Tinimiz Azadlıq radiosunda Siyasi incilər - 5
May 21

Siyasi xəbərlər

Azərbaycan Respublikası “Ən Yaxşı Rüşvət Alınan Müsəlman Dövləti” mükafatına layiq görülüb. Bunun əsas səbəbkarları olan təhsil və polis sisteminin generalları R.Usubov və M.Mərdanov mükafatın təqdimetmə mərasiminin Təhsil, yoxsa Polis nazirliyində keçirilməsi ilə bağlı dava ediblər. Harda keçirilməyindən asılı olmayaraq prezidentimizi təbrik edir, işində müvəffəqiyyət arzu edirik.

Ölkəmizə gələn ikinci mükafatın isə ünvanı Müsavat partiyası olub. Onlara da “İlin ən ağıllı-kamallı müxalifəti” adı layiq görülüb. Bunun isə əsas səbəbi adı çəkilən partiyanın son zamanlar özünü ağıllı uşaq kimi aparması olub. Partiyanın Divan-Kreslosundan aldığımız məlumatda mükafatın təqdimetmə mərasimi şəhərimizin çayxanalarından birində olacaq. Uğurlar olsun, İsa bəy!

ABŞ prezidenti Corc Buş Bakı-Tiflis-Ceyhan neft kəmərinin açılış mərasiminə dəvət olunub. Ağ evdən aldığımız xəbərə görə, Buş deyib ki, “Mən xala-xala oynamağı sevmirəm, yolum oralara, xüsusən də İrana tərəf düşsə, sizə də dəyərəm.”

Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin anadan olması münasibəti ilə Bakı Heykəl Zavodunun açılış mərasimi keçiriləcək. Nazirlər Kabinetindən aldığımız məlumata görə zavod ölkə ərazisində və kənarında H.Əliyevin heykəllərinə olan tələbatı ödəmək üçün nəzərdə tutulub. Bundan başqa hər il mayın 10-da keçirilən “Gül bayramı”nın adının dəyişdirilərək “Ümumgüllü bayram” qoyulacağı da NK-nın tədbirlər planında yer alır.

İqtisadi xəbərlər

Ümummilli kəmərimiz olan Bakı-Tbilisi-Ceyhan barədə bir-birindən fərqli məlumatlar gəlməkdədir. Son aldığımız məlumatda deyilir ki, kəmərin Türkiyə tərəfininin içində hörümçəklər tor qurublar. Bunu kəmərin Türkiyə tərəfinə baxan Osman Göksəl deyib. Osman bəy həm də bunu deyib ki, “İran kəməri vuracağı barədə çox atlanıb-düşməsin, deyəsən onun üzünə çox güldük!”

Şəhərdə dilənçilərlə polislər arasında iqtisadi zəmində savaş meydanı açılıb. Deyilənlərə görə, “qaraçı baronları” artıq “uçastkovı”lara dolya vermədiklərinə görə, “polis baronları” möhkəm hirsləniblər. Sızan məlumatlarda qeyd olunur ki, polis bölmələrində yeni “qaraçı-dilənçi” kadrların hazırlanması məqsədilə işə qəbul olunma arzusunda olanlar üçün “Qaraçı dili” dil kursları açılıb. Kurslarda iştirak edənləreyni zamanda “Dilənçi peşəsinin sirləri” qəbilindən silsilə mühazirələrdə də iştirak edəcəklər.

Dünya xəbərləri

İran prezidenti Mahmud Əhmədinejad ABŞ prezidenti Corc Buşa məktub göndərib. Məktubun qısa mətni:

“Salam. Nə var, nə yox? O nədir ki, səndə də var, məndə də var, İlhamda isə yoxdur? Ha-ha-ha! Necədir? Ağlına başqa şey gəlməsin, zənginləşmiş uranı nəzərdə tuturam.”

Buş isə cavab məktubu yazıb: “Bəs o nədir ki, Allah hamıya paylayanda sən yaddan çıxmısan?” Deyirlər ki, Mahmud əmi hələ də bu sualın cavabını fikirləşir.

Tailandın Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini ləğv edib. Bunun səbəbi də seçkilərdə baş vermiş saxtakarlıqlar olub. Məhkəmənin sədrinin verdiyi açıqlamada qısaca qeyd olunur ki, “Tailandla Azərbaycanın, mənimlə də Fərhad Abdullayevin arasında bir fərq olmalıdır, yoxsa yox?”

Mədəniyyət və Turizm xəbərləri

Xəbər verdiyimiz kimi mayın 8-də Dünya Azərbaycanlıları həmişəki qayda-qanun və ədəb-ərkanla Şuşa şəhərinin işğal gününü qeyd etdilər. Planlaşdırılmış çoxlu mədəni-kütləvi-tərbiyəvi tədbirlərin hamısı keçirilmişdir. Eyni gündə ermənilər də eyni qayda-qanun və ədəb-ərkanla Şuşa barədə mədəni-kütləvi-tərbiyəvi tədbirlər keçiriblər, bizdən fərqləri isə o olub ki, onların tədbirləri Şuşanın özündə və yaxın kəndlərində olub.

Rəqsanənin soyunacağı barədə xəbərlər bütün dünyanı şoka salıb! Belə ki, dünyanın bütün ala-babat zövqü olan insanları bir yerə yığışıb Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə müraciət imzalayıblar. Müraciət bu sözlərlə bitir: “Biz əmin olmaq istəyərdik ki, siz respublikanızın və planetin əhalisinin taleyindəki təhlükəli hadisə - zövq korlanmasının qarşısının alınması ilə bağlı əlinizdən gələni edəcəksiniz. Çox xahiş edirik, elə edin ki, o qız soyunmasın, əgər bütün görülən tədbirlərdən bir şey çıxmasa, ona tapşırın ki, soyunan zaman ağzını açsın, yalnız o zaman şəkildə bədəninin heç bir digər hissəsi obyektivə düşməyəcək!”

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Nizaminin həyat və yaradıcılığından bəhs edən “Füzuli” tamaşasının məşqlərinə başlanılıb. Tamaşada baş rolu – Nəsimi obrazını Məleykə Əsədova canlandıracaq.

Yeri gəlmişkən, mövcud qanunvericilikdə edilmiş dəyişiklərə əsasən vəzifəlilər tərəfindən “himayə olunan” aktrisa və qadın müğənnilərə verilən dövlət mükafatları və fəxri adlar bundan sonra həmin vəzifəli şəxslərin özlərinə təqdim olunacaq. Bir neçə nazir, komitə rəisləri və polis generallarına “Azərbaycanın xalq artisti”, “Əməkdar artist” və “Əməkdar incəsənət xadimi” fəxri adlarının veriləcəyi gözlənilir.


İdman və gənclər xəbərləri

Zemfira Meftahəddinova Dünya Kubokundan əliboş qayıdır. Bu münasibətlə İdman və Gənclər nazirliyi dəhşətli dərəcədə lomkaya düşüb və bilmir ki, xalqa nə cavab versin. Belə çıxır ki, xalqımızın yeganə ala-babat əli tüfəng tutanı olan bu xanım da heç nəyə qadir deyilmiş.

Azərbaycan Pedoqoji Universitetinin rektorunu dəyişəndən sonra dekanlar hər gür tələbələrə deyirlər ki, uşaqlar, rüşvət bitdi. Dərslərinizi yaxşı oxuyun. Bu xəbərdən sevinməyə macal tapmamış İqtisad Universitetinin bir tələbəsi məlumat verdi ki, “bizdə də rektor dəyişiləndə elə olmuşdu, inanmayın!”

Digər xəbərlər

Gəncə şəhərindən kütləvi miqrasiya halları qeydə alınır. İnsanlar evlərini dəyər-dəyməzinə sataraq şəhərdən qaçmağa çalışırlar. Araşdırmalar nəticəsində belə məlum olub ki, xalq keçmiş polis rəisi Koroğlu Qasımovun azadlığa çıxmasından bərk narahat olub və qorxub.

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1 oxunma

Mövzuda cəmi 219 şərh var

  1. hansi tindi bu!? yazıb:

    ¨tinbala “Ingilis Bayrag”i olmaq cox pis seydi aaaa gördun Azerbaycandan Tinivin qapisini döymek olmur ..Sen de bayragini kuleye tutub yönunu deyishmek fikirnine dushdun deyesen …heheh Cixish yolunu muxalifete 1-2 yazmaqla tapaq istemisen ?Eger gedib bir tinde oturub söhbet elesek , 24 -luk olarsan …ne ise …Kishi Sözu !
    :-?

  2. Adam yazıb:

    Haqsiz danisirsan qaqas, bunlar muxalifetin terefin tuturlar, amma sehvlerin uzune deyirler. Bir de bu yaziqlar, ancaq iqtidari pisleyende baslayirsiz ki, muxalifeti niye pislemirsiz.
    P.S bunu da yaltaqlanmaq kimi basa dusme, 1) ikimizin caniycun, mene bu saytdan hec ne maddi, menevi, ne bilim ne -i bir sey gelmir 2) burdan durub soyus de soysem isteseler de bir sey eleye bilmezler. odur ki, yaltaqlanmiram. :| :|

  3. Elchin yazıb:

    Bildiler bilmediler yazalar gerek. Muxalifetin sevini de uze demey lazimdi. ozu de tembolee bu muxalifat muxalifat deyil emelli bashli.
    Bunlarinki oldu ancaq protiv getmek. Gece gunduz deyirler ki, besdirin istidari soyduzç indi de bele. Senin kimisini tinde 24-luk nedi, deyerdim ne ederdiler, hayif ki, qizlar da yazir.

  4. Agsaqqal Emi yazıb:

    Indiyene kimi 1 muxalifetin qezetinin, KIV-in yazdighini qoymayan TinBala MUXALIFETCHI OLMAYIB.

    Eger fikir versen, gyorersen ki, burada muxalifete de laziminca “doshenilib”. Muxalifete qarshi yazilan ilk yazi deyil.

  5. Alik yazıb:

    Qardasim– Gence ehalisi butun dovrlerde ogey olub,ister Elcibey,isterse heyder dovrunde,koroglu gasimovun azadliqa cixmasi ise onun ramil Yusubovla elbir olmasindan xeber verir,kor atin korda nalbendi olar.

  6. Antı yazıb:

    Azerbaycanda Muxalifet Yoxdur Muxalifet Iddiasinda olan Milleti dubinka altina veren ozleri ise dubinka goren kimi Mersedese minib maşını ANS in Jurnalisti ve Polisin üstüne sürenler var sadece.
    Odur kı olmayan muxalifeti tehqir etmek mümkün deyil !!! :’(

  7. beni adem yazıb:

    [Sitat alınan şərhin nömrəsi #538]

    nece yeni Azerbaycanda muxalifet yoxdu?xahis eliyirem bilmediyin mesele baresinde danisma,Azerbaycanda muxalifet var,sadece olarag muxalifet yetimdi,maddi maraglarini demokratiyadan ve insan haglarindan ustun tutan Amerika ,gerb ve Turkiye terefinden terk edilmis muxalifet.men ne azerbaycanda deyilem ne de muxalifet partiyalarinin uzvu deyilem,nezerive catdiriram ki,bu gun Azerbaycanda muxalifetci olmag en azinnan cesaret istiyir,sende de bu yoxdusa,cesareti olanlara dil uzatma

  8. SADO yazıb:

    ANTI’NIN DEDIYINDE AZ DA OLSA HEQIQET VAR. AZERBAYCANDA XALQ MENAFEYI UCUN CALISAN NE IQTIDAR NE DE MUXALIFET VAR. HER IKISI OZ MENFEETINI GUDUR VE HETTA BU MENFEET UGRUNA 100LERLE INSANI BELE QURBAN VERMEKDEN CEKINMIR. YENI BU GUN CEVRILIS OLSA VE MUXALIFET IQTIDARA GELSE YENE KOHNE HAMAM KOHNE TAS OLACAQ. SADECE ARADA 1 FERQ OLACAQ KI XALQ 15 ILDIR IQTIDARIN SOMURGESI OLUB VE BUNDAN SONRA DA MUXALIFETIN SOMURGESI OLACAQ. AZERBAYCANDA DOVLET CEVRILISINDEN EVVEL BEYIN CEVRILISI ETMEK VACIB YOX SHERTDIR. MISAL UCUN HAMIMIZ DEYIRIK KI RUSVET PISDI VE ISTEDIYINIZ ARASTIRMANI DA APARIN XALQIN EKSER HISSESI BUNU TESTIQ EDECEK. ANCAQ HEC KIM DEMIR KI TUTAQ KI HANSISA YUKSEK VEZIFELI SHEXS GETSIN ONUN YERINE KAGIZ UZERINDE YOX HEQIQETDE EDALETLI SHEXS GELSIN. HAMI DEYIR KI MEN GELIM MEN YEYIM DAGIDIM NIYE O BU YESIN DAGITSIN? ONA GORE DE EVVELCE IDEOLOGIYANI DEYISDIRMEK LAZIMDIR. DIQQETINIZE GORE MINNETDARAM :)

  9. SADO yazıb:

    TINBALA GOR BIR BEHANE TAPIB SILE BILERSENMI YAZIMI :-)

  10. TIN USAQLARI yazıb:

    he demeli bele…
    en birinci serh yazan var eee
    heri tindi burasi
    ancaq ne naxcivan tinidi ne de yeraz bura Azerbaycanin tinidi

    de gelsin;

    Heri yo de gelsin baslasin show
    Iqtidar da melesin mo mou

    Niye dusub iqtidar tesvise
    Gosterir teyziq tinsohbetine
    Bezmisiq artiq, bezib millet de
    kimdir o meshur adam
    adi Ilhamdir yoxsa Ilhame??

