Ümummilli kürəkən. Tinimizə qadağa
May 15

Siyasi xəbərlər

Dünya azərbaycanlıların prezidenti İlham Əliyev və dünya amerikalılarının prezidenti Corc Buş görüşüblər. Söhbətə körpünü C.Buş salıb:
Buş:
Məşədi İlham, sən bizə xoş gəlib məni şad elədin,
Əliyev:
Bir de görüm, nə oldu ki, nə oldu məni yad elədin?
Buş:
A kişi, sən öl, mən səni hamıdan artıq yad edərəm,
Əliyev:
Seçkilərdə kömək elə, gör necə səni şad edərəm!
Buş:
Söylə görüm, bir mənə, kəmər dolub neft ilə?
Gəl sənə mən stol verim, nə işin vardır pul ilə?
Əliyev:
A kişi, sən öl, mən sənə nə qədər desən neft verərəm,
Tayfama kömək etginən, İrana da yol verərəm.


Moskva. ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Stiven Mənn (ABŞ), Bernar Fasie (Fransa) və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu gün Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsləhətləşmələr aparıblar. Məsləhətləşmələrdə əsas kimi “Məslətli don gen olar” prinsipi rəhbər tutulub. Yuri Merzlyakovun verdiyi məlumata görə əsas fikir ayrılığı süfrədəki içki ilə bağlı olub; belə ki, fransalı həmsədr konyakı, rusiyalı vodkanı, amerikalı isə viskini bəyənib…

Prezident Aparatı ictimai-siyasi şöbəsinin böyüyü Əli Həsənov deyib ki, “Azərbaycanda siyasi məhbus kimi qələmə verilən bütün insanlar prezidentin əfv fərmanları ilə azadlığa çıxıb. Qalanları isə əlləm-qəlləm adamlardırlar və biz özümüz də hələ bilmirik ki, bu adamlar nə yuvanın quşudurlar.” Əli müəllim ötən 10 il ərzində Azərbaycanda kifayət qədər insanın əfv olunduğunu qeyd edib və buna görə də “Qızıl amnistiya”ya ehtiyac qalmadığını bildirib: “Bu, o deməkdir ki, bütün həbsdə olanları açıb buraxaq. Niyə? Yatıblar da, gül kimi…”

İqtisadi xəbərlər

Ötən ildən bu yana Metropolitendə xeyli dəyişikliklər olub. Metrobaşı Tağı Əhmədovun verdiyi məlumata görə “stansiyalarda AzTV-yə tamaşa edilməsini müasir tələblər səviyyəsində qurmaq üçün yeni elektron monitorlar quraşdırılıb. Həmçinin Metropolitenin müxtəlif ticarət obyektlərində alver edilməsi üçün daha 72 “toçka” və “dilənçi postu” quraşdırılıb ki, bu da sərnişinlərin “qaz kimi yolunmasını” təmin etmək üçün olduqca vacibdir.”

İqtisadi İnkişaf Nazirimiz Heydər Babayevlə müsahibə:
- Benzinin qiymətini qaldıracaqsınızmı?
- Əlbəttə, xalq təkidlə tələb etsə, nəinki qaldıracağıq, hətta canını da alacağıq!
- Bəs tələb etməsə?
- Dəxli yoxdur…
- Əmanətlər nə vaxt və necə qaytarılacaq?
- O baxır, xalqın özünü necə aparmasına, xüsusilə 2008-ci ildəki Prezident seçkilərindəki rəftarına.
- İpoteka məsələsinin axırı nə olacaq? Gənclərə hansı güzəştlər olunacaq?
- Gənc hara, ev hara? Özünə gənc deyən dağda-daşda olmalıdır, harda gəlsə yatmalıdır, isti-soyuğa düşməlidir ki, bədəni möhkəm olsun.


Dünya xəbərləri

BBC Dünyadakı “Azadlıq Təşkilatları” barədə sənədli film hazırlayır. Film boyu “Fələstin Azadlıq Təşkilatı”, “Tamil pələngləri”, “İrlandiya Azadlıq Ordusu” və s. təşkilatlarla yanaşı “Qarabağ Azadlıq Təşkilatı”nın da gördüyü işlər işıqlandırılacaq. Həmyerlimiz, riyaziyyat elmləri doktoru, Akif Nağının adı Yasir Ərəfatla bir sırada çəkiləcək…

