Siyasi səhnəcik
İlham Əliyev – Azərbaycan Respublikasının prezidenti
Robert Koçaryan – Ermənistan Respublikasının prezidenti
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının Xarici işlər naziri
Vardan Oskanyan – Ermənistan Respublikasının Xarici işlər naziri
Həmsədrlər:
Stiven Mənn – ABŞ
Bernard Fasye – Fransa
Yuri Merzlyakov - Rusiya
Stiven Mənn: Hə, gəlin görək, yığmısınız məni boğaza…
Bernard Fasye: Stiven, bizə də yox də, havayı maaş alırsan, gündə kabab yeyirsən, nədən narazısan?
Stiven Mənn: A kişilər, vallah, içim özümü yandırır, çölüm özgəni, bezmişəm, istefa verəcəm! Kababları da dəysin bunların başına, bundansa gedib sakitcə hamburger yeyərəm.
Yuri Merzlyakov: İlham, Robert, uşaqlar, gəlin, görək başımıza nə gəlir.
İlham Əliyev: (içəri girir) Mən burdayam, o cığallıq edir, qəsdən gecikir.
Stiven Mənn: Ədə, Robik, hardasan? Tələs.
Robert Koçaryan: (qaça-qaça) Gəldim, gəldim.
Stiven Mənn: Ordan Elmarla Vardanı da çağır.
Vardan Oskanyan: (yan otaqdan səsi gəlir) Axırıncı tasdır, oynayaq, gəlirik.
Yuri Merzlyakov: Bura baxın, Müqəddəs Məryəmə and içirəm ki, gəlib nərdi çırpacağam başınıza, bizi dolamısınız?
Vardan Oskanyan (qoltuğunda nərd) və Elmar Məmmədyarov otağa girirlər
İlham Əliyev: (Vardan və Elmara) Uşaqlar, sözə qulaq asın da, yekə kişisiniz, sizin tay-tuşunuz ciddi işlərlə məşğuldurlar.
Elmar Məmmədyarov: Nooolub ee? Ayda-ildə bir görüşürük, onu da zəhər edirsiniz…
Bernard Fasye: Dostlar, bu işi həll edək, sonra gedib bərabər oynayarıq, danışdıq?
Vardan Oskanyan: Day sizsiniz də…
Stiven Mənn: Hamı burdadır? Di, başlayaq! Uşaqlar, Buş deyib ki, tələsmək lazımdır. Onun İranla, öz aralarında nə isə söhbəti var. Mənə dedi ki, tez özləri həll eləsinlər, yoxsa, gəlib ürəyim istəyən kimi həll edəcəm!
Yuri Merzlyakov: Bir dəqiqə, cənablar… Başa düşmədim, o, nə deyibsə etməliyik? Buş çox şey deyə bilər. Xalqlar özləri bilərlər…
Stivenn Mənn: A kişi, özləri bilirdisə, bizi niyə çağırıblar?
Bernard Fasye: Yaxşı-yaxşı, mövzudan kənarlaşmayaq.
Stiven Mənn: Hə, indi baxın da, Robik, təcili 5 rayon boşaldırsan, qaytarırsan İlhama, eşitdin?
Robert Koçaryan: Ağalar, mənim 1 ilim qalıb, icazə verin, müddətimi sakit bitirim. Siz daşnakları tanımırsınız, dərimə saman təpərlər. Mənə qalsa, qurbandır, hamısın verərəm
Elmar Məmmədyarov: İnanan daşa dönsün!
Robert Koçaryan: Yox, zarafatsız deyirəm.
Bernard Fasye: Robikcan, hamısını demirik ki, 5 dənə qaytar, dayan görək İlhamdan nə qoparda bilirik…
Yuri Merzlyakov: Hə, İlham, tutaq ki, Robik sənə 5 rayon qaytardı, əvəzində sən nə verirsən?
İlham Əliyev: Əvvəla 5 yox, 7 rayon! İkincisi, qaytarsa muxtariyyət verirəm!
Vardan Oskanyan: Ay qardaş, elə muxtariyyət idi də, bəs muxtariyyət istəmirik deyə çıxdıq küçəyə, dava saldıq.
Elmar Məmmədyarov: Vardan, tələsmə, bu başqa muxatriyyətdən danışır.
İlham Əliyev: Mən yüksək muxtariyyətdən danışıram, yüksək! Hətta qoy, özünüzün polisiniz olsun.
