə “eşşəyə gücləri çatmır, palanı tapdalayırlar” ifadəsi də işlənib.

Milli Təhlükəsizliyimizi qorumağa borclu olan nazirliyin əməkdaşıları iki nəfər iranlını tutub dama basıblar. Səbəb isə bu olub ki, bir iranlı o biri iranlını Fransa səfirliyi yaxınlığında videoya çəkirmiş. İranlılar etiraz ediblər ki, “baba, video çəkmax da olmaz burda?” MTN əməkdaşları isə onları başa salıblar ki, “çəkmax olar, amma çəkdiyin adamın dal tərəfində Fransa səfirliyi görünürsə, olmaz! Ayıbdır!”

O gün Moskvada dini liderlərin Ümumdünya Sammiti başlayıb. Məlumata görə, sammitdə bir xeyli keşiş-molla-ravvin-lama və s. iştirak edəcək. Tədbirdə Azərbaycanı Şeyxülislam Hacı Allahşükür Paşazadə (Allah kömək olmuş) təmsil edir. A. Paşazadə toplantıda Ermənistanın işğalçılıq siyasəti, separatizm və təcavüzdən imtina, həmçinin “Rafiq Əliyev kimiləri necə ağlatmaq olar” mövzusunda məruzə ilə çıxış edəcək.

Mədəniyyət və Turizm xəbərləri

Azərbaycan Yazıçılar Birliyinin Şamaxıda filialı açılıb. Birliyin sədri Anarın verdiyi məlumata görə Filialda yazıçılar fil yetişdirməklə məşğul olacaqlar. İldə hər fili 5 dəfə doğuzduraraq ən aşağısı 5 bala alacaqlarını qeyd edən Anar, lazım gələrsə bu işi 10 dəfə belə görə biləcəklərini də qeyd edib.

İdman və gənclər xəbərləri

Xarici İşlər Naziri Elmar Məmmədyarov bu dəfə Almaniyaya gedəcək. Nazir səfərin səbəbini möhkəm futbol azarkeşi olması ilə əlaqələndirib.

Bundan sonra təhsil aldıqları ali məktəblərin bakalavr pilləsini başa vuran məzunlara magistraturaya qəbul olunmaq üçün möhlət verilməyəvək. Müdafiə Nazirliyinin Hərbi Komissarlıq Baş İdarəsindən aldığımız məlumata görə bunun səbəbi heç də biz düşündüyümüz kimi - “vayenkamatlar” daha çox rüşvət alsınlar, deyilmiş. Əsl səbəb gənclərin orduya cəlb olunması və onlara vətənpərvərlik ruhunun aşılanması imiş.

Müsahibə:

Müsahibimiz Daxili İşlər Naziri Ramil Usubovdur.

- Salam, rəis!

- Salam.

- Axır vaxtlar yaman tuthatutdasan, xeyirdir?

- Bəli, bu yaxınlarda qanunsuz narkotik satan 5 nəfəri tutmuşuq ki,onlardan da biri jurnalist maskası ilə gizlənmiş Sakit adlı şəxsdir.

- Deyirlər, DİN əməkdaşlarının sayı azaldılacaq?

- Bunu deyənlər bizi gözü götürməyənlərdir, onların acığına polisin şəxsi heyətini çoxaltmaq – 100 000-ə çatdırmaq fikrindəyəm.

- Bahəddin Həziyevin döyülməsinə necə baxırsınız?

- Yalnız onu qeyd edə bilərəm ki, günah həmişə döyüləndə olur. Məsələn, indi siz məni döysəniz, deməli günah məndədir. Amma əlbəttə ki, sizin buna duxunuz çatmaz. Xi-xi-xi.

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1,663 oxunma

Mövzuda cəmi 12 şərh var

  1. Adam yazıb:

    Deyirem, evvel Tinbalanin kefi pozulmusdu ki, Azerbaycandan gire bilmirler sayta. Amma onun aglina gelmedi ki, Azerbaycanlilarin yarisindan coxunun beynin ele gozel yuyublar ki, sayta giren gah kimi Heyder heyder qisqiracaq, gah da ozlerin hamidan agilli bilib orda burda esitdikleri butun cefengiyyatlari bura yazacaqlar.