Amerikada bir nəfər peyda olub və İran şahının oğlu olduğunu iddia edib. Hərif deyib ki, “gəlib İranda inqilab edəcəm, haqq-ədaləti bərpa edib, işləri səhmana salacam”. Xəbəri eşidən kimi cumduq İranın ölkəmizdəki səfiri Ə.Süleymaninin üzərinə:
- Cənab səfir, bu nə məsələdir?
- Boş şeydir, əşi, hamısı uranın başındadır, duxu var idisə indiyədək çıxardı, indidən sonra nənəm də şah arvadı olduğunu iddia edər…ki, bəlkə də axtarsan haqlı çıxar.
- Yaxşı, bəs bu yetim Derəxti ilə niyə yola getmirsən?
- Mən heç, bir özünüz deyin, bir adamın ki, adı Derəxti ola… ağlınız nə kəsər ondan?


Mədəniyyət və Turizm xəbərləri

Şaiyələr gəzirdi ki, taclı primadonnamızı öldürüblər. Sonra dedilər ki, yox, öldürməyiblər, özü ölüb. Bir az keçdi, xəbər gəldi ki, hara ölür, hələ bu indi-indi kosmetik əməliyyata gedir… Axır ki, getdik, Primadonnanın özünü tapdıq, hörmətli xalq artistimizdən bu şaiyələrə aydınlıq gətirməyini rica etdik:
- Adə, hara ölürəm? Məni istəməyənlər ölsünlər!
- Primadonna xanım, Röya deyib ki…
- Röya kimdür? Qələt edib, hər nə deyibsə! Tutub onun ağzını… cıraram!

Dubaydakı Azərbaycan Qadınları Cəmiyyətinin nəzdindəki teatr dərnəyi yeni tamaşa üzərində işləyir. Tamaşanın rejissoru Roza Bakinskayadan aldığımız məlumata görə “Qoç Nəbinin Həcəri-2” adlı əsərin məşq prosesi bitmək üzrədir və yaxın günlərdə Şeyx Həmdullah ibn Əl-Müsərrifin hərəmxanasında premyerası olacaq.

Mayın 8-də Dünya Azərbaycanlıları həmişəki qayda-qanun və ədəb-ərkanla Şuşa şəhərinin işğal gününü qeyd edəcəklər. Ölkə içi və dışında “Mənim Şuşam”, “Sənin Şuşan”, “Ümummilli Şuşa” və digər tipdə çoxlu mədəni-kütləvi-tərbiyəvi tədbirlərin keçirilməsi planlaşdırılır.

İdman və gənclər xəbərləri

Almaniyada keşişlərlə mollalar arasında futbol matçı keçiriləcək. Mollalar komandasının məşqçisi postuna bizim milli-molla yığma komandamızın məşqçisi Allahşükür Paşazadə dəvət edilib. Qeyd edək ki, Respublika Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin lideri Rafiq Əliyevi oyuna dəvət etməyiblər. FİMA-dan (mollaların FİFA-sı) aldığımız məlumata görə buddistlərlə ateistlər arasındakı oyun gələn ilə planlaşdırılıb.

Gənclər və İdman Nazirliyində artıq yeni sektorların yaradılması prosesinə başlayıb. Nazirlikdən bildiriblər ki, yeni sektorlar anti-gənclər, anti-tələbə hərəkatı və mükafatlandırılan gənclərdən pul kəsmək üzrə fəaliyyət göstərəcəklər.

Təhsil Nazirliyi və Mətbuat Şurası “Təhsildən necə yayınmalı?” mövzusunda tədbir keçirmişlər
Təhsil naziri Misir Mərdanov təhsil sahəsində həyata keçirilən tədbirlərdən və bu sahədən gəlir əldə olunmasında sinif və qrup nümayəndələrinin, o cümlədən məktəb direktorları və müəllimlərin rolundan danışmışdır.
Qeyd olunmuşdur ki, KİV xalqa təhsillə bağlı mövcud problemlər haqqında qeyri-real və sönük məlumatlar verməli, faktlar təhrif olunmalıdır.

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1 oxunma

Mövzuda cəmi 28 şərh var

  1. Adam yazıb:

    “The Economist” jurnalinin “Use a long spoon” meqalesi 2006-04-27. Bagislayin, ingilis dilindedi, bilenler mutleq oxusun.

