Ancaq Azərbaycanda - 6 Karikatura - 11
May 27

Siyasət.

TinXəbər-in xəbər verdiyi kimi, mayın 23-də Kiyevdə, Prezident sarayında GUAM dövlətləri başçılarının zirvə görüşü keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev “Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat-GUAM-ın baş katibi seçilmişdir. İnqilabçı rəhbərlər İlham Əliyevə GUAM-ın xilaskarı kimi yanaşmışlar. Bakıda isə mitinqlər səngimək bilmir. Xalq etiraz aksiyası keçirərək İlham Əliyevin təcili surətdə vətənə qayıtmasını və xalqın ona bir-iki kəlmə sözü olduğunu bəyan edirlər. Mitinqçilər – “Ə biz səni prezident seçmişik ki, kakoyta GUAM-ı xilas edəsən? – kimi şüarlar səsləndiriblər.

Mənbə

Cəmiyyət.

Bakıda yeni istintaq təcridxanası tikiləcək. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin Məhkəmə Qərarları İcrası Baş İdarəsindən məlumat verilib. Məlumata görə, hazırda təcridxananın yeri müəyyənləşdirilir. Yeni istintaq təcridxanasının şəhərin ətrafında tikilməsi nəzərdə tutulur. Çox güman ki, təcridxana Hacıbala məllimin sayəsində qurudulan “Qanlı göl”ün yerində tikiləcək. Yeni istintaq təcridxanasının tikilməsinə səbəb digər həbsxanalarda sıxlığın olmasıdır. Məlumatda o bildirilib ki, Azərbaycanda qarışıq tipli cəzaçəkmə müəssisələrin tikintisi də aparılır. Artıq Naxçıvanda yeni cəzaçəkmə müəssisəsinin tikintisi başa çatmaq üzrədir. Yaxın vaxtlarda həmin müəssisənin açılışı olacaq. Bu günlərdə Lənkəran və Şəkidə də cəzaçəkmə müəssisələrinin tikintisinə başlanılacaq. Və bütün bunlar İlham Əliyevin 300 min iş yeri açma siyasətinin uğurla irəliləməsinin təzahürüdür.

Mənbə

Mədəniyyət.

Bu yaxınlarda İlham Əliyevin imzaladığı sərəncamla bir qrup şəxsə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə fəxri adlar verib. 15 nəfər xalq artisti, 39 nəfər əməkdar artist, 12 nəfər isə əmədar mədəniyyət işçisi adına layiq görülüb. Bu sərəncamdan paylarını almayan Balağlan Əşrəfov, Namiq Qaraçuxurlu, Behnam Vasmoylu, Sönqulu Əli-Bayramlı və digər estrada ulduzlarımız mətbuat konfransı keçirtmişlər. Giriş sözünü meyxana ilə açan Namiq Qaraçuxurlu “Bəlkə mən düz eləmirəm?” deyərək etirazını bildirmişdir. Daha sonra mikrafpnu ələ alan Baloğlan Əşrəfov “İlahinin fitrəti var Baloğlanın səsində” mahnısı ilə İlham Əliyevə - “Biz sırtıq kimi qapı-qapı gəzib, kimdənsə ad istəmirik. Necə olur ki, 5 il sənətdə olan müğənni əməkdar artist olur, biz yox? Bu, bizə qarşı hörmətsizlikdir?“ sulaını ünvanlayıb. Ruhəngiz musəvi gözünün şorbasını axıdaraq bu İşdən İlham əliyevin 100% xəbəri olmamasını, Heydər Əliyevin (kiçik) barmağı olduğunu vurğulayıb. Sonda tədbir iştirakçıları üzləşdikləri haqsız münasibətlə bağlı İlham Əliyevə müraciət edəcəklərini və haqq-ədalətin tezliklə öz çuxuruna axacağına inandıqlarını bildirdilər.

Mənbə

TinXəbər-in xüsusi müxbiri xəbər verir ki, mayın 24-də Budapeştin ən mötəbər salonlarından biri sayılan Belvaroşsinhazda Ramil Səfərovun şərəfinə Azərbaycan artistlərinin konserti olmuşdur. Onlar Milli Qəhrəmanımızı tək qoymadıqlarını, hər an onu düşündüklərini və öz mütriflikləri ilə, manıslıqları ilə ona dəstək olduqlarını vurğulamışlar.

Mənbə



Kriminal

Amerikanın Kubadakı Quantanamo həbsxanasında saxlanılan Azərbaycan vətəndaşı Polad Əlamdar qeyrətli Polad Siracov yaxın günlərdə Azərbaycana təhvil veriləcək. Bu məlumatı eşidən, artıq türmədə ad almış, “Məsud” ləqəbli həmyerlimiz dəhşətə gələrək bəyanat vermişdir: - „Məni Azərbaycana göndərməkdənsə Quəntanamədə saxlamaq daha yaxşıdu. Ordakı nadzorların əlindən məhbuslar qan qusur. Mənə yenə burda adam balası kimi baxırlar.”

Mənbə


Fərman

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Prezidenti olaraq bütün nazir və məmurların yerdəyişməsi başa çatdığına görə və hakimiyyətdə struktur dəyişikliyini nəzərə alaraq Prezidentlik vəzifəsindən istefa verib yerimə Mehriban Əliyevanı təyin edirəm. Özüm də yenicə yaranmış Qaradağ dövlətinə səfir göndərilirəm.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 may 2006-cı il

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1 oxunma

Mövzuda cəmi 5 şərh var

  1. Agsaqqal Emi yazıb:

    Deyirem belke bunlari oxuduq, gyulduk, bir az da AMERIKALILARA GULEK

    Butun dunya bunlarlar maraqlanir, bunlarin dilini oyrenir, bunlarin dovletine gelmek isteyir, bunlara ise demeli “lazim deyil hech neyi bilmek”… Xoshbextchilikdir ya bedbextchilik? ;)

  2. Donna yazıb:

    Xəbərlər ləzzət elədi.
    Tinbala, super. ;)

  3. TOY yazıb:

    Gyozeldir

  4. Aida yazıb:

    Poladin adindan yanlish beyanatlar vermekle ona yalniz pislik edirsiniz.Buna ise haqqiniz yoxdur.
    P.S. Polad menim sinif yoldashimdir

  5. tinazarkeshi. yazıb:

    Bizim prezidentimizin bytyn serencamlari hemin gynden gyvveye minir tekce “korrupsiyaya garsi mybarize’ serencamindan basga, onun ne vaxt gyvveye mineceyi indiye geder melum deyil, hercendi 2006-ci ilin yanvarindan olmali idi.Allah elemesin ki bu serencami hacansa gyvveye minsin, ilanin agina da lenet, garasina da . atalarimiz deyib ki arvadin agli toyugun aglindan artig olmur, is ki dysdy arvada-olen gynyny sal yada. Eyer o arvad Avropada, yaxud Ingilterede oxuyub terbiye almayibsa-ondan bize rehber olmaz, irag olsun!! ele tinSohbeti nden uzaga getmesin!! Amin!!

AzeriBlog - milli blog sistemi

Şərh Yazın