    Ne ferq eder ikisi de ulduzdu
    Duzdu biri yaltaqdi o biri quduzdu
    Biri guya kisidi o birne arvad deyir
    Esled arvad sensen yeraz
    Olkeni Mehriban idare edir

    Birlesek qoruyaq oz tinimizi
    Kesek bura uzanan dilleri
    Rusvet alib-veren elleri

    Biz sizden istemirik var-dovlet
    Versez de almiyaciyiq rusvet
    Biz merd vetenin ovladiyiq
    Biz yeraz deyil AZERBAYCANLIYIQ

    Hormetle yo yo

    Hamamdan ses gelmir:) (Anliyana)

  11. Antı yazıb:

    Ezizim Men Muxalifet Yoxdu deyende Hakimiyyetden bezmish Mezlum xalgi nezerde tutmuram men once dediyim kimi dubinka goren kimi Mersedese minib maşını ANS in Jurnalistinin ve Polisin üstüne sürdüren beyleri nezerde tuturam ! Ne heyıf kı Meydandanlarda ezilen milletin ne dubınka gorende mınıb gacmaga Mersedesı var nede 15-16 Oktyabrda gızlenmeye gerargahı ! Senın kımı fedakarlarada Allahdan layıglı Lıderler arzu edırem !!! :’(

  12. Antı yazıb:

    Mıllet 26 Noyabrda Bılseydı kı onun Doyulmesının Netıcesınde GARPIZ SATAN bır nece mın Dollara gyore Deputatlıgından ımtına ede bılmeyecek ve Parlamentte oturacag o Yazıg Mıllet ………. :’(

  13. Agsaqqal Emi yazıb:

    Anti, ve Beni Adem, siz eyni sheyleri 2 cure deyirsiz. Beni Adem, senin YETIM saydighin muxalifeti, Anti YOX sayir. Yeni bele olmag ele olmamag kimi bir sheyir.

    Odur ki, arzulariniz yerine yetsin, hirslenmeyin ;)

  14. Agsaqqal Emi yazıb:

    Anti, hansi Qarpiz Satan?

  15. SADO yazıb:

    YEQIN PENAH HUSEYNOV’U DEYIR. SABIRABAD’LIDI DEYE YAZIGI QARPIZ SATAN ELEYIB HAMI. A KISI SEN PENAH HUSEYNOV’UN TERCUMEYI HALINI BILIRSEN KI BU CUR ASANLIQLA ONA NE GELDI DEYE BILIRSEN? HER SEY YAVAS YAVAS OLUR. BIRDEN BIRE YAP’IN ELINDEN 125 DEPUTATIN
    HAMISINI ALMAQ OLMUR. HER SEY MUQAVIMET GOSTEREREK OLUR. GUYA INDIYE QEDER MUXALIFETIN ELEDIYI YAXSI IDI KI HEC KIM GETMIRDI MILLI MECLISE ONLAR DA ISTEDIYI QANUNU CIXARIRDILAR HANSI KI INDI DE ELEDI. HEC BIZIM MUXALIFETIN OZUNDE BIRLIK YOXDU. AZADLIQ BLOKU NIYE DAGILDI? MUSAVAT NIYE CIXDI BLOKDAN? ISA QEMBER’I YAP QOYMUR SECILSIN DEYE SAXTAKARLIQLARLA OZ ADAMLARINI CIXARIRLAR DEYE SECILENLER DE PARLAMENTE GETMEMELIDIR? TAMAMEN SEHV DUSUNCEDI BU. SENCE ISA QEMBER OZU SECILSEYDI GETMEYECEKDI PARLAMENTE? NARAHAT OLMA ONSUZ DA SABIRABAD VE ZAQATALADAN MUXALIFETIN NAMIZEDI SECILDIYINE GORE VE ELE O DEQ. O RAYONLARIN ICRA BASCILARINI DEYISDIRDILER. BU ARADA AZERBAYCAN QANUNVERICILIYINDE ICRA BASCILARINI PREZIDENT TE’YIN EDIR VE PREZIDENTIN YERLERDEKI 1 NOMRELI SEXSLERIDI.

    :|

  16. Agsaqqal Emi yazıb:

    Sado, qardashim, incime, oyretmek olmasin, amma o boyuk herfleri yigishdir zehmet olmase, chun hem insanin gyozunu agridir, hem de gishgirmag, ve ya cumlede hansisa soze vurgu getirmekdir. Chox saghol

  17. TIN USAQLARI yazıb:

    Agsaqqal emi duz deyir Sado qaga yazivi oxuyandan sora gozduy taxerem :-)

  18. TIN USAQLARI yazıb:

    Canavar : iqtidar miqtidar iysi gelir

    Tin usagi: yox qaden alerem men yazigam yeme meni herden iqtidar kopey usaxlari gelib gedirler men ollardan doyulem:)

    Canavar : men acimisam sen heyderin goru mene yemek ver yiyim

    Tin usagi : canavar qardas gorbagor rehmmettiy ne de oglu bize de bir sey vermiyib ki sene men verim

  19. beni adem yazıb:

    bash agri olmasin,mence muxalifet sozu tek vaxtile hakimiyetde olub indi ise hakimiyete gelmek isteyen bezi partiya bascilari ve onlarin silahdaslarina aid olunmamalidi,menliyi olan her Az. vetendasi bu igtidara muxalifdir,o cumleden bizler.Az-da ise bu insanlari igtidara garsi birlesdiren mux. partiyalaridir.bu bele,
    o ki, galdi Antinin defelerle vurguladigi Ans ve polislerin halina yanmasina…bele yerde diyirler,yalandisa dogru olsun,Ans -oz sexsi menafelerini xalgin menafeyinnen ustun tutan satilmislar ve ya pulla alinmislar
    digerleri de ki,… danismasam yaxshidi

  20. Antı yazıb:

    Xahis Edirem Menim dediklerimi tehrif etmeyin!
    ANS - telekanalizasiyadir !
    Bizim Polis cox teessuf faiz ile gyotursek 99% şerefsizlerden ibarettir!
    Amma özünü müxalifet adlandıran bir qrup insanlarda İqtidar geder milletden ve xalgdan uagdılar ! Ve sadalıglarım acı reallıgdır sızde onu bılırsız!
    Millet vehşicesine ezilerken muxalıfet ‘lıderının’ Dubınka gören kimi Mersedesine minib gacmasını eşitmek istemirsiz !
    15-16 Oktyabrda Gerargahında gızlenen muxalıfet ‘Lıderı’ haggında eşitmek istemirsiz !
    Kelekiye gacan kişiler haggında hec ne eşitmek istemirsiz ! Amma Demokratiya İnsan haqqları uğrunda Mubarize aparmag istiyirsiz!
    Vallah bele liderler ile ve bele yanaşma ile seckiden seckiye Millete ezilmek Liderlerede 5-6 dene Deputat Kreslosu galar !
    Ve bırdekı Muxalıfet bu beylerden İbaret deyıl Azerbaycan Muxalıfetını 5-6 bey ıle mehdudlaşdırmayın ! Bugyun Mılletın 99% Muxalıfdır amma “feresetlı” liderlerın sayesınde Mıllet hele bu gündedır!
    :’(

  21. ILI yazıb:

    Salam ushaglar.Man hech naya comment yazmag fikrinda deyilam. Artig 3 gundur ki Tabrizda talabalarin giyami bashlayibdur. Yuzlarla yaralananlar, hatta olalnlar da var. Azerbaycan saytlarinin hech birinda bu barada malumat tapmag mumkun deyil. 20 Yanvar hadisalarinda oldugu kimi indi da Tabriz informasiya blokadasindadir. Az. info saytlarinda bu barada hecjh bir xabar var ya yox. Biz Gunay Aazerilarila oz birliyimizi har hansi bir vasita ila gostarmaliyik.

  22. Donna yazıb:

    ILI
    Xahiş edirəm bir az ətraflı yazın. Nə baş verir orada? Qiyamın məqsəd və məramı nədir? Mümkünsə məlumatları geniş yazın.

    P.S.: Ümid edirəm ki, yalan deyil.

  23. akula yazıb:

    Donna necesen?ILI nin evezine men deyim de sene Orda neler bash verir,Iran qezetinde Turklerin ve turk dilinin tehqir olunmasi ile elaqeder mitinqler olub indiye olan melumat lara gore 6 nefer olum 20 cox ise yarali var.Bu haqda mediaforum.az ve kiv.az saytlarindan melumat ala bilersen

  24. akula yazıb:

    Donna burda da azerbaycanli telebe qizlarin etirazlarina baxa bilersen :) http://www.azadtribun.net/x722.htm

  25. Agsaqqal Emi yazıb:

    He, en son xeberlere gyore, qanimiz yerde qalmayibdir. Hemen qezet baghlanib, redaktoru, shekli cheken insanlar Iran zabitleri terefinden tutulub, zndana basilib, mehkemeleri olacaq.

    Demeli yaziya gyore, protestler qezetde olan karikaturaya gyore olub. Orada 1 fars oghlan TARAKANLA ayri ayri dillerde danishmaq isteyir, Tarakan da bashini qaldirib, Azeri dilinde deyir: NE?

    Bele bele ishler.

  26. Most Known Unknown yazıb:

    Bu iranlilar da bashlarini itirib lap. Deyirler yaxin uzaq kim varsa ozumuze dushmen edek. Sonra da Medeniyyet Nazirleri chixib TV’de azerbaycanlilardan uzr isteyir. Men bilen kishinin agzindan soz bir defe chixar…

  27. Agsaqqal Emi yazıb:

    Most, yadindan chixarma ki, Ehmedi NIjad Azeridir…

  28. Agsaqqal Emi yazıb:

    Yeni inshallah duzeler :)

  29. Most Known Unknown yazıb:

    vaxtin varsa hoppan chata

  30. Donna yazıb:

    Hmm, aydındır. “İngilis barmağı” özünü göstərdi yenə.

  31. Adam yazıb:

    men basa dusmedim, Azeriler o farslara indiki meqamda en cox lazim olan xalqdi. 1) niye mehz azerileri tehqir edibler? 2) niye mehz indi edibler? Burda bir firildaq var, canim ucun.

  32. Agsaqqal Emi yazıb:

    BELE

  33. beni adem yazıb:

    salamlar,az-cox xeberiniz var ,Tebrizde bas verenlerden,bu adi bir usyan deyil,son iller fars shovinizmine garshi bas vermis en kutlevi usyandir,ve umid eliyirem ki,dunen Tebrizde bu gun ise Urmiyede gardaslarimizin kutlelerle kucelere cixmasi Boyuk Azerbaycan ucun bir baslangic olacag,diger terefden Amerika bilir ve bir daha emin olsun ki,Iran azerileri hazirdir,Iranin basina das salmagin vaxti catib.
    elave melumat almag isteyenler http://www.azlink.info-dan Guney AZ.Tv canli baxa bilerler

  34. beni adem yazıb:

    http://www.azlink.info

  35. Donna yazıb:

    Adam, əlbəttəki. Hamısı Amerikanın oyunudur. Yenə etdi edəcəyini.

