“Yanıq Kərəmiyə” “ağa-bəy” havasıdır
dedik, oynadıq.
“Qara keşişləri” qırmaqdansa əllərini öpüb,
qızlarını tumarladıq.
“Çal, aşıq, çal!” – deyərək
öz əlimizlə özümüzü odladıq
kərəm tonqalına çırpı atdıq.
İndi yanan Kərəm deyil, bütöv eldir.
Damla hesab etdiyimiz nəhəng seldir.
Bu çöllər, bu biyabanlar
hər biri bir Kərəm olub yanır-yanır,
Erməninin elləriylə alovlanır.
“Yanıq Kərəmiylə” rəqs edirik toylarda, məclislərdə.
“Şuşanın dağlarını” oxutdurub şənləndiyimiz kimi.
Çünki bu bizik, biz!
Və heç zaman heç bir şeyə
Yetməyəcək əlimiz.
O vaxtadək ki, milləti unudub,
Verdiyi sözünü, vəzifəsini unudub,
Məclislərdə “rok-n-rol” oynayacaq prezidentimiz
və birinci ledimiz.
Və təlxəklik edəcək Qarabağlı balası
Bülbül oğlu səfirimiz.
Çal, aşıq, çal! “Yanıq Kərəmi” yox
rok-n-rol çal.
Rəqs edir millətimiz.
Dosta göndər
|
Çap et
| 1 oxunmaMövzuda cəmi 3 şərh var


İyul 4th, 2006 at 18:06
Ancaq Azerbaycanda N sayda shadliq evleri var.Cal asiq cal bu xalqin elaci ancaq oynamaga qalib.Ne hava desen oynayarlar cal.
İyun 22nd, 2007 at 17:18
Ela yazidir!
Elleriniz agrimasin!
İyun 22nd, 2007 at 18:02
Nece milyon dollar xercleyib yeni teyyare alan rehberimiz hemin pula nece eded normal myasir zibil masini alsaydi indi Bakimiz zibillik icinde bogulmazdi, dynyada en zibilli natemiz seherler siyahisina bascilig etmezdi!! Bizde her sey sexsi maraga, sexsi rahatliga yonelib, hetta Moskvada da heyder Eliyev fondu yaranib ve ona nevesi rehberlik edir!! Evvele o fondlara pullar haradan yigilir ve yigilmagda davam edir,bunu kim bilir? Olmazmi ki hemin fonddan Bakinin temizlenmesine serf olunsun? Avropa olkeleri seherlerini hansi yolla temiz saxlaya bilirler- bunu oyrenen ve maraglanan varmi?Ne geder olar bos-bos yalan cixislar etmek?