    Belarus and Azerbaijan
    Use a long spoon
    Apr 27th 2006
    From The Economist print edition
    A tale of two presidents, and of American short-sightedness
    TWO rigged elections, with political arrests before the vote and protesters battered afterwards;
    behind them, two moustachioed, post-Soviet rulers. The balder one, Alyaksandr Lukashenka, was
    reviled by the United States before and after last month’s pointless presidential poll in Belarus.
    The other—Ilham Aliev of Azerbaijan, whose allies swept the board in an absurd parliamentary
    vote last year—this week fulfils his longstanding ambition to meet George Bush in America. Mr
    Bush’s hospitality is a mistake, for two reasons.
    The first is moral. Mr Aliev inherited his presidency from his father in 2003; the Alievs have run
    Azerbaijan for almost all its post-Soviet existence, as Mr Lukashenka has Belarus. Under Aliev
    junior, human rights have been extolled in theory but abused in practice, probably as much as in
    Belarus. And Azerbaijan is a world champion of corruption. Still, the use of double standards in
    foreign policy is not exactly a surprise: even governments committed to spreading democracy
    must compromise and hold their noses occasionally. The important question may not be whether
    Mr Aliev’s visit is morally defensible, but whether it is politically sensible. It is not.
    Here is the case for overlooking in Mr Aliev what is excoriated in Mr Lukashenka. Belarus is a poor,
    landlocked Slavic nation; Azerbaijan is a Muslim petro-state on the shores of the Caspian Sea. Oil
    and gas are starting to flow via twin pipelines from its offshore deposits to the Mediterranean. Its
    southern neighbour is Iran: Donald Rumsfeld, America’s defence secretary, has been a
    mysteriously frequent visitor, and rumours swirl about just how helpful Mr Aliev is being with
    America’s military operations. Azerbaijan’s northern neighbour is Russia: Mr Aliev is part of the
    West’s competition with the Kremlin for influence in the former Soviet Union.
    In this competition the Americans can sometimes afford to be principled. For example, they
    denounced Islam Karimov, the brutal president of Uzbekistan, after his troops massacred
    protesters last year, even though it cost them an airbase. But oil and geography supposedly make
    Azerbaijan too important to risk alienating its president. In any case—and unlike in Ukraine in
    2004—the opposition is too weak and fractious to offer a real alternative. When they meet, it is
    said, Mr Bush will try to nudge his guest along the path to democracy.
    Unfortunately, Mr Aliev has already proved adept at simulating liberal instincts, rationalising
    abuses and promising improvements: Azerbaijan, he will doubtless plead in Washington, DC, is a
    country in transition. But, in deed, Mr Aliev has been intolerant of opposition and too tolerant of
    corruption and inequality. The oil billions about to flood into Azerbaijan will reinforce his already
    formidable position. And in his part of the world, where the top man is thought responsible for
    more or less everything, a handshake from Mr Bush will look like a cast-iron imprimatur, no
    matter what lesser American officials may say. State-run television in Azerbaijan is unlikely to
    dwell on any criticisms Mr Bush offers in private.
    This public validation will be bad for Azerbaijan, but ultimately for America too. Something else
    that Mr Aliev has in common with Mr Lukashenka is that neither can rule for ever. If Mr Aliev can
    be pressured into change, Azerbaijan has the potential to become a well-off, democratic Muslim
    state. If he is not, America may one day be faced with an oil-rich Muslim country in a volatile
    region that is disillusioned with democracy and the West, and susceptible to other ideas.

  2. ASD yazıb:

    bilmeyenler neylesin bes? :D

  3. tinerci yazıb:

    :)))))))))))))) ASD duz deyırsen bes bılmeyenler neynesın?

  4. Agsaqqal Emi yazıb:

    Adam, bura 1 Qur’an soz yazib atmaqdansa, LINK atardin. Isteyenler, bilenler dili duymeni tm basib oxuyardilar

  5. NY yazıb:

    Adam, meqaleni paylashdigin uchun sag ol

  6. Agsaqqal Emi yazıb:

    NY, Uptown, Downtown? :) Upstate? 5 boroughs? hansi? ;)

  7. NY yazıb:

    Agsaqqal, Brooklyn :) nadi ki? bu taraflardasanmi?