  36. ILI yazıb:

    har kimin oyunu olur olsun. Man inanmazdim ki, biz azerilar farsin oyununa bu gadar asanligla dusha bilarik.Farslar na vaxtdan turklarla dost olublar. Azerilara hamisha turku-xar deyirlar. Bu gazetda yazilanlar isa onlarin asl zatini gostarir. Na America, na Ingilis. Hech sizdan bela commentlar gozlamazdim. Yadinizdadi, 20 yanvarda neca deyirdilar ki, bunlar hamisi Americanin ishlaridir Soveti dagiitmag uchun.
    PS: Ahmad Necatin azeri oldugunu ilk dafa sizdan eshidram. Inshallah ki, dogru xabar deyil.
    Bir da uzr istayiram siza cavab yazmadigima gora, burada vaxt fargi 9 saatdir. Man malumatlarin coxunu GUNAZ.TV -NIN web saytindan oyraniram.TV ya da baxmag olar

  37. Donna yazıb:

    Əziz İLİ, inandırım sizi ki, farsa bəlkə də məndən çox nifrət edən yoxdur.
    Mən onların biz türklərə qarşı necə münasibətdə olduğunu çox gözəl bilirəm və onları da düşmən hesab edirəm.
    Amma indiki dövrdə birdən birə belə bir qiyamın partlamasına da başqa izah vermək olmaz. İran hakimiyyəti o qədər axmaq deyil ki, müharibə ərəfəsində, özünə hətta Avropadan müttəfiqlər yığarkən durub öz ölkəsi daxilində əhalisinin əksəriyyətini özünə qarşı qaldırsın. Bu heç cür ola bilməz. Belə bir axmaq səhvə yol verən hakimiyyət heç vaxt hakimiyyətdə qala bilməzdi.
    Odur ki, buna başqa ad vermək olmaz. Yalnız və yalnız Amerikanın oyunudur.
    Və açığı mən Amerikanın hücumu ərəfəsində İranın dağılmasının tam əleyhinəyəm, tam!

  38. Antı yazıb:

    A kisiler o mitinglerden o sarsaglamalardan Turkiyede PKK terroristleri ve havadarlari gunde 5 kecir amma bu ragmen Turk Devleti hec 1 damla sarsilmir getiyyen eksine guclenir. Elecede Iranda Israil ve Amerikanin hoggalari neticesinde Iran Devleti 1 azda guclenir Sionist cesuslari layigli cevabin alir. Ama yazig olsun Azer gardashlarima ki Sionistlerin oyununda yer alirlar !!!

  39. Donna yazıb:

    Anti, sizcə daha da güclənəcək? Məncə bu İran üçün mənfi haldır. Türkiyənin əhalisində kürdlərin sayı ilə İran əhalisində türklərin sayı eyni deyil. Odur ki, İranda bele hadisələr təhlükəlidir. Amma ümid və arzu edirəm ki, sionistlər layiqli cavabını alarlar.

  40. Agsaqqal Emi yazıb:

    Mence, Mia Donna, Amerikaliq hech ne yoxdur. Ne uchun? Chun bunlar tez bagladilar qezetlerini de, shekli chekenle bash redaktoru da basdilar… Bununla “dostluqlarini” gyosterdiler. 1 il evvel olsa idi, bele reaksiya getmezdi.

  41. Most Known Unknown yazıb:

    Agsaqqal, 1 il evvel niye olmaz idi? Men bele fikirleshirem ki 1 il evvel onlara garshi Amerikan tehlukesi indiki qeder guclu deyildi. Amerikanin oyunudur deyende ki, belke ele o redaktora ve shekli chekeni de yoldan chixariblar ki, bir qigilcim atsinlar ortaliga.
    Shexsen men Iranin ichden dagilmasini cani-konulden arzu edirem.

  42. Agsaqqal Emi yazıb:

    yox, yeni 1 il evvel shekil chekende hele belke bunu Tehranda da chap ederdiler, hele televizora da chixardardilar. Amma indi Tutublar onlari, Az-a gyostermek uchun ki, DOSTUQ, BELE ISHLERE YOL VERMERIK!

  43. Most Known Unknown yazıb:

    Ne bilim vallah, Bu DOSTLUQdur yoxsa ichden dagilmag GORXUsu?!
    Menim bildiyim dost dostlugunu her zaman gostermelidir.

  44. Agsaqqal Emi yazıb:

    Amma deyirem, sen de malades, Iranli kimi fikirleshirsen haaaaaa ;) :P

  45. Antı yazıb:

    Gelin semimi olag Iranda Islam Hukumetinin Sutunu Azerilerdir !
    Ve diqqet etsek butun axmag ve sefeh antiislam herekatinin onunde farslar gedir (tebii butun farslara bunu şamil etmek olmaz) ve negeder ki İranda Azeriler var onlar İran İslam Devletinin yaşaması icin elinnen geleni edecekler! Nece kı Türkiyede 25 miyonluk Kürd Xalgının layigli oğulları Türkiyenin torpağ bütövlüyü ücün bezi Türk gardaşlarımızdan daha cox sey gösterirler!
    Menim milletim Sionist oyuncagı olacag geder sadelövh deyil !!!

  46. TinBala yazıb:

    Aləmin Böyük Şeytanı (ABŞ) artıq İranı vurma planını da cızıb. Bədbəxt müsəlmanlar da sevinsin görək. Bu vaxta qədər Amerikadan əntiqə xeyir görüblər, innən belə demokratiya qaşığını dürtər ağızlara…

  47. Agsaqqal Emi yazıb:

    TinBala, be Irandan biz ne xeyir gyormushuk, ay gyozel oglan?

  48. TinBala yazıb:

    İran kiməsə xeyir vermə öhdəliyini öz üzərinə götürməyib, əmican. Yoxsa Amerika kimi dünyaya demokratiya səpələməkdən dəm vurub, bomba səpələyib? Yoxsa qloballaşma adına əxlaqsızıq, şərəfsizlik və namussuzluq söz verib?

  49. Agsaqqal Emi yazıb:

    Men 1 azeri kimi bilirem ki, bu qonshularimizdan bize 1 xeyir gelmeyib. Azerilerle 15 cur TRADE ish biznes eden zaman ermenilerle 75 ish edibler. Her halda Amerika ne bize qonshudu, ne qardash muselman. Onlari anlamaq yene asandi, neinki Iranlilari… Amma bu menim fikrimdi haaaaaaaaaaaaaa, men sehv ola bilerem :)

  50. TinBala yazıb:

    CNN-dən, BBC-dən eşitmisən bu xəbərləri, yoxsa Mossad Tv-dən? :-)

  51. Agsaqqal Emi yazıb:

    Kimin bibisi? Ozu de neyi eshitmishem?? Ermenilerle ish gormeklerini? Bu faktdir, bizde olan faktdir, buyurb ozun de oyrene bilersen… O ki qaldi Amerikanlilarin ne ise elemelerine? :) qaqulikin gucu chatir. Nece ki, senin yazilarina xoshu gelmeyen biri olanda deyirsen haa, sen bilersen, xoshu gelmeyen bura girmeye biler :))))) Bu da beledi. Bu bacarir, bilir, edir :)

    P.S. ciddi notada, men Amerikani yuxari tutmuram, beslemirem, demirem duzdurler. Amma Baki zooparkinda aynin ayagi gedende de demek lazim deyil ki, he, Amerikanin ishidir…

  52. Antı yazıb:

    Gün be Gün guclenen İran Devletin seyr eden bezilerınede İran bugün sabah dağılır demek galırda !Biz Şimalı Azerbaycanda o geder passivleşmişik ki İranda 5-6 neferin attanıb düşmesini azgala ingilab adlandırag!
    Öten hefte dünyanın başın gatırdılar ki İranda dress-code tetbig olunacag sonra bilindiki gerb bu hemişeki Qerb dezinformasiya vasitelerinin növbeti mehsuludur!

    O dur kı AYIG OLUN DOSTLAR !!!

  53. Most Known Unknown yazıb:

    Iran’in muharibe zamani muselman qonshusu Azerbaycana komek etmek yerine, ermenileri desteklediyini ushaqdan tut boyuye kimi hammi bilir. (Benzinden tut erzaq mehsullarina kimi) Agsaqqal demish, Amerikanlarin bize komek etmemesini basha dushmek olar, amma “muselman qardash” Iran’in bize xeyirden chox ziyaninin deydiyini men shexsen basha dushmurem.
    Ve bir daha, shexsen mene gyore milliyyet dinden once gelir. Tersini dushunenleri de basha dushmeye chalishiram, amma mence insan merkezinde durdugu halqalardan ozune en yaxin olanini ustun tutmalidir. Once Aile halgasi, sonra Hemvetenlik halqasi, sonra Milliyyetchilik halqasi, sonra Din, sonra da umum besheriyyet. Amma gorunur, dairelerin radiuslari deyishende, Din Milliyyetin onune keche bilir.
    Lap bashagrisi oldu:) Sozumun cani budur ki, Iranda Azerilerin kutlevi qiyami bashlasa, men buna chox shad olaram. Neticede Iran parchalansa bele.

  54. Most Known Unknown yazıb:

    Agsaqqala: misal tapdun daa sen de. Baki Zooparkinda ayi qalib ki? Hammisini gyonderibler prezidentin yan yoresini gyudmeye.

  55. TinBala yazıb:

    Bizdə olan fakt? Yəni kimdə? Süz kimsüz qədeş? Buyur açığla o faktları görək. Mən demirəm ki, Amerika niyə edir? O öz şeytanlığını layiqli şəkildə davam etdirir, ona sözüm yox. Bəs bizə nə gəlib? Biz niyə onu dəstəkləyirik ki? Pis pisliyindən qalmayacaq, bəs yaxşı?

  56. Agsaqqal Emi yazıb:

    yeni Azerbaijan dovletinde olan faktlar…

    kimin pis, kimin yaxshi olmaghi da, hamisi, gyozel oghlan, MUQAYISELIDIR. Kimisi kimese yaxshi olar, kimese pis olar…

    Siz yeni KIM destekleyir? :) Azerbaijan? Azerbaijan dushub yaxalara ki, kimin komekliyi ile Qarabagh alinacaq geri… Indi ise, 2007-de, $5 milyonluq herbi komeyi Amerika edecek “Daghliq Qarabagh Respublikasi”na… Gyorek indi ne edeceyik.

    Biz yene deyesen eyni sheyi ayri cure deyirik. Amerika edir emelini sene pis olmaq uchun yox, OZUNE YAXSHI OLMAQ UCHUN. Amerika tutur Yevreyin elini, onun uchun yox ki, Ermeninin burnu yekedi, onun xoshu gelir. YOX. Onun uchun ki, yevreyler gyozel pullar buraxillar siyasetchilere, ozlerine lobbiizme. Bizim Azeriler ne edir? Ve daha bir fakt. Amerikanin dovlet kimi, yardim etdiyi, dollar sayi ile en chox olan hansi dovletdir? Izrail? Sehvdir :) Izrail nomre 2-dir. Nomre 1 - MISIR….

  57. Agsaqqal Emi yazıb:

    Most, vallah ne bilim, onda edek mmmmmmmmm, zooparkda zebra… O qalib?

  58. Agsaqqal Emi yazıb:

    TIN SOHBETINE YAZILAN 56 sayli sherhde, ERMENININ deyil, YEVREYIN BURUNU OLMALIDIR… Sehv uchun pardon.

  59. Adam yazıb:

    Her iki terefin dediyinde heqiqet var.
    AGSAQQAL EMI-nin dediyinde heqiqet var: IRAN HOKUMETI HEC VAXT AZERBAYCANIN DOSTU OLMAYIB. 2-3 il evvel Bakinin ustunde teyyare ucurdan Iran deyildi? Azerbaycandan ne qeder dediler onlari geri ceksinler, cekmediler. Hec veclerine de almadilar ki, ozumuz bilerik. TURK teyyareleri yaxinlasandan sonra “zadniya atdilar”. Yadinizdan cixarmayin onu. IRAN ERMENISTANLA HETTA ICKI ALVERI DE EDIR. Duzu ermenilerin yaxsi bas bisirmesinin rolu da boyukdu bunda. IRAN HEC VAXT AZERBAYCANIN QARABAG PROBLEMINE DIQQETELAYIQ BIR YARDIM ETMEYIB. Hec qacqinlara iane de gondermirler.
    Basqa bir sey var: IRAN HOKUMETI HEM AZERILERI HEM DE FARSLARI INCIDIR. Yeni problem farslarda deyil, onlarin hokumetindedi. Eslinde ZULM EDENDE HEC BIR “AYRISECKILIK” ETMEYIBLER.
    TINBALAnin dediyinde de heqiqet var. NECE OLDU KI, AZERILER BELE GOZEL SEKILDE ORQANIZASIYA OLDULAR? Bax esl sual budu. Sohbet azerilerden gedir. Hemin millet Qarabagi niye azad elemir, amma karikatura ustunde irani dagidir? Evvel de de azerilere qarsi haqsizliq olub, bes onda niye bele etmeyibler? Teki ortada oyun zad olmasin, amma menim burnuma ingilis iyi gelir.
    YADDAN CIXARMAYIN, bu hadise tekce 2 dovlete tesir etmir. Ermenistana da ede bilir. Meselen, ermeniler azerilerin birlesmeye basladigini dusunub qorxa biler. Qarabag muharibesinde psixoloji faktor boyuk rol oynayir. Sizce ermeniler o camaata niye isgence verib oldururdu: qorxaq deye. (oz de alinib ele bil) Eyni zamanda, hemin digalar azerilerle farslarin arasinda konflikt yarandigini gorub sevine biler. ve s. ve s. ve s. Hansi olacaq bir Allah bilir. Odur ki, bele sheyler olanda butun neticeleri fikirlesin.

