Siyasi incilər - 7 Qaxdan Tin sədası
İyn 18

Siyasi xəbərlər

“Manıspress”in Buxarest bürosundan verilən xəbərə görə prezidentlər – İlham Əliyev və Robert Koçaryanın görüşündə Rambuyedəki “tualet əhvalatı” təkrarlanmayıb. Belə ki, görüşdən əvvəl prezident İlham Əliyevin xahişi ilə görüş keçirilən binadakı bütün tualetlər “təmirə” bağlanılıb. Ermənistan prezidentinin köməkçisinin dediyinə görə bu dəfə həqiqətən R.Köçaryan təbii ehtiyacını ödəmək istəyirmiş. Amma…

ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri Stiven Mənn vəzifəsindən imtina edərək bəyanat verib: “Mən həyatımın son illərini puç etdim. Açığı, mən bu vəzifəyə gələndə inanırdım ki, bəşəriyyət qarşısında böyük işlər görəcək, insanları barışdıracağam. Təəssüf! Min təəssüf! Azərbaycanlılar və ermənilər: sizin işiniz Allaha qalıb, yalnız Allaha!”

Xarici işlər naziri Elmar Məmmədyarovu Kubaya dəvət ediblər. Nazir dəvətin səbəbini belə açıqlayıb: “Bildiyimiz kimi kubalılar etnik azərbaycanlılardır, belə ki, ötən əsrin əvvəllərində Azərbaycanda baş vermiş işsizlik ucbatından Quba şəhərinin bir neçə sakini ana yurdlarını tərk etmiş və… Kubada məskən salmışlar. Adanın və yaxınlıqdakı həbs düşərgəsinin (Quantanamo – Qubantanamo) adını da vətən həsrəti ilə yaşayan soydaşlarımız qoymuşlar.”

İqtisadi xəbərlər

Yeni Azərbaycancan partiyasının üzvləri Silahlı Qüvvələr fonduna 2 milyon AZN pul yığıb. Siyasi partiyaların bu xəbərə müxtəlif reaksiyaları bəlli olub:

YAP: Ümummilli liderə and olsun ki, hamısı halal puldur – maaşımızdandır, balalarımızın boğazından kəsmişik!
Müsavat: Biz hakimiyyətdə olsaydıq, pulumuz daha çox olardı və Silahlı Qüvvələr fonduna daha çox pul yığardıq!
AXCP: O puldan 500 AZN versəydilər Ruslan Bəşirliyə toy edərdik.
ADP: Biz pulumuzu yığıb vermişik Rəsul bəyə ki, etibarlı yerdə saxlasın. O, burda olsa idi biz də bir az kömək edərdik.

Dünya xəbərləri

İran prezidenti Mahmud Əhmədinejat axır ki, Təbriz şəhərinə gəlib. Təbrizlilər onu o qədər isti qarşılayıblar ki, istidən bişən prezident paltarlarını soyunub. Bu vaxt təbrizlilər onun paltarlarını oğurlayıblar. Nahar zamanı isə hörmətli qonağın qabağına “Tarakan-plov” qoyublar. Əhmedinejat “çox sağ olun, aclığım” yoxdur desə də, Təbriz camaatı “yeməsən inciyərux və üzünə baxmarux” deyərək inad ediblər.


Kiyev zooparkındakı şir bir azərbaycanlını yeyib. Şahidlərin dediyinə görə: hadisədən qabaq şir və həmyerlimiz arasında belə bir dialoq baş verib:
Həmyerlimiz: Şir, Bakıdakı soydaşın “Allah” dedi, dinə gəldi, sən niyə gəlmirsən?
Şir: Qardaş, o, yəqin müsəlman şir imiş. Mən ateistəm.
Həmyerlimiz: Hələ utanmaz-utanmaz ateistəm deyirsən? Nə qədər gec deyil gəl dinə.
Şir: Başına dönüm, məni zibilə salma, çıx get!
Həmyerlimiz: Həzrət Abbas haqqı, girərəm qəfəsinə, belini qıraram!
Şir: Ay kişi, əl çək, (yaxınlıqdakı xaxollara) ay balam, bunu kim gətirib bura, aparın burdan, indi əlimdən xata çıxacaq!
Həmyerlimiz: (qəfəsə dırmaşır və son sözlərini deyir) Deyəsən mən sənin üzünə güldüm a…
Şir: Hoooop! Xırççç!

Mədəniyyət və Turizm xəbərləri


Müğənni Xuraman Şuşalının uzun sürən xahişindən sonra adını qəzet səhifəmizə salaraq onu şərəfləndiririk. Müğənninin dediyinə görə soyadının dəyişdirilməsi ilə məşğuldur. “Nə qədər ki, Şuşa ermənilərdədir, soyadımı “Şuşasız” kimi təqdim edəcəm.