Robert Koçaryan: O da Ramil Usubova tabe olsun, hə? Yox, qardaş, bizim alverimiz tutmaz.
İlham Əliyev: Problem Ramildirsə, onu çıxardım işdən. Razısan?
Robert Koçaryan: Nə fərqi var, bunu çıxarıb, özü kimi birisini qoyacaqsan yerinə.
İlham Əliyev: A kişi, kimi desən onu qoyaram. Olmadı ki.
Stiven Mənn: Robik, nə deyirsən? Razısan?
Robert Koçaryan: Qukasyana gərək deyim, o da öz fikrini bildirsin.
Yuri Merzlyakov: Bizə gəlmə də, sən razılaşsan Arkaşa kimdir ki?
Vardan Oskanyan: Bernard-axper, Robik düz deyir, camaat nə deyər?
Stiven Mənn: Camaatı da razılaşdırarsınız da, birtəhər.
Robert Koçaryan: Elə bilirsiniz asandır? Yox, dostlar. Mən heç nəyi imzalaya bilmərəm. Qarğış yiyəsi olaram. Gəlin,bu sevdadan vaz keçək!
Stiven Mənn: Bəs mən Buşa nə deyim?
Yuri Merzlyakov: Sən də nə Buş-Buş salmısan e? Buş, yox bir bayquş!
Stiven Mənn: Yura, Allahı-bəndəni bir bil! Sən çaşırsan aaa.
Yuri Merzlyakov: Çaşan aşır!
Stiven Mənn: (ayağa qalxır, Merzlyakovun yaxasından yapışır) İndi səni aşırdaram!
Stiven Mənn və Yuri Merzlyakov əlbəyaxa olurlar, hamı tökülüşür və onları ayırır.
Bernard Fasye: Uşaqlar, biz bura başqa problemin həlli üçün yığışmışıq.
Yuri Merzlyakov: (üst-başını çırpır) Yaxşı, Stiv! Mən sənə göstərərəm!
Robert Koçaryan: Uzun sözün qısası, mən İlhama heç nə qaytara bilməyəcəyəm. Məndən sonra yəqin ki, Bağdasaryan prezident olacaq. Nə qopartsanız, ondan qopardacaqsınız.
Stiven Mənn: Olmadı da bu! Onsuz da əsəbiləşmişəm.
Robert Koçaryan: Bax, elə eləməyin ki, yenə də məclisi yarımçıq qoyub, çıxıb gedim.
Bernard Fasye: Stiv, gəl belə edək. Burdan çıxaq, deyək ki, tərəflər arasında müəyyən razılıqlar əldə olunub.
Stiven Mənn: Bernard, Buş sənin üçün Azərbaycan zəhmətkeşləri-zaddır bəyəm?
Bernard Fasye: Allah eləməsin…
İlham Əliyev: Dostlar, hər şey bir qırağa, mən Akif Nağıya nə cavab verim e? Onu ki, yaxşı tanıyırsınız.
Yuri Merzlyakov: İlham, az basıb-bağla, sənin Akif Nağın ifşa olunub, onunla Əli Həsənov məşğul olar.
İlham Əliyev: (Elmar Məmmədyarova) Bakıya qayıdanda yadıma sal, Əliyə tapşırım 1-2 dənə təzə Akif Nağı yaratsın. (Elmar Məmmədyarov başı ilə “oldu” deyərək, dəftərçəsinə qeyd edir.)
Stiven Mənn: Sizi bilmirəm, amma Buş məni əməllicə minib çapacaq! Özü də kovboydur!
Vardan Oskanyan: Elmar, camaata nə deyək? İndidən sözü bir qoyaq.
Elmar Məmmədyarov: Bernard dediyini deyərik də. Guya yaxınlaşmışıq.
Robert Koçaryan: Durun gedək, yaxşı erməni konyakım var, sizi qonaq edim.
Bernard Fasye: Robikcan, konyak – yalnız fransız konyakı ola bilər! Sən deyən brendidir.
Yuri Merzlyakov: Əşi, nə fərqi var eee? Əsas odur ki, boğazımızı yaşlayaq.
İlham Əliyev: Robik, neçə butulkadır? Hamıya çatar?
Robert Koçaryan: Hə, hələ bir az da qalar. Vardan, ala bu pulu, get dükandan şokolad al.