  60. beni adem yazıb:

    teesuf ki,hele de aramizda yaxsini pisden ayira bilmeyen ,nece deyerler tapanca ile gazancani sehv salan insanlar var,
    xususen de Tinbala,sene demek istiyirem ki,sherefsizlik ,exlagsizlig ve s. bir uzleri “din”olan mollalarin ikinci uzudur.
    men Amerikani teriflemek fikrinde deyilem,ama gerek realist olasan.

  61. Adam yazıb:

    ADEM, qaqas, mollalarin ikiuzlulyun hami bilir. amma onun bu meseleye hec bir dexli yoxdu. Bilirsen niye? Azerileri tehqir elemekle o mollalar hec ne qazanmir, eksine uduzur. Sualin biri de buna aiddi. Niye edibler? Sen meseleye hansi terefden baxmisan, mene hele de catmir. Ikinci problem odur ki, Azerbaycanlilarin orada bele yuruyus elemesinin altinda cox suallar cavabsiz qalib. Hami isteyir ki, azerilere qarsi olan tehqir cezalandirilsin, amma meseleni duzgun analiz elemek lazimdi. menim yuxaridaki suallarima cavab versen razi qalaram. Her seyi duz-emelli gotur qoy etmek lazimdi. Hetta, MEN BELE FIKIRLESIREM KI, Azerbaycanin TURKIYEDEN BASQA ESL DOSTU, ERMENISTANDAN BASQA ESL DUSMENI yoxdur. hami “potensial dost ve ya dusmen”di. Ona gore duzgun hereket elemek lazimdi.

  62. beni adem yazıb:

    Adam,nezerive catdiriram ki,menim axirinci yazim biz azerilercun Irannan Amerikanin mugaisesini aparmag isteyen hemvetenlerime aiddir.
    o ki,galdi son hadiselere,bu molla rejiminin yuxaridan ashagiya baxdigi azerilerin tebii reaksiyasidir.burda xususi bir siyaset gormurem, bu elimyandida -beynelxalg alemde kifayet geder nufuzunu itirmis,ve muharibe tehlukesi yaratmis bir olkenin,oz daxilinde bele bir problem yaratmag mentigsizlik,axmagligdir.ama onu deyim ki,bunlarin axmagligina hec bir shubhem yoxdu.xususen de prezidetlerinin mesuliyyetsiz beyanatlari bunu demeye esas verir.bir de,kim deyir ki,bu adam azeridi?
    neye esaslanib deyir ?Tehranin meri olmamisdan,sehv elemiremse Erdebilin meri olub,(ama AZ.eyaletinin bir seheri oldugu 100%dir),vessalam

  63. Adam yazıb:

    qaqas, incime quzu keserem, men senin movqeyini basa dusmedim. Menimle razisan? sen ne fikirlesirsen: 1) Azerilerin bu qeder cox reaksiya vermeyi dogrudu 2) dogru deyil. Men fikirlesirem ki, dogru deyil. Turkler demisken, korpunu kecene qeder ayiya dayi demek lazimdir. Qarabag meselesi hell olsun ondan sonra baslayariq Irana haqq-hesab sormaga. Redaktoru isden qovublarsa, uzr isteyiblerse besdi. Meseleni cox uzatmaq bize ziyandi. Duz deyirsen Amerikaya qarsi mubarize aparmaq bize lazim deyil, amma Irana qarsi mubarize aparmaq da lazim deyil. Bezileri ABS-in Iranla muhariba baslayacagin fikirlesib, Irana “xod gedir”, bes muharibe olmasa ne olacaq??? Balansi qorumaliyiq.
    ELA OLARDI KI, hamimiz fikrimizi yazanda bir az aciq yazaq, bir da fikrin ana xettine aydin gosterek. Cunki, cox vaxt hami eyni seyi deyir, amma hec kes bir-birile razilasmir. :) Yene deyirem, men Azerbaycanlilarin bu qeder cox reaksiya vermelerinin eleyhineyem ve azerilerle farslardan basqa, ayri milletin de maraqlarina calisdigin fikirlesirem. Bu “sohbet” iki milletin arasinda qalmayacaq!!! :-?

  64. TinBala yazıb:

    Marğlıdır, başdan-ayağa qədər oxuyun və münasibət bildirin:

    Bismillahir rəhmanir rəhim!

    ABŞ prezidenti cənab Corc dablyu Buş!

    Neçə vaxtdır fikirləşirəm, görəsən beynəlxalq aləmdə mövcud olan bəzi ictimai dairələrdə, xüsusilə də siyasi və tələbələrə aid qurumlar arasında diskusiya mövzusuna çevrilən inkar edilməz təzadları necə izah etmək olar? Bu barədə bir çox suallar cavabsız qalıb. Bununla da qərara gəldim ki, bu təzadların və sualların cüzi bir hissəsini ortaya qoyum ki, bəlkə bununla onların islah edilməsi və düzəlişi üçün fürsət yaransın.
    Əcəba, olarmı ki, Allahın böyük Peyğəmbəri Həzrət İsanın (ə) ardıcıllarından olmaqla, özünü insan hüquqlarının müdafiəçisi bilməklə, liberalizmi sivilizasiya nümunəsi saymaqla, kütləvi qırğın və nüvə silahlarının yayılmasına qarşı çıxmaqla, terrorirzmlə mübarizəni özünə şüar etməklə, ən nəhayət Həzrəti İsanın (ə) və yer üzünün əməli-saleh bəndələrinin hökmranlıq edəcəyi vahid bir dünya ictimaiyyətini yaratmağa çalışmaqla eyni zamanda, ölkələrə təcavüz edilsin, insanların canı, şərəfi və varlığının əhəmiyyəti aradan götürülsün, məsələn; hansısa bir şəhər, kənd və yaxud karvanı orada bir neçə cinayətkarın olması ehtimalı ilə təmamilə yandırıb məhv edilsin, hər hansı bir ölkə orada kütləvi qırğın silahının olması ehtimalı ilə işğal edilsin, ölkənin yüz minə yaxın vətəndaşı qətlə yetirilsin və onun sənayesi, kənd təsərrüfatı və su mənbələri dağıdılsın, orada 180 minə yaxın hərbi qüvvə yerləşdirilsin, ölkə vətəndaşlarının müqəddəs sayılan evlərinin sərhədlərinə təcavüz edilsin, bir ölkə bəlkə 50 il geriyə qaytarılsın? Nəyin bahasına? Bir və ya neçə ölkənin büdcəsindən yüz milyardlarla dollar vəsait sərf etməklə. 10 minlərlə cavanı işğalçı qüvvənin əsgərləri qismində oraya göndərməklə. Onları ölümün ağuşuna atmaq və ailələrindən uzaq salmaqla. Onların əllərini başqaların qanına bulamaqla. Gün ərzində onlardan bir neçəsinin intiharı və ya ölkələrinə qayıtdıqdan sonra düşgünlüyə qapanma və yaxud müxtəlif xəstəliklər tapmaqla nəticələnən ruhi və psixoloji təsir altında saxlamaqla. Onlardan bəzilərini ölümə srükləyərək, həlak olanların cənazələri ailələrinə göndərməklə.
    Bütün bu böyuk faciələr kütləvi qırğın silahlarının mövcud olamsı bəhanəsi altında işğalçı və işğala məruz qalan ölkə xalqlarının başına gəlir və sonra da məlum olur ki, heç bir kütləvi qırğın silahı yox imiş. Əlbəttə, Səddam cinayətkar bir diktator idi. Ancaq məqsəd onun devrilməsi deyildi və müharibənin kütləvi qırğın silahlarının məhv edilməsi məqsədilə elan olunmuşdur. Düzdür, bu yolda Səddam devrildi və bu olay regionda yaşayan xalqların razılığına səbəb oldu. Lakin qeyd etmək lazımdır ki, İraq tərəfindən İrana qarşı başlanan məcburi müharibə zamanı Səddam qərb tərəfindən dəstəklənirdi.

    Cənab prezident!

    Bəlkə də mənim müəllim olduğumu bilmiş olarsınız. Tələbələr belə bir sual ilə müraciət edirlər ki, bu addımlar qeyd olunan dəyərlərlə o cümlədən sülh və mərhəmət Peyğımbəri olan Həzrət İsanın (ə) ən-ənələri ilə necə uyğunluq təşkil edə bilər?
    Gənclər, tələbələr və xalqın İsrail ilə əlaqədar çoxlu sualları var ki, yəqin onların bəzilərini eşitmiş olarsınız.
    Tarix boyu çoxlu ölkələr işğal olunub, lakin yeni xalqla yeni bir ölkənin yaradılması bizim yaşadığımız əsrin yeni fenomenlərindəndir.
    Quantanamo zindanında saxlananlar mühakimə olunmurlar. Onlar vəkil ilə də təmin olunmayıblar. Ailələri onları görə bilmirlər və ölkələrindən kənarda saxlanılırlar. Onların üzərində heç bir beynəlxalq nəzarət yoxdur. Bilinmir ki, onlar məhbusdurlar, əsirdirlər, müttəhimdirlər, yoxsa məhkumdurlar?
    Məxfi zindanların Avropada da olması Avropa İttifaqının müfəttişləri trəfindən təsdiqlənmişdir. Mən insanların oğurlanıb məxfi zindanlarda saxlanılması hallarını dünyada mövcud olan məhkəmə sistemlərinin heç biri ilə uyğunlaşdıra bilməmişəm və bu kimi addımların Həzrəti İsanın (ə) təlimləri, eləcə də insan hüquqları və liberalizm kimi dəyərlərdən hansı iləsə əsaslandırılmasını da başa düşə bilmirəm.
    Tələbələr 60 il bundan öncə belə bir ölkənin olmadığını deyirlər. Onlar sənədləri və yerin qədim qlobusunu göstərməklə bildirirlər ki, hər nə qədər axtarırıqsa İsrail adında bir ölkə görmürük. Məcburam onlara yol göstərim ki, birinci və ikinci dünya müharibəsi tarixi barədə mütaliə etsinlər. Bir dəfə tələbələrdən biri dedi ki, on milyonlarla insanın ölümünə səbəb olan ikinci dünya müharibəsi illərində müharibə edən tərəflər savaş ilə əlaqədar xəbərləri sürətlə yayır və özlərini qalib və qarşı tərəfi məğlub elan edirdilər. Müharibədən sonra savaşda iki milyon ailəyə şamil olan altı milyon yəhudinin qətlə yetirilməsi ilə əlaqədar iddia irəli sürüldü. Bu xəbərin doğru olduğunu fərz etsəkdə, Yaxın Şərqdə İsrailin yaradılması və dəstəklənməsi onun məntiqi nəticəsi ola bilərmi? Bu fenomen necə izah və şərh edilə bilər?
    Cənab prezident!
    Yəqin ki, İsrailin hansı vəsait hesabına və hansı nəticələrlə yaradıldığnı bilirsiniz?
    - minlərlə insanın qətli ilə,
    - bölgənin bir neçə milyon yerli sakininin qaçqın düşməsi ilə,
    - yüz minlərlə hektar əkin sahələrinin, zeytun bağlarının, şəhər və qəsəbələrin viran edilməsi ilə
    Bu tradegiya hansısa bir zaman kəsiyinə aid deyil və təəsüfllər olsun ki, altmış ildir ki, davam edir. Orada uşaqlara rəhm etməyən, camaatın evlərini onların başına uçuran, hətta hansı fələstinli xadimin terrora məruz qalacağını qabaqcadan elan edən və minlərlə fələstinlini zindanlarda saxlayan bir rejim yaradılıb. Bu son əsrlərdə az rast gəlinən və ya analoqu olmayan bir fenomendir. İnsanların bir çoxunu digər böyuk bir sual düşündürür ki, niyə belə bir rejim dəstəklənir? Məgər belə bir rejimin dəstəklənməsi Həzrət İsanın (ə) və Həzrət Musanın (ə) təlimlərinə və yaxud da liberalizmin dəyərlərinə uyğundurmu? Məgər Fələstinin ölkə daxilində və xaricində yaşayan həqiqi sahiblərinin - istər müsəlman, istər yəhudi və istərsə də məsihi olsun - öz müqəddəratını təyin etmə hüququnun tanınması demokratik dəyərlərlə, insan hüquqlarının prinsipləri və peyğəmbərlərin təlimləri ilə ziddiyət təşkil edir? Əgər belə deyilsə, onda niyə umumi rəy sorğusuna qarşı çıxılır?
    Fələstin dövləti bir müddət öncə Fələstin xalqının seçimi ilə iş başına gəldi. Bütün bitərəf müşahidəçilər bu hakimiyyətin xalq tərəfində seçildiyini etiraf etdirlər. Buna inanmayaraq seçilmiş dövlət təzyiq altına düşdü və ondan İsrail rejimini rəsmən tanımaq və müqavimətə son qoymaq əvvəlki dövlətin proqramlarının davam etdirilməsi tələb olundu. Əgər Fələstinin hazırki dövləti iç başına gəlməkdən öncə əvvəlki dövlətin siyasətlərinin davamçısı olacağını və qeyd olunan tələblərə əməl edəcəyini bildirsəydi Fələstin xalqı tərəfindən seçilərmiydi? Məgər Fələstin xalqına qarşı bu kimi mövqeyin irəli sürülməsi öncə qeyd olunan dəyərlərlə uyğunluq təşkil edir? Xalq belə bir sorğu ilə müraciət edir ki, nəyə görə sionsit rejiminin əleyhinə yönələn hər hansı qətnamə Təhlükəsizlik Şurasında gündəmə çıxarılan zaman veto ilə üzləşir?