Mədəniyyət və Turizm nazirliyindən aldığımız məlumatda deyilir ki, Əfqanıstanla bağlanmış qarşılıqlı müqaviləyə əsasən bu mövsüm Azərbaycandan Əfqanıstana və Əfqanıstandan Azərbaycana böyük turist axını gözlənilir.

İdman və gənclər xəbərləri


Ağdamın “Qarabağ” klubu yenə də Azərbaycan kubokunu uddu. AFFA`dan aldığımız məlumata görə “Qarabağ”ın uğurları idman yox, siyasi səbəblərdəndir. AFFA prezidenti Ramiz Mirzəyev: “Biz onlara hərdən kubok-mubok veririk ki, xaricilər Qarabağın əslində bizim olduğunu bilsinlər. Amma neynəyək ki, uşaqlar xaricə gedən kimi uduzurlar.

Azərbaycan şahmatçıları Dünya olimpiadasında uduzublar. Səbəbi isə bu olub ki, Şahmat federasiyası olimpiadaya şahmatçılar əvəzinə səhvən qocaman nərd ustalarını aparıblar. Nərd ustalarından biri – hal-hazırda İtaliya həbsxanasında dustaq həyatı yaşayan Ağabala Qocayev müxbirimizə müsahibəsində bunları deyib: “Bulvardaydım, nərd atırdım. İki nəfər qalstuklu adam gəldi ki, xaricilərlə də oynaya bilərsən? Dedim, ala, canını da alaram. Mən bu oyunun yaradanını axtarıram. Özümlə yüz qramlıq araq stəkanımı da götürmüşdüm ki, hərif zər tutsa stəkanı təklif etdim. Gedib görürəm ki, ala, xaricilər nərdi başqa cür oynayırlar… Nə qədər başa saldımsa, başa düşmədilər. Axırda stəkanı çırpdım birinin başına… Belə…”

Müsahibə

Doktor (təbriz ləhcəsində - döhtür) Mahmudəli Çöhrəqanlı gəlib çıxıb Türkiyəyə. Bunu eşidən kimi, İstanbula müxbir göndərdik ki, ondan müsahibə alsın:
- Salam Döhtür, xoş gəlmisiniz!
- Ay sizi xoş gördux! Elə mən də sizə salam gətirmişəm!
Vaşinqtonun Ağ evindən, Nyu-York göydələnindən…
- Döhtür, güneydəki son olaylar barədə nə deyə bilərsiniz?
- Olaylar ki, siz deyirsiniz, hamısını mən hazırlamışam və plan tökmüşəm…
- Axı, orda sizin adınızı heç çəkən də yoxdur?
- Nə olsun? (Gözlərini bərəldir) Əvəzində mən ruhən həmişə onlarlayam!
- Sizcə Bütöv Azərbaycan yaranacaq?
- Bəli, bütün türk elləri də gəlib Azərbaycana birləşəcək! Hətta altaylılar da gözləyir ki, biz birləşək, sonra onlar da bizimlə birləşsinlər!
- Niyə ayrılmışdıq ki, indi də birləşək?
- Aaaa… (Müdrikləşir) Qədimlərdə türklər plan tökdülər ki, ayrılaq, sonra hərəmiz yan-yörəmizi tutaq, sonra yenə də birləşərux! Pəs bunu bilmirdiz?
- Yox… Nə vaxt Bakıya gəlirsiniz?
- Vallah, mən evsiz-eşiksiz yetim kimiyəm, bir də görəcəksiniz günlərin bir günü qapınızı döydüm…

Deyirlər…

…İranda aranın qarışmasına əsas səbəb Misir Mərdanovun o ölkəyə getməsi olub…

…Daxili İşlər Naziri Ramil Usubovla Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin arası dəyib. Səbəb isə Sərhəd Qoşunlarının gələcəkdə Sərhəd Polisinə çevrilməsidir. Ramil müəllim deyib ki, “ölkənin bir polisbaşısı olar!”

Redaksiyaya məktub


Hörmətli redaksiya!
Biz Masallı rayon zəhmətkeşləri Sizin vasitənizlə prezidentə bir xahişimizi çatdırmaq istəyirik. Xahiş də bundan ibarətdir ki, prezident hamı sənətkarlara fəxri ad verir, amma bizim Baloğlana yox! Nəzərinizə çatdırım ki, Baloğlan həqiqətən Bal oğlandır. Kənddə arı saxladığına görə hər gün xeyli bal yeyir. Məhz bu səbəbdən onun səsi şipşirindir. Ayıbdır axı. Bizim Baloğlan 40 ildir külüng vurur, xalq da onu sevir, bəyənir. Bizim tərəflərdə ən bahalı toyları o aparır. Əruzu, qəzəli yaxşı bilir, Füzulişünasdır. Hərdən özü də mənalı qəzəllər yazır. Bir sözlə, əməkdar vermirsiniz-vermirsiniz, heç olmasa “narodnu” verin də…

