Siyasi lətifələr - 2 Karikatura - 10
May 18

Dahi və ümummilli tindaşlar. Bu gündən etibarən tinimizdə mütəmadi olaraq “Tin Xəbərlər Agentliyi”nin müxtəlif sahələrə uyğun xəbərlərini oxuya bilərsiniz.

Siyasət.

Bu gün “Heydər Əliyev və hamamçılıq irsinin davamlı inkişaf strategiyası” mövzusunda konfrans keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən YAP sədrinin müavini Əli Əhmədov Azərbaycanın müstəqilliyinin əbədi olmasında, bölgədə və dünyada nüfuzunun artmasında H. Əliyevin xidmətlərindən danışıb. Ə. Əhmədov bildirib ki, hamamçılıq prinsiplərinin davamlı inkişaf konsepsiyası H. Əliyevin adı ilə bağlıdır. Məhz Əlirza Əliyevin oğlu olması baxımından səciyyəvidir. Onun sözlərinə görə, H. Əliyev irsinin dərindən öyrənilməsi üçün bu tipli tədbirlər ənənə halını almalıdır. Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyevin sabunqayırma fabrik, sexlərinin açılması bu yöndə atılmış ən uğurlu addım kimi qiymətləndirilib. Həm yeni iş yerlərinin açılması, həmçinin bu irsin qorunması baxımından. Konfransda dövlət rəsmiləri, millət vəkilləri və ziyalılar iştirak ediblər.

***

Dünən Beynəlxalq Mətbuat Mərkəzində bütün müxalifət liderlərinin birlik toplantisı keçirilib. Ancaq və ancaq hal-hazırki hakimiyyətə qarşı mübarizə apardıqlarını bildirən müxaliflər, ən sonda müxalifət düşərgəsini sevindirəcək qərar qəbul ediblər. Belə ki, yeni “Müxalifətin Əbədi Birliyi”, “MƏB” blokunu təsis ediblər. Razılaşmada o da bildirilir ki, blokdan ayrılan partiya avtomatik olaraq iqtidar partiya sayılacaq.

Ordu.

NATO-nun Sülhməramlı Qüvvələri təşkilatı Azərbaycan Milli Ordusunu əsrin ən güclü və sülhpərvər ordusu nominasiyasına layiq görüb. Məlumatda o da bildirilir ki, 20% torpağı işğal altında olmasına baxmayaraq 12 il ərzində atəşkəsi pozmayan Azərbaycan əsgəri, bundan sonra da pozmaq fikrində deyil. Ermənistan ordusu isə ən pis ordu kateqoriyasına layiq görülüb. Utanmaz-utanmaz torpaqları işğal etməklərinə baxmayaraq, üstəlik atəşkəs sazişi imzalanandan bəri təxmini 5 mindən çox Azərvaycan əsgəri öldürüblər.

Səhiyyə.

Mayın 1-i Əli İnsanov, Fərhad Əliyev və Fikrət Yusifovun səhhəti qəflətən ağırlaşıb. Həbs olunandan bəri səhhətlərinin çəkisi aşağa düşməyən sabiq məmurlar, Heydər Əliyevin qızının toyunda iştirak edə bilmədikləri üçün qarınağrısına tutulublar.

Mədəniyyət.

Türkiyənin “Kanal D” telekanalının “Benimle dans edermisin” yarışmasından ümummilli prezident İlham Əliyevə təbrik və dəvətnamə gəlmişdir. Yarışma idarəçiləri İlham Əliyevin öz qızının toyunda oynadığı havaya valeh olduqlarını bəyan edərək, bu cür şahanə, möhtəşəm rəqs etdiyinə görə təbrik ediblər. Daha sonra prezidenti həmin verilişdə iştirak etmək üçün dəvət ediblər.

Şou-biznes.

Dünyanın ən məşhur jurnallarından sayılan „Playboy“ jurnalı ulu öndər Heydər Əliyevin varisi İlham Əliyevi „Kainatda İlin Adamı“ kateqoriyasına layiq görərək təltif edib. Prezidentə bir paket „Playboy“ jurnalı və adının çəkilməsini istəməyən əşya hədiyyə edilib.