    Cənab Prezident!

    Bilirsiniz ki, xalqla birgə yaşayırıq və daima onlarla təmasdayıq. Orta Şərqdə yaşayan insanlardan bir çoxu mənimlə əlaqə saxlayır və bu kimi ikili standartların heç bir məntiqə sığmadığını bildirirlər. Faktlar göstərir ki, ümumilikdə regionun bütün xalqları yürüdülmüş siyasətlər müqabilində daha da qəzəblənir. Mən çoxsaylı suallar vermək niyyətində deyiləm, lakin bir neçə digər məqama toxunmaq istəyirəm.
    Nəyə görə Orta Şərqdə hər hansı elmi və texnoloji tərəqqi sionist rejiminin əleyhinə yönələ biləcək hədələr kimi yozulur və təbliğ edilir? Məgər elm və tədqiqat istiqamətindəki səylər xalqların ilkin hüquqları deyilmi?
    Belə ehtimal edirəm ki, sizin tarixlə tanışlığınız var. Axı orta əsrlərdən başqa, tarixin hansı kəsiyində və dünyanın hansı yerində elmi və texnoloji inkişaf cinayət sayılmışdır? Məgər elmi nailiyyətlərdən hərbi məqsədlər üçün istifadə ehtimalı fərziyəsi elm və texnika əleyhinə çıxmaq üçün səbəb və dəlil ola bilərmi? Əgər bu cür nəticə çıxarmaq düz olsa, onda bütün elm sahələrinin əleyhinə çıxılmalıdır, hətta kimya, fizika, riyaziyyat, tibb elmləri, mühəndislik və s….
    İraq məsələsində yalan söylənildi. Bunun nəticəsi nə oldu? Mənim şübhəm yoxdur ki, yalan bütün bəşər ictimaiyyətində bəyənilməz və qəbul edilməz bir işdir. Cənabınız da istəmirsiniz ki, kimsə sizə yalan danışsın.
    İraq məsələsində yalan söylənildi. Bunun nəticəsi nə oldu? Mənim şübhəm yoxdur ki, yalan bütün bəşər ictimaiyyətində bəyənilməz və qəbul edilməz bir işdir. Cənabınız da istəmirsiniz ki, kimsə sizə yalan danışsın.

    Cənab Prezident!

    Latın Amerikasında yaşayan müxtəlif xalqlar, bu materikdə onlar tərəfindən seçilmiş hakimiyyətlərə münasibətdə müxalif mövqe nümayiş etdirilməsini və çevriliş etmək niyyətində olan qüvvələrin dəstəklənməsinin səbəbini soruşmaq hüququna malik deyillər. Nəyə görə hədə kölgəsi daima onların başları üzərindədir? Afrika xalqı çalışqan, yaradıcı və istedadlı bir xalqıdır. Onlar bəşəriyyətin ehtiyaclarının təmin edilməsi və maddi və mənəvi tərəqqi tapması yolunda əhəmiyyətli və dəyərli rola malik ola bilərlər. Afrikanın böyük bir hissəsinə hakim olan yoxsulluq və imkansızlıq bu rolun qarşısında bir maniədir. Bu xalqın bunu soruşmağa hüququ vardır ki, nəyə görə malik olduqları və böyük ehtiyac duyduqları zəngin yeraltı və yerüstü sərvətlər digərləri tərəfindən qəsb edilməlidir? Məgər bu kimi addımlar Həzrət İsa Peyğəmbərin təlimləri və insan hüquqları ilə uyğunluq təşkil edir?
    İranın şücaətli və mömin xalqının da çoxlu sualları var. Məsələn; 52 il bundan öncə mordad ayının 27-də (avqust ayı) baş vermiş çevriliş və o zamanki qanuni dövlətin çökdürülməsi, İslam İnqilabına qarşı mübarizə və minlərlə sənədə istinadən Səfirliyin İslam Respublikasının əleyhinə olan qüvvələrə dəstək verən qərərgaha çevrilməsi, İran əleyhinə müharibə edən Səddamın dəstəklənməsi, İranın sərnişin təyyarəsinin qəzaya uğraması, İran xalqının malının mənimsənilməsi, bütün İran xalqı ölkələrinin inkişaf və tərəqqisinə görə şadyanalıq keçirdiyi bir halda günbəgün artan hədələr və İran xalqının elm və nüvə sahəisndə inkişafı müqabilində nümayiş etdirilən nigaranlıq və qəzəb, eləcə də digər bu kimi məqamlar ki, onlara bu məktubda toxunadan keçirəm.

    Cənab Prezident!

    11 sentyabr hadisəsi dəhşətli bir olay idi. Bütün dünyada günahsız insanların öldürülməsi təəssüf və kədər doğuran bir haldır. Bizim dövlətimiz o zaman bu olayları törədənlərə nifrət hissi bəslədiyini bildirərək, hadisə nəticəsində dünyasını dəyişənlərin yaxınlarına və qohumlarına başsağlığı vermiş və onların dərdinə şərik çıxdığını diqqətə çatdırmışdır.
    Bütün dövlətlər öz vətəndaşlarının təhlükəsizliyini, malını qorumağa borcludurlar. Deyildiyi kimi, sizin dövlətiniz geniş təhlükəsizlik və mühafizə sistemlərinə malikdir. Hətta müxalifləri ölkənizin sərhədlərindən xaricdə də olsa belə qətlə yetirirsiniz. 11 sentyabr əməliyyatı sadə bir əməliyyat deyldi. Məgər bu əməliyyatın planlaşdırılması və həyata keçirilməsi təhlükəsizlik və mühafizə sistemləri ilə koordinasiya olunmadan və ya bu sistmelərdə geniş nüfuza malik olmadan mümükün olan bir iş idi? Əlbəttə ki, bu ağıla sığan bir ehtimaldır. Nədən ötrü indiyə qədər bu mövzunun aspektləri gizli saxlanılmışdır? Nəyə görə bu hadisədə kimlərin səhlənkarlığa yol verməsi məsələsi izah edilmir? Niyə hadisəni törədən və bu olayın baş verməsində günahkar olanlar aşkarlanaraq mühakimə edilmirlər?

    Cənab Prezident!

    Bütün dövlətlərin başlıca vəzifəsi budur ki, öz vətəndaşlarının təhlükəsizlik və əmin-amanlığını qorusunlar. Sizin ölkənizin xalqı və dünyanın böhran nöqtələri ilə qonşuluqda yerləşən ölkələrin xalqları illərdir ki, özlərini psixoloji cəhətdən təhlükəsiz duymurlar. Sentyabr olayından sonra bu hadisədən şiddətli təsirlənən və sarsıntı keçirən zərər çəkmişlər və Amerika vətəndaşlarının psixoloji durumunun sağaldılması əvəzinə, bəzi Qərb KİV-ləri təhlükəli atmosfer yaradaraq davamlı şəkildə terror aksiyalarının baş verəcəyi ehtimalından danışdılar və xalqı qorxu və vahimə içərisində saxladılar. Məgər bu addımlar Amerika xalqına xidmətdirmi? Vahimə və qorxudan irəli gələn ziyanı hesablamaqmı olar? Təsəvvür edin ki, Amerika vətəndaşları hər yerdə terror aksiyalarının baş verəcəyini ehtimal edir və küçələrdə, iş yerlərində və evlərində özlərini təhlükədə hiss edirdilər. Kim bu vəziyyəti qəbul edər? Nəyə görə KİV-lər əmin-amanlıq və təhlükəsizlik əvəzinə qeyri sabitliyi və təhlükəni aşılayırdılar. Bəziləri belə hesab edir ki, bu təbliğatlar Əfqanıstana hücum üçün zəmin yaradılmasına və bu addımın izahına yönəlmişdir. Bu arada medya fəaliyyətinə də toxunaq lazım gəlir. Mediyaya dair xartiyalarda, düzgün informasiyanın çatdırılması, xəbərin yayılması zamanı əmanətə xəyanət edilməməsi kimi məqamlar bir insani üsul olaraq qəbul edilmişdir. Bəzi Qərb KİV-lərinin bu üsula əməl etməmələrinə görə dərin təəssüflərimi bildirirəm. İraqa hücum zamanı əsas bəhanə bu ölkədə kütləvi qırğın silahlarının olması idi. Bu mövzu xalqların buna inandırılmasına, eləcə də İraqa hücum üçün şərait yaradılmasına qədər təkrarlandı.
    Saxta və yalan bir atmosferdə, həqiqət yox olmurmu?
    Məgər həqiqətin gizlədilməsi öncə qeyd olunan meyarlarla uyğunluq təşkil edir?
    Məgər həqiqətin Allahın dərgahında da itməsi mümkündürmü?
    Cənab Prezident!
    Bütün ölkələrdə xalq dövlətin xərclərini ödəyir ki, dövlət də bunun müqabilində onlara xidmət etsin. Belə bir sualım var ki, İraqa qoşun yürütmək üçün illik sərf edilən yüz milyardalarla dollar sərmayə xalqa nə kimi nailiyyətlər gətirmişdir?
    Cənabınız bilirsiniz ki, ölkənizin bəzi ştatlarında əhali imkansızlıq və yoxsulluq içində yaşayır. Minlərlə evsiz insan var. İşsizlik böyük bir priblemdir və bu problemlər az ya çox digər ölkələrdə də mövcuddur. Belə bir vəziyyətdə belə böyük qoşun yürüdülməsi və buna xalq xəzinəsindən sərf edilən böyük xərlər məgər izah ediləsi bir haldır və öncə qeyd olunan prinsiplərlə uyğunluqmu təşkil edir?

    Cənab Prezident!

    Deyilənlər dünya xalqlarının, regionumuzun və sizin xalqınızın bugünkü dərdlərinin bir hissəsidir. Lakin sizin də ən azı bir hissəsini təsdiqləyəcəyiniz sözlərim budur ki:
    Hakimlərin müvəqqəti dövranı var və həmişəlik deyillər, lakin onların adı və xatirəsi tarixdə qalacaqdır. Onlar yaxın və uzaq gələcəkdə daim mühakimə predmeti olacaqlar.
    İnsanlar deyəcəklər, bizim dövrümüzdə nə baş verib? Görəsən insanlar üçün təhlükəsizlik, rifah və asayiş yarada bilmişikmi, yoxsa təhlükə və işsizlik?
    Biz ədalət bərqərar etmək istəyirdikmi, yoxsa müəyyən qrupların maraqlarını təmin edirdik? Çoxlu insanları yoxsulluq və imkansızlıq içində saxlamaq bahasına çox az bir qrupu sərvətə və məqama çatdırdıq? Onların razılığını Allahın və insanların razılığından üstün tutuduq?
    Görəsən hər şeydən məhrum olan insanların hüquqlarını qoruduq, yoxsa onlara göz yumduq?
    Görəsən bütün dünyada insanların hüquqlarını qoruduq, yoxsa müharibə və ölkələrin daxili işlərinə qeyri-qanuni müdaxilələrlə qorxunc həbsxanalar yaradıb insanları ora atdıq?
    Görəsən dünyada əmin-amanlıq və sülh yaratdıq, yoxsa dünyaya hədə və zor kölgəsi saldıq?
    Görəsən öz xalqımıza və dünya xalqlarına doğrunu dedik, yoxsa gerçəkləri əksinə cilvələndirdik? Görəsən xalqın tərəfdarı idik, yoxsa işğalçıların və zalımların? Görəsən bizim hakimiyyətimizdə məntiqə, əqlə, əxlaqa, sülhə, öhdəliyə əməl etmək, ədalətin yayılmasına, insanlara xidmət, rifah və tərəqqiyə, insanlığın uca tutulmasına diqqət yetirilirdi, yoxsa silah gücü, hədə, təhlükə, insanlara biganəlik, xalqların inkişafını qarsını almaq və insanların hüquqlarının tapdalanması əsas yeri tuturdu?
    Və nəhayət deyəcəklər: Görəsən biz andımıza, yəni əsas vəzifə və öhdəliyimiz olan insanlara xidmətə və peyğəmbərlərin təlimlərinə əməl edirdikmi?