İmza: Masallı rayon zəhmətkeşləri (121 356 imza)

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1 oxunma

Mövzuda cəmi 7 şərh var

  1. AZADLIQ !!! yazıb:

    Ay qardas Basiniza donum halaldi size!!! UGURLAR!!! Siz ki, gunumuzun bu acilarini, ayiblarini acib tokursunuz…..Bundan xeyirli is ola bilmez…Bu is de savab isdi….UGURLAR!!! ALLAH KOMEYIMIZ OLSUN.AMIN! =D

  2. AZADLIQ !!! yazıb:

    “15 iyun Azərbaycanda hakimiyyəti qəsb etmiş bir ailənin qurtuluş bayramıdır. Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi ilə məmləkət qırx arşın quyunun dibinə düşdü, qara qoçun belinə hoppanıb qaranlıq dünyaya üz tutdu. ”
    ZAMIN HACI

    Bundan gozel sozlerle bu meseleni nece izah elemek olar?!
    Halaldi, ay bey, ay muellim… =D

  3. beni adem yazıb:

    salamlar,maragli xeberler ucun tesekkurler,Tinbala.
    ama men isterdim ki,sherhlere baslamamisdan,mumkun geder aktual olan meselelere de yer verek.neycun ki,bezen oldugu kimi bu defe de here bir movzuya toxunub sherh yazacag,nece deyerler alem garishacag.
    teklif ederdim ki,her defe bir aktual meseleye sherh yazag,bele olsa daha maragli ve xeyirli olar.meselen,milyonlarla az-lini veteninden didergin salib,orda galanlara da gan udduran monarxiyanin mehv olmasi,insan haglari ve demokratiya ucun bir az. vetendashi kimi biz ne etmeliyik,Allah kerimdi deyib hadiselerin gedishatini musahide elemeliyik,bir mocuze gezlemekle,yoxsa ne ede bilerik,nece mubarize aparmaliyig,ferdi ve millet olarag.Evvelceden tesekkurler ve ugurlar.
    konret ve maragli sherhler dileyi ile…

  4. Anan yazıb:

    MÖCÜZELER

    Baloglan, yarimciq Füzulisünas olunca mahir Heydersünas ol,gör ne caldin.

    turizmde iqtisadi ciceklenme geden ölkelerin coxunda Turizm nazirliyi yoxdur.Bu yüksek vezifeni “tutan” adam “tut”-dugu vezifeden utanmazmi?

  5. cin bala yazıb:

    [Sitat alınan şərhin nömrəsi #1431]Su basdan bulanar…….. Dünän , Ilham Abseronda, Hedärsizä “movzaley” aclisinda ki, cixisinda “yoxslluq ” 20% asaqi salinib, saysiz-hesabsiz ish yerläri acilib deyändä, “( Özümüzün,cöräk vä yeyinti mähsullari istehsal edän zavodlarimizdan iraq ) Türkiye, Azärbaycan Müäsisäsinä gedib,( 52% 1näfär türkün,48%Azärbaycanlilarin payidir ) oradaki säliqä-sähmani görändä, mäktäb tikintisinin acilisinda istirak edändä,qadin müällimänin, ona etdiyi mäddahliqi ,Azärbaycanin “1-ci Ledisinin” tärifini esidändä, atasi kimi utnib- qizarmishdi ki, turizmin Azärbaycandaki naziri , utansin, vä ya, qizarsin ?????..Adama nä deyärlär?????……..Rähmätlik, Käläntär dayi demishkän “Hamam , hamam icindä…………”:-) :-)Yaziq bala Heydärsiz:Ilhami “vecni” söyäcäy ki,män sänä “movzoleyi harda tikdirim,Azärbaycanda ulu ödär Heydärsizdän (atonnan) yer qaib ki ???? :-) :-) :-)

  6. tolik yazıb:

    sizin ishiniz gucunuz yoxdur

  7. Kerim yazıb:

    chox sagolun teshekurler imkan varsa birazda naxchivandan yazin Naxchivanda oz bashinaliq bash alib gedir Vasif camata qan uddurur.Rayonlarda muellimleri hekimleri sururler tarliya ki gedin ekin suvarin ishden sonra.adam ora gedende deshete gelir.ne danishamg olmaz ne hereket elemek olmaz kuchede bir sef addim atdin evin yixildi.bele olmaz axi camat bezib uje hami chixib gedib uje Naxcivanda yashiyan yoxdu.camata zulm edirler.

AzeriBlog - milli blog sistemi

Şərh Yazın