Yuri Merzlyakov: Dostlar, çöldə jurnalistlər gözləyir. Çalışın sualları tez-bazar cavablandırın, məclisə də vaxtımız qalsın.
Stiven Mənn: Haydı, durun, gedək!
Hamı ayağa qalxır, otaqdan çıxmamışdan əvvəl sifətlərini ciddiləşirdirir və bir-bir otağı tərk edirlər.
Müəllif: Heydər Kamal
Dosta göndər
|
Çap et
| 1 oxunmaMövzuda cəmi 17 şərh var

İyun 22nd, 2006 at 07:58
halaldi..bu yazi mence digerlerinden ferglenir. tebrik edirem sizleri. cox gozel..Molla Nesreddin mektebi boyuk mektebdir:) Sabir ve Celil Memmedguluzade yegin biraz rahat yatirlar indi.
İyun 22nd, 2006 at 18:33
Biz azadliga “qovus”-duq ki, canimiz Ruslarin elinden qurtarsin,hele bir bizi müsyöler ve misterler de qomarladilar,axi onlar bize ne veribler ki,ala bilmirler !? Hec olmazsa biz Ruslarin dilini bilirdik onlar bize qapaz atanda,biz de onlara tepik atirdiq. Indi bize vurulan qapazlari nece sinirek!!+??…Namus dinin yarisidir yoxsa yox???+!!!
:x 
İyun 22nd, 2006 at 23:42
Bu yazini yaxsi yaziblar , emma bir mesele var. Kim dedi ki Akif nagi ifsa olunub, bele fikir yaradanlar hakimiyyetin icerisinde olanlardir. Guya ki, butun insanlar, siyasetle mesgul olan da olmayan da Heyderin gedelerinin elindedi, onlara xidmet edir. Bu fikir kokunden yanlisdir. Biz de ozumuzden, etrafimizda olanlardan subhelenmekle, onlarin haqqinda qara fikirler yaymala heydercilerin deyirmanina su tokmus oluruq…
İyun 23rd, 2006 at 09:22
ELA!!! AFERIN!
İyun 28th, 2006 at 11:57
mükəmməl. qeyd-şərtsiz. təbrik edirəm!
=D =D
İyul 1st, 2006 at 00:09
bir sozle ->->SUPER =D =D
Avqust 15th, 2006 at 02:14
E’la. Heyder Kamal’a tesekkurumu bildirirem
Avqust 20th, 2006 at 02:12
=D
Oktyabr 4th, 2006 at 09:44
Ela .Heydar bey yazinizi birinci defadir oxudum chox xoshuma geldi , hem siyasi hem edebi cehetden . Dramaturqa eshq olsun !!!
Noyabr 4th, 2006 at 00:11
Yaxşıdır
Noyabr 20th, 2006 at 02:43
Akif Nagi meselesini bir az achiqlasaydiz yaxshi olardi..men neche vaxti ki olkede deyilem..xeberlerden bir az uzagam, QAT-da ne deyishiklikler, ne ifshalar bash verir?..
Dekabr 7th, 2006 at 03:05
P R O S T A F A N T A S T I K A
İyun 28th, 2007 at 09:48
ela ela ela ela ela ela ela >>>>>>>>>>>>>>>>>>>>>>>>>>
heyder kamal saqq ol… AzerbaycaNDA GORUN NECE JURNALiSTLER VARRRRRR AAAAAAAA . HALALDIR …………………..
Noyabr 13th, 2007 at 20:51
Chox gozel ehvalatdi.Belesini hech oxumamishdim.ela
Dekabr 14th, 2007 at 04:03
Salam gardashlar,lap olani yazmisiz,bu hakimiyet Garabagi yox oz kkreslolarinin davasini aparir.Allah bunlara lenet etsin inshallah,nece ki edib.Atasi olende nece ay soyuducuda yatdi,milli lider heyder eliyev sheydi zaddi alileri
Aprel 16th, 2008 at 20:51
Men burda rusyada chixan qazetlerden oxudum orda yazilmishdi ki, Ali Hesenovun arvadi ermenidir ozude qayinlariylar ermenstanda binalari, restoranlari var sevan golundede istrahet merkezide tikdirib. Ali Hesenov kimdirki? ne vezife sahibidir?
Aprel 17th, 2008 at 19:27
Yapin zirtqozu