Siyasi xəbərlər
Ayın 26-da Ali Hərbi Məktəbin məzunlarının buraxılış mərasimi keçirilib. Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyev də mərasimdə iştirak edibmiş. Əməlli-başlı bir çıxış edən prezidentimiz çıxışının axırlarına yaxın coşaraq “lazım gələrsə…” sözünü yenə işlədib. Arxasını isə deməyib. Sadəcə sakitləşib və “uşaqlar, qalanını da özünüz bilirsiniz də, niyə təkrar edim?” sözləri ilə çıxışını bitirib.
Bu hadisədən bir neçə gün qabaq isə yuxarıda adını çəkdiyimiz cənab prezidentimiz Dəniz Vağzalını açıb. Orda da möhkəmcə bir çıxış edib və bir neçə dəfə yuxarıda qeyd etdiyimiz ifadəni işlədib. Sonra isə minib lodkaya və başlayıb xəzərdə üzməyə.
Hadisəyə şahid olanların söylədikləri:
Fəzail Ağamalı (Ana Vətən Partiyasının sədri) : Bəli, bütün bunlar ermənilərin acığına oldu! Məhz ermənilərin acığına vağzal açdıq və onların da acığına cənab prezidentimiz lodkaya minərək üzdü. Bu gün lodka sürən sabah tank sürər, birisigün “istiribitel”, o biri gün də Allah bilir nə… Özünüz gördünüz də nətəhər “pavarot” elədi…
İsa Qəmbər (Müsavatın başqanı) : Düzünü desəm mən yaxınlıqda deyildim və hadisəni Müsavat qərargahındakı balkonumdan binoklla izləyirdim. Məsələyə məntiqi nöqteyi-nəzərdən yanaşsaq belə məlum olur ki, 2003-ə seçkini saxtalaşdırmasaydılar indi siz mənim lodka sürməyimlə bağlı İlham Əliyevdən fikir öyrənirdiniz.
Əli Kərimli (AXCP(?) sədri): Fərli-başlı sürməyi də bilmir. Məsəl üçün, mən lodkanı ikitəkər qaldıra bilirəm, o isə edə bilmir. Bir lodkanı əməlli-başlı idarə edə bilməyən adam uca xalqımızı necə idarə edə bilər?
Səfərmurad Türkmənbaşı (Türkmənbaşı): Bir neçə il qabaq Xəzəryanı ölkələrin başçılarına təklif etmişdim ki, gəlin lodka yarışı edək. Kim birinci yerə çıxsa dənizin çoxu onun olsun. Yəqin yarışqabağı məşq edirmiş.
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Rusiya diplomatlarının İraqda öldürülməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığında deyilir: «Hörmətli Vladimir Vladimiroviç, Rusiya Federasiyasının İraqdakı səfirliyi əməkdaşlarının ölümü barədə xəbər məni dərindən sarsıtdı. Təklif edirəm ki, bundan sonra Sizin İraqdakı diplomatik nümayəndəliyiniz missiyasını bizim ölkənin müxalifətçiləri yerinə yetirsinlər».
İqtisadi və Fövqəladə hallar xəbərləri
Bakı yanır! Zabitlərin evində güclü bir yanğın olub. Yanğının səbəbi isə evdə yaşayan zabitlərin Ordu günündə atəşfəşanlıq etməsi olub. Belə ki, öz bayramlarını qeyd edən zabitlər evin içindəcə fişəng atıblar. Yanğını söndürməyə gələn Kəmaləddin Heydərov da bərk əsəbiləşib. O, Müdafiə Naziri Səfər Əbiyevə ağzından çıxanı deyib. Sitat: “Zabitin də evi olar? Zabit çöldə, dağda-daşda, səngərdə olmalıdır!”
Dəqiq aparılmış müşahidələr nəticəsində belə məlum olub ki, Bakıda gün-gündən evlər ucuzlaşır. Bunun isə səbəbi Amerikanın İranla münasibətlərinin bir az düzəlməsidir. Bir müddət əvvəl Buş “qan-qan”, Əhmədinejad “vuraram a” deyərkən çoxlu-şoxlu iranlılar Bakıya gəlib ev alıblarmış. İndi isə görübləri bu qeyri-ciddi adamlar müharibə-zad eləyənə oxşamır. Ona görə də aldıqları evləri dəyər-dəyməzinə sataraq qayıdıblar öz ev-eşiklərinə.
Dünya xəbərləri
İranın Azərbaycandakı səfiri Əfşar Süleymani Azərbaycan Milli Ölümlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda informatikadan imtahan verib. Səfirin dissertasiya mövzusu isə “Şeytana necə qalib gəlməli?” adlanır. Həqiqətən də bu iranlıların işindən heç nə anlamaq olmur. Bizim Ölümlər Akademiyası hara, iranlılar hara, şeytan hara?