    Cənab Prezident!

    Dünya nə vaxta qədər bu vəziyyətə dözə bilər? Bu gedişlə dünya hansı istiqamətə gedəcək?
    - Nə vaxta qədər insanlar bəzi hakimlərin səhv qərarlarından irəli gələn ziyanı ödəməlidirlər?
    - Nə vaxta qədər kütləvi qırğın silahlarının toplanmasından irəli gələn qara bulud dünya xalqlarının baının üzərini alacaq?
    - Nə vaxta qədər uşaqların, qadınların, kişilərin qanı küçələrə axidilmalı və insanların evləri öz başlarına uçurulmalıdır?
    Siz dünyanın bugünkü vəziyyətindən razısınızmı? Düşünürsünüz ki, indiki siyasət davam etdirilməlidir?
    Əgər təhlükəsizlik və hərbi sahələrə, eləcə də qoşun yürüdülməsinə yönəldilən yüzlərlə milyard dollarla ölçülən xərclərinin əvəzində bu pullar geridə qalmış ölkələrdə investisiya yatırımına və inkşafına, səhiyyə sahələrinin inkişafı və müxtəlif xəstəliklərlə mübarizəyə, təhsil və zehni və fiziki potensialların səviyyəsinin yüksəldilməsinə, təbii fəlakətlərdən ziyan görmüşlərə yardıma, iş yerlərinin və istehsalın yaradılmasına, abadlıq işlərinə və yoxsulluğun aradan qaldırılmasına, sülhün bərqərar olmasına, ölkələr arasında ixtilafların aradan qaldırılmasına, etnik və irqi savaşların yatırılmasına və s… sərf olunsaydı, bu gün dünya hansı vəziyyətdə olardı? Belə olduqda sizin də dövlətiniz və xalqınız qürür və başucalığı duymazdımı? Sizin dövlətinizin və xalqınızın siyasi və iqtisadi mövqeyi daha da möhkəmlənməzdimi? Böyük təəssüflə deyirəm ki, görəsən dünya xalqlarının indiki zamanda Amerika dövlətinə bəslədiyi dərin nifrət və kin mövcud olardımı?
    Cənab Prezident! Mən kimsəni incitmək fikrində deyiləm.
    Əgər bu gün Həzrət İbrahim, İshaq, Yəqub, İsmayıl, Yusif və ya Həzrət İsa (ə) yaşasaydılar, bu hadisələrə necə qiymət verərdilər? Görəsən ədalət bütün dünyanı əhatə edəcəyi və Həzrət İsanın (ə) yaşayacağı qayıdış dünyasında bizim rolumuz olacaqmı? Bizi qəbul edəcəklərmi?
    Mənim əsas sualım budur: Görəsən insanlarla və dünya ilə rəftarda daha doğru yol varmı?
    Bu gün dünyada yüz milyonlarla xristian, yüz milyonlarla müsəlman və milyonlarla Musa (ə)-nın ardıcılları vardır. Bütün ilahi dinlər bir sözdə şərikdirlər ki, bu da Tohid kəlməsidir, yəni ondan başqa heç bir tanrı olmayan yeganə Allaha etiqad bəsləmək.
    Müqəddəs Quran bu müştərək kəlməyə təkid edərək bütün ilahi dinlərin ardıcıllarını dəvət edərək buyurur:
    (Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni qəbul edilən (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” (Ali-İmran 64)

    Cənab Prezident!

    İlahi kəlama əsasən hamımız tək olan Allah ibadət etməyə və peyğəmbərlərə tabe olmağa dəvət olunmuşuq.
    “Bütün dünya qüdrətlərindən daha qüdrətli olan və hər şeyə qadir olan Allah “,
    “Gizlini və aşkarı, keçmişi və gələcəyi, eləcə də bəndələrinin qəlblərindən keçənləri bilən və onları yazan Allaha”,
    “Göylərin və yerin sahibi və padşahığı bütün aləmi əhatə edən Allaha”,
    “O bütün aləmləri idarə edir və bəndələrinə məğfirət vədəsi verir”,
    “O məzlumların dostu və zalımların düşmənidir”,
    “O bağışlayan və mərhəmətlidir”,
    “O möminlərin dayağıdır və onları zülmətdən nura hidayət edir”,
    “O bəndələrinin əməllərinə nəzarət edir”,
    “O bəndələrini imana və salih işlərə dəvət edir və onlardan istəyir ki, haqq yolunda addımlasınlar və bu yolda sabit qədəm olsunlar”,
    “O bəndələrini peyğəmbərlərə itaət etməyə dəvət edir və onların əməllərinə şahid və nazirdir”,
    “Onun yanında pis aqibət yalnız dünya həyatını seçənlər, əmrlərinə tabe olmayanlar və bəndələrinə zülm edənlər üçündür” və
    “Onun yanında xoş aqibət və əbədi cənnət Onun əzəmət və məqamından qorxanlar və öz nəfsi istəklərinə uymayanlar üçündür”.
    Biz inanırıq ki, yalnız ilahi peyğəmbərlərin təlimlərinə qayıtmaqla səadət və nicat tapmaq olar. Eşitmişik ki, siz İsa (ə) peyğəmbərin təlimlərinə etiqad bəsləyirsiniz və Allahın vəd etdiyi kimi əməli-saleh insanların hakimiyyətinə inanırsınız.
    Biz də Müqəddəs Quranda dəfələrlə ehtiramla yad edildiyi Həzrət İsa Məsihi (ə) böyük ilahi peyğəmbərlərdən hesab edirik. Quranda onun belə bir kəlamı buyurulub:
    (İsa sonra belə dedi: ) “Allah mənim də, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!” (Məryəm 36)
    Bəndəlik və Allaha ibadət bütün ilahi peyğəmbərlərin şüarıdır.
    Avropada, Asiyada, Afrikada, Amerikada, Okeaniyada və bütün dünyada yaşayan insanların Allahı birdir. O, elə bir Allahdır ki, öz bəndələrinin hamısının doğru yolda və izzətli olmağını istəyir və insanlara kəramət bəxş etmişdir. İlahi kəlamda buyurulur:
    “… Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər…”. (Hədid 25)
    Bütün bu ayələr məzmun etibari ilə Müqəddəs Kitabda (İncil) da vardır.
    İlahi peyğəmbərlər vəd ediblər ki:
    Bir gün gələcək bütün insanlar əməllərinin yoxlanması üçün Böyük Allahın hüzurunda dayanacaqlar. Yaxşı əməl sahibləri cənnətə daxil ediləcək və pis əməl sahibləri ilahi əzaba düçar olacaqlar. Zənnimcə hər ikimiz belə bir günün gələcəyinə inanırıq. Lakin, hakimlərin əməllərinin yoxlanması asan olmayacaq. Ona görə ki, biz öz xalqımızın və əməllərimizin həyatına təsir edə biləcəyi bütün şəxslərin cavabdehliyini daşıyırıq. Peyğəmbərlər Allaha pərəstişə və insan kəramətinin qorunmasına əsaslanaraq sülh və əmin-amanlığı bütün bəşəriyyət üçün istəmişlər. Görəsən əgər bizim hamımız bu prinsiplərə, yəni tohidə və Allaha pərəstişə, ədalət və insanın izzət və kəramətinin qorunmasına və axirət gününə etiqad bəsləsək, dünyanın bugünkü problemlərinə qalib gələ və daha yaxşı və daha gözəl işlər həyata keçirə bilmərik? Bu problemlər ki, Allaha ibadətdən və peyğəmbərlərin təlimlərindən uzaq düşməkdən yaranıb.
    Bu prinsiplərə etiqad bəsləmək dünyada sülhü, dostluğu və ədaləti bərqərar etmirmi və bunların təzminatı deyilmi?
    Göstərilən prinsiplər əksər dünya xalqlarının yazılı və yazılmamış təlimləri deyilmi?
    Siz bu dəvəti qəbul etməzsinizmi? Peyğəmbərlərin təlimlərinə, tohid və ədalətə, insan kəramətinin qorunmasına və Allaha və Onun peyğəmbərlərinə itaətə həqiqətən də qayıtmazsınızmı?

    Cənab Prezident!

    Tarixə qısa bir baxış bunu göstərir ki, əgər hökümətlər zülm və sitəm yolunu tutsalar paydar ola bilməzlər. Allah bəşəriyyətin taleyini onlara tapşırmayıb. Allah dünyanı və insanları təkbaşına buraxmayıb. Dünyada kifayət qədər hadisələr vardır ki, hökümətlərin istək və tədbirlərinin əksinə baş verir. Hadisələr göstərir ki, varlıq aləmində işləri Öz iradəsinə uyğun şəkildə idarə edən daha qüdrətli bir varlıq vardır.

    Cənab Prezident!

    Bu gün dünyada baş verən dəyişiliklər inkar oluna bilərmi?
    Dünyanın indiki vəziyyətini 10 il öncə ilə müqayisə etmək olarmı? Dəyişiliklər sürətli və çox genişdir.
    Dünya xalqları mövcud vəziyyətdən razı deyillər və dünyada təsir gücünə malik bəzi hakimlərin vəd və bəyanatlarına daha az edimad edirlər. Dünyanın bir-çox bölgələrinin insanları qorxu hiss edir və müharibənin genişlənməsi əleyhinədirlər.
    İnsanlar varlılarla kasıblar və inkişaf etmiş ölkələrlə geridə qalmış ölkələr arasında mövcud olan fərqlərə etiraz edirlər. İnsanlar hər gün artan fəsada nifrət edirlər.
    Çoxlu ölkələrin vətəndaşları onların mədəni əsasları hücuma məruz qaldığı üçün, ailə bünövrələri dağıldığı, mehribanlıq və məhəbbət aradan getdiyi üçün nigarandırlar.
    Dünya xalqları Beynəlxalq qrumlara inanmırlar. Ona görə ki, onların hüquqları bu qrumlar tərəfindən qorunmur.
    Qərbin liberalizmi və demokratiyası bəşəri öz hədəflərinə yaxınlaşdıra bilməyib və bu gün bu iki məfhum məğlubdur. Dünyanın dərin düşüncəli və ağıllı insanları liberal demokratiya təfəkkürünün və nizamının dağılmaqda olan səsini aydın eşidirlər. Bu gün dünya xalqlarının diqqəti yalnız bir əsas mərkəzə yönəlib və bu mərkəz tək olan Allahdır. Sözsüz insanlar Allaha pərəstiş etməklə və peyğəmbərlərin təlimlərinə qayıtmaqla öz problemlərinə qalib gələ bilərlər. Mən sizdən ciddi şəkildə soruşuram: Siz bu yolda onlarla birlikdə olmaq istəyirsinizmi?
    Cənab Prezident!
    Biz istəsək də, istəməsək də dünya Allaha pərəstiş və ədalətə doğru hərəkət edir və Allahın iradəsi hər şeyə qalib gələcək.
    Salam olsun hidayət ardıcıllarına!

    Mahmud Əhmədinejad
    İran İslam Respublikasının Prezidenti

  65. Agsaqqal Emi yazıb:

    Ay Tinbala, men 2-dene CEnab Prezident abzachlarini oxumusham, soz verirem cavab vereceyem…

    Amma HAMIYA, deyirem, halal olsun, GUAM gyorushu e’la kechib. Men raziyam. Tamamile. ay camaat, ne olsun ki, Ukraina General Shtabinin rehberi Kirienko gelib Yerevana? NE OLSUN? Ne olsun ki, ermenilerle herbi sazish imzalayib? Eceb edib! He, ondan da elave, NE OLSUN KI, bu adam 1915 ermenilerin turkler terefinden toredilen “genosidine” hesr olunan heykele EKLIL QOYUB?
    Aye! GUAM! GU-AM! X( X( X( X( X(

  66. Most Known Unknown yazıb:

    Agsaqqala: xaxol ki xaxol da. Deyirem bu uraynalilar da dunene kimi taninmirdilar dunyada. Ele hammi rus bilirdi ollari da. Lobbileshe-lobbileshe tutdular ozlerini. Hee, Tinbalanin sherhindeki Ehmedinejad’in mektubuna gelende, sen ozuvu deyirsen, W.Bush’un ozu de hele 1-ci absatzini oxuyub qutarmiyib.

