Siyasət
Azərbaycanla İran arasında soyuq savaş başlamışdır. İlk olaraq İran qəzetinin azəri tüklərini təhqirlə başlayan bu karikatur savaşı Azərbaycanda çıxan bir sıra qəzetlərdə İran dini liderlərinin təhqir olunması ilə susdurulmuşdur. Dinc durmayan İran karikaturistləri cavab atəşi, İlham Əliyevin karikaturu ilə hücüma keçmişdir. Hələlik Azərbaycan tərəfindən qurbanlar var. Səfər Əbiyev son karikaturanın cavabını vermək üçün səfərbər olub. Hal-hazırda isə cəbhə xətdində atəşkəs hökm sürür.
Bildiyiniz kimi yaxın günlərdə Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, doktor
Mahmudəli Çöhrəqanlı Türkiyədə səfərdə olmuşdur. Səfər zamanı bir neçə televiziya kanallarına və qəzetlərə müsahibə verdikdən sonra Türk polisi tərəfindən yaxalanaraq Azərbaycana deportasiya edilmişdir. Daha sonra Azərbaycanda səfərini davam etdirmək istəyən doktor Azərbaycan polisi tərəfindən həbs olunaraq Amerikaya deportasiya edilmişdir. İndi isə Amerika doktor Mahmudəli Çöhrəqanlının hansı ölkəyə deportasiya olunması barəsində ciddi müzakirələr aparır.
Kriminal
“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevin işinin araşdırılması ilə bağlı bir sıra yeniliklər var. Deyilənə görə istintaq Elmar Hüseynovun qatilləri ilə Bəhəddin Həziyevin cinayətkarları arasında oxşarlıq aşkar etmişdir. Çox ciddi istintaq gedişatı zamanı meydana çıxan nəticəyə əsasən bu cinayətkarların eyni qrupa aid olması təsdiqlənmişdir. Nəticə isə “hər iki cinayətkar dəstə də jurnalistə xəsarət yetirib” olmuşdur. Axtarış Gürcüstanda davam etdirilir.
Mədəniyyət
Dünən Yazıçılar Birliyinin Ədəbiyyat Fondunun sabiq sədri Arif İbrahimov və onun tərəfdarları «Sahil» bağındakı heykəlin önündə etiraz piketi keçirdilər. Piketçilər bu tədbiri əvvəlcədən YB-nin binasının
qarşısında keçirmək istəsələr də, Səbail rayon Polis İdarəsinin əməkdaşları bu işə mane oldular. Elə hazırki məkanın da simvolik olduğunu qeyd edən yazıçılar eynən bu heykəlin vəziyyətinə düşdüklərini, yəni Anar Rzayevin onları dilənçi vəziyyətinə saldığını dilə gətirdilər. Plakatlarda yazılmış “Yazıçıların pulunu yeyənlərə ar olsun!”, “Anara istefa!”, “Anar-Haqqı danar, burnu fanar! “Təhqirlərə son qoyulsun!” kimi şüarlar buna bariz misaldır. Yazıçıların tələbinə əsasən yarıtmaz fəaliyyətlə məşğul olduqlarına görə başda Anar Rzayev olmaqla, AYB rəhbərliyi istefa verməli və bütün Azərbaycan yazıçılarının növbədənkənar qurultayı keçirilməlidir.
İdman
Azərbaycan Futbol federasiyası FİFA-ya etiraz məktubu ünvanlayıb. Məktubda bildirilir ki,
EURO-2004-ün seçmə turnirinə Yuqoslaviya komandası kimi başlamışdı. Amma 2003-cü il fevralın 4-dən ölkənin adı dəyişdi və həmin ayın 12-də Azərbaycanla matça Serbiya və Çernoqoriya yığması çıxdı. İndi də EURO-2008-in seçmə mərhələsində ilk rəqibimiz olacaq Serbiya və Çernoqoriya dövləti iki dövlətə ayrıldı. Bu dövlətlərin ayrılığı nə üçün axı məhz Azərbaycan futbolunun başında partlayır? Zatən yetəri qədər futbolumuz qara gündədir. Ayrılırsız gedin başqa komandaların qrupunda ayrılın da. Sitatın sonu.
PS. İnşallah bu il Ermənistanla oynayırıq. İndi görəsən xaraba da parçalanacaqmı?
Redaksiyaya məktub.
Hörmətli Tin Söhbəti, ətəğa cəddi hirsimdən partdıyıram, ala. O …. oğlu …. Oktay Əsədov …. oğlu …. Ermənistan spikeri Tiqranı təbrik edib. Şoşkanı götürüb gedəcəkdim Milli Məclisə, yadıma düşdü ki, …. balası …. tətilə çıxıbmış. Sizdən çox xahiş edirəm, götür klavyaturanı biyabr ele o….ın biri ….ı. Oktay kimi ….dan yazmasanız, mən day bilmirəm ki, kimdən yazacaqsınız. Hirsimdən başqa bir söz tapa bilmirəm, xahiş edirəm biyabr ele o….ı!
Sizə dərin hörmətlə,
o…. Oktaya dərin nifrətlə,
Milli Məclisin deputatı Zahid Oruc.
Dosta göndər
|
Çap et
| 1 oxunmaMövzuda cəmi 16 şərh var


İyun 14th, 2006 at 12:04
Tinbala deyesne tenqidden netice cixardib artiq xeberler vermeye baslayib.(ozunemexsus)
=D
İyun 14th, 2006 at 15:41
İyun 14th, 2006 at 15:54
[Sitat alınan şərhin nömrəsi #1306]
Xatırladım ki, Tin Xəbər bölməsinə 1 ay bundan əvvəl start verilib. Münasibətiniz üçün təşəkkürlər.
PıSı. Diyirəm tinimiz gülüstanlığa çevrilib sayənizdə: “Ağac, Yarpaq…”
İyun 14th, 2006 at 18:17
Xeberler ?!!!! :8 Super fikirdirrr elaa =D
İyun 14th, 2006 at 19:20
YAXSHIDIR !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!11
İyun 14th, 2006 at 21:25
Bravo! =)
İyun 14th, 2006 at 21:42
Bravvo! =D
İyun 14th, 2006 at 22:51
İyun 14th, 2006 at 22:51
xeberler lezzet eledi tin sobetine ithafen birce bagban catismir:)
İyun 14th, 2006 at 23:41
Piyvenen geder!!!Halaldi !!! =D
İyun 15th, 2006 at 00:08
[Sitat alınan şərhin nömrəsi #1312]
Elbette ki tine hem kolge lazimdi hemde temiz hava
yoxsa batar buralar
İyun 15th, 2006 at 14:31
BES PARAZITLER VE ZARAZALAR NECE???
:-) 
İyun 17th, 2006 at 13:48
[Sitat alınan şərhin nömrəsi #1332]
ZARAZA VE PARAZİTLER LAZİM OLSALAR ONLARİ TAPMAK ASANDİ.ZİBİLLİKLER,XESTEXANALAR DOLUDU.
İyun 17th, 2006 at 15:48
[Sitat alınan şərhin nömrəsi #1390]
HEC SENLE YOLA GETMIRIK HAA
İyun 17th, 2006 at 17:32
[Sitat alınan şərhin nömrəsi #1393]
Men seninle yola gediremee sen menimle yola getmirsen.Adam biraz dikkatli olar.Nece olmasada senden 5-6 bayram boyugem.
Noyabr 20th, 2007 at 14:55
Halal olsun bu hecde karikatur degil kisinin oglu oxshadıb.emelli baslı senet eseridir