Ərəbistan yarımadasındakı Oman adlı dövlət də Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirmiş.
Mədəniyyət və Turizm xəbərləri
Keçmişdə ala-babat gitara çalan, indi isə nazik bığları ilə isə kənd qızlarının ağlını başından alan Elariz bu yaxınlarda klassiklərimiz və korifeylərimiz barədə növbəti açıqlamasını verib. Elariz deyib ki, “cavanların zövqü korlanıb və onların zövqünü itiləmək lazımdır.” Öz bığlarını da tez-tez itiləməyi unutmayan Elariz onu da qeyd edib ki, hal-hazırda klassik və korifey bəstəkarımız, xalq arasında nəvazişlə “Yeni Ulduzdakı açkili arvad” çağırılan Ruhəngiz Qasımovanın mahnısı üzərində işləyir.
İdman və gənclər xəbərləri
Almaniyada keçirilən futbol üzrə dünya çempionatının qızğın bir vaxtında Allahşükür Paşazadə qəribə bir fitva verib: Fitvanın mətni: (ixtisarla)
“…və eyni zamanda kişilərin yarımçılpaq vəziyyətdə ot üstündə qaçmasının məqsədəmüvafiq olmadığını;
- bundan başqa qardaş İran komandasının da yarışlara əlvida dediyini nəzərə alaraq fitva verirəm:
Futbolu oynamaq və futbol oyununa baxmaq haram elan olunsun!”
Bakı şəhəri
Müsahibə:
Bu günlərdə qəzetimizin əməkdaşı Mirzə Sakiti həbs etdilər. MANISPRESS`in əməkdaşları Mirzədən müsahibə almasa da onun cibindən çıxan narkotik maddədən müsahibə alıblar:
- Salam, Heroin!
- Ay sizi xoş gördük! Necəsiniz?
- Biz yaxşıyıq. Sən necə oldu ki, Mirzə Sakitin cibindən çıxdın?
- Mirzə Sakit də kimdir?
- Qəzetimizin əməkdaşı. Bu yaxınlarda polislər onu həbs ediblər və cibindən də sən çıxmısan.
- Ehhhh! Baxıram, bığlı-saqqallı yekə kişisən, amma ağlın yoxdur! Ay qardaş, mən gündə 3-4 nəfərin cibindən çıxıram. Hardan bilim, hansı Mirzədir, hansı Sakitdir! Kimin cibinə qoyurlarsa, onun da cibindən çıxıram də! Xahiş edirəm, belə söhbətlərə görə məni bir daha narahat etməyin!
Deyirlər…
…Qarabağ Azadlıq Təşkilatı Azərbaycan hökumətini münaqişənin nizamlanmasına dair danışıqlardan imtina etməyə çağırıb…
… Nizami rayonu 25-ci polis bölməsinin əməkdaşları «Əzizbəyov» metro stansiyasının yaxınlığında Habil Əliyev adlı adamı yaxalayıblar. O, 13 yaşlı oğlan uşağını zorlamaq istəyirmiş...
…Kim nə barədə çox bilirsə, məhz o barədə susur. Bizim sarayın rəhbəri Ramiz müəllim də Qarabağ mövzusunda heç vaxt danışmır…
Redaksiyaya məktub
Hörmətli redaksiya!
Bu günlərdə aldığımız məlumata görə AzTıVı-nın briqadiri Nizami Xudiyev yoldaş vəzifəsindən uzaqlaşdırılıb! Nizami Xudiyev yoldaş briqadir işlədiyi dövrdə ölkəmizə və partiyamıza layiqli xidmət göstərmiş, zəhmətkeşlərin 5 illik planlarının yerinə yetirmələri mövzusunda efirdə çoxlu sayda mədəni-kütləvi verilişlər vermişdir.
Biz AzTıVı-nın briqadiri Nizami Xudiyev yoldaşın yenidən vəzifəsinə bərpa olunmasını tələb edir və ölkəmizdə ondan layiqli namizəd tapılmayacağını bir daha vurğulayırıq.
Hörmətlə:
Gədəbəy rayon ziyalıları və zəhmətkeşləri
(Cəmi 3666 imza)
Dosta göndər
|
Çap et
| 1,185 oxunmaMövzuda cəmi 10 şərh var


İyul 7th, 2006 at 17:15
Men MANISPRESS-e nece abune ola bilerem??? xahish edirem yol gosteresiniz.
İyul 8th, 2006 at 01:27
Taxi söferi,MANISPRESS dediyin XALQ qezetidir beyem abune olunasan?Onu yazanlari demirem Milli Tehlükesizlik Nazirliyi müsterilerini elimyandida axtarir.Biz ayagmizda cariq elbe-el gezirik ki, ele kecmeyek.Notbukundan berk yapis o sene yol gösterer
İyul 9th, 2006 at 20:16
Turkiyenin bash konsulunun advokat meshuqesi ile meselesi ne yerde qaldi????
Azerbaycan dovleti hech bir tedbir gormeyecekmi?
Goresen prezident aparatinda tinsohbetini oxuyanlar varmi? eger varsa bu konsul kimi adamlarla”sohbet ” edib arashdirma aprirlarmi?????????????
Sentyabr 29th, 2006 at 00:33
Salam Butun tindashlar. Sizin saytiniz cox, mezeli, maraqli, satirik ve guldurucu-oldurucu xarakkter dasiyir. Olkemizin cayxanalarinda, restoranlarinda, toylarinda, medeni abidelerinde, kuce, tin ve dalanlarinda geden sohbetleri ve bash veren hadiseleri qeshekcene ve yigicamcasina sherh edir! Buna gore cox teshekkur eleyirem. Tine Azerbaycanin xaricinden baxan azerbaycanli kimi darixmiram tinin qabagina cixanda. (Yeni internet vasitesile).
Ozunuze de yaxshi baxin, bele kef achan, fikir token, borclari unutduran herden de yada salan hadiseleri tez-tez tezeleyin.
Helelik,
Fred
İyul 6th, 2007 at 08:48
ozum olum size halaldi burada mence her sey maraqli ve mezelidir hemde duzdur o lotqa sohbeti mene lap lezzet eledi bundan bele sizin saytinizin fanati oldum
İyul 6th, 2007 at 10:26
Bilirsiz , qaqash , sizin sayt heyqeten mezelei saytdir ama ki bu yazilarda 99 faiz , yalan var birdeki hec kim incimsen sozumden( yeni bu saytin yaradicisi , cunki duz soz aci olur ) sizin sayt sirf xaricilere ishleyior ve bizim azerbaycan xaliqinin dovletciliyini gozden salmaq meqsedi olkede cevrilish elemek fikirleri , yaratmaq isteyirsizz.. nese size ugurlar , basa dushen agilli siyasetli adamlar bu saytin meqsedin , bu redaksiyanin meqsedin basa dushur ,nese men ne iqtidar nede muxalifetem sadece bu icimden gelen sozler idi
İyul 6th, 2007 at 10:29
heyqetende elediklerinizin qeti yeri yoxdur … Siz Guya ki celil memmedquluzadenin , Mirze elekber sabirin ve sair … onlarin yolun gedmek fikri ile camahati aldadirsiniz , olar hecde bele edmiyib olar esl heqiqetde haqq ucun calisiblar siz ise hansisa xarici teshkilat ucun , azerbaycan dovletini gizden salirsiz …
Yanvar 5th, 2008 at 10:41
Men bu 2 nameluma demek isteyirem ki, Azerbaycanda geden butun prosesslere gozumuzu yumub el calmaliyiqmi?
Bu sayt ona gore populyardi ki, bu sayt ne var onu da yazir. Ozunden nese uydurmur. 13 ildir ki, uydurma eshidirik. Yalanci vedler eshidirik. Artan qiymetleri goruruk. Cuzi maashla dolaniriq. Gede-gudelerin, quldurlarin, arxasi day-dayli adamlarin ozbashinaligina goz yumuruq. Bunlar bes deyilmi? Bes biz oz etiraz sesimizi nece ucaltmaliyiq ? Yaralarimizi, acilarimizi hansi yolla agrisini kesmeliyik?
Bu sayta gelmisiz xosh gelmisiniz. Bosh-bosh danishib ozunuzu yalandan xalq adami demeyin. Xalqin derdini xalqin icinde olan biler. eger siz bunlara goz yumursunuzsa ya hissiyatsizsiniz ya da ki yuxaridakilardan birisiz.
Fevral 19th, 2008 at 00:15
Menim bele bir sayt oldugundan xeberim yoxuydu,sagolsun musavat sayitinin emekdaslari ki orda bu sayt haqqinda kicik informasiya veribler.
Maraqli sayitiniz var inanin mene ki tedricen, milyonlar sizin oxucunuza cevrilecek ve sizi destekleyecek,Size ugurlar…
singapore..
leya
Mart 24th, 2008 at 01:17
Salam
Halaki pis deyil. Ugurlar!