  8. Agsaqqal Emi yazıb:

    herden oluram. Oralarda 4 - 5 defe olmusham, Baku, APsheron, canim sene desin, Shirvan (deyesen) restoranlarinda olmusham :) Brighton Beach-de firlanmisham…. ele bele sorushdum. O tereflerde deyilem, CA tereflerdeyem

  9. laman yazıb:

    Salam, sozun achigi economist jurnalinin sitenda yerleshdirilmesine baxmayarag, chox primitiv yazilmish megaledir. mullefin impartial olmamasi da goz gabagindadir :(. goresen muellif kimdir

  10. Adam yazıb:

    NY, sen de sag ol qaqas. basa dusene her sey qurbandi.
    P.S. sayt pulludu ona gore link vermedim, acilmayacagdi. bunu qoydum ki, uzv olmayanlar oxusun. bir dene meqaleye gore uzv olmaga deymez.
    LAMAN XANIM, o muellif kime ve neye gore impartial-di? men istedim meqaleni oxuyub amerikalilarin perspektivin basa dusek. o adam inanmiram kimin ucunse “isleyir”.

  11. YARPAQ yazıb:

    ;-) ;-) ;-) ;-) ;-)

  12. Emin yazıb:

    Salamlar. Meqale, etrafinda bas verenleri izleyen bir azerbaycanli ucun bir o qeder de yenilik getirmir. Ancaq, axirinci cumlede, coooox boyuk heqiqet var. Ve, azerbaycani gozleye bilecek yeni bir tehlukeni nezerde tutur. Radikal islamcilarin artmasi. Son illerde, ele oz etrafinizdakilardan, bu istiqametde gedenlere bir nezer yetirin.

  13. ZARAZA yazıb:

    o ikinci yazan: bu ne nikdi “TERENERCI” )))) savad netu da)))) trenerci yox TRENER)))))))

  14. Most Known Unknown yazıb:

    3APA3A: o uchuncu yazan, “trenerci” yox “tinerci” yazib. “Tinerci” de Turk dilinde “Narkoman”in bir novudur:) Deysen sen de bashladin milletde sehv tutmaga ;)

  15. Adam yazıb:

    deyirem, bu Azerbaycan dili muellimleri olmasaydi bu saytda bizim halimiz ne olardi? onlar bize yaxsi “ders” olurlar (numune yox a). yaziq tinerci, yeqin indi shok kecirir yazmaga hali yoxdu.

  16. Adam yazıb:

    gorursen de, MOST KNOWN qardas, biz gerek bele muellimlere hemise hormet edek. hemise. onlarin qiymetini bilek. yoxsa milletin axiri pis olar (bundan pis ne ola biler, men tesevvur ede bilmirem).

  17. Agsaqqal Emi yazıb:

    Most, Narkomanin ne novudur, sorushmaq ayib olmasin?

  18. Agsaqqal Emi yazıb:

    Most Known, amma senin o sherhine, YEKE BIR LOL!

  19. Most Known Unknown yazıb:

    Adam: Evveller Muellim Valideyn kimi bir shey idi. Hardadi indi o gunler?

    Agsaqqal Emi: Eshi sen de teferruati sorushmasan olmaz;) indi men sene nece basha salim axi? Tiner-turk dilinde xususile tikindi-temir ishlerinde ishledilen bir kimyevi maddedir. Sehv elemiremse boyaya qatirlar. (bizde xalq arasinda “elibastr” da deyen olur :)) Bu zehrimar Tinerin de bir iyi var ki, adami hallandirir. Turkiyede kuche ushaglari, tineri iyleyerek ozlerinden kechirler. Kasib ushaxdilar da, Heroine, Cocaine pullari chatmir, dadaniblar Tinere. :P Umid edirem, yeterli qeder melumat vermish oldum.

  20. Adam yazıb:

    menim bir tanisim var. imkanlari nisbeten asagidi maddi cehetden. ne ise. bunlarin bir usaginin “muellimi” usaqlardan pul yigirmis. 3-4 defe bir teher pul tapib verib bu usaq. axirinci defe tapa bilmeyib. “muellimeye” deyib imkanimiz catmir, “muellim” de qayidib ki, get onda detdomda (kimsesiz usaq evi) oxu.
    beledi qardas, orta mektebde bizde de bele “muellimler” var idi. hele mene bir defe direktor sille qoymusdu (3 defe dalbadal), uy daaaaa, lenete gelsin onu, hele de sesi birden qulagima gelir. :D oz de neyin ustunde? sinifin qapisina qaca qaca gelib tepik atmisdim ona gore. zalim oglu ele bil Gestapo idi, bir “usaqdi sehv edib” anlayisi yox idi. ne qeder dedim men atmamisam inanmadi :D amma pul yigmaq vaxti gelen kimi, “basa dusdu” ki, o tepiyi men atmamisdim. sonra bir muellimiiz var idi, parketle usaqlari doyurdu. uy daaa. onu da lenete gelsin. X( biri de var idi, atasi rehmete geden bir sinif yoldasimizi soymusdu. amma onu mektebi qurtaran gun doyduk. utanmadi, yene getdi “muellimlik” elemeye.
    beledi qardas beledi. muellimler ozlerine hormet qoymur, amma agizlarin acanda deyirler muellim muqeddesdi. indiki usaqlardan xosum gelir ona gore, qoyun kimi yasamirlar, muellim muellimlik elemyende cavab verirler. kas men de bir balaca az hormet ederdim o vaxt o “muellimlere”.