Maraqlı xəbər.

Dünən Əli-Bayramlıda qəribə hadisə baş verib. Heydər Əliyevin büstünün qoyuluşu zamanı bir neçə Əli-Bayramlı sakini piket keçirib. Əvvəlcədən hamını çaşqınlığa salan və bütün mətbuatda sensasiya yaradan hadisənin sonradan əsas məğzı ortaya çıxıb. Əli-Bayramlıların etirazı, “nə üçün digər bölğələrə ulu öndərin bütün heykəli, amma bizim rayona isə ancaq büstü qoyulması” olub. Əli-Bayramlı sakinmi: “ Ə nə üçün başqa irayonlara kişinin bütün bədənini yamımırlar, bizə isə başınnan qarnına qədər hissəsi qismət olur. İrəhmətlik demədi ki, “Mən ömrümün qalan hissəsini də xalqıma bağı.layıram? Əli-Bayramlılar bu xalqın övladı deyilmi? Bu hərəkətlə dövləti qınayırıq, bizi adam yerinə saymırlar. Və nə qədər ki, dahi rəhbərin bütün bədənini gətirib burdan asmayacaqlar, biz etirazımızı davam etdirəcəyik”!

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1 oxunma

Mövzuda cəmi 14 şərh var

  1. Adam yazıb:

    canim ucun, bu satirik xeberler bizim qezetlerinden ekseriyyetinden daha cox melumat verir adama. ;)

  2. Agsaqqal Emi yazıb:

    Mia Donna, Tinbala, Most Known, ayri deyerli tindashlar. Bir xeylaq once, bir movzudan danishirdiq, Bakida yashayan ermeniler… Indi men bu meqale ile uzleshdim, sizinle bolushub, sizin fikrinizi bilmek isterdim.

  3. Donna yazıb:

    Mio Zio, hansı məqalə ilə üzləşmisən ki? :-?

  4. Agsaqqal Emi yazıb:

    biy, men LINK elemishdim, gelmeyib ye’gin…

    http://www.day.az/news/politics/49002.html

  5. Donna yazıb:

    Zio, link üçün təşəkkur edirəm.
    Məqalədə razılaşdığım tək bir kəlmə belə olmadı. Ən sonda fikir verdim müəllifin adına və bunu əvvəlcədən anlamalı olduğumu yəqin etdim.
    Erməniləri talışlarla, ləzgilərlə, ruslarla bir tutmaq adı çəkilən milli azlıqlara böyük təhqirdir. Azərbaycanda tarix boyu ermənilər alçaqlıqlr ediblər, bunu hansı digər milli azlıq özünə sığışdırardı?!
    Azərbaycanda yaşayan ermənilər yazıq qurban kimi verilir. Bes kimin qurbanı olublar onlar? Bizim ya elə ermənilərin başlatdığı torpaq davasının?
    Özləri özlərinin “qurbanıdırlarsa” biz nəyə görə onlara rəhm edib burada saxlamalıyıq? Daha bir 31 mart soyqırımı yaşayaq deyə? Və nəyə görə ermənilər Ermənistanda bir nəfər belə azərbaycanlının vətəndaşlığına razı deyil? Guya ki, bu bizim xeyrimizədi. Biz hamıya necə humanist olduğumuzu göstəririk. Həqiqətən gülməlidir. Biz dünya bizə pis gözlə baxmasın deyə ermənilərə çörək verək, bütün dünya da yavaş yavaş erməni soyqımını tanısın. Bir sözlə axmaq siyasətdir!
    Əvvəllər bu tip yazıları görəndə dəhşətə gəlirdim. Bunlar kimdirlər, niyə belə yazırlar deyə. Amma artıq təəccüblənmirəm. Məzhəbi, əqidəsi olmayan bir para özünü intellekt dağarcığı elan edən “jurnalistlərin” müəyyən orqanların sifarişiylə yazdıqları təbliğat xarakterli məqalələrdir. Analoji hadisəylə yaxın keçmişdə, Ramil Səfərov işində rastlaşmışdıq. Bunlar damarlarında erməni qanı axanlardan qat-qat pisdirlər. Çünki ermənilər öz ideologiyaları uğrunda bizlərə qan uddururlar. Bunlar isə 5 qəpiyə görə millətini satırlar.
    Kiçik bir gərginliyi konfliktə çevirməməyi tələb edən bu “jurnalistin” törədilən bu qədər vəhşiliklərə gərginlik deməsinin səbəbini ancaq və ancaq gərginlik sözünün mənasını anlaya bilməməkdə görürəm.
    Mən əminəm ki, Joker və onun qəbiləsindən olan bu cür fikirli insanlar mən və mənimki insanları psevdopatriotluqda günahlandırıb, ura-patriot adlandırırılar. Bu cür insanlarla bu barədə söhbətim çox düşüb. Hansısa azərbaycanlını tərif edəndə onlar dəli olub, özlərindən çıxaraq onu söyməyə başlamış, hansısa erməniyə gözün üstə qaşın var deyəndə də eyni emosionallıqla onları müdafie ediblər.
    Amma bu məqaləni oxuyandan sonra mən əks-arqument kimi elə ermənilərin öz nümayəndəsi Davud Xeyriyanın “Xaç naminə” kitabından bəlkə də artıq çoxunuzun tanış olduğu qeydi gətirmək istərdim:

    Выдержки из книги Дауда Хейрияна “Во имя Креста”

    (На страницах 19-76. Он повествует о бойне в Ходжалы.)

    Страница 26: “…Этим морозным утром нам пришлось соорудить мост из мертвецов, чтобы пересечь в длину километровое болото близ Дашбулага. Я не захотел идти по трупам. Тогда подполковник Оганян подал мне знак, чтобы я не боялся. Это один из законов войны. Я ступил на грудь окровавленной девочки 9-11 лет и шагнул. Мои ботинки, брюки были в крови. И так я прошел около 1200 тел.”

    На страницах 62-63 автор пишет: “…2-го марта армянская группа Гафлан (занималась сожжением трупов) собрала около 2000 трупов поганых монголов (тюрков) и сожгла их отдельными кучами в километре к западу от Ходжалы. В последнем грузовике я увидел девочку лет 10, раненную в шею и руки. Пригляделся повнимательнее и увидел, что она тихонько дышала. Несмотря на мороз, голод и полученные раны ребенок был еще жив. Я никогда не забуду глаза этого ребенка борющегося со смертью!

    Потом один из солдат , которого звали Тиграняном взял её за уши и поволок к куче уже облитой мазутом. Затем их подожгли. И тут я услышал как в этом массиве кто-то кричит, прося о помощи. Я не смог идти дальше. Но я хотел освободить от проклятых всеми святыми турков и Шушу. Поэтому я вернулся. А они продолжили свой путь во имя Креста …”

    “Во имя Креста”, Дауд Хейриян, Бейрут-2000

    Və daha bir qeyd. Bu dəfə Balayanın xatirələrindən. Əsirlərimizlə bağlı xatirələrindəndir:

    ВЫДЕРЖКИ ИЗ КНИГИ З.БАЛАЯНА “ВОСКРЕШЕНИЕ ДУШИ НАШЕЙ”
    “… но только армянин, сердце чего народа было вырвано и брошено в огонь горя, может испытать гордость и удовлетворение от этих строк.
    Я также занимался по велению чести гражданина и священного мужского долга расправой над этим смердящим монгольским отродьем.
    Когда мы с Хачатуром вошли в подвал где их держали, наши солдаты уже пригвоздили за локти ребенка к оконной раме. Чтобы он не делал много шума, Хачатур втиснул (при переводе так же запихнул ему в рот отрезанную грудь его убитой матери. Затем я сделал с этим 13-летним турком то, что его предки делали с нашими детьми. Я содрал него скальп и кожу с груди и живота. Он умер от потери крови через 7 минут. Я как врач по первой специальности - гуманист(?!) и потому не испытывал счастья от того, что сделал это с ребенком. Но душа мая ликовала от - того, что хоть на сотую долю отомстил за боль своего народа.
    Хачатур разрубил тело на части и кинул собакам, от каких этот турок был рожден. Вечером мы сделали то же еще с тремя из тюркского отродья. Но я исполнял долг армянина, патриота и гражданина. Хачатур тоже порылся потом. И я увидел в его глазах, а потом и у остальных борьбу мести и сильного гуманизма(?!). А затем майор Сурен , мой друг детства, сказал : “Мы не звери, но мы должны сохранять холодное сердце. Души жертв, павших от рук турков - палачей, должны быть успокоены.”
    На следующий день мы пошли в церковь, молились за души тех кто пал в 1915 году, и прося очистить наши души от той скверны, что мы видели вчера (видели или творили ?!). Но мы смогли очистить Ходжалы от той, другой, 30(?!) - тысячной скверны, захватившей эту часть нашей Родины.

    Затем у Сурена дома, пока его жена разливала Джемрук, Хачатур сказал усталым голосом : “Армяне обязаны освободить родную землю и продолжить восстановление величия Армении. На небесах нам это зачтется, и совесть будет чиста перед предками, ибо мы выполним долг. И я не смог не согласиться”.
    “Воскрешение”, Ванадзор, 1996, стр. 260-262

    Bu yazıları oxuyandan sonra, rica edirəm deyin, bunlarla yenidən necə birlikdə yaşamaq olar?!!!

  6. Conemi yazıb:

    butun tindashlara salam. Donna yazdigin bu parchalara gore cox sag olmu deyim sene ya ne duzu bilmirem. oxuyub ichim yandi ve bu alchaqlara qarshi nifertim bir az da artdi. men birinci kitab haqda eshitsem de ikincisi haqda hech melumatim yoxdur. eger netden bu kitablari tapmaq mumkunse xahish edirem yaz (ve ya ayri cur nece elde etmek olarsa onu yaz rica edirem)……
    o ki, qaldi yazilan linke, onu men de dunen gormushdum ama oxumamishdim. chunki adi chekilen saytda bu ne birinci ve mence ne de sonuncu meqale deyil bizim milli maraqlarimiza zidd fikirlerle dolu olan… bundan once de bele meqaleler yazmishdilar. hamisini da ele meqalelerinin icheriyi kimi gic-gici imzalarla…! men hele de basha dushmemishem ki, bu sayt kimin maraqlarina ishleyir??? Allah (c.c.) bizim millete komek olsun. bele menfur unsurlerden temizlesin inshaallah.
    p.s. hech yadimdan cixmir. orta mektebde oxuyanda edebyyat muellimimiz tez-tez deyirdi ki, bizim en boyuk gizli dushmanlarimiz dayilari ermeni olanlardir………….

  7. Agsaqqal Emi yazıb:

    Conemi, day.az-in shefi, bash redaktoru, Prezidentimizin yaxin dostu ve reputatimizdir. adi Vallah yaddan chixib, amma kechen il onun reklamini gyormek olardi ele on sehifede.

  8. Agsaqqal Emi yazıb:

    ConEmi,

    http://day.az/news/politics/33724.html

  9. Agsaqqal Emi yazıb:

    HAMINIZA DAHA BIR XEBER. Iran oldu Fashist dovleti :) neterdi sizinchun?

  10. Most Known Unknown yazıb:

    Agsaqqal, hmm, dushundurucudur! :-?
    Birce sheyi basha dushmurem, bu dovrde butun milletleri ozune qarshi chevirmeyin ne faydasi ola biler axi? :o

  11. Agsaqqal Emi yazıb:

    :) Bu guya DINI zaddir, ve fashistliye ve shovinizme hech bir GUYA KI meneviyyati yoxdur :) HAY HAY!

    ATil 1 chata gyorek! ;)

  12. K)iller yazıb:

    VAŞİNQTONUN “ŞİMALİ İRAN” PLANI…

    “ABŞ Dövlət Departamentində İranın parçalanması variantları müzakirə edilir. Bu plana görə, İranın şimal hissəsi (Cənubi Azərbaycan) Bakının nəzarətinə verilə bilər”. Bu sensasiyalı məlumatı Vaşinqtondakı mənbələrə istinadən “Namakon” Strateji Araşdırma Mərkəzi verib.
    Mərkəzin verdiyi xəbərə görə, kürdlərin yaşadığı rayonların da ayrıca subyekt kimi ayrılması planlaşdırılır.
    Müzakirələrdə həmçinin islam rejimini devirdikdən sonra İranda ABŞ-ın qeyri-rəsmi himayəsi altında diktaturanın yaradılması planı da var. Bu zaman İranın İslam İnqilabının keşikçiləri Korpusunun yenidən formalaşdırılması və onun bazasında qapalı hərbi ordenin yaradılması nəzərdə tutulur.
    Vaşinqton həmçinin İraqın indiki hökuməti ilə İran arasında hərbi münaqişənin yaranmasında maraqlıdır. Mərkəzin verdiyi məlumata görə, İran və İraq şiələrinin liderləri arasında parçalanma saldıqdan sonra amerikalılar bundan sonra Tehranın siyasi elitasına zərbə endirəcəklər.
    “Moskovskie novosti” qəzetinin yazdığına görə, İraqda olan yüksəkrütbəli ABŞ hərbçiləri artıq bu planı inkar etmirlər. “İran üçün bomba lazım olmayacaq. Azadlıq özü İraqdan İrana keçəcək”, - deyə ABŞ hərbçisi deyib.
    Fransanın “Le Monde dirlomatique” qəzeti isə bildirib ki, rəsmi Tehran artıq narahatdır və İrana qarşı hərbi əməliyyatlar təhlükəsi bu ölkənin siyasi elitasının aparıcı müzakirə mövzusudur.
    Qəzet İsrail və Pakistan rəsmi dairələrindən əldə etdiyi məlumatlara əsaslanaraq bildirir ki, amerikalı kommandoslar 2004-cü ilin iyulundan başlayaraq İrana hücum zamanı potensial hədəflər barədə məlumat yığırlar.
    Xüsusi xidmət orqanları yaxın zamanlarda bu obyektlərə dəqiq zərbələr vurmaq perspektivini inkar etmirlər. Pentaqon bu məlumatları təkzib etməyib. C.Buş NBS telekanalına müsahibəsində hədələyici tonda bildirib ki, ABŞ məsələnin diplomatik yolla həllinə ümid edir. “Amma mümkün olan heç bir varinatı istisna etmirəm”, - deyə o bildirib.
    “Mən İran xalqına bəyan edirəm: azadlığınızı əldə edəcəyiniz zaman Amerika sizinlə olacaq”, - deyə Buş bəyan edib.
    İranın müdafiə naziri Əli Şamxani isə bildirib ki, Vaşinqtonun hədələri onları qorxutmur və hərbi əməliyyatlar başlayacağı təqdirdə düşmən layiqli cavabını alacaq.
    Yuxarıdakı bəyanatla C.Buş faktik olaraq İrana ultimatum verib. Vaşinqton başlanacaq bu müharibənin ideoloji prinsiplərini də hazırlayır. Artıq Konqresdə “İranda azadlığı dəstəkləmə Aktı” adlı sənədin müzakirəyə çıxarılacağı gözlənilir. Bu isə BMT-nin İraqla müharibəyə yol açmış qətnaməsini xatırladır.
    Qanun layihəsində İranın hazırkı rejimi məsuliyyətə çağırılır, bu ölkədə neft layihələrində iştirak edən şirkətlər isə sanksiyalarla hədələnir.
    Lakin unutmaq olmaz ki, ABŞ-ın vitse-prezidenti Dik Çeyninin nəzarətində olan “Hallibörton” şirkəti artıq İranda fəaliyyət göstərir. Bu şirkət İranın cənub əyaləti olan Parsda qaz yataqlarının işlənməsi ilə bağlı böyük miqyaslı müqaviləni udub. Bununla da artıq ABŞ-ın İranın əsas sahələrinə ekspansiyası başlanıb.
    Bununla yanaşı, ABŞ mətbuatı Tehranı İraqda sabitliyin yaranmasına mane olmaqda və ərazisində “əl-Qaida” təşkilatının üzvlərinə sığınacaq verməkdə dayanmadan ittiham edir. Xatırladaq ki, İraqa müdaxilənin əsas arqumentlərindən biri də Səddam Hüseynin bin Ladenlə əlaqələrinin olması haqqında idi.
    Tehran müharibənin qaçılmaz olduğunu başa düşür və indi Avropa Birliyi ilə iqtisadi güzəştlərin müqabilində nüvə proqramlarını müvəqqəti dayandırmaqla bağlı apardığı danışıqlarla vaxt udmağa çalışır.
    ABŞ kəşfiyyat mənbələrinin məlumatına görə, rəsmi Vaşinqton var qüvvəsi ilə AB - İran danışıqlarını pozmağa çalışır. Bu danışıqlar iflasa uğradıqdan sonra Vaşinqton İranın potensial nüvə obyektlərinə zərbə endirməyi planlaşdırır.
    İrana zərbə endirmək istəyən ABŞ öz aviasiyasının bazaları üçün Gürcüstan və Azərbaycan ərazilərindən istifadə etmək niyyətindədir. Bu əməliyyatlarda ordu fəal iştirak etməycək. Əsas “stavka” xarici müdaxiləyə yox, yerli qüvvələrə ediləcək.
    ABŞ ənənəvi “xalq inqilabı” ssenarisindən istifadə etmək niyyətindədir. Lakin Ağ ev bu ssenari zamanı İranda inqilab etmiş köhnə inqilabçı kadrlar və onları dəstəkləyən ictimaiyyətlə üz-üzə gəlməli olacağını yaxşı başa düşür. Qərb kəşfiyyat mərkəzlərinin apardığı araşdırmalara görə, bu sektor cəmiyyətin altmış faizini təşkil edir.
    ABŞ bu kəsimə qarşı İranda qərbmeyilli dünyəvi ateistləri çıxarmaq perspektivlərini nəzərdən keçirir. Onlar isə İranda 18 faiz təşkil edir. Eyni zamanda, milli azlıqlar (30 milyon azərbaycanlı) və varlı yəhudi diasporu da radikal ictimai fikrə qarşı çıxarıla bilər. Bu siyahıya həmçinin 10 faizi təşkil edən dini azlığın nümayəndələri və demokratik islahatları dəstəkləyən 10 faizlik kəsim daxildir.
    Azərbaycanda isə siyasi dairələr İrana yönəlik ABŞ siyasətinin ölkəmiz üçün hansı fəsadlar verə biləcəyini ciddi götür-qoy edirlər. Hələlik rəsmi Bakı bununla bağlı hər hansı açıqlama verməkdən yayınır. Lakin mart ayında İrana qarşı başlana biləcək hər hansı təzyiq kampaniyası istər-istəməz Azərbaycan hakimiyyətini öz mövqeyini müəyyən etməyə məcbur edəcək. :-? :-? :-?

  13. Most Known Unknown yazıb:

    Hansi Mart ayindan gedir sohbet? :-?

  14. gürbetci yazıb:

    amerika garabagi ermenilerden azad etmekcin ittifak gurmur elbette bunu hamimiz basa düsürük,megsedi irana vurmagdir,eliyev de onun megsedine xidmet edir,baska necedi sizce??????????

AzeriBlog - milli blog sistemi

Şərh Yazın