    Tinbala: ellerun var olsun bizimle paylashdigin uchun. Amma men sozun duzu inanmiram ki, bugyunku zamanede bu cur mektublarin dovletlerin siyasetine ve siyasetchilerine tesir gyucu olsun. Indi diyelim ki bizim Ilhambala da oturub Ehmedinejad’a el boyda bir mektub yazdi (ya da Allahshukur’e yazdirdi) ki,

    “Cenab Prezident,
    yadimnan chixdi bashda demek, Bismillahirrehmanirrehim,
    koroche, bu ne sohbetdi, Mehemmed Peygember bize bunu oyredib getdi ki, muselman muselmana komek etmek yerine, onun dushmeni kafir ermeniye komek etsin?
    Cenab Prezident, (isteyirem sizin mektuba oxshadam)
    meger dinimizde bele bir shey var ki, muselman muselmanin torpaqlarini ishgal edenden sonra orda yashayan ehalini oz dilinde danishmagina pis baxib, oz dillerinde tehsil almaqlarini qadagan edib, onlari assimilyasiya ede? Adam kishi olar, cenab prezident, tarakan sohbetini size hech yarashdirmadim? Begem bizim dinimizde bele shey de var?
    Cenab Prezident,
    ne bashivuzu agridim, verun xoshluqla bizim Azeri torpaqlarimizi geri, ve qirin ordaki hemvetenlerimizin boyundurugunu. Yoxsa Allah qarshisinda cavab vermeli olacaqsiniz.
    Salam olsun panyatkali siyasetchilere.

    Ilhambala Eliyov
    Shimali Azerbaycan’in Prezidenti”

    He, deyirsen bu mezmuna oxshar mezmunda mektubu oxuyan Ehmedinejad Ilahi edaletin qorxusuyla Cenubi Azerbaycan’i qaytaracaq bize? (!) Ve ya ordaki hemvetenlerimize zulm etmekden el chekecek? Mence shaqqanaq chekib gyulecek, nece ki Bush da gyulur bu deyqe.

  67. beni adem yazıb:

    bele deyirler ki,George Bush Ag evin tenha bir gushesinde bu nameni (nesihetnameni)oxuyannan sonra bashi ellerinin arasinda diz cokerek honkur-honkur agliyib,emellerinnen cox peshman olub,ve hemin anda Irannan uzr isteyib,Efganistanda ,Irakda olan koalisyon guvvelllerin ordan cixarilmasi emrini verib,bunnan sonra butun dunya olkeleri,xususen de yaxin shergle ancag temiz ve gerezsiz sulh siyaseti aparacagina dair soz verib, hetta muselmanciligi gebul etdiyi baresinde xeberler gezir.
    Salam olsun ,Ehmedinejatin nesihetlerinnen ibret dersi alib ,hidayete gelenlere…

  68. beni adem yazıb:

    Adam,menim movgeyim birmenalidi,beli azerilerin bu cur reaksiya vermeleri tebiidir,haglidir,yerindedir hetta gecikib de.esasen de bu gun muharibe ehtimali cox boyukdu,hindi nece deyerler, ara garisib ,mezheb itib,yatmag vaxti deyil.muharibe yalniz o tegdirde olmaya biler ki,Iranda rejim kokunnen deyissin,yox eger bele davam edecekse gec-tez Amerika Irani vuracag.Onda biz azeriler Amerikanin yaninda olmasag,basimiza cox boyuk musibetler gelecek.nece ki,Turkiye muhafizekarlarinin ugursuz siyaseti ucbatinnan , Irakda turkmenlerin elleri gollari baglandi,baslarina neler getirdiler,ama basdan beri amerikanin destekleyen hiyleger kurdler ,neinki hakimiyyete geldiler, Irakda Kurdustan eyaleti gurdular,tarix boyu turk seheri olan Kerkuku kurd seheri adlandirib ozlerine paytaxt etdiler,yerli turkmenlere ise gez verib ishig vermirler.nezerive catdiriram ki,eyni ssenarini kurdler Iranda da hazirliyirlar,eger azeriler amerikani yaninda olmasa ,kurdler olacag,bir de onlarin iran kurdustani adlandirdiglari xeriteye bax,gor ne geder Az.sheherini saliblar ora.Urmiyyede,Makuda bas veren hadiselere bax,gor kurdler ne siyaseti aparirlar.Ayig olmag lazimdi.

  69. TinBala yazıb:

    Proqnozum belədir, çox xahiş edirəm oxumayın, maraqsızdır:

    Deməli, insanların dilini, azadlığını, ən əsası böyük dəyər olan demokratiyasını əlindən almış, amma dini, mənəvi dəyərlərlə basdırmış, heç kimə, nə Amerikaya, nə Avropaya və nə də digərlərinə möhtac olmamış, müsəlmanlar avamdı, müsəlman ölkələri cahildir deyildiyi anda, atoma artıq sahib olmuş İranın bu il süquta uğraması gözlənilir. Amerika okeanın o tayından gəlib, əməlli başlı demokratikləşdirdiyi Vyetnamdakı, Kambodcadakı, Yaponiyadakı (Xerosima-Naqasaki), Əfqanistandakı və İraqdakı kimi İranı da xaraba, viran qoyaraq insanlıq faciəsinə demokratik şəkildə imza atacaq. Yenə demokratikcəsinə milyonlarla insan qətl olunacaq, şəhərlər, tarixi abidələr, təbiət məhv ediləcək. Və bizim ordakı qanımızdan, canımızdan olan azəri-türkləri də öz nəsibini alacaqlar, deyəsən. Amma yox, Amerikanlar yeni silah kəşf ediblər, hansı ki, həmin silah farsla, azərini ayırd edəcək və bizimkilərdən qırılan çox cüzi olacaq. Hər halda İran xalqı azadlığına və demokratiyasına nail olacaq, əsas məsələ də budur. Və Cənubi Azərbaycanla, hazırki Azərbaycan birləşəcək. Orda sağ qalan millət də heydərizmin quluna çevriləcək. Onlar da AZTV-yə baxacaqlar, dəqiq, qərəzsiz və vicdanlı ANS-tvni izləyəcəklər, həsrətlə gözlədikləri dillərinə qovuşacaqlar, Heydər Əliyev adına Fond onların dilində məktəblər açacaq, onların da Siyavuş Novruzov, Bahar Muradova, Zahid oruc kimi dahi millət vəkilləri olacaq. Onların da “Xalq qəzeti”, “Respublika” qəzeti, bulvar qəzeti olan “Oxu Məni”, “Aysel” və “Elman” jurnalları olacaq. Təbrizdə, Urmiyada, Ərdəbildə və s. cənub şəhərlərində Heydər Əliyevə abidələr, heykəllər, muzeylər, küçələr, məhəllələr, pirlər açılacaq. Oralara da bizim hazırkı sevimli İcra başçıları təyin olunub, xalqla mehribancasına, səmimiyyətlə davranacaq. Hal-hazırda İrandakı iqtisadiyyat lap yerin dibindədi, hətta o səviyyədə ki, benzin su qiymətinədir. Onu tez-bazar qaldıracaq və əhalinin rifahını yüksəldəcəklər. Dinləri, imanları, çarşabları da olmasa demokratiyaları, azadlıqları, insan haqqları, Avropa standartlarına uyğun həyatları, ABŞ demokratiyası, Əfqanistanda, İraqda müsəlman ana-bacılarımızı zorlayan Amerika əsgərləri, Qunatanamo və Əbu-Qüreyb həbsxanalarında yaşanan vəhşiliklər və Amerikanın diqtəsi mütləq şəkildə olacaq. 8 milyonu dolandıra bilməyən, millətinin 2 milyonu Rusiyada, nə qədəri Türkiyədə, Avropada və digər qitələrdə, qadınları Dubayda güclü ticarətlə məşğul olan İlham əkə cənublu soydaşlarımızı bağrına basacaq, bir milyon qaçqınla qucaqlaşa-qucaqlaşa yaşayacaqlar, Qarabağ problemində “lazımı” gözləyəcəklər. Bir sözlə Azərbaycana xoş və səfa gətirəcəklər…

    Necədir, əziz dostlar? Məncə bəyənilsin!

  70. beni adem yazıb:

    Heyatda hec bir shey asan elde olunmur,muharibe ise gurbanlar teleb edir.istenilen halda biz Amerikanin yaninda olmaliyig,elbet ki,Amerika Iranin hansi sheherlirini vuracagini yaxshi bilir.

  71. Agsaqqal Emi yazıb:

    Tinbala, en son yazdighinin 1-ci setrini oxudum, yazmisan OXUMAYIN, men de oxumadim, amma son setir deydi gyozume, dedin NECEDI? MEN NE BILIM NECEDI? OXUMADIM KI! ;)
    Amma, duzdur, oxuyacaqlar, baxacaqlar, amma qorx ki, Ermeniler desinler ki, vashe ora da bizimdi… :)

  72. TinBala yazıb:

    [Sitat alınan şərhin nömrəsi #658]

    Ay sağ ol, bunu de də rəhmətdiyin nəvəsi. De ki mən Amerikanı dəstəkləyirəm. O Amerika ki, demokratiya, insan haqqları adına Yaponiyaya bomba yağdırdı, Vyetnamı darmadağın elədi, Əfqanistanı yerlə-yeksan elədi, İraqı viran qoydu. Nə qədər insanlığın qanına bais oldu. Amerika hara demokratiya gətərib? Dəqiq cavab verin. Demokratiyanı dəstəkləyir Amerika? Sabah İrana hücum eləsə Azərbaycanı birləşdirəcək? Necə də ABŞ-ın laylasına uymusun ee? Amerika Azərbaycanın birliyini istəyirsə ilk növbədə ərazi bütövlüyünü tanıdığı Azərbaycanın Qarabağını qaytarsın da. :) Amerika demokratiya tərədarıdırsa nə üçün heydərizm monarxiyasına dəstək verir? Niyə İlham Əliyev 3 il prezidentlikdən keçəndən sonra, işi düşən kimi Amerikaya dəvət olundu?
    Və sonda Amerikanı dəstəkləyən tindaşım. Boş-boşuna kiməsə şərəfsiz, namussuz, alçaq damğası vurmağa nə var ki. Mən isə faktlarla, əsaslarla danışıram. Yuxarıda sadaladığım dövlətlər (halbuki onlar bəziləridir və yaxın tarixdə baş verənlərdi, o biriləri sadalamıram) və orda baş verən hadisələr, insanlığa, tarixə, təbiətə, ümumilikdə dünya həyatına vurulan zərbələr əyani sübutudur! İndi isə bu linkə tıqqıldat və bax! Təriflədiyin və dəstək verdiyin demokratiyanın, insan haqqlarının deşiyi Amerika Birləşmiş Ştatlarının siyasəti və məqsədi. Çox xahiş edirım qadınlarımız baxmasınlar. Onu da qeyd edim ki, orda olan şəkillər sadəcə üzdə, əldə olanlardır. Nə qədər bu şərəfsizlərin insanlığa, müsəlmanlara qarşı işkəncələri, təcavüzləri, zorakılıq hərəkətləri var ki, onlar nə lentə alınıb, nə fotolarda öz əksini tapıb amma yaşanıb, yaşanır və yaşanacaq! Nə qədər ki,sizin kimi düşünən və dəstək verən müsəlmanlar var! Allah insanlığa qarşı zülm edənlərə lənət etsin!

  73. beni adem yazıb:

    Tinbala,evvela elhamdulillah bizler de muselmanig,Amerkanin besheriyyete ve islam dunyasina neler etdiyinnen de xeberimiz var,her sheyden evvel bir insan kimi ,bu hadiselere nifretimiz sonsuzdur,demokratiya ve insan haglarinnan dem vurarag maddi maraglarini temin etmek ucun her cur hiylegerliye ve geddarliga el atdiglarini bilirik,ele varisin ora devet olunmasi da ,buna bir misaldir,niye cunki neft varisin elindedir.bu bele
    reallig odu ki,bunlar Irani da vursa, biz Irak muharibesinnen gabag Turkiyenin movgeyini secsek,ordaki hemvetenlerimizin ne gune galacaglarini fikirlesmisenmi?
    bir de sene meslehet eliyirem ummet ve millet mesellelirini garisdirma,ummet ,din ,iman deyerek ordaki gardaslarimizi “ozununku”lesdiren farslasdiran ,molla rejiminin siyaset xetti de budur.

  74. Agsaqqal Emi yazıb:

    TinBala, Amerika ne uchun senin (ve menim, hamimizin) Azerbaijanini birleshdirmelidir? NE UCHUN? Onun MARAGHI nedir? Senin lobbiistlerin onun cibine pul basib? ya ne edib? HECH NE.

    Ele elimiz goyde ondan bundan xilas dilenirik, elemeyende de soyuruk onlari ki hay yetim qalsinlar…

    Bir daha deyirem, Amerika NE EDIR OZ MARAGHI UCHUN EDIR. Senin, ermeninin, yehudinin maraghi onu MARAGLANDIRMIR. Kim cibine lobbiizmle pul basacaq, onun da terefini tutacaq.

  75. Most Known Unknown yazıb:

    Heeeee, Tinbala, yazini yazdigin zaman biraz heyecen dolu oldugun uchun basha dushurem seni, amma qadinlarimizin baxmamasi uchun gerey link’i qoymamishdan evvel yazaydin ki “qadinlarimiz baxmasin.”

    Ikincisi de burda yazinlanlar sehv yone yozulur. Burda kimse Irani sevmirse o demek deyil ki Amerikanin siyasetini destekleyir. Syozun cani budur ki, Iranlilar da muselman ola ola muselmani (Cenublu Azerileri) mitinqlerde vehshicesine oldurur, dar agacinin altina chekir. Ve sen de, men de bilirik ki, Islam dininden xeberdar olanla xeberdar olmayanin Qiyamet gyunu sorgu-suali da bir olmayacaq ve muselman muselmani oldurduyu uchun belke de xristiandan daha boyuk cezaya mehkum edilecek. Onu Bir Allah bilir!
    Yene sohbet gelib chixacaq Fars-Ermeni dostluguna, amma bunu basha dush ki, Iran Ermenistani bize qarshi savashda desteklediyine gore men Xocali videosuna baxanda Iranlilari da bu felaketimize sebeb gorurem. Indi sen mene de, bu shekillerdeki Dinden bixeber Amerikanlarin toretdikleri ile Xocaliya ortaq “dindar” Iranlilarin bashindaki sariqdan bashqa ne ferqi var???
    Ve nehayet son cumlene qoshuluram ve elave de edirem ki, “Allah insanliga qarshi zulm edenlere, o cumleden Muselmanchiliq ugruna Muselmanin qanini tokenlere min lenet etsin!”

  76. TinBala yazıb:

    Aha indi müsəlman olduq? Bayaq Amerikanın yanında olaq deyirsən, sonra da Amerikanın şərəfsizliyindən yazırsan. İndi hansından olaq? Qatıq qaradır, yoxsa ağdır? Bir qərar verin də. Sübutlar, faktlar gələn kimi Amerika şərəfsiz oldu? Şərəfsizin yanında olub biz də şərəfsiz olaq?? Axı İranda 40 milyona yaxın soydaşım var. Bundan əlavə 90 milyona yaxın müsəlman var. Bundan da əlavə orda insanlıq var. Bunu necə istəyə bilərik ki, Amerika ora hücum edib, viran eləsin? Tək bu hadisədə deyil, Amerika digər dövlətlərə də hücum etsə eyni münasibəti göstərməliyik! Çünki etdikləri ancaq və ancaq Amerika və onun xalqının mənfəətidir! Yaxşı, sən deyən olsun. Allaha və Onun Qurani Kəriminə görə ilk növbədə insanın əqidəsi gəlir, inancı və imanı gəlir. İslamda millətçilik haramdır! Millətini sevmək başqa şeydir, millətçilik etmək başqa. Most da yuxarıda yazıb ki, ay nə bilim azəriləri orda qırırlar, dillərində təhsil yoxdur, məktəb yoxdur! Qardaş, Təbriz universitetində Azərbaycan dilində kafedranın olduğunu bilirsən? Bilirsən İranda nə qədər azəri dilində qəzet, jurnal, dərgilər çıxır? Hardan biləsən e? Bizim sionizm qoxusu gələn medianı oxuyub, tv-ləri seyr edəndə ancaq və ancaq Ermənistana yardımı eşidəcəksən və orda azərilərin qırılmağını. Sənin öz hakimiyyətin Ermənistana qaz ötürürsə (bunu heydərizmə dəstək verən Amerikanın senatoru deyib), 20% torpağı 14 ildir erməninin əlində, 6000-dən çox əsiri erməni qoynunda saxlayıb “lazımı” gözləyirsə, Bakıda, Sumqayıtda Ermənistandan gələn yağ, un və digər ərzaq malları satılırsa, Bakıda 30 min erməni yaşayırsa (rəsmi məlumata görə), azərbaycanlılar xaricdə ermənilərlə cici-bacı olursa, Təbrizin özündə azərilər onlarla al-ver edirsə şovinist fars rejimi dediyimizdən nə gözləyək axı? Özümüz çirkab içində olub, başqasına hamamın yolunu göstəririk!

    P.S. Yadda saxlayın Dini lider Ayətullah Xamneyi türk, prezident Əhmədinəjad türk, Milli Məclisin sədri Qulaməli Həddad Adil türk. O karikaturu çəkən alçaq ilk növbədə bunları təhqir edib! Və layiqli cavabını alıb. Bu Amerikanın oyunudur, İranın başına at təpməyib ki, bu cür kritik dövrdə öz içində milli münaqişə yaratsın. Bir az məntiqli olun da bəylər.

  77. Agsaqqal Emi yazıb:

    Olenlerin rehmetlik, TinBala, PS-den evvelki yazilari yazmisan ha, son 3 cumleni… Bax, he! Xoshum geldi… Odey, bu defe de Ermenistanda duzeldilmish, cherez Gurcustandan Irana, oradan da Azerbaijana gelen Araqlarin qarshisini aliblar. HE! Indi a bey! Burada da Amerikanlinin qolu var? :) Bunu ki ozumuz edirik. Amerikanlidan daha onda ne gyozleyesen? :)
    O Kirienko da Bakidadi, gyozunuz aydin olsun!

  78. beni adem yazıb:

    Tinbala,o birisin bilmirem ama ne Xamneyi ne de Ehmedinejat turk deyil.hardandi sende bu faktlar?
    senin Iran hagginda optimist fikirlerin esassizdir.oz aramizdi,sen Iranin Qum seherinde medrese tehsili almamisan?

  79. TinBala yazıb:

    Most sən canı sünni əqidəsini kənara qoy, real yanaş məsələlərə. :) AXC hakimiyyəti dövründə Qarabağda döyüşlər gedən zaman Əbülfəz qalxıb deyirsə ki, “Saqqalımı Bakıda isladıb, Təbrizdə qırxıcıyam”, sən nədən danışırsan? Bizə qardaş olan Türkiyə hakimiyyəti də yadımızdadır da o zaman. Turqut Özalın çıxışını yazım bura? Göstərim sənə millətçilərin lideri Türkeşin Petrosyanla gizli görüşünü? Qarabağ savaşında İran Ermənistana kömək edib? Hanı sənin əsasın, faktın? Yaxşı da, niyə lazımdır sübütümuz, əsasımız olmadan yalan danışmağımız? Kimi harda, asıblar, kəsiblər? Bu gün qəzetlərdə son mitinqlərdən ölənlərin sayını biri 14, biri 18, biri 24 yazır. Hamısı da yalandır. Hanı ölənlərin şəkilləri? Azərbaycanın İrandakı səfiri ölənin olmadığını bəyan edib. Dünən Paltalkda bir otaqda həmin mitinqlərdə iştirak etmiş azərilər danışırdı. Biri başladı ki, heç kəs ölməyib, filan. Digəri gəldi ki, artıq bir şəhəri əlimizə almışıq, İran rejimi dağılır. Günaz tv-dən canlı yayımı səsləndirirdilər. Deyir, ilk öncə məscidlərdən başlamalı, oraları dağıtmalıyıq. :) İndi sən də, dar ağacından asıblar, İran ermənini dəstəkləyir müharibədə filan. Sən bilirsən ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk 3 dövlət hansılardı? Yazdıqlarımı diqqətlə oxuyub, suallara cavab verin. Çək-çevir və demaqogiyadan bir şey çıxmaz.

  80. TinBala yazıb:

    [Sitat alınan şərhin nömrəsi #666]

    Yazdığımı hər cənublu soydaşımızdan soruş desinlər sənə. Əhmədinəjadın Bakıda azəricə danışmağını eşitmədin yəqin. Eyb etməz, buyur bu da fakt. 15-ci abzası oxu.

    Bəni Adəm tindaşım, yaxşıdır da bu qədər ittiham irəli atdınız faktsız, əsassız. İndi də Qum şəhərində oxuyan tələbə oldum. Yox tindaş. Mən indi Tehrandayam. İranın Haqqlarının müdafiəsi komitəsinin sədriyəm. :) İran və Amerika haqqında fikirlərim əsassız və boşboğazlıqdır. Gətirdiyim və göstərdiyim faktlar da eyniylə. Hamınıza uğurlar, tindaşlarım! ;)

  81. Most Known Unknown yazıb:

    Tinbala, sen de qarshi chixacagin fikirleri ayird edib sonra yazirsan:)
    Munasibetivi bildirmedin benzetmeye: Men dedim ki O shekillerdeki Amerikanlarin elediyi ile Xocaliya ortaq olan Iranlilarin ferqini men shexsen gormurem.
    Ermenistanla ticareti burda hech kim desteklemir, ay qardash. Heyderizmin mehsuludursa bu, heyderchiliye qarshi olmasaydiq burda olmazdiq.
    Tebrizdeki Azerilerin Ermenilerle alish verishini yazirsan. Bu ki gormagorun siyaseti deyil, senin Iranlilarinin emeyinin behresidir ki, ordaki azerileri yoldan chixarda bilibler. Biz de buna qarshiyig da bes!
    Bir de sadaladigin adamlar turkdu? Chixib achiq aydin desinler ki biz turkuk. Indi biz onlari sevmeliyik buna gore. Tarixi faktlara gyore Hitler de bir terefden Yehudi olub. Indi Israil’de Hitlere heykel goymalidilar?
    Yene yaziram, burda beni_adem leqebli tindashimiz da defelerle beyan edib, Amerikanin yaninda olmagin ancaq bir sebebi olmalidir o da Irani parchalayib soydashlarimiza qovushmaq. Kurdler qeder de siyasetden bashimiz chixmir yeni?! :o

  82. Agsaqqal Emi yazıb:

    Most, yaxshi gelmishdn, son 2 cumlene kimi… 1, Amerika cenubi Azerbaijani hech vaxt vermeyecek, vermek istese de, Azeriler bunu gyormeyecek, chun Iran bunu bilen saniye, 3 - 4 eded strateji yerlere strateji bomba, ve getdi SHUREVI AZERBAIJAN… Onda sene Amerika komek ede bilmeyecek…

    2. Kurdustan olmayacaq onsuz da, olsa Turkler darmadaghin edecekler, danishiqlar Amerika ile olub ele ki, yaxshi, avtonomiya IRaqin ichinde ne bilim nemene, AMMA SUVEREN DOVLET OLA BILMEZ.

  83. beni adem yazıb:

    Tinbala,hirslenme ginen,sadece olarag senin bezi fikirlerin ,orda din tehsili alib gelen ( eslinde Imamlarin gemli revayetleri ve Xamneyinin heyatinnan basga 1 sey bilmeyen) insanlarin fikirleri ile ust-uste dushduyu ucun sene o suali verdim.
    o ki,galdi bunlarin defelerle turk oldugunu yazirsan,evvela men inanmiram,he lap sonrasi da turkduler,neyniyibler turkluk adina?
    Iranin az-ki sefiri de turkdu,noolsun?sapi ozumuzden olan balta meseli belelerine aiddir.
    Most,Allah olenlerive rehmet elesin,axir ki,meni basha dushen tapildi

  84. Most Known Unknown yazıb:

    Hee Agsaqqal, deyir Moskvani bir gecede tikmiyibler ha! her shey yavash yavash olur. Bu Amerikanlarin bir xoshuma gelmiyen ifadeleri var ee, “rebuilding a nation”. Bekem bize de o zaddan lazimdir. Onsuzda Iraqdaki Kurdler de bu gyunku veziyyetde Kurdustan dovletinin qurulmasinin mumkun olduguna inanmirlar. Onlarda da az yoxdur? Her sheyi zamanla duzeltmek olar prinsipini shuar edibler. Bu gyun avtonomiya, sonra biraz da gyuclenmek, Iran dagilsa biraz da ordaki Azeri torpaqlarindan qoparmaq, tam hazir olandan sonra da en gyuclu dushmenleri olan Turklere qarshi gelmek. Mence Iran parchalansa (ki, bunu arzuladigimi defelerce demishem), ordaki soydashlarimiza da avtonomiya verilse boyuk bir sheydir. Hech olmasa indilik Dunya xeritesinde Azerbaycan adli yer artmish olar. Bununchn de gyuclunun yaninda yer almaqdan bashqa chare yoxdur.
    Iranin stratejik bombalamasina gelende ise, ona nese inanmagim gelmir. Seddam’in da kifayet qeder vaxti vardi Kurdleri bombalasin. Etmedi. Tem bolee, Tinbala demish, Ehmedinejad, Ayetullah ve diger bashbilenleri Azeridir axi (!), onlar bele ish tutmaz;)

  85. Most Known Unknown yazıb:

    Beni Adem: cemi olenleruve rehmet.

    Tinbala, bu sohbet biraz uzadi deyesen. Men isterdim sohbeti Din movzusuna chevirem. Sence bu gyunku