  2. beton_heyder yazıb:

    [Sitat alınan şərhin nömrəsi #1959]
    beyin yuyulmasi bir qiraga,amma vallah Adam qardas pullu insana yaltaqliq elemek,pula gore her seyi satmaq bir az bizim qanimiza hopup.
    belelrin dedikleri bir sey var,indiki iqtidar getse muxalifetden kim gelecekki,hamisi bir-birinden pisdi.amma basa dusmurlerki ozune ideal bir lider tapib yuxariya qaldira bilmeyen bir xalqin yasamaga haqqi yoxdur.

  3. Antı yazıb:

    Mesta est yeni Yeri Var !

  4. Elim yazıb:

    Butun Tin usaqlarina bele bir sayit yaratdiqlar ucun minetdarligimi bildirire. Siz lap esil Molla Nesreddin mektebi yaratmisiniz. Bravo doslar!

  5. Hacı dayı yazıb:

    Halal olsun, qaqaşdar! Amma sizin bu yazdığlarıyıza bir bəndə məhəl qoymuş olarsa babanıza rəhmət

  6. Xalig yazıb:

    Əla dostlar!! beləsi yoxdur internetdə!! davam edin! MƏN HƏMİŞƏ SƏNİNLƏYƏM AZƏRBAYIÇANİM!(Babək)

  7. leyla yazıb:

    size uqurlar!umud edirem ki,sozlerinizle kimlerinse pas atmish beyinlerini temizleye bilersiz.

  8. Russiyada bizneslə məşğul olan gənc ALİM yazıb:

    Salam, dostlar! Sizin belə bir layihəni reallaşdırmanızı təqdir edirəm. Həqiqətən Azərbaycanımızda mövcud olan neqtiv halların qara yumorla çatdırılması insanların süurlarına real təsir etmək gücündədir. İcazənizlə, Sizlərə bir arzu-məsləhət vermək istərdim. Bu gün Azərbaycanda millətçilik ideologiyasının yayılmasına böyük ehtiyac duyulur. (Yəqin, nə demık istədiyimi anlayırsınız). Yumorlarınızı milli zəmində kökləməyiniz məqsədəuyğun olardı. Bu vacib yolda Sizlərə dönməzlik arzulayıram.

  9. mixaylo yazıb:

    [Sitat alınan şərhin nömrəsi #1975]halal olsun……yani sen rusca da bilirsen?kişisen vallah…

  10. hetem yazıb:

    bunlari yazana quzu keserem.(ancaq azerbaycanda tin sohbetinin yazarlarina quzu kesirler) :-)

  11. tinazarkeshi. yazıb:

    Tin Bala! Sene buralarda genish yayilmish teze xeberi catdirmag isteyirem: Buradaki arkadashlarimiz sohbet edirler ki 2008-ci ilde Azerbaycanda guya “prezident seckileri” adinda sou kecirilmelidir, ancag Azerbaycan ehalisinin orada galan hissesi Ilham Eliyevin polisler garsisinda son cixisindan sonra bu seckilere getmekden, myxalifetciler ise ona regib olmagi ozlerine reva gormediklerinden namizedlerini ireli syrmekden imtina edibler. Ona gore Avropa surasi bu dolasig meseleni tecili myzakire etmek gerarina gelerek Azerbaycana Avropa olkelerinin birinden bir adam balasi tapib prezident gondermek isteyir! Bu agilli plana gore Avropa surasina tesekkyrler dysyr ya dysmyr- goy buna tindaslarimiz cavab versinler!!

  12. Emil yazıb:

    Xeberniz Var Millet Ayin 22-sinde Alim Qasimov VE Şahin Novreslinin boyuk Lahiyesi olan CAz MUgam sintez olacaq…Telesin imza (Emil) YAŞİL TEATRDA bu geceni elden vermeyin………

AzeriBlog - milli blog sistemi

Şərh Yazın