  21. HUSEYIN yazıb:

    salam tin usaqlari necesiniz ?
    men sizin sayt la hele iki gun tanish olmusam ve mene heqiqi menada lezzet eleyib .Sizi men axira kimi destkleyecem ve mende sizinle beraber girdiyim bu yola yani heyderism le mubarize yolunde elimden geleni esirgemeyeceyem .
    Indi dein gorum menim vezifem nedir ? sizlere men nece komek ede bilerem meni oz kuruqunuza daxil ede bilersiz?
    helelik sagolun unutmayin OLMEK VAR DONMEK YOK………..

  22. Donna yazıb:

    Adam, indi mən anlamadım, sən doğrudan o qapıya təpik vurmuşdun, ya yox? Əvvəl yazdın vurmusan, sonra dedin aydın oldu ki, vurmamısan. Seçimini yap, qərarını ver, de biz də bilək da bə, qardaş. :p

    Hüseyin, əvvəla aramıza XOŞ GƏLMİSİNİZ!
    İkincisi, sizin vəzifəniz, daim bizlə olmaq, öz gözəl şərhlərinizi bizdən əsirgəməməkdir. Vəssalam, siz artıq bizim kruqdasınız. ;-)

  23. Adam yazıb:

    DONNA, tepik atmisdim qapiya. O gormemisdi, amma menden subhelendi. Sorusdu, dedim men deyilem, bir de gordum nese ses geldi qulagima. :D Ona gore 13-14 yasli usaga sille atarlar? Muellimlerin bele vehsi hereketine duz baxmiram, men. Helesine de muellim demirem. fikrim budu.
    HUSEYIN, Allah sebr versin qaqas.

  24. Donna yazıb:

    Yox, sillə atmazlar. Görüm onun əlləri quruyaydı sənə əl qaldıran yerdə!!! İnsafsız!!!
    (mən yenə kiminsə dalınca danışdım, vse, kafirəm uje :P)

  25. Donna yazıb:

    Bu arada, heç kəs Manıspressə rəy bildirməyib. Mən öz növbəmdə deyim ki, çox uğurlu alınıb, ay Manıs. Güldürdün məni. Məyər səndə nə xəzinələr yatırmış. ;) Bravo!

  26. Agsaqqal Emi yazıb:

    men deyirem gerek qapiya deyen tepiyden deyerdi ;)
    MOST, seni men axtardim CHAT-da gyormedim. gyorsen ele, senden Azeri diline aid sualim var, amma OZ ARAMIZDA MIJDU PROCHIM ;)

  27. Adam yazıb:

    Deyesen cox tepik yemisen xosuna gelir. Effektivdi? Usaqlarnan koridorda qacirdiq, gordum qapi aciqdi tepik atdim. Bu direktor da iceride imis. 13-14 yasi olanda adam her hereketi fikirlesmir ki. Men usag idim sehv elemisdim, o qoca kaftara ne olmusdu? Gerek o direktorun insanligi olardi, insan kimi basa salardi ki qapiya tepik atmazlar. Menden sonra 1000 defe tepik atildi o qapiya. Ne oldu? Usagi hele doyende ozune de hormeti azalir, yasadigi cemiyyete de. Ona gore hele “sadist mellimlerin” koku kesilmelidi ki, usaqlara vehsilik oyretmesin.

  28. Ashina yazıb:

    Temiz yeri var…. yixib suruyurler … men bir seyi basa dusmurem, Azerbaycanda qatiq qaradi deyende hami neinki tesdiq edir, hetta bezileri inanaraq deyir ki, “beli qaradi”, bura hec, bes qerbde bizim yekeler bushla gorusende gozlerinin icine baxa baxa nece deyir ki, men demokratik secilmisem. goresen hec utanma hissi yoxdu???? :-)

AzeriBlog - milli blog sistemi

